Məhkəmə qərarları › İş №2-1(102)-508/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-508/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-508/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçasının surətinin lazımi qaydada təsdiq edilməməsi, 01.01.2006-cı il tarixdən sonrakı iş müddətinin məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi, prosessual hüquq varisliyi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüse ynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının prosessual hüquq varisi İddiaçı2, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli 2-1(103)-1233/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xxxx-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, 1978-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış, 1978-ci ildən 1980-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASC-nin mexanikləşdirmə idarəsində sürücü vəzifəsində işləmişdir.

3. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 18 iyun 2019-cu il tarixli, **********4 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən 1-DSMF icmal hesabatı və 01.01.2006cı il tarixdən sonra fərdi h esabının sığorta hissəsində pensiya sığorta kapitalı olmadığına görə 1993-2013-cü illər sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq sığorta stajı və pensiya sığorta kapitalı yığılmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüdün alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 (beş) nəfərlik ailə başçısıdır. Halhazırda heç yerdə işləmir. Evlərinə qazanc gətirənləri yoxdur. Çünki, təqaüd yaşındadır. Çörəkləri cüzi olaraq maldarlıqdan çıxır. Bu da bir təhər vəziyyətdən çıxmaq üçündür. O 1978-ci ildən Kənd Təsərrüfat ı Nazirliyinin Təmir Tikinti idarəsində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. Sonra, ardıcıl olaraq 1978-ci ildən 1980-ci ilə qədər qeyd etdiyi tikinti idarəsində sürücü, 1980-ci ildən 1983-cü ilə qədər “Sovet Qazaxıstanı” sovxozunda sürücü, 1983-cü ildən 1988-ci ilə qədər Bakı PATO-nun qarajında sürücü, 1988-ci ildən 2013-cü ilə qədər Azərnəqliyyat yoltikinti ASC-nin mexanikləşdirmə idarəsində sürücü vəzifəsində işləmişdir. 17 may 2019-cu ildə lazımı sənədlərini toplayaraq təqaüdə çıxmağı ilə əlaqədar Asan xidmətə təqdim etmişdir. Asan xidmətdən bildirilmişdir ki, 1993-cü il tarixdən 2013-cü il tarixədək işlədiyi müəssisələrdə onun şəxsi büdcəsinə sosial-sığorta ödənişi ödənilmədiyinə görə o təqaüd ala bilməz. Həyat yoldaşı ilə ikisi də şəkər xəstəsidirlər. İqtisadi durumları çətindi r. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(82)3880/2019 saylı qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi təmin edilərək, iddiaçının əmək kitabçasında qeyd edilən 1993-cü ildən 2013-cü ilədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçası ilə iddiaçının 1993cü ildən 2013-cü ilədək işləməsi təsdiq olunduğundan ona qeyd edilən illər də nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-1233/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(82)- 3880/2019 saylı qərarı "işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona” sözlərindən sonra “63 il 06 ay tamam olduğu gündən, yəni 10.12.2018-ci il tarixdən” sözləri əlavə edilərək dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, 63 yaşına çatmış xxxx-ci il təvəllüdlü İddiaçı1 yaşa görə əmək pensiya hüququ 63 il 06 ay tamam olduğu gündən, yəni 10.12. 2018-ci il tarixdən yaranmışdır.

11. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən məcburi sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanunun tələblərinə uyğun deyildir.

13. Bundan əlavə, iddiaçının 1993-2006-cı illər üzrə işlədiyi müəssisəyə dair Milli arxiv idarəsinin 5/1238 saylı 18.08.2020-ci tarixli məktubunda heç bir sənəd aşkar edilmədiyi bildirilmişdir. Eyni za manda, əmək kitabçasında işlədiyi illərin qeydlərində şübhəli məqamlar vardır ki, 2003-cü ilin qeydi rus dilində aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

16. İddiaçı 25 dekabr 2019-cu il tarixdə ölmüşdür.

17. İddiaçının övladları – İddiaçı2 və X2 ərizə ilə məhkəməyə müraciət edərək, onların mərhum atalarının prosessual hüquq varisi kimi qəbul edilməsini və icraata cəlb olunmalarını xahiş etmişlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı onun prosessual hüquq vari sləri – övladları olan İddiaçı2 və X2 ilə əvəz edilmişdir.

19. İddiaçının hüquq varisi İddiaçı2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının digər hüquq varisi Rahib Əhmədov məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan son ra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Ma ddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə

25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçi lərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1 Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 24. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyr i-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq ol una bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həd dində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün və iddia tələbi bölünməz olduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

30. Hazırkı iş üzrə iddiaçının tələbi təqaüdün alınması barədə qərar qəbul edilməsi olsa da, aşağı instansiya məhkəmələri hazırkı iddiaya “yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi baxmaqda haqlı olmuşlar. Bu, İPM-in 52-ci maddəsinin tələbinə uyğundur.

31. Birinci instansiy a məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 1993 - 2013-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması onun əmək kitabçasında qeyd edildiyindən, həmin müddət onun sosial sığorta stajına hesablanmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu zaman apelyasiya instansiyası məhkəməsi (eləcə də birinci instansiya məhkəməsi) iddiaçının təqdim etdiyi əmək kitabçasının surətini onun əmək stajını təsdiq edən mötəbər sübut kimi qəbul etmiş, həmin dövrün yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilməsi şərtilə iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü barədə cavabdehin mövqeyi ilə razılaşmamışdır. Məhkəmələrin mövqeyini əsassız hesab edən cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.

32. Məhkəmə k ollegiyası cavabdehin qeyd edilən dəlili ilə qismən razılaşır.

33. Belə ki, cavabdeh bildirir ki, iddiaçı tərəfindən 1993-2013-cü illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz.

34. Cavabdehin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığo rtaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

35. Göründüyü kimi, istinad edilən Qaydalarda, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni 01.01.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

36. Həmçinin, həmin Qaydalarda 01.01.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda "Əmək pensiyaları haqqında" Qanun 21.1-ci maddəsinin də tələbindən irəli gəlir. Buna baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən 2006-cı ildən sonrakı (2006-2013-cü illər) dövrə münasibətdə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilib - ödənilməməsi araşdırılmadan həmin müddət iddiaçının sığorta stajına daxil edilmişdir. Halbuki, məhkəmə iddiaçının 01.01.2006-cı il tarixdən 2013-cü ilədək olan müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövrün onun sığorta stajına daxil edilməsi üçün həmin müddətdə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilib-ödənilməməsini araşdırmalı, bu barədə, müvafiq qurumlara sorğular göndərməli idi. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə məlum olur ki, iddiaçının 01.01.2006-cı il tarixdən 2013-cü ilədək işləməsi əmək kitabçasında qeyd edildiyindən, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqqı ödənilib-ödənilməməsi əhəmiyyət daşımır.

37. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin yuxarıda qeyd edilən mövqeyini əsassız hesab edir. Odur ki, təkrar apelyasiya baxışı zamanı id diaçı tərəfindən 01.01.2006-cı il tarixdən 11.09.2013-cü il tarixədək işlədiyi iddia edilən müddətdə məcburi dövlət sosial sığorta haqqı ödəyib-ödəməməsi müəyyən edilməli, yalnız belə ödənişlərin aparıldığı müddətin onun sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü barədə qanunvericiliyin tələbi nəzərə alınmalıdır. Həmçinin, həmin dövrdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi və ona görə də, bu dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması müəyyən edilərsə, onda iddiaçının 01.01.2006-cı il tarixədək, yəni məcburi dövlət sosial sığorta haqqı ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmayan dövrdə 25 il iş stajına malik olub-olmamasına hüquqi qiymət verilməli, bu şərtin ödənildiyi halda, onun 64 (altmış dörd) yaşdan pensiya hüququnun yaranması nəzərə alınmal ıdır.

38. Apelyasiya instansiyası məhkəməsi iddiaçının pensiya hüququnun 63 yaş 6 aydan, yəni 10.12.2018-ci ildən yaranması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xxxx-ci il təvəllüdlüdür. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 (altmış dörd) yaşdan, yəni 10.05.2019-cu ildən yaranır.

39. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına iddiaçının əmək kitabçasının kserosurəti əlavə edilmişdir. Bu kserosurətdə məlumatlar aydın oxunmur, eləcə də bu məlumatların bəziləri rus dilində qeyd edilmiş, Azərbaycan dilinə tərcümə olunmamışdır.

40. Birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, iddiaçı ona məxsus əmək kitabçasını n təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Beləliklə də, əmək kitabçasının əslinə baxış keçirilməmişdir. Bundan başqa, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi əmək kitabçasının kserosurəti buna səlahiyyəti olmayan şəxs – məhkəmə iclas katibi tərəfindən təsdiq edilmişdir. Qanunvericiliyin tələbinə görə isə, sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti sübut kimi qəbul edilə bilər. İş materiallarına əlavə edilmiş və məhkəmənin sübut kimi istinad etdiyi əmək kitabçasının surəti qeyd edilən tələblərə cavab vermədiyindən, yəni Azərbaycan dilinə tərcümə edilib lazımi qaydada təsdiq edilmədiyindən sübut kimi qəbul edilə bilməzdi. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi qeyd edilən pozuntuları aradan qaldırmamış, əmək kitabçasının əs linə və ya lazımi qaydada təsdiq edilmiş surətinə baxış keçirməmişdir. Beləliklə də, iddiaçının əmək kitabçasının surətindəki məlumatların mötəbərliyi məhkəmələr tərəfindən araşdırılmamış qalmışdır.

41. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada, iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilm iş tərcüməsi iş materiallarına əlavə edilməlidir.

42. Odur ki, təkrar apelyasiya baxışı zamanı nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasının əsli və ya Azərbaycan dilinə tərcümə olunmuş və lazımi qaydada təsdiq edilmiş surəti mötəbər sübut kimi qəbul edilə bilər.

43. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət m ühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

45. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

46. Göstərilənləri nəzərə almaql a məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması” prinsipi və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

47. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Yuxarıda göstərilənlər ə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli 21(103)-1233/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar