Məhkəmə qərarları › İş №2-1(102)-51/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-51/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-51/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi, əsaslandırılmamış inzibati akt Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrə dəyişiklik edilərək, ehtiyata buraxılma istiqamətində işlərin görülməsi” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilən kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1992 - 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, sonuncu olaraq Heydər X2 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsində işləmiş, polkovnik-leytenant hərbi rütbəsinə malik olmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların ic rasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimaisiyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazılığına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsi və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, ona tutulan iradları qərəzli şəkildə q əbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq o, eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti, işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı koman danlıq qarşısında vəsatət qaldırılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, xxxx saylı əmr ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, H.X2 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Onun təqvimi xidmət illəri – 25 il, 06 ay, 07 gün; güzəştli xidmət illəri – 12 il, 01 ay, 14 gün; cəmi, xidmət illəri – 37 il, 07 ay, 21 gün təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli, xxxx nömrəli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan polkovnikleytenantdır. 1992-2018-ci illər (1992-1995-ci il tarixlərdə əsgər, 1995-2018-ci il tarixlərdə gizir və zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur) ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi həqiqi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədə k yüksəlmişdir, müharibə və silahlı qüvvələr veteranıdır. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, müxtəlif medallar, fəxri fərmanlarla təltif edilmişdir. Son xidməti yeri və vəzifəsi DSX-nin X4 X2 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə xxxxnömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq onunla heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsiri olub-olmaması sübut edilmədən xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. O, xx.xx.2018-ci il tarixli, xxxx nömrəli əmri əsassız sayır, bu əmr mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, sözügedən əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə (xidməti uyğunsuzluğa görə) onu vəzifədən azad etmişlər. Hərbi qulluqçunun bu maddə ilə hərbi xidmətdən tərxis edilməsi üçün ilk öncə onun bu xidmətə uyğun olmayan hər hansı hərəkətinin olub-olmaması, vəzifəsində buraxdığı ciddi səhvlərin olması, törətdiyi nöqsanlar sübut olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, xidmət dövründə ciddi nöqsanları olmamış, dəfələrlə dövlət və Dövlət Sərhəd Xidmətinin mükafatlarına layiq görülmüş, hətta xx.xx.2018-ci il tarixli məlum əmrdən bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin medalı ilə təltif olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə xxxxnömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. Onun öz arzusu ilə Dövlət Sərhəd Xidmətində tutduğu vəzifədən azad olunaraq tərxis olunması barədə dəfələrə raportu olmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı ilə əmrə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu madəsinə əsasən ehtiyata buraxılmalıdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını təqdimatda qeyd edilənlər təşkil edir. 7. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim:A.Abdullayeva) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə xxxxnömrəli tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının ümumiyyətlə 2018-ci il ərzində Sərhəd Nəzarətinin rəhbərliyinə raportla müraciət etmədiyini bildirmişdir. Eləcə də, iddiaçı barəsində əmrin verilməsinə əsas Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən iddiaçı barəsində təqdimat tərtib edilərək, yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması olmuşdur. Göstərilənlərə əsasən, iddiaçının hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir.

9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı (H.Həmidov-sədrlik edən və məruzəçi hakim, hakimlərE.Nağıyeva və V.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkə mə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, xidmət etdiyi dövr ərzində onun əməllərində etik davranış qaydalarının pozulması halları müəyyən olunmamış və ya bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək ehtiyata buraxılmağı barədə xxxxnömrəli tərxis raportunu aidiyyətı üzrə təqdim etmişdir. Lakin bununla belə, işə baxan məhkəmə hərtərəfli araşdırma aparmadan, eyni zamanda cavabdehin qərəzli ifadələrinə istinad edərək belə bir müraciətin olmaması və iş materialları ilə onun ehtiyata buraxılma sı barədə xxxxnömrəli raportun mövcud olmasının sübuta yetirilməməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, həmin sənədin (raportun) kitabdan çıxarışı onun tərəfindən məhkəməyə təqdim olunmuş və həmin sənəddə tərxis olunması barədə ərizənin mövcudluğu öz əksini tapmışdır. Bundan əlavə, onun ehtiyata buraxılması barədə xx xxxxxx 2018-ci il tarixli xxxxnömrəli raport Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X4 X2 Sərhəd Nəzarəti Şöbəsində yerləşən 2018-ci il tarixli «Hazırlanmış sənədlərin qeydiyyatı» jurnalının 4-cü vərəqində qeydiyyata alınmış, lakin «Hazırlanmış sənədlərin qeydiyyatı» jurnalı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh xidməti fəaliyyətində qüsurları göstərsə də, bununla bağlı hər hansı bir fakta istinad etməmiş, tərxisdən əvvəl xidməti dö vründə onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, xidmət dövründə ona vaxtı-vaxtında verilmiş rütbələr, təltiflər, medallar cavabdehin qeyd etdiyi kimi onun tərəfindən hər hansı bir nöqsanların buraxılması faktını şübhə altına alır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegi yasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehlərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Maddə 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 18. “Hərbi xidmətkeçmə barədə” Əsasnamə: Bənd

165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər norma tiv hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

20. Azərbaycan Respublikasının İnzibati - Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.9. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansi yası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. İddiaçının kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Hazırkı iş üzrə iddiaçı əmrin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların, apellyasiya və kassassiya şikayətinin dəlillərinin təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, mübahisələndirilən əmr verilməmişdən öncə, o, öz arzusu ilə hərbi xidmətdən buraxılması ilə əlaqədar müva fiq raportla cavabdehə müraciət etmişdir.

26. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi.

27. Kollegiya qeyd edir ki, ilk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir.

28. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən, iddiaçı barəsində xx xxxxxx 2018-ci il tarixli təqdimat verilmiş, həmin təqdimatda qeyd edilmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöq sanlara yol vermiş, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığı azalmış, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmamış və buna təşəbbüskarlıq göstərməmişdir. Həmçinin, təqdimatda iddiaçının hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsi və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, eləcə də icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə iddiaçı dinl ənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq o, eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, iddiaçının xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, nəticədə isə mübahisələndirilən əmr qəbul edilmişdir.

29. Kollegiya qeyd edir ki, təqdimatda iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktl aşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, təqdimat ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, təqdimata qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir.

30. Əksinə, iddiaçı xidmət dövründə fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

31. İddiaçı kassasiya şikayətində qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək əvvəlki son 07 ay ərzində «Hərbi əməkdaşlıqsahəsində xidmətlərə görə» medalı ilə təltif olunmuş, xx.xx.2017-ci il tarixdə ona polkovnik-leytenant hərbi rütbəsi verilmiş, xx.xx.2017-ci il tarixdə X6 X1 şöbəsinin rəisi vəzifəsinə təsdiq edilmiş, 2017-ci ilin noyabr ayında «Xidməti düzgün təşkil etdiyinə görə» DSX-nin rəisi tərəfindən (Elçin Quliyev tərəfindən) ona təşəkkür elan olunmuş, xx.xx.2017-ci il tarixli DSX rəisinin 0382 saylı əmri ilə 1-ci məharət dərəcəsi təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli 0407 saylı əmrə əsasən, «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı» medalı ilə təltif olunmuşdur.

32. Qeyd olunan bu hallar da apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, cavabdeh tərəfindən qeyd olunan hallarla, iddiaçının dəlillərinin üst-üstə düşmədiyi nəzərə alınmamış, bununla da işdə olan ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. Sərhəd Nəzarəti rəisinin 011 nömrəli, xx xxxxxx 2018-ci il tarixli nizami hissə üzrə əmri ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 45 gün müddətinə Bakı və Gəncə şəhərlərində keçirməklə növbəti məzuniyyəti hesabına məzuniyyətə buraxılmış hesab edilmiş, xx xxxxxx 2018-ci il tarixli nizami hissə üzrə əmri ilə xx.xx.2018ci il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmiş, məzuniyyətdən geri çağırılandan 2 gün sonra isə mübahisələndirilən əmrlə ehtiyata buraxılmışdır.

33. Göründüyü kimi, iddiaçı məzuniyyətdən geri çağıralaraq onunla hər hansı söhbət aparılmadan, ondan izahat alınmadan “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış, işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən, işin hallarını öz xidməti vəz ifəsinə uyğun olaraq araşdırmadan, iş üzrə sübutları hərtərəfli qiymətləndirmədən iş üzrə qərar qəbul etmişdir.

34. İddiaçının ikinci tələbi – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə xxxxnömrəli tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir.

35. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin məktubuna istinadla iddiaçının tərxis raportu vermədiyini qeyd etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, bununla bağlı, məhkəmə ilk növbədə sənədlərin qeydiyyatı jurnalını tələb edib baxış keçirməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının tərxis raportu təqdim etməməsi halı iddia tələbinin birinci hissəsinə (əmrin qanuniliyinə qiymət verilməsi ilə bağlı) hüquqi qiymət verilməsinə maneə təşkil etmir.

36. Qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi kollegiyanın yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla qərar qəbul edilməlidir.

38. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar