Məhkəmə qərarları › İş №2-1(102)-51/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-51/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-51/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İH-nin sərəncamı əsasında verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınması; sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2000-ci il tarixli 2204 nömrəli sərəncamı ilə verilmiş torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 2-1(103)-12/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m to rpaq sahəsi ayrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır və göstərilən torpaq sahəsi yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2000-ci il tarixli 2204 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəs inə dair torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.Q.Məmmədov) 12 oktyabr 2018-ci il tarixli 2-1(81)-4075/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2000-ci il tarixli 2204 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxa rışın, plan və ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılması müəyyən edilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi iddiaçıya ayrılan 600 kv.m torpaq sahəsində yaşıllıqların kəsilməsi istisna olmaqla, torpaq sahəsinin özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir.

8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansi yası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: S.S.Seyidova /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və İ.B.Əhmədov) 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3024/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2-1(81)-4075/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Binəqədi rayon İHB-nın 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, Binəqədi rayon İHB-nın Aparatına rayon ərazisində 600 kv.m torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, həmin Sərə ncamın 3.4cü bəndində obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılması qeyd edilmişdir. Lakin iş materiallarına əsasən, iddiaçının belə bir hüququ əldə etməsi öz təsdiqini tapmır və ya bu barədə hər hansı sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir.

11. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 03 aprel 2019-cu il tarixli, 2-1(102)-1165/2019 nömrəli qərarı ilə kasasasiya şikayət i qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-3024/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, imtinanın yeganə səbəbi göstərilən torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşməsidir. Lakin həmin məsələ apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, bununla bağlı müvafiq ekspertizanın keçirilməsi zəruridir. Belə ki, ekspertizanın nəticələrindən asılı olaraq mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin həqiqətən hansı torpaq zonasında yerləşməsi və onun statusunun müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, Ü.A.Mayılov və K.N.Abiyeva) xx.xx.2019-cu il tarixli, 2-1(103)-1310/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə yerquruluşu ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinə həvalə edilmişdir.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 17636 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, Binəqədi rayon İHB-nın 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi dövlət mülkiyyəti torpağıdı r. Sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısında yerləşməklə torpaq sahəsində meyvə ağacları vardır.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, Ü.A.Mayılov və K.N.Abiyeva) 19 fevral 2020-ci il tarixli, 21(103)-37/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2-1(81)-4075/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəyinə əsasən, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və həmin torpaq sahəsi ilə bağlı verilmiş sərəncam səlahiyyətli orqan tərəfindən verilməmişdir. Belə olan halda, mübahisəli torpaq sahəs i ilə bağlı sərəncam həm səlahiyyətli orqan tərəfindən qəbul edilmədiyindən, həm də torpaq sahəsi ayrılarkən qüvvədə olan torpaq qanunvericiliyinin tələbinə görə dövlət mülkiyyətində olan torpaq sahəsi, yalnız istifadəyə və ya icarəyə verildiyindən Binəqədi rayon İcra Hakimiyyətinin 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı iddia tələbinin təmin edilməsi, yəni daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas ola bilməz. Eyni zamanda, iş materialları (Bakı şəhər İcra hakimiyyəti X2 155 saylı, 24 avqust 2018-ci il tarixli məktubu) və ekspertiza rəyi ilə mübahisəli torpaq sahəsinin yaşıllıq zonasında yerləşməsi müəyyən olunur.

18. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş dir. d) kassasiya instansiya məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.Ə.Şəfiyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və B.M.Məmmədli) 26 avqust 2020ci il tarixli, 2-1(102)-1450/2020 nömrəli qərarı ilə kasasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2020-ci il tarixli, 2-1(103)37/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə Ali Məhkəmənin 03 aprel 2019-cu il tarixli qərarında göstərildiyi kimi cavabdehin imtinasının əsasları yoxlanılmalıdır. Doğrudur ki, işə təkrar baxan apelyas iya instansiyası məhkəməsi ekspertiza təyin etməklə araşdırma aparmış, ekspert qarşısında torpaq sahəsinin statusunun müəyyən edilməsi və sözügedən torpaq sahəsinin binanın qarşısında yaşıllıq ərazidə yerləşməsinin müəyyən olunması barədə suallar qoyulmuşdur. Ekspert rəyində ünvan 2 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, yaşayış binalarının qarşısında yerləşdiyi və bu torpaq sahəsində meyvə ağaclarının olduğu müəyyən edilmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan məsələlər - torpağın statusu və istifadədə olan ərazinin yaşıllıq zonası olması dəqiq müəyyən edilməmişdir. Mübahisəli sahənin yaşıllıq ərazisi olub-olmaması Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikasını n Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən müəyyən edilməlidir. Həmçinin, yaşıllıqların uçotu və monitorinqini aparan subyekt kimi yerli icra hakimiyyətinin nümayəndəsinin də iştirakı təmin olunmalıdır (məhkəmə zəruri sayarsa, həmin orqanı üçüncü şəxs qismində işə cəlb etməyə haqlıdır). Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayətində istinad olunan, iş materiallarının 6-cı səhifəsinə əlavə edilmiş Bakı şəhər İH X1 mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinə etiraz olmadığı barədə 24 avqust 2018-ci il tarixli 155 saylı məktubu, torpağa hüququn qeydə alınması üçün əsas ola bilməz. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, N.Ş.Cəf ərov və A.Ə.Hüseyn) 03 fevral 2021-ci il tarixli, 21(103)-239/2021 nömrəli qərardadı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

22. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli məktubla apellyasiya instansiyası məhkəməsinə müraciət edərək bildirmişdir ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 nömrəli binaların çoxsaylı sakinlərinin (1238 ailə və 4952 vətəndaş) müraciətləri əsasında “İdea” İctimai Birliyinin təşəbbüsü ilə “Abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmışdır. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 nömrəli 30 dekabr 2000-ci il tarixli sərəncamı 148 nömrəli xx.xx.2019-c u il tarixli sərəncamla ləğv edilmişdir. Sonuncu sərəncam xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsinə təqdim edilmiş və iddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğvi və ******* manat kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-203/2021 nömrəli qərarı ilə İddiaçı Həsən oğlunun cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 148 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi, istifadəsində və sahibliyində olmuş 0.06 ha torpaq sahəsindən məhrum olma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar vurulmuş ******* manat real zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edi lməmişdir. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1520/2022 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1591/2022 nömrəli qərarları ilə təmin edilməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 03 may 2023-cü il tarixli, 21(103)-12/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2-1(81)-4075/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin t əkrar apellyasiya baxışı zamanı işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ünvan 3 ünvanda yerləşən ərazidə 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı xx.xx.2000-ci il tarixli sərəncamı 148 nömrəli 02 avqust 2019-cu il tarixli Sərəncama əsasən ləğv edilmişdir. Sonuncu sərəncam iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-152/2022 saylı 22 aprel 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1591/2022 saylı 04 oktyabr 2022 -ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki işdə iddiaçının iddia tələbinin təmin edilməsi üçün istinad etdiyi hüquqmüəyyənedici sənəd - Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli sərəncamı artıq ləğv edilmişdir. Bu barədə olan inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçının verdiyi iddia isə məhkəmələr tərəfindən rədd edilmişdir. Odur ki, hazırkı vəziyyətdə iddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi hallar sübuta yetirilmir.

26. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

27. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, təqdim edilən sü butlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, işin faktiki hallarına diqqət yetirilməmişdir. Torpaq sahəsi onun qanuni istifadəsinə verilmiş, lakin torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olsa da, həmin imkandan istifadə etməyə maddi imkanı olmamışdır. Ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Torpaq sahəsi əvəzsiz olaraq onun istifadəsinə verildiyindən mülkiyyət hüququnun qeydiyyata alınmasında onun qanuni gözləntisi vardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kass asiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətləri nə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və iş materialları ilə təsdiq olunan hallarından göründ üyü kimi, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, daha sonra həmin sərəncam Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə ləğv edilmişdir.

36. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-152/2022 saylı 22 aprel 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1591/2022 sayl ı 04 oktyabr 2022-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.

37. Göründüyü kimi, iddiaçının tələbinin əsasını təşkil edən hüquqmüəyyənedici sənəd, yəni Binəqədi rayon İHB-nın xx.xx.2000-ci il tarixli sərəncamı ləğv edilməklə, hazırkı vaxta qüvvədə deyildir. Eyni zamanda, həmin sərəncamın ləğvi barədə inzibati akt məhkəmə qaydasında mübahisələndirilmiş və əsaslı hesab edilməklə qüvvədə saxlanılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənəd hüquqi qüvvəsini itirdiyindən iddia təmin edilə bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

38. Sonda məhkəmə kollegiyası iddiaçının kassasiya şi kayətinin dəlillərinə (torpaq islahatı zamanı iddiaçının torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olsa da, həmin imkandan istifadə etməyə maddi imkanı olmaması, hüquqlardan vaxtında istifadə etməməsinin artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməməsi və torpaq sahəsi əvəzsiz olaraq onun istifadəsinə verildiyindən mülkiyyət hüququnun qeydiyyata alınmasında qanuni gözləntisi olması) münasibətdə qeyd edir ki, bu dəlillər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2204 nömrəli Sərəncamının ləğv edilməsi barədə 148 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı həmin mübahisənin predmeti olmuş və bu məsələlərə həmin məhkəmələr tərəfindən hüquqi qiymət verilərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 148 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı qanuni hesab edilməklə iddia rədd edilmişdir.

39. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2023-cü il tarixli, 21(103)-12/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar