Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-51/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşı tamam olduğu tar ixdən, yəni 21.06.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1803/2021 nömrəli iş üzrə 14.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, 10.01.1978-ci ildən 15.04.1980-cı ilədək Bakı Alüminium Prokat Zavodunda, çilingər tələbəsi, 2-ci və 3-cü dərəcəli çilingər, 01.07.1983-cü ildən 01.07.1996-ci ilədək Bakı Alüminium Prokat Zavodunda, 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, 02.09.1996-cı ildən 30.09.2010- cu ilədək “Qum Adası” NQÇİ-də 5-ci və 6-cı dərəcəli təmirçi çilingər, 01.10.2010-cu ildən 01.04.2019-cü ilədək “BEOCL” Azərbaycan nümayəndəliyində təmirçi-çilingər vəzifələrində işləmişdir. 21.05.2019-cu il tarixdən "xxxx" QSC-də bağban vəzifəsinə müvəqqəti qəbul edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu 21.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 19.02.2020-ci il tarixli, **********8 №-li məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və öz imtinasını iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə əlaqələndirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ba kı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur.10.01.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01.07.2017-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli işdə əmək stajı olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən ona 21.06.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin edilmişdir. Ona şöbə tərəfindən 213 manat pensiya təyin olunmuş və 2019-cu ilin mart ayına qədər qeyd olunan məbləğdə pensiya almışdır. 2019-cu ilin aprel ayında cavabdehin əməkdaşları onu şöbəyə dəvət edərək bildirmişlər ki, nazirliyin daxili audit yoxlaması keçirilmişdir və audit yoxlamasının nəticəsinə görə onun tələb olunan güzəştli iş stajına malik olmadığı müəyyən edilmişdir. Daxili audit yoxlamasının qərarından narazı qaldığı üçün cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh 19.02.2020-ci il tarixli, **********8 saylı cavab məktubunda ona şifahi qaydada verdiyi cavabı təsdiq etmişdir. Hesab edir ki, daxili audit yoxlamasının nəticəsi və ona ünvanlanmış cavab məktubu qanunsuzdur. 02. 09.1996-cı il tarixə kimi işlədiyi zərərli vəzifələr nəzərə alınmasa belə, 02.09.1996-cı ildən 01.04.2019-cu il tarixə kimi işlədiyi təmirçi-çilingər peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasını nə daxili audit, nə də XŞTİ-si inkar edə bilməz. Belə olan halda, onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması təkzib edilə bilməz. Qanunsuz daxili audit yoxlaması nəticəsində ona 2019-cu ilin aprel ayından pensiya ödənilməsi dayandırılmış və ondan 2156.51 manat guya artıq ödənilmiş məbləğ alınaraq şöbənin hesabına ödənilmişdir. Halbuki ona "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyası təyin edilməl idir. Tam əmək stajı toplamış olduğu dövrdə, yəni 01 yanvar 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixə qədər “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 57 yaşdan əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. 01.01.2006-cı ildən isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədədir və həmin Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, 21.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın əsas dəlili 01.01.2006-cı il tarixə qədər iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması və bu səbəbdən onun pensiya hüququnun yaranmaması ilə bağlıdır.
7. Birinci instansiy a məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-767/2021 nömrəli (hakim Şəlalə Həsənova) qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, qanunla tələb olunan ümumi iş stajının olmasına baxmayaraq, iddiaçı tələb olunan güzəştli iş stajını toplamadığından, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2021-ci il tarixli, 2-1(103)-1803/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Mirzə Tağızadə) qərarı ilə iddiaçının apelyasiya şikayə ti təmin edilmiş, birinci instansiya məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilərək iddiaçıya 21.06.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin olunacaq əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 21.06.2018-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq bir dəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir..
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 01.01.2006-cı il tarixədək 24 il 07 ay 05 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh bunu nəzərə almamış, qanunvericiliyin tələblərini pozaraq, iddianın təmin olunmasından əsassız imtina etmişdir.
12. Cavabdeh kassasiya şikay əti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, iddiaçı tələb edilən 12 il 6 güzəştli iş stajını toplamamışdır. Beləliklə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
15. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günə dək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda b u müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 a vqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbayca n Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fizik i və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işin materiallarını və kassas iya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə mün asibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixə qədər tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmaması ilə bağlıdır.
27. Bununla bağlı nəzərə almaq lazımdır ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respubl ikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 №-li qərarı (qüvvədən düşmüşdür) ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
29. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallara iddiaçının iş yerindən müvafiq arayışlar əlavə edilmişdir və həmin sənədlər iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə görə əmək stajının müəyyən olunması zamanı nəz ərə alınmalıdır.
30. Hazırkı qərarın 18-ci bəndində istinad olunan normalara görə şəxsə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi sığorta stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar.
31. Bu zaman nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sur ətdə təyin edilir.
32. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə bu Qərarın 19-cu bəndində istinad olunan və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısına əsasən, kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 33. “Vətəndaşların pensiya təminatı haqqında” Az ərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
34. İddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixinədək Bakı Alüminium Prokat Zavodunda çilingər tələbəsi, 2-ci və 3cü dərəcəli çilingər, 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixədək Bakı Alüminium Pokat Zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, 02.09.1996-cı il tarixdən 30.09.2010- cu il tarixədək “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) 5-ci və 6-cı dərəcəli təmirçi çil ingər, 01.10.2010-cu ildən 01.04.2019-cü ilədək “X1 Company Limited” (BEOCL) Şirkətinin Azərbaycan nümayəndəliyində təmirçi-çilingər vəzifələrində işləmişdir.
35. İş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18.05.2017-ci il tarixli, **********30020123X00285 saylı iş stajına dair arxiv arayışından görünür ki, ARDNŞ-in Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 02.09.1996-cı il tarixdə (əmr № 235/k, 30.08.1996-cı il) “Qum adası” NQÇİ-nin Qaz kompressor sexinə qaz kompressorlarının 5-ci dərəcəli təmirçi-çilingəri peşəsinə işə qəbul edilmiş, 01.06.2000-ci il tarixdə (əmr № 123/ş ) qaz kompressorlarının 6-cı dərəcəli təmirçi-çilingəri peşəsinə, 07.11.2003-cü ildə (əmr № 604, 07.11.2003-cü il) texnoloji qurğuların təmir i üzrə 6-cı dərəcəli çilingər peşəsinə, 01.07.2008-ci ildə (əmr № 405, 17.07.2008-ci il) 6-cı dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 30.09.2010-cu il tarixdə (əmr № 899/k, 30.09.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur.
36. Bundan əlavə, Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş 23.12.2020-ci il tarixli, **********10210033B00998 saylı məktuba əlavə edilmiş arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən "Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində 02.09.1996-cı il tarixdən 01.06.2000-ci il tarixədək «qaz kompressorların təmirçi çilingəri», 01.06.2000-ci il tarixdən 07.11.2003-cü il tarixədək həmin sexdə «təmirçi çilingər», 07.11.2003-cü il tarixdən 01.07.2008-ci il tarixədək «texnoloji qurğuların təmiri üzrə çilingər», 01.07.2008-ci il tarixdən 30.09.2010-cu il tarixədək «təmirçi çilingər» peşəsində işləmişdir. Arayışda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi həmin peşələr, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahısının X bölməsinin (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) 2-ci bəndində “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmuş “1100000a-18547” peşə koduna, həmçinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının X bölməsinin (“Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”) 10.2-ci yarımbölməsinin (“Neft, qaz və qaz kondensatının hasilatı”) “a) fəhlələr” hissəsində nəzərdə tutulmuş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” sətrinə uyğundur. İddiaçının 02.09.1996-cı il tarixdən 23.01.2007-ci il tarixədək işlədiyi peşələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1№-li Siyahının X bölməsinin “2a” yarımbölməsində 1100000a-18547 kodu üzrə “texnoloji qurğuların təmiri üzrə çilingərlər”, 23.01.2007-ci il tarixdən 30.09.2010-cu il tarixədək işlədiyi peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-l i qərarı ilə təsdiq olunmuş Siyahının X bölməsinin “10.2”-ci yarımbölməsinin “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” sətrinə uyğundur. Arayış ARDNŞ-in Baş ofisinin Mərkəzi Arxivinin 18.05.2017-ci il tarixli, SOCAR **********30020123X00285 nömrəli «iş stajı haqqında» arxiv arayışına əsasən yazılmışdır. Arayışa qeyddə İddiaçı peşəsinin adının dəyişmə səbəbinin ştat cədvəlində aparılmış dəyişikliklərlə əlaqədar olduğu, yerinə yetirilən işin xüsusiyyətinin (əmək funksiyasının) dəyişmədiyi göstərilmişdir. Belə ki, İddiaçı əmək funksiyası Qaz kompressor sexində kompressor qurğularının (texnoloji qurğuların) təmiri işlərini icra etmək olmuşdur.
37. Həmçinin mübahisəyə dair iş üzrə materiallarda olan “X1 Company Limited” şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1961-ci ildə anadan olmuş İddiaçı həqiqətən "BEOCL" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 01.10.2010-cu il tarixdən (Əmr 01, 01.10.2010) 07.01.2014-cü il tarixinə kimi Qaz kompressor sexində təmirçi-çilingər və 07.01.2014-cü il tarixdən 01.10.2015-ci il tarixinə kimi əməliyyat departamentinin mexanika şöbəsində təmirçiçilingər, 01.10.2015-ci il tarixdən hal-hazıra kimi əməliyyat departamentinin hasilat şöbəsinin KS, QYH və N sahəsində təmirçi-çilingər peşəsində işləyir.
38. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 30.07.2021-ci il tarixli, 9 nömrəli məktubdan görünür ki, İddiaçı həqiqət ən 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixə kimi və 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixədək keçmiş Bakı Alüminium Prokat Zavodunda, yəni indiki "xxxx" ASC-də işləmişdir. Vətəndaş İddiaçı İT № ******* nömrəli əmək kitabçasında vəzifəsinin çilingər kimi göstərilməsinə baxmayaraq, işlədiyi müddətdə gördüyü işin xüsusiyyətləri baxımından təmirçi çilingər vəzifəsini yerinə yetirmişdir. 39. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 30.07.2021-ci il tarixli, 6 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixə kimi və 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixə kimi təmirçi çilingər vəzifəsində işləmişdir. Arayışda işlədiyi vəzifənin İddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq ed ilmiş 2 saylı Siyahının Vİİİ bölməsinin 2092304a18559 şifrinə əsasən güzəştli təqaüdə çıxmağa imkan verdiyi qeyd olunmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu müəyyənləşdirilərkən əmək kitabçasının müvafiq qeydləri ilə yanaşı, habelə həmin peşələrlə bağlı və iddiaçının yerinə yetirdiyi əmək funksiyalarının məzmununa dair iş yerindən arayışlar, habelə əmrlərdən çıxarışlar da nəzərə alınmalıdır. Bu baxımdan mübahisəyə dair işin müəyyən olunmuş hallarından iddiaçının işlədiyi peşə və vəzifələrin istinad olunan siyahılarda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olduğu görünür.
41. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, şəxsin güzəştli şərtlərlə pensiy a hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla, 01.01.2006-cı ilə qədər tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı iş üzrə materiallarla təsdi q olunur.
42. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş hallarına və yuxarıda istinad olunan normaların müddəalarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi qənaətdə apelyasiya məhkəməsi haqlı sayılmalıdır.
43. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın ləğv olunması ilə bağlı hallarda, inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunması, dayandırılması yaxud ləğv edilməsi barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
44. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərt ərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
45. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərb aycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
46. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2021-ci il tarixli, 21(103)-1803/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.