Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-509/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaç ı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ““həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2239/2021 nömrəli, 19.10.2021-ci il tarixli qərarda dından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılma mışdır. (hakim: M.Qarayeva)
3. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2239/2021 nömrəli, 19.10.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – Səadət Bəktaşi, hakimlər – Azər Hüseynov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı 25.10.2021-ci il tarixində məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 01.12.2021-ci il tarixin də iddiaçı vəkillə təmin olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2239/2021 nömrəli, 19.10.2021-ci il tarixli qərardadı iddiaçıya 10.11.2021-ci il tarixində təqdim edilmişdir.
7. İddiaçı 22.12.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2239/2021 nömrəli, 19.10.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
8. İddiaçı 21.02.2022-ci il tarixində vəsatət təqdim edərək müddətin buraxılmasını üzrlü hesab edərək ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Vəsatəti belə əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi ilə bağlı iddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyə çalışsa da, qeydiyyat üçün t ələb edilən dövlət rüsumunu ödəməyə maddi imkanı çatmadığından bu mümkün olmamışdır. Bu hallar isə kassasiya şikayəti verilməsi müddətinin ötürülməsinə səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərardadı iddiaçıya 12.11.2021-ci il tarixində (iş v.124) təqdim edilmişdir. İddiaçıya kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkil təyin olunmuş və 01.12.2021-ci il tarixində vəkil orderi tərtib olunmuşdur (iş v.144). İddiaçı isə bundan 21 gün sonra, 22.12.2021-ci il tarixində kassasiya şikayəti verərək qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüşdür.
11. Məhkəmə kollegiyası vəsatətdə göstərilən dəlilləri ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etmir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməklə bağlı vəsatətdə göstərilən hallar şikayətin gec verilməsinə səbə b ola bilməz.
12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, prosessual müddətin bərpası barədə vəsatət rədd edilməli, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2239/2021 nömrəli, 19.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.