Məhkəmə qərarları › İş №2-1(102)-508/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-508/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-508/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2846/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixdə müqavilə imzalanaraq Nərimanov rayonu M.Qaşqay, M.Sənani və C.Hacəbəyli küçələrinin kəsişməsində yerləşən mənzillərin sökülməsi, söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzil sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 5611.5 kv.m təmirli mənzil sahəsi, qeyri-yaşayış sahəsi mülkiyyətçilərinə 822.3 kv.m qeyri-yaşayış sahəsi və şəhərin m ənzil fonduna 2881.12 kv.m yaşayış sahəsinin təhvil verilməsi barədə İddiaçı MMC tərəfindən öhdəlik götürülmüşdür.

2. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 108 saylı sərəncamı ilə rayonun M.Qaşqay, M.Sənani və C.Hacəbəyli küçələrinin kəsişməsində İddiaçı MMC-nə yaşayış binalarının tikintisinə icazə verilmişdir.

3. İddiaçı ilə Nərimanov rayon İcra Hakimiyyəti arasında xx.xx.2016-cı il tarixdə müqavilə imzalanaraq Nərimanov rayonun Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən mənzillərin sökülməsi, söküntüyə məruz qalmış mənzillərin sahəsindən 20%-dən az olmayaraq 12176.3 kv.m təmirli mənzil sahəsi, qeyriyaşayış sahəsi mülkiyyətçilərinə 2105.92 kv.m qeyri-yaşayış sahəsi və şəhərin mənzil fonduna 3041.9 kv.m yaşayış sahəsinin təhvil verilm əsi barədə İddiaçı MMC tərəfindən öhdəlik götürülmüşdür.

4. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 434 saylı sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində İddiaçı MMC-nə yaşayış binalarının tikintisinə icazə verilmişdir.

5. İddiaçı tərəfindən xx.xx.2016-ci il tarixli **********12700 saylı və xx.xx.2019-cu il tarixli **********574800 saylı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları vergi orqanına təqdim edilərək sadələşdirilmiş vergi metodu seçilmişdir.

6. Vergi orqanı 07 aprel 2001-ci il tarixli **********971000 nömrəli qərarı ilə iddiaçıya 2019-cu ilin 4-cü rübü üzrə 175.272,57 manat əlavə sadələşdirilmiş vergi hesablanmışdır. Qərar belə əsaslandırlıb ki, həmin dövr üzrə təqdim edilmiş bəyannamədə vergi məbləği 887.181,57 manat göstərilmşdir. Lakin kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 1.062.454,14 manat təşkil edir.

7. Həmçinin cavabdehinin 14 aprel 2021-ci il tarixli, **********569900 nömrəli qərarı ilə “EVROSTROY-S.S" MMC-nə 2018-ci ilin 2-ci rübü üzrə 793.555,29 manat əlavə sadələşdirilmiş vergi hesablanmışdır. Qərar belə əsaslandırlıb ki, həmin dövr üzrə təqdim edilmiş bəyannamədə vergi məbləği 1.659.550,86 manat göstərilmşdir. Lakin kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 2.453.106,15 manat təşkil edir. “EVROSTROY-S.S" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Firdovsi Məmmədov və Kazım Kazımzadə küçələrinin kəsişməsində ümumi sahəsi 26219,6 kv.m olan binanın 2018-ci ilin 2-ci rübündə təməlqoyma işlərinə başlanm asına baxmayaraq, tərəfindən 2018-ci ilin 2-ci rübü üçün təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində sahənin 18595,7 kv.m göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

8. Vergi orqanı tərəfindən 27 may 2021-ci il tarixdə “EVROSTROY-S.S" MMC-nin aprel 2018-mart 2021-ci illəri əhatə edən fəaliyyəti dövründə vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması üçün səyyar vergi yoxlaması təyin edilmişdir. Qərar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə əsaslandırılmışdır.

9. Vergi orqanı tərəfindən 27 may 2021-ci il tarixdə “EVROSTROY-S.S" MMC-nin aprel 2018-mart 2021-ci illəri əhatə edən fəaliyyəti dövründə vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yox lanılması üçün səyyar vergi yoxlaması təyin edilmişdir. Qərar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə əsaslandırılmışdır.

10. Səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək davam etmiş, bu müddətdə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə 9 dəfə olmaqla cəmi 271 gün dayandırılmışdır.

11. Yoxlama zamanı tikinti sahəsinin müəyyən olunması üçün “X18” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsas götürülmüşdür. Həmin rəyə əsasən vergi orqanı tərəfindən cəmi sahə 72 197.14 kv.m (yaşayış sahəsi 61 345.8 kv.m, qeyri-yaşayış sahəsi 10851,34 kv.m, İH-nə ayrılan 3 041.9 kv.m, pilot - 4 893.97 kv.), vergiyə cəlb edilən yaşayış sahəsi 53 780.13 kv.m., qeyri-yaşayış sahəsi 10 851.34 kv.m müəyyən olunmuşdur.

12. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********147463 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160130 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: • 2018-cı il üzrə 787.572.72 manat BTFSV. 393.786.36 manat MS. hesabat və arayışın vaxtında verilməməsinə görə 120 manat maliyyə sanksiyası; • 2019-cu il üzrə 317.438.55 manat BTFSV. 158.719.28 manat MS, hesabat və arayışın vaxtında verilməməsinə görə 40 manat maliyyə sank siyası; • 2020-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi. MDSS, İS və İTS haqlan bəyannaməsi üzrə 2.08 manat artıq hesablama; • 2021-ci il üzrə hesabat və arayışın vaxtında verilməməsinə görə 40 manat maliyyə sanksiyası cəmi 1 105 011.29 manat vergi və 552 705,66 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək son olaraq, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının” xx.xx.2021 -ci il tarixli, **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı kameral hesablama barədə qərarlarının ləğv olunması və 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyənnamələrin qəbul edilməsi öhdəliyinin vergi orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Ərizədə iddiaçı bildirmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” səyyar vergi yoxlaması keçirə bilər. Lakin vergi orqanının əldə etdiyi “mənbəyi bəlli olan məlumat” barə də heç bir informasıya verilməmiş, həmin maddəyə əsasən səyyar vergi yoxlaması təyin olunması əsaslandırılmamışdır. Qeyd olunan mövqe analoji hallar ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 330/2022 saylı qərarında (sədrlik edən və məruzəçi hakim: S.Kərimov) da təsdiq olunmuşdur. Göründüyü kimi, vahid məhkəmə təcrübəsi nöqteyinəzərdən yanaşılsa, Ali Məhkəmə hər bir halda inzibati orqanın öz qərarını əsaslandırmasını vacib sayır. Əks halda həmin qərar qanunsuz sayılır. Səyyar vergi yoxlaması prosessual pozuntularla aparılmışdır. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama xx.xx.2021-ci ildə başlanıldı və xx.xx.2022-ci ildə başa çatdırıldı. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artı q davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.7-ci maddəyə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.3-cü maddəyə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********1488960 saylı qərarı əsasında mütəxəssis dəvət olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixində yəni mütəxə ssis dəvət edilməsi barədə qərardan 1 ay əvvəl həmin əsasla yoxlama qanunsuz olaraq dayandırılmışdır. Bundan əlavə yoxlama müddətində bir mütəxəssis dəvət olunması və ekspertiza keçirilməsi məqsədi ilə yoxlama hər biri 1 ay olmaqla 9 dəfə dayandırılmışdır. SVY aktından da göründüyü kimi xx.xx.2021-ci il tarixində yoxlama 30 gün müddətində uzadılmışdır. Həmin vaxt ekspert tərəfindən sahənin hesablanması ilə bağlı düzgün rəy vergi orqanına verilib, lakin həmin rəqəmlər sahibkarı əlavə yükləmək üçün kifayət etmədiyindən, rəy geri qaytarılmış və öz istədikləri rəqəmlərin yazdırılmasına nail olunmuşdur. Sual olunur: bir binanın sahəsinin hesablanması nə qədər çətin bir işdir ki, 9 ay vaxt aparılıb? Səyyar vergi yoxlaması “X19” MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixli rəyləri əsasında aparılmışdır. Həmin müəssisə xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Vergi orqanında mövcud olan fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”ndən ibarətdir. Müəssisənin rəhbəri və ekspert rəyini hazırlamış X3 rəyindən də göründüyü kimi Avstarliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoronaturanı bitirmişdir. Ekspert rəyini imzalamış digər “mütəxəssis” X8 da həmin müəssisədə “mütəxəssis” vəzifəsində çalışmır və bu sahədə ixtisasının və əmək müqaviləsinin olması mövcud sənədlərlə təsdiq olunmur. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən “Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təy in edilir”. 44.2-ci maddəyə əsasən ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. 45.1-ci maddəyə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2-ci maddəyə əsasən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Göründüyü kimi, ekspert rəyini tərtib etmiş və imzalamış mütəxəssis X9 ixtisasca tikinti yox, kommerisya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənə dlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X18” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X18” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Yuxarıda qeyd olunan prosesual hüquq normalarının pozulması ilə bərabər maddi hüquq normaları da ciddi şəkildə pozulmuşdur. Tikinti sahəsində heç bir təcrübəsi və xüsusi biliyi olmayan “X18” MMC tərəfindən binanın sahəsinin hesablanmasında ciddi səhvlərə yol verilmişdir. Belə ki, binanın layihə üzrə sahəsinin hesablanması üçün bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-nə müraciət olunaraq, çoxmənzilli binanın ümumi və satışa yararlı sahələrinin dəqiq sahəsi müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Qeyd olunan rəy səyyar vergi yoxlamasına təqdim olunsa da, vergi orqanı bu sahədə peşəkar və ixtisaslaşmış müəssisəsinin yox, özlərinin diktə etdiklərini yazan məsləhətçi müəssisənin rəyinə istinad edərək hesablama aparmışlar. Nəticədə binanin sahəsini necə hesablamışlarsa 13 min kv.m-dən çox sahə fərqi yaranmışdır. Binanın real sahəsinin hesablanması ilə bağlı yuxarıda ətraflı məlumat verilmişdir. Pilot layihə çərçivəsində müəssisə tərəfindən H.Əliyev layihəsi üzrə inşa olunan 42394.94 kv.m sahənin Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna əsasən 2881.12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ün vanlardakı sakinlərə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 47 sakinə, 59 sayda cəmi 5611.5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822.3 kv.m qeyriyaşayış sahəsi verilmişdir. Bütün sənədlərin təqdim olunmasına baxmayaraq, səyyar vergi yoxlaması aktı ilə qeyd olunan layihə üzrə dövlətə ayrılmış 2881.12 kv.m sahə və pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 6433.8 kv.m sahə vergiyə cəlb olunmuşdur. Pilot layihə çərçivəsində müəssisə tərəfindən Təbriz layihəsi üzrə isə inşa olunan 47752.37 kv.m sahənin isə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna əsasən 3041.9 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz qalmış həmin ünvanlardakı sakinlərə isə əvvəlki sahədən əlavə olaraq 20%-dən az olmamaqla 159 sakinə, 175 sayda, cəmi 12176.3 k v.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105.92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Bu layihə üzrə isə dövlətə ayrılan 3041.9 kv.m sahə vergidən azad olunmuş, pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 14282.22 kv.m sahədən 4893.97 kv.m hissə vergidən azad olunmuş, 9388.25 kv.m sahəsi isə qanunsuz olaraq vergiyə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir”. Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş 218-1.1.5.1.-ci maddəsinə əsasən “fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi. Fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökü lmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir;” Göründüyü kimi, 20 faizlə məhdudlaşdırılmış norma xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Mövcud halda isə pilot layihə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot layihə çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşırığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur. Hətta vergi orqanı ən pis halda yeni qanunu belə tətbiq etsə idi, sakinlərə verilmiş cəmi 20716.02 kv. metr sahədən 12981 kv.m (sökülmüş sahə) + 2596.392 kv.m (20 faiz yeni qanunla verilməli sahə) = 15577.392 kv.m sahəni vergidən azad etməli idi. Mövcud halda isə cəmi 4893.97 kv.m sahəni vergidən azad edib. Cavabdehin etirazları:

15. Cavabdeh iddiaya qarşı yazılı etiraz və etiraza əlavə təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əlavədə qeyd edilmişdir ki, vergi orqanının səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixli **********147463 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması akt ını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2022-ci il tarixli **********475100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********160130 nömrəli qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin elektron poçtuna gönd ərilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr ərzində Nərimanov rayonu, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yaşayış binalarının tikintisi işlərini həyata keçirmiş, bina tikintisi üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdaki kimi olmuşdur: BTFSV üzrə: "xxxx" MMC tərəfindən Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında yoxlanılan dövrdə A,B,C,D,E,F bloklarının (həmçinin 2 mərtəbəli qeyri yaşayış binası), M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın (Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulmuşdur) təməli qoyulmuşdur. “X19” MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən A,B,C,D,E,F bloklarının (həmçinin 2 mərtəbəli qeyri yaşayış binası) ümumi sahəsi 58 858,62 kv.m, M.Qaşqay, M.Sənani, və C.Hacıbəyli küçələrinin kəsişməsində isə yalnız Blok 1 və Həyətaltı avtodayanacağın ümumi sahəsi 15 360,52 kv.m olmaqla, yoxlanılan dövr üzrə ümumi sahə 72197,14 kv.m (yaşayış sahəsi 61345,8 kv.m, qeyri yaşayış sahəsi- 10851,34 kv.m), Mənzil fonduna ayrılan sahə - 3041,9 kv.m, Sənədlə təsdiq olunan sökülən sahə- 4893,97 kv.m olmaqla vergiyə cəlb edilən sahə yaşayış sahəsi 53780,13 kv.m, qeyri yaşayış sahəsi 10481,14 kv.m müəyyən edilmişdir. Həyətaltı avtodayanacağın təməli xx.xx.2020-ci ildə qoyulduğuna görə və 2020-ci ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən BTFSV-nin vergitutma obyekti olmadığına görə, həmçinin həmin sahənin vergi ödəyicisi tərəfindən satışı həyata keçirdilmədiyi üçün (ümumi sahə 2022 kv.m, zirzəminin satışa yararlı sahəsi- 1008 kv.m, zirzəminin satışa yararsız sahəsi 1014 kv.m) yoxlama ilə əhatə olunmamışdır. Beləliklə, yoxlanılan dövr ərzində qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3, 218.3, 219.3 və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə 5 324 232,87 manat (53 780,13 kv.m x 45 x 2,2), qeyri yaşayış sahəsi üzrə 1 556 449,29 manat (10 481,14 kv.m x 45 x 2,2 x 1,5) olmaqla cəmi 6 880 682,16 manat vergi hesablanmışdır. Vergi ödəyicisinin bəyannamə üzrə təqdim etdiyi 5 775 670,89 manat məbləğ nəzərə alınmaqla BTFSV üzrə 1 105 011,27 manat əlavə hesablama aparılmış, 2020-ci il üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığo rta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” üzrə 2,08 manat artıq hesablama müəyyən edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və arayışı müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 200 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumilikdə, hesablanmış vergi məbləği 1 105 009,19 manat, maliyyə sanksiyası 552 705,66 manat təşkil etmişdir. İddia ərizəsinin dəlillərinə münasibət: 16. 1) İddia ərizəsində qeyd edilmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri müəyyən edildikdə səyyar vergi yoxlaması keçirə bilər. Lakin vergi orqanı əldə etdiyi “mən bəyi bəlli olan məlumat” barədə heç bir informasiya verməmiş, həmin maddəyə əsasən səyyar vergi yoxlamasının təyin olunması əsaslandırılmamışdır. Bu dəlilə münasibətdə bildirilmişdir ki, ilk öncə, “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirildiyi qeyd edilmişdir. Həmçinin "xxxx" MMC xx.xx.2021-il tarixli **********350800 nömrəli və xx.xx.2021-ci il tarixli **********304800 nömrəli xidməti məktubla Dövlət Vergi Xidmətinə müraciət edərək “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" təqdim etdikdən sonra pilot layihə və dövlətə ayrılan hissədə müəyyən kənarlaşmalar olduğu üçün sadələşdirilmiş verginin düzgün hesablanmadığını bildirmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, tikilən binaların layihə üzrə sahəsinin düzgün hesablanması məqsədilə bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan "xxxx" MMC-yə müraciət olunaraq çoxmənzilli binaların ümumi və satışa yararlı sahələri müəyyən olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən çoxmərtəbəli binalara görə "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda göstərilən məlumatların düzgünlüyünə mü nasibət bildirilməsi üçün Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2021-ci il tarixli **********842200 nömrəli xidməti məktubu və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Proqnoz göstəricilərinə nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli **********963700 saylı xidməti məktubuna əsasən Vergi auditi idarəsinin Auditin təşkili və təhlili şöbəsinin xx.xx.2021-ci il tarixli **********214400 nömrəli xidməti məruzəsinə əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Onu da qeyd edirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160130 nömrəli qərarda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsasları qeyd edilmiş, lakin iddiaçı tərəfindən müvafiq hissəyə diqqət yetirilməmişdir. Göründüyü kimi vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli **********147085 nömrəli qərarı kifayət qədər əsaslı və qanunidir. 2) İddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi vergi orqanının xx.xx.2021-ci il tarixli **********1488960 saylı qərarı əsasında mütəxəssis dəvət olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixində, yəni mütəxəssis dəvət edilməsi barədə qərardan 1 ay əvvəl həmin əsasla yoxlama qanunsuz olaraq dayandırılmışdır. Bu dəlilə münasibətdə bildirirlər ki, vergi orqanının xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi” barədə qərarı əsasında “X19” MMC-nin nümayəndəsi X10 mütəxəssis kimi dəvət edilmiş və mütəxəssis qarşısında İddiaçı MMC tərəfindən Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin müəyyən edilməsi suallarına cavab verilməsi tələb olunmuşdur. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı əsasında səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədək dayandırılmışdır. Həmçinin “Mütəxəssisin dəvət edilməsi barədə” qərar xx.xx.2021-ci il tarixli **********656000 saylı məktubla iddiaçıya göndərilmişdir. Vergi orqanı tərəfin dən ikinci dəfə "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********1488960 saylı Qərarı qəbul edilmişdir. 3) Vergi orqanının xx.xx.2021-ci il tarixli **********153069 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması” haqqında qərarında yoxlama müddətinin 30 iş günü artırılmasının səbəbi olaraq yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması qeyd edilmişdir. Yəni, göründüyü kimi vergi orqanı tərəfindən müvafiq qərar əsaslandırılmışdır. 4) iddia ərizəsinin “vergi orqanının Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X19” MMC-ni n verdiyi rəydən vergi hesablanması üçün istifadə olunmasının VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə zidd olması" dəlilinə münasibətdə bildirirlir ki, vergi orqanının sifarişi və xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi” barədə qərarı əsasında “X19” MMC-nin nümayəndəsi olaraq X10 mütəxəssis kimi dəvət edilmişdir, lakin X10 bildirmişdir ki, o, “X19” MMC-nin rəhbəri vəzifəsində çalışır, kommersiya ixtisası üzrə ixtisaslaşdığından və təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində “X19” MMC-nin mütəxəssisi X11 mütəxəssis kimi dəvət edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********148960 saylı “Mütəxəssisin dəvət edilməsi barədə” qərarı əsasında “X19”nun mütəxəssisi X11 mütəxəssis kimi dəvət edilmiş və ondan "xxxx" MMC tərə findən Nərimanov rayonu, Möhsün Sənani, Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsi və Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsi ünvanlarında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin müəyyən edilməsi suallarına cavab verilməsi tələb olunmuşdur. Vergi ödəyicisinin özünün bəyan etdiyi əmək haqqı fondu ilə mütəxəssis tərəfindən müəyyən edilən yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcmi arasında fərq yaranmadığı üçün mütəxəssis tərəfindən yaşayış binalarının ümumi sahəsi, yaşayış və qeyri-yaşayış sahələri üzrə rəy vergi orqanına təqdim olunmuş, mütəxəssis rəy i xx.xx.2022-ci il tarixli **********091100 saylı məktubla vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. 5) “X19" MMC tərəfindən binanın sahəsinin hesablanmasında ciddi səhvlərə yol verildiyi, binanın layihə üzrə sahəsinin hesablanması üçün tərəflərindən bu sahədə ixtisaslaşdırılmış lisenziyalı təşkilat olan “Az-Ekspertiza" MMC-nin xx.xx.2021-ci il tarixli Ə115 saylı mütəxəssis rəyinin tərtib olunması, lakin həmin rəyin nəzərə alınmaması barədə iddiaçının dəlili ilə bağlı qeyd olunur ki, Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən Baş İdarə tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021ci il tarixli **********149616 saylı qərar çıxarılmış, vergi ödəyicisindən xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli aktlarla götürülən sənədlərdən əlavə mənzilləri sö külmüş sakinlərə müəssisə tərəfindən verilən mənzillərin siyahısı, binaların sahəsinin təyin edilməsi ilə bağlı "xxxx" MMC-nin mütəxəssis rəyinin surəti götürülmüşdür. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. X1 tərəfindən verilmiş iltizamda onun “X19” MMC şirkətinin mütəxəssisi olduğu, işin nəticəsində maraqlı olmadığı, fəaliyyəti ilə bağlı rəy verəcə yi şəxslə və ya hüquqi şəxsin rəhbərliyi ilə heç bir qohumluq əlaqəsi olmadığı qeyd edilmişdir. 6) “X19” MMC-nin rəyini tərtib etmiş mütəxəssislərin ixtisaslarına istinadla irəli sürülən dəlillərlə bağlı münasibətdə bildirilir ki, “X19” MMC-nin rəhbərliyi yuxarıda göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün xx.xx.2022-ci il tarixli **********870300 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir (məktubun surəti etiraza əlavə olunur). X2 təmir-tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində əməkdaşı X4 dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş etmişdir. X4 aldığı ixtisas dərəcəsi inşaatçı-mühəndisdir, ixtisası sənaye və mülki tikintidir, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (diplomun surəti etiraza əlavə olunur). Yəni, mütəxəssis rəyi alınarkən Vergi Məcəlləsinin müvafiq maddələrinə tam şəkildə riayət olunmuş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən alınmış mütəxəssis rəyindən vergi yoxlamasında vergilərin hesablanması zamanı istifadə edilməsi vergi orqanının vəzifələrinə aid deyil, əksinə, Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanının hüququdur. Onu da qeyd edirlər ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslarından biri "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda göstərilən məlumatların düzgünlüyünə münasibət bildirilməsi olmuşdur. Belə ki, Dövlət Vergi Xidmətinin Bəyannam ələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2021-ci il tarixli **********842200 nömrəli xidməti məktubu və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Proqnoz göstəricilərinə nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli **********963700 saylı xidməti məktubuna əsasən Vergi Auditi idarəsinin Auditin təşkili və təhlili şöbəsinin xx.xx.2021-ci il tarixli **********214400 nömrəli xidməti məruzəsinə əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 7) İddiaçının “mövcud halda pilot layihə üzrə tikinti Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarlarına əsasən aparıldığından, pilot layihə çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq məktubu və onunla bağlanılmış müqavilə əsasında dövlətin tapşı rığı ilə sakinlərə ayrıldığından və Vergi Məcəlləsinə əsasən vergi gəlirdən hesablanıldığından və həmin sahələrin təqdim olunmasından gəlir əldə olunmadığından vergiyə cəlb olunması qanunsuzdur” dəlilinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də bu maddənin müddəaları tətbiq edilir. Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sök ülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir. Məlum olduğu kimi müvafiq maddə iddiaçı müəssisəyə deyil, fiziki şəxslərə şamil edilir. Belə ki, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilərkən fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə veri ldiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) vergidən azadolma tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Göründüyü kimi həmin Məcəllə və onun əsasında qəbul edilmiş digər aktlar yalnız şəhərsalma və tikinti fəaliyyətinə aiddir, vergitutma məqsədləri üçün istifadə edilə bilməz. Hazırki halda, binanın sahəsinin müəyyən edilməsi şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı olmuşdur. 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə sadələşdirilmiş vergidən azad edilirdi. Mövcud təcrübədə pilot layihələr çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan yaşayış və qeyri-yaşayış sahələri verilir ki, vergi ödəyiciləri belə təqdimetmənin dövlətə ayrılan sahə kimi qiymətləndirilərək vergidən azad edilir. Eyni zamanda bildirilmişdir ki, p ilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göst ərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-988/2022 saylı qərardadına əsasən iş üzrə kompleks məhkəmə mühasibatlıq və məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/7053-9/7815 saylı ekspert rəyinə əsasən ekspert qarşısında qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir: Məhkəmə tikinti-texniki ekspertizası üzrə: Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində (Həsən Əliyev layihəsi) yerləşən yaşayış binalarında bütün bloklar üzrə zirzəmi mərtəbələrində yerləşən avtodayanacaq sahəsi 6515 kv.m (yararlı sahə 2640 mkv.m), birinci və ikinci mərtəbələrdə yerləşən qeyriyaşayış sahələri 3946,8 kv.m, 2-16-cı mərtəbələrdə yerləşən mənzillərin ümumi sahəsi 28692,5 kv.m, mansard mərtəbəsinin sahəsi 2087,2 kv.m, ümumi dəhliz və pilləkən qəfəsinin sahəsi 4224 kv.m olmaqla yaşayış binalarının ümumi sahəsi 45465,2 kv.m təşkil edir; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində (Təbriz layihəsi) ye rləşən yaşayış binalarında bütün bloklar üzrə zirzəmi mərtəbələrində yerləşən avtodayanacaq sahəsi 5060,4 kv.m (yararlı sahə 1674 kv.m), birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahələri 4618,3 kv.m, yaşayış binalarında yerləşən (bütün bloklar üzrə mansard daxil olmaqla) mənzillərin ümumi sahəsi 33172,7 kv.m, ümumi dəhliz və pilləkən qəfəsinin sahəsi 6150,5 kv.m olmaqla yaşayış binalarının ümumi sahəsi 49001,9 kv.m təşkil edir; Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli, 1/351 nömrəli məktubuna əsasən, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində Pilot layihə çərçivəsində inşa edilmiş yaşayış binalarından qarşılıqlı razılaşma əsasında söküntüyə məru z qalmış həmin ünvanlardakı mənzillərin sahiblərinə 5611,5 kv.m təmirli mənzil sahəsinin, qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə 822,3 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhdəlik götürülmüşdür. Həmin ünvandan şəhərin mənzil fonduna 2881,12 kv.m yaşayış sahəsi təhvil verilməsi nəzərdə tutulmuşdur; Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli, 1/350 nömrəli məktubuna əsasən, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində Pilot layihə çərçivəsində inşa edilmiş yaşayış binalarından qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış həmin ünvanlardakı mənzillərin sahiblərinə 12176,3 kv.m təmirli mənzil sahəsinin, qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə 21 05,92 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhdəlik götürülmüşdür. Həmin ünvandan şəhərin mənzil fonduna 3041,9 kv.m yaşayış sahəsi təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə mühasibatlıq ekspertizası üzrə: aparılmış tədqiqatın nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay, M.Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində (Həsən Əliyev layihəsi) (yaşayış və qeyri-yaşayış sahələridə daxil olmaqla) yerləşən bina üzrə ümumi vergi yükü 3 330 267.93 manat təşkil edir. O cümlədən 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (A bloku) - 1 111 255.2 manat (yaşayış sahəsi- 828 748.8 manat, qeyriyaşayış sahəsi- 282 506.4 manat), 2018-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (2-ci blok, B və C hissələri) - 965 623.23 manat (yaşayış sahəsi - 791 893.08 manat, qeyriyaşayış sahəsi - 173 730.15 manat), 2017-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (D və E blokları) - 1 253 389.5 manat (yaşayış sahəsi 978 337.8 manat, qeyri-yaşayış sahəsi275 051.7 manat) təşkil edir; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində (Təbriz layihəsi) yerləşən bina üzrə ümumi vergi yükü 2 919 921.84 manat təşkil edir. O cümlədən 2018-ci ilin 2-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (A-B-C blokları) üzrə - 1 469 808.45 manat (yaşayış sahəsi- 1 008 953.55 manat, qeyri-yaşayış sahəsi-460 854.9 manat), 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (D bloku və 2 mərtəbə q/y)-üzrə 665 850.24 manat (yaşayış sahəsi- 598 033.26 ma nat, qeyri-yaşayış sahəsi-67 816.98 manat), 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə (E və F blokları) -784 263.15 manat (yaşayış sahəsi- 691 257.6 manat, qeyri-yaşayış sahəsi-93 005.55 manat) təşkil edir. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin hər iki layihə üzrə ümumi vergi yükü 6 250 189.77 manat təşkil edir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2017ci il tarixindən dövlət büdcəsinə cəmi ödəniş məbləği 3 131 507,01 manat təşkil edir, eyni zamanda xx.xx.2020-ci il tarixində **********252800 saylı məktuba əsasən digər hüquqi şəxsin ona qoşulmasının nəticəsi olaraq 838 311,28 manat azalma aparılmışdır. Beləliklə, ödənilmiş vergilər və aparılmış əvəzləşmələr nəzərə alınmaqla cəmiyyətin dövlət büdcəsinə hazırki bo rc məbləği 2 280 371.48 manat təşkil edir.

19. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(112)-254/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə və 2019-cu ilin 3-cü rübləri üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qan unverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarı İddiaçı tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarı 2018-ci il üzrə 120 manat, 2019-cu il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat olmaqla, cəmi 200 manat məbləğində maliyyə sanksiyası məbləği istisna olmaqla ləğv edilmişdir.

20. Məhkəmə Vergi Məcəlləsinin 72.5 və 85.5-ci maddələrinə istinadla qeyd etmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini pozaraq cavabdehin 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübü üzrə dəqiqləşdirilmiş bəyənnamələr təqdim etmək hüququnu məhdudlaşdırmışdır. Bəyənnamə təqdim edərkən sistemdə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmək hüququnuz yoxdur!” xətası çıxmışdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan rüblər üzrə məhdudiyyət tətbiq edildiyi halda 2018-ci ilin 2-ci rübü və 2019-cu ilin 4cü rübü üzrə qeyd olunan məhdudiyyət mövcud olmamışdır. Halbuki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixli **********12700 saylı və xx.xx.2019-cu il tarixli **********574800 saylı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” məlumat formaları vergi orqanına təqdim edilərək sadələşdirilmiş vergi metodu seçilmiş və ərizə vergi orqanı tərəfindən qəbul edilmişdir.

21. Vergi məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanın vəzifəsidir. Lakin mövcud halda inzibati orqan vergi ödəyicisinin qanunverciliklə müəyyən olunmuş bəyənnamə təqdim etmək hüququnu məhdudlaşdırmış, vergi ödəyicisinin müraciətlərinə Vergi Məcəlləsinin tələblərinə uyğun cavablar təqdim etməmiş, sonda vergi ödəyicisinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və səyyar vergi yoxlaması aktı ilə də, bəyannamə təqdim etməyin məhdudlaşdırılmas ı məsələsinə aydınlıq gətirilməmişdir.

22. Vergilərin hesablanmasına əsas “X19” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən binanın ümumi sahəsi üzrə yaranmış kənarlaşmalar, həmçinin pilot layihə çərçivəsində sakinlərə təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin, həmçinin Həsən Əliyev layihəsi üzrə dövlətə ayrılmış yaşayış sahəsinin vergiyə cəlb edilməsi olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********148006 saylı mütəxəssis dəvət edilməsi haqqında qərarına əsasən X9 mütəxəssis kimi dəvət edilmişdir. Qeyd olunan mütəxəssis təşkilatının fəaliyyəti barədə məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin X12 Baş İdarəsinə 2-1(112)-988/2022 saylı, xx.xx.2022-ci il tarixli sorğu göndərilmişdir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli, **********3596600 saylı məktubla cava b verilərək bildirilmişdir ki, “X19” MMC xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “kommersiya və idarəetmə məsələləri üzrə sair məsləhətlər (kod: 70220)”, əlavə fəaliyyət növü isə “kommersiya məsələləri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyyələr, praktiki yardımın göstərilməsi”ndən ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubuna əsasən X3 müəssisənin direktoru, X4 isə “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində cəmiyyət ilə əmək müqaviləsinin olması müəyyən olunmuşdur. təqdim edilmiş sənədlər və mütəxəssis rəyi əsasında müəyyən olunur ki, müəssisənin rəhbəri və mütəxəssis rəyini hazırlamış X9 rəydən də, göründüyü kimi Avstraliy anın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Mütəxəssis rəyini imzalamiş digər şəxsin ixtisasca inşaatçı mühəndis olması, lakin müəssisədə mütəxəssis vəzifəsində deyil, “biznes məsələləri üzrə məsləhətçi” vəzifəsində çalışması müəyyən olunmuşdur. Eyni zamanda vergi orqanının qərarı ilə mütəxəssis qismində X9 dəvət edilmişdir. Mütəxəssis rəyləri xx.xx.2022-ci il tarixində verilmiş, mütəxəssis rəyi əsasında xx.xx.2022-ci il tarixində səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Lakin yoxlama bitəndən 4 ay sonra “X19” MMC-nin rəhbəri X3 xx.xx.2022ci il tarixində Lokal Gəlirlər Baş İdarəsinə məktub ünvanlayaraq bildirmişdir ki, o, müəssisənin rəhbəri vəzifəsində çalışır, kommersiya ixt isası üzrə ixtisaslaşmış (Avstraliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı), təmir tikinti sahəsində xüsusi bilik və təcrübəsi olmadığından mütəxəssis qismində əməkdaşları X5 dəvət edilməsini və müvafiq sualların ona ünvanlanmasını xahiş etmişdir. Göründüyü kimi, mütəxəssis qismində dəvət edilmiş və rəyi imzalamış şəxsin özü mütəxəssis olmamasını etiraf etmişdir. Digər şəxs X5 isə mütəxəssis qismində dəvət edilməsi ilə bağlı iş materiallarında vergi orqanının qərarı aşkar edilməmiş, müəssisə rəhbərinin həmin şəxsin mütəxəssis kimi təyin edilməsi barədə məktubu isə, rəy tərtib olunduqdan 4 ay sonra verilmişdir. Həmçinin tərtib olunmuş mütəxəssis rəylərində inşa olunmuş binaların sahələrinin h ansı normativ hüquqi aktlara əsasən hesablanması göstərilməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad edilməmişdir. Bu səbəbdən qeyd olunan mütəxəssis rəyi Vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələblərini pozmaqla tərtib edilmişdir və yuxarıda qeyd edilən hallar mütəxəssis rəylərinin mötəbərliyini şübhə altına almağa əsas verir.

23. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/351 saylı məktubuna, tərəflər arasında, həmçinin sakinlərlə bağlanılmış müqav ilələrə əsasən M.Qaşqay, M.Sənani və C.Hacəbəyli küçələrinin kəsişməsində inşa olunan binalar üzrə “EvrostroyS.S" MMC tərəfindən 2881.12 kv.m-i şəhərin mənzil fonduna, söküntüyə məruz 47 sakinə, 59 sayda cəmi 5 611.5 kv.m yaşayış, 3 sakinə isə 3 sayda cəmi 822.3 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Lakin, səyyar vergi yoxlaması aktına və kameral vergi yoxlaması haqqında qərarlara əsasən müəyyən olunur ki, dövlətə və sakinlərə ayrılan sahələr vergidən azad edilməmişdir.

24. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1/350 saylı məktubuna, tərəflər arasında, həmçinin sakinlərlə bağlanılmış müqavilələrə əsasən müəyyən olunur ki, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan binalar üzrə 3041.9 kv.m-i şəhərin mənzil fonduna, sökün tüyə məruz qalmış həmin ünvanlardakı 159 sakinə, 175 sayda, cəmi 12176.3 kv.m yaşayış, 16 sakinə, 21 sayda, cəmi 2105.92 kv.m qeyri-yaşayış sahəsi verilmişdir.

25. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, bu ünvan üzrə dövlətə ayrılmış 3041.9 kv.m və pilot layihə çərçivəsində sakinlərə verilmiş cəmi 4 893.97 kv.m sahə vergidən azad edilmişdir. Beləliklə cavabdeh tərəfindən dövlətə ayrılmış cəmi 5 923.02 kv.m yaşayış sahəsinin 2881.12 kv.m-i və pilot layihə çərçivəsində sakinlərə ayrılmış 17 787.8 kv.m yaşayış sahəsinin 12893.83 kv.m sahəsi və 2 928.22 kv.m qeyriyaşayış sahəsi tam şəkildə vergiyə cəlb edilmişdir.

26. Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdan kənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir”. Vergi Məcəlləsinin 2018-ci il üçün qüvvədə olan 219.3-cu maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir”.

27. Məhkəmə eləcə də qeyd etmişdir ki, iş üzrə təyin edilmiş kompleks məhkəmə mühasibatlıq və məhkəmə tikint-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7053-9/7815 saylı ekspert rəydə göstərilmişdir ki, İddiaçı MMC-nin hər iki layihə üzrə ümumi vergi yükü 6 250 189.77 manat təşkil edir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixindən dövlət büdcəsinə cəmi ödəniş məbləği 3 131 507,01 manat təşkil edir, eyni zamanda xx.xx.2020-ci il tarixində **********252800 saylı məktuba əsasən digər hüquqi şəxsin ona qoşulmasının nəticəsi olaraq 838 311,28 manat azalma aparılmışdır. Beləliklə, ödənilmiş vergilər və aparılmış əvəzləşmələr nəzərə alınmaqla cəmiyyətin dövlət büdcəsinə hazırki borc məbləği 2 280371.48 manat təşkil edir.

28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2846/2023 nömrəli qərarı ilə (hakimlər R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. Cavabdeh həmin qərardan kassasiya şika yəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda şəhərin mənzil fonduna 2881.12 kv.m yaşayış sahəsinin təhvil verilməsi qeyd edilmiş olsa da, bu sahələrin hansı tarixdə təhvil edilməsi barədə müvafiq qoşma sənədlər cavabdehə təqdim edilməmişdir. Həmçinin “Evrostroy S.S" MMC tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli arayış təqdim edilmiş və bu arayışda Nərimanov rayonu, Mirəli Qaşqay, Möhsün Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində 4 blok. Bakı şəhəri, F.Məmmədov, K.Kaz ımzadə və Təbriz küçələrinin kəsişməsində 6 bloklu pilot layihə inşa edilməsi qeyd edilmişdir. Müvafiq arayışda həmçinin hər iki layihə üzrə blokların təməlqoyma tarixləri qeyd edilmişdir. Belə ki, Nərimanov rayonu, Mirəli Qaşqay, Möhsün Sənanı və C.Hacıbəyli küçələrinin kəsişməsində blokların təməlqoyma tarixlərinə nəzər yetirdikdə məlum olur ki, 1-ci blokun təməli xx.xx.2019-cu il, yəni səyyar vergi yoxlaması aparılan zaman qoyulmuş olsa da, digər 3 blokun təməlqoyma tarixləri yoxlama aparılan vaxtdan əvvəlki dövrə təsadüf edir. Daha dəqiq ifadə etsək, 2-ci blokun təməlqoyma tarixi xx.xx.2017-ci il, 3-cü blokun təməlqoyma tarixi xx.xx.2017-ci il, 4-cü blokun təməlqoyma tarixi xx.xx.2017-ci il tarixlərində qeyd edilmişdir. Nərimanov rayonu, Mirəli Qaşqay, Möhsün Sənani və C.Hacıbəyli küçə lərinin kəsişməsində pilot layihə çərçivəsində təqdim edilmiş 4 blokdan 3nün təməlqoyma tarixləri yoxlama dövründən əvvəlki tarixləri əhatə etdiyindən, həmçinin həmin sahələrin hansı tarixdə təhvil verilməsi barədə müvafiq sənədlər cavabdehə təqdim edilmədiyindən müvafiq sahələr tam şəkildə vergiyə cəlb edilmişdir.

33. Bundan əlavə qeyd edilmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən Məhkəmə Ekspertiza Mərkəzinin 13 03 2023-cü ıl tarixli 10/7053-9/7815 saylı ekspert rəyini əsas götürmüş, heç bir əsaslandırma aparmadan və həmin sübutları tədqiq etmədən ekspert rəyini mötəbər sübut hesab edərək onun əsasında qərar qəbul etmişdir. Sözügedən xx.xx.2023-cü il tarixli 10/7053-9/7815 saylı ekspert rəyinin qismən mötəbər sübut kimi qiymətləndirilməməsi barədə cavabdeh tərəfindən mülahizənin mə hkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə kollegiyası mülahizə üzrə dəlillərə heç bir münasibət bildirməmişdir.

34. Həmçinin ekspert rəyində qeyd edilənlərə dair bildirilmişdir ki, tikilən binanın mənzillərarası pilləkən meydançalarının, pilləkənlərin, liftlərin, lift şaxtası və ya digər şaxtaların, dəhlizlərin, texniki mərtəbələrin, çardaqların sahələri ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb olunur. Pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalarda verilən yaşayış və qeyri-yaşayış sahəsinin sökülən sahə ilə müqayisədə artırılmasından asılı olmayaraq, sadələşdirilmiş vergi üzrə güzəşt məbləği mülkiyyətçilərin sökülən sahələri həddində tətbiq edilir.

35. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmədə nə qeyri-mötəbər sübut hesab etdiyi mütəxəss is rəyini təqdim edən şəxslər, nə mötəbər hesab edilmiş ekspert rəyini təqdim edən ekspertlər, nə də yoxlayıcılar iş üzrə şahid qismində dindirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2846/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

38. Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edil miş mənada tətbiq edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunverici liyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 218.1 və 218.1.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir Maddə 218.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. Maddə 219.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddə 220.8 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəx slər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Maddə 220.8.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur: 3-4-cü zonalarda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal – 2,2. Maddə 220.8-1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddə 221.5 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonra kı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

39. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektini n sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 40. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanı

4. Müəyyən edilsin ki: 4.6. həmin Məcəllənin... 59.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;

41. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 0 4 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) v ə üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir.

42. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. M addə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

43. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsə lələri təkrarlamağa lüzum qalmır.

49. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

50. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Hazırkı iş üzrə iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisidir və onun iddia tələbində ifadə olunmuş hüquqi marağı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci i l tarixli **********160130 saylı qərarının” xx.xx.2021-ci il tarixli, **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı kameral hesablama barədə qərarlarının ləğv olunması və 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyənnamələrin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

52. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin predmeti - bina tikintisi fəaliyyətinə görə hesablanmış sadələşdirilmiş vergi üzrə binanın vergitutma obyekti olan sahənin nədən ibarət olması və hansı meyarlar üzrə müəyyən edilməsindən ibarətdir.

53. Bu mübahisənin həlli üçün mərkəzi maddi hüququ norması kimi Vergi Məcəlləsinin yoxlama ilə əhatə olunduğu dövrdə qüvvədə olmuş VM-nin 219.3-cü maddəsi çıxış edir. Həmin normaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

54. Cavabdehin mövqeyinə görə 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyekti sayılır.

55. Göründüyü kimi hazırki mübahisənin əsas mahiyyəti verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin vergi hesablanması üçün nəzərə alınmasıdır. Belə ki, son nəticədə vergi öhdəliyini n məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, VM-nin 219.3-cü maddəsində vergitutma obyekti kimi bəhs olunan «binanın hər mərtəbəsinin ümumi sahəsi» anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Halbuki, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından biri ondan ibarətdir ki, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (VMnin 3.9-cu maddəsi).

56. Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

57. Bu baxımdan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin müddəaları baxılan mübahisəyə tətbiq edilə bilər. Həmin normaya görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

58. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.1-ci bəndinə görə yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır.... Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir.

59. Göründüyü kimi bina tikintisində vergitutma obyektinin müəyyən olunmasında iqti sadi əsaslandırmanın meyarı – binanın ümumi sahəsindən təqdim olunmaqla gəlir əldə edilən hissəsi üzrə vergi hesablanmasına yönəlmişdir. VM-nin 219.3-cü maddəsi ləğv edilməklə 20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanunla gətirlimiş yeni tənzimləmələr də məhz bu məzmundadır və vergitutma obyekti kimi mərtəbənin ümumi sahəsini deyil, konkret olaraq satın alınmış yaşayış və qeyri-yaşayış sahələrini müəyyən etmişdir.

60. İddiaçının inşa etdiyi binaların sahəsindən vergitutma obyektini müəyyən etmək üçün əsaslandığı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli Ə-115 saylı mütəxəssis rəyi də məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” rəhbər tutulmaqla tərtib olunmuşdur.

61. Lakin vergi orqanının səyyar yoxlamasının əsasını təşkil etmiş “X18” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində «binanın hər mərtəbəsinin ümumi sahəsi»ni müəyyən edərkən hansı meyarlar əsasında hesablama apardığı müəyyən deyildir. Ümumiyyətlə həmin mütəxəssis rəyi işə baxmış məhkəmələr tərəfindən bu qərarın 22-ci paraqrafında şərh olunan əsaslandırılmış səbəblərdən mötəbər sübut kimi qəbul edilməmişdir.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından v ə sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

63. Beləliklə, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasının əsaslı olduğunu sübut edə bilməmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qərarını qüvvədə saxlamaq ilə düzgün qənaətə gəlmişdir.

65. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 21(103)-2846/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar