Məhkəmə qərarları › İş №2-1(102)-509/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-509/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-509/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkün sayılmaması, ümumi (publik) hüquq sahəsinə aid deyil) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəmə qərarı ilə müəyyən olunmuş pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2431/19 saylı i ş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsi X1 idarəsinin əməlləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın məhkəmələr tərəfindən təsdiq olunmuş 1.500 manat məbləğdə vəsaitin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsinin X1i idarəsindən ona 500 manat maddi və mənəvi ziyanın tutulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qətnamədən şikayətini əsaslı hesab edərək, ona 1.500 manat təzminat ödənilməsi barədə qətnamə qəbul etmişdir. Onun kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin qərarı ilə şikayətinin haqlı olması təsdiq edilmişdir və Bakı Şəhər Baş Polis İdarəsinin X1i idarəsinin bu vəsaiti ödəməyə hesabında vəsait olmadığı nəzərə alınaraq həmin vəsaitin Maliyyə Nazirliyi tərəfindən ödənilməli olması müəyyən edilmiş, işi bu hissədə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. O, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə Maliyyə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh bu vəsaitin ödənilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1( 81)-2243/2019 saylı (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)-2431/19 saylı (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2243/2019 saylı qərarının də yişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, iddia tələbi üzrə araşdırma aparılmamış, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə işdə olan sübutları tam yoxlamamış və obyektiv qiymətləndirməmiş, onlara qanunun tələblərinə uyğun, faktlar və sübutlar əsasında deyil, şəxsi və hüquqi əsası olmayan subyektiv mülahizələrinə uyğun qiymət vermiş, ümumiyyətlə işə birtərəfli, qeyri-obyektiv və qərəzli yanaşaraq yalnız cavabdehin istinad etdiyi halları əsaslı hesab etmiş, iddiaçının təqdim etdiyi sübutlara və gətirdiyi arqumentlərə əhəmiyyət verməmişdir. Belə ki, iddiaçının etibarnaməli idarəçiliyində olan avtomobil qanunsuz və əsassız olaraq X1 idarəsinin müəyyən etdiyi dayanacağa təxliyyə edilmiş və bunun nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Buna görə də iddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci qətnaməsi ilə iddia tələbim qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi qismində 500 manat pulun tutularaq mənə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətna məsi iddianın təmin edilmiş hissəsində dəyişdirilərək mənəvi ziyana görə 1500 manat məbləğdə pul vəsaitinin həmin iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 26.09. 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017- ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin bununla yanaşı iddiaçıya izah edilmişdir ki, Bakı Şəhər Baş Yol Polis İdarəsinin X1 İdarəsinin bu vəsaiti ödəməyə hesabında vəsaiti olmadığından, həmin vəsait Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir və iddiaçı Maliyyə Nazirliyinə müraciət etməli, o imtina etdiyi təqdirdə isə ümumi deyil, inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Buna görə də iddiaçı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Maliyyə Nazirliyinə müraciət etmiş, sonuncu isə həmin vəsaitin ödənilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, məhkəmələr bu qənaətə gəlməkdə haqlı olmamışlar, nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Ap elyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1776/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İ PM-in 94.2ci və 94.4-cü maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibe dilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Normanın tələbindən göründüyü kimi inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulm uş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasına görə, bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: (...) 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənil məlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinin müddəalarına əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: (...) 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, inzibati xəta haqqında icraat üzrə şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyanın ödənilməsi qaydası həmin normaların aid olduqları mülki qanunvericilik aktları ilə tənzimlənir. İddia tələbindən və işin müəyyən edilmiş halların dan göründüyü kimi, hazırkı iddia tələbi iddiaçı ilə inzibati orqan arasında yaranmış münasibətlərdən irəli gəlsə də, bu münasibət bilavasitə inzibati icraatla deyil, inzibati xətalara dair iş üzrə icraatla bağlı və həmin icraatın iştirakçıları (subyektləri) arasında yaranmışdır. Qanunverici isə həmin münasibətləri inzibati icraatın nizamasalma predmetinə aid etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.2-ci maddələrində aşkar və qeyd-şərtsiz olaraq təsbit olunmuşdur ki, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərinə əsasən hesab edir ki, hazırkı mübahisə inzibati icraatın nizamasalma predmetinə aid olmadığından, məhkəmələr həmin mübahisəyə baxmaqda səlahiyyətli olmamışlar. Qeyd edilən səbəblərə görə hazırkı məzmunda iddia mümkünsüzdür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2431/19 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. İddiaçıya izah olunur ki, inzibati xətalara dair iş üzrə icraatla bağlı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ilə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət edə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar