Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-508/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Şəhid statusu barədə arayışın verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “şəhid statusunun verilməsi üçün arayışın verilməsinin həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1641/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 xx.xx.2019-cu il tarixli 108 nömrəli əmri ilə, Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Quru Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş X7 (iddiaçının oğlu), “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunub, xx.xx.2019-cu ildən X9 müavini-X4 sərəncamında hesab edilmişdir.
2. N saylı Hərbi Hissə Komandirinin 28 avqust 2020-ci il tarixli 213 nömrəli əmri ilə, X9 müavini Daxili Qoşunlar komandanının 27 avqust 2020-ci il tarixli 09 nömrəli əmrinə əsasən X1 28 avqust 20 20-ci il tarixdən etibarən xüsusi sərəncama qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanının sərəncamına getmiş hesab edilmişdir.
3. X7 Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən Müharibəsi döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr 2358 nömrəli sərəncamı ilə ona “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 25 dekabr 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0218t №-li 28 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
4. N saylı Hərbi Hissə Komandirinin 06 dekabr 2020- ci il tarixli 308 nömrəli əmri ilə, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1 06 dekabr 2020-ci il tarixdən 12576 saylı hərbi hospitala, Bakı şəhərinə göndərilmişdir.
5. N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 25 dekabr 2020-ci il tarixdə 12576 saylı hərbi hospitaldan, Bakı şəhərində Daxili Qoşunların Hərbi Həkim Komissiyasından keçmişdir.
6. N saylı Hərbi Hissə Komandirinin 25 dekabr 2020-ci il tarixli 326 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 46 (qırx altı) gün müddətinə, 25 dekabr 2020-ci il tarixdən 09 fevral 2021-ci il tarixədək 2020-ci il üçün növbəti məzuniyyətə göndərilmişdir.
7. N saylı Hərbi Hi ssə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 09 fevral 2021-ci il tarixdə, 2020-ci il üçün növbəti məzuniyyətə çıxmışdır.
8. N saylı Hərbi Hissə Komandirinin 09 fevral 2021-ci il tarixli 36 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmləqrupunun komandiri X1, 09 fevral 2021ci il tarixdən, 12576 saylı hərbi hospitala stasioar müalicəyə buraxılmışdır.
9. N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021ci il tarixdə, 12576 saylı hərbi hospitaldan stasionar müalicədən buraxılmışdır.
10. N saylı Hərbi Hissə Komandirinin 12 mart 2021-ci il tarixli 63 nömrəli əmrinə əsasən, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 12 mart 2021ci il tarixdən, 27 mart 2021-ci il tarixədək xəstəliyə görə məzuniyyətə buraxılmışdır.
11. N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmri ilə, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdə xəstəliyə görə məzuniyyətdən qayıtmışdır.
12. N saylı Hərbi Hissə Komandirinin 27 mart 2021-ci il tarixli 76 nömrəli əmri ilə, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1, 27 mart 2021-ci il tarixdən, 12 may 2021-ci il tarixədək 2021-ci il üçün növbəti məzuniyyətə göndərilmişdir.
13. N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Xasiyyətnaməyə əsasən, X1 hərbi hissədə xidmət etdiyi m üddət ərzində xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A” hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur. (Rəy № 2395, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XTN 134/2021).
14. N saylı hərbi hissə DQ Tibb Məntəqəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli Tibbi Arayışa əsasən, X1 vətən müharibəsi başa çatıqdan və hərbi hissəyə qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Onunla aparılan söhbət zamanı o, bildirmişdir ki, döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmışdır. Lakin özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsin ə müraciət etməmişdir. Bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkimlərin müayinəsindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün X1 xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-Həkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur.
15. N saylı Hərbi Hissə Komandirinin 05 may 2021-ci il tarixli 109 nömrəli əmri ilə, Xüsusi təyinatlı dəstədə 2-ci xüsusi həmlə qrupunun komandiri X1nun 04 may 2021-ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində kirayə yaşadığı mənzildə özünü asaraq vəfat etmiş hesab edilməsi, növbəti məzuniyyətinin dayandırılması əmr edilmişdir.
16. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli AZ-İİ s eriyalı 194001 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2021-ci il tarixdə “Asfikasiya” səbəbindən ölmüşür.
17. İddiaçı, mərhum oğlu X5 şəhid hesab edilməsi və müvafiq arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli 014712N3221 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərini nəzərə alaraq, mərhum övladının X5 şəhid hesab edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən müvafiq arayışın verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat
18. İddiaçı 7 dekabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X5 şəhid hesab edilməsi üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum oğlu X7 2015-ci il tarixdə AR Daxili İşlər Nazirliyinin xətti ilə Türkiyə Respublikası Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almaq üçün göndərilmiş və 2019-cu ildə hərbi məktəbi bitirərək AR DİN Daxili Qoşunlarının N №-li hərbi hissəsində MTT bölüyünün avtomobil tağımının komandiri vəzifəsinə, 2020-ci ilin iyun ayında isə həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə qrup komandiri vəzif əsinə təyin edilmişdir. O, Vətən Müharibəsinin ilk günündən son gününədək Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərdə Cəbrayıl və Füzuli rayonlarının, Şuşa şəhərinin azad olunmasında fəal iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və AR Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 06218 t №-li əmri ilə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Oğlu Şuşa uğrunda gedən döyüşlər vaxtı 2 dəfə kontuziya almış, komandirinin və xidmət yoldaşlarının həlak olmalarının şahidi olmuş, bütün bunlar isə onun psixikasının pozulmasına gət irib çıxartmışdır. xx.xx.2021-ci il tarixdə özünə qəsd nəticəsində vəfat etmişdir. Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə oğlunun ölümü ilə əlaqədar başlanılmış cinayət işi rədd edilmişdir. Oğlunun ölümünə səbəb onun 2020-ci ilin 44 günlük “Vətən müharibəsində” aldığı kontuziyalar və psixoloji travmalar olmuşdur və həmçinin hesab edir ki, oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməlidir. Oğluna “şəhid” statusu və onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi üçün tələb olan müvafiq arayışın alınması üçün AR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir.
20. Cavabdeh iddia ərizə sinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, sabiq hərbi qulluqçu, mərhum X1nun Bakı şəhəri, Novxanı qəsəbəsində kirayə qaldığı mənzildə özünü öldürməsi faktı üzrə Sumqayıt Hərbi Prokurorluğunda təhqiqat aparılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron Rayon Qeydiyyat şöbəsindən verilmiş “ölüm haqqında şəhadətnamə”də leytenant R.Nəbizadənin ölümünün səbəbi “asfiksiya” kimi göstərilmişdir (№ 194001, xx.xx.2021).X3 “Vətən Müharibəsi” başa çatdıqdan və hərbi hissəyə qayıtdıqdan sonra xx.xx.2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, onunla söhbət aparılarkən döyüş zamanı iki dəfə müxtəlif vaxtlarda partlayış travmasına məruz qalmış, özünün təkidi ilə müalicə üçün heç bir tibb müəssisəsinə müraciət etməmiş, bu səbəbdən partlayış travmasına düşməsi barədə heç bir sənəd (xəstəlik tarixi, tibbi arayış) təqdim edə bilməmişdir. Bütün növ həkim müayinələrindən keçirilməsi və hərbi xidmətə yararlılığının təyin olunması üçün xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbihəkim komissiyasına göndərilmiş və ona “A”-hərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. xx.xx.2020-ci il).N saylı hərbi hissədən təqdim edilmiş tibbi xasiyyətnaməyə əsasən, mərhum leytenant Rüfət Nəbizadə hərbi hissədə xidmət etdiyi müddət ərzində xx.xx.2020-ci il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasına göndərilmiş və ona “A”-h ərbi xidmətə yararlı” diaqnozu qoyulmuşdur (Rəy № 2395. xx.xx.2020-ci il). xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu ilə Daxili Qoşunların hospitalında stasionar müalicə almışdır (XT № 134/2021).“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş dig ər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər”. Sabiq hərbi qulluqçu, mərhum X1nun vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olduğundan yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil olunmur.
21. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-4383/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum oğlu X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması iş materialları ilə təsdiq olunmamışdır. X2 vəfat etməsi asfiksiya ilə nəticələnən intihar hadisəsi olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur.
23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
24. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş “Ölümündən sonrakı kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2022-ci il tarixli 1825 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11/255 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixdə özünü öldürmüş iddiaçının mərhum oğlu X6 Azərbaycan Respublikası DİN DQ-nin xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu qeyd edilmişdir. DİN DQ-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən mərhum R.A.Nəbizadədə yaranmış psixotik pozuntunun onun keçirdiyi stresslə əlaqədar yarandığı və həmin xəstəliyin hərbi xid mət dövründə yarandığı göstərilmişdi. Azərbaycan Respublikası DİN DQ Hospitalının xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli arayışına əsasən X3nda hərbi xidmət dövründə yaranmış “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu" keçirməsi nəticəsində onda yaranan psixi pozuntular onun davranışı müəyyən edə və onun intihar etməsi ilə şərtlənə bilərdi. X5 “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası zamanı döyüş yoldaşlarının gözünün önündə ağır yaralanması, şəhid olması onda psixoloji travma yaratmış, ölümündən əvvəlki dövrdə onun psixikasında neqativ dəyişikliklər əmələ gəlmişdir. X2 psixikasında baş verən neqativ dəyişikliklər onun ölümündən əvvəlki dövrdəki davranış aktlarında təzahür etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının (hakimlər: S.İ.Bəktaşi sədrlik edən və məruzəçi, A.S. HÜseynov və M.N.Tağızadə) 2-1(103)-1641/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı mərhum oğlu X5 şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə həvalə edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş “Ölümündən sonrakı kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2022-ci il tarixli 1825 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəf indən verilmiş xx.xx.2022-ci il tarixli 11/255 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixdə özünü öldürmüş iddiaçının mərhum oğlu X6 iş materiallarına təqdim edilmiş Azərbaycan Respublikası DİN DQ-nin xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu qeyd edilmişdir. DİN DQ-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən mərhum R.A.Nəbizadədə yaranmış psixotik pozuntunun onun keçirdiyi stresslə əlaqədar yarandığı və həmin xəstəliyin hərbi xidmət dövründə yarandığı göstərilmişdi. Azərbaycan Respublikası DİN DQ Hospitalının xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli arayışına əsasən X3nda hərbi xidmət dövründə yaranmış “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu" keçirməsi nəticəsində onda yara nan psixi pozuntular onun davranışı müəyyən edə və onun intihar etməsi ilə şərtlənə bilərdi. X5 “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası zamanı döyüş yoldaşlarının gözünün önündə ağır yaralanması, şəhid olması onda psixoloji travma yaratmış, ölümündən əvvəlki dövrdə onun psixikasında neqativ dəyişikliklər əmələ gəlmişdir. X2 psixikasında baş verən neqativ dəyişikliklər onun ölümündən əvvəlki dövrdəki davranış aktlarında təzahür etmişdir. - Təqdim olunmuş tibbi sənədləri, kompleks psixoloji və psixiatrik ekspertizası rəylərinin nəticələrini nəzərə alaraq, iddiaçının mərhum oğlunun özünü öldürməsinə “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası ilə bağlı səbəbli əlaqə olduğundan “Şəhid adın ın əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən şəhid hesab edilməsinə əsas verir.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
28. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirmədən qərar qəbul etmişdir. Belə ki, iddiaçının mərhum oğlu X7 döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamışdır. X5 ölüm səbəbi asfiksiya ilə nəticələnən intihar hadisəsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zam anı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə
8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1-c i bənd. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədi nin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd: Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarını n və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X idmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2-ci bənd: Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsasl ar müəyyən edilməmişdir.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti olan qərarın ləğvi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
40. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının mərhum oğlu X7 döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamışdır. X5 ölüm səbəbi asfiksiya ilə nəticələnən intihar hadisəsi olmuşdur.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş “Ölümündən sonrakı kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının” xx.xx.2022-ci il tarixli 1825 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11/255 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixdə özünü öldürmüş iddiaçının mərhum oğlu X6 iş materiallarına təqdim edilmiş Azərbaycan R espublikası DİN DQ-nin xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində “Stresslə əlaqədar ötüb-keçən psixotik pozuntu” diaqnozu qeyd edilmişdir. DİN DQ-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən mərhum R.A.Nəbizadədə yaranmış psixotik pozuntunun onun keçirdiyi stresslə əlaqədar yarandığı və həmin xəstəliyin hərbi xidmət dövründə yarandığı göstərilmişdi. İş materiallarına təqdim edilmiş Azərbaycan Respublikası DİN DQ Hospitalının xx.xx.2021-ci il tarixli 134/2021 nömrəli arayışına əsasən X3nda hərbi xidmət dövründə yaranmış “Stresslə əlaqədar ötübkeçən psixotik pozuntu" keçirməsi nəticəsində onda yaranan psixi pozuntular onun davranışı müəyyən edə və onun intihar etməsi ilə şərtlənə bilərdi. X5 “Vətən Müharibəsində” döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası zamanı döyüş yoldaşlarının gözünün önündə ağır yaralanması, şəhid olması onda psixoloji travma yaratmış, ölümündən əvvəlki dövrdə onun psixikasında neqativ dəyişikliklər əmələ gəlmişdir. X2 psixikasında baş verən neqativ dəyişikliklər onun ölümündən əvvəlki dövrdəki davranış aktlarında təzahür etmişdir.
42. Göründüyü kimi, iddiaçının mərhum oğlu X5 özünü öldürməsi məhz 44 günlük "Vətən Müharibəsi"ndə döyüş əməliyyatlarını yerinə yetirərkən xidməti vəzifələrinin icrası zamanı aldığı kontuziyalar və onun psixikasında baş vermiş neqativ dəyişikliklər səbəb olmuşdur.
43. İddiaçının mərhum oğlunun özünü öldürməsinə “Vətən Müharibəsi"ndə döyüş əməliyyatlarını yerinə yetirərkən və xidməti vəzifələrinin icrası ilə bağlı səbəbli əlaqə olduğundan “Şəhid adının əbədil əşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən şəhid hesab edilməsinə əsas verir.
44. Başqa sözlə, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum oğlunun ölüm şəraiti tətbiq olunmuş hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirilmişdir. İddiaçının tələbinin təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur. 46 Qeyd edilənlərə əsasən, cavabdehin kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1641/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(103)-1641/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.