Məhkəmə qərarları › İş №2-1(102)-510/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-510/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-510/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 16.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.**** -ci il təvəllüdlü iddiаçı Iddiaçı 1974-1979-cu illərdə Azərbaycan Texniki Universitetində təhsil almış, 10.08.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 03.10.197924.05.1981-ci illərdə hərbi xidmətdə olmuş, 04.11.1981-24.05.1982-ci illərdə laborant, 23.06.1982-02.09.1985-ci illərdə Xəzər dəniz Neft-qaz Tikinti idarəsində usta və iş icraçısı, 02.09.1985-12.06.1986-cı illərdə həmin müəssisədə mühəndis, 12.06.1986-15.10.1990-cı illərdə həmin müəssisədə usta və iş icraçısı, 14.10.1990-cı ildən 19.08.1995-ci ilədək xaricdə ezamiyyətdə olmuş, 01.09.1995-ci ildən 05.02.1998-ci ilədək istehsal işində işləmiş, 06.02.199830.04.2001-ci illərdə baş iş icraçısı, 01.05.2001-01.06.2001-ci illərdə sahə rəisi, 01.04.2003-cü ildən 01.10.2003-cü ilədək barja direktoru, 01.10.2003-cü ildən 23.08.2006-cı ilədək sahə rəisi işləmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 10.01.2017-ci il tarixli **** saylı imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1.-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayara q yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 16.04.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona 16.04.2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1090/2018 saylı 15 fevral 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 2-1(82)-1090/2018 saylı 15 fevral 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1160/18 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1090/2018 saylı 15 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1160/18 saylı 25 aprel 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1475/18 saylı 24 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 2-1(103)-1160/18 saylı 25 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1090/2018 saylı 15 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 16.04.2014cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi staja malik olmadığından ona 57 yaşdan pensiya təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə onun 01 yanvar 2006-cı il tarixə 25 ildən artıq ümumi 10 ildən artıq güzəştli iş stajı olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan təyin edilməlidir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1,58.7, 68.1, 68.2, 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarının qismən “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ed ilməsi” hissəsində ləğv edilməsini, iddia tələbinin tam edilməsini, iddiaçıya 16.04.2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmələr “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin tələblərini nəzərə almadan qərar qəbul etmişlər. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1, 68.2, 90, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş et mişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarının qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası na göndərilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qüvvədə olan Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Və təndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsaaxırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqu st ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.**** -ci il təvəllüdlü iddiаçı Iddiaçı 1974-1979-cu illərdə Azərbaycan Texniki Universitetində təhsil almış, 10.08.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 10.08.1979-01.11.1979-cu illərdə tikinti ustası kimi işləmiş, 14.11.1979-24.05.1981-ci illərdə hərbi xidmətdə olmuş, 04.11.1981-24.05.1982-ci illərdə laborant, 23.06.1982-02.09.1985-ci illərdə Xəzər dəniz Neftqaz Tikinti idarəsində us ta, iş icraçısı, 02.09.1985-12.06.1986-cı illərdə həmin müəssədə mühəndis, 12.06.1986-15.10.1990-cı illərdə həmin müəssisədə usta və iş icraçısı, 14.10.1990-cı ildən 19.08.1995-ci ilədək xaricdə ezamiyyətdə olmuş, 01.09.1995-ci ildən 05.02.1998-ci ilədək istehsal işində işləmiş, 06.02.1998-30.04.2001-ci illərdə baş iş icraçısı, 01.05.2001-01.06.2001-ci illərdə sahə rəisi, 01.04.2003-cü ildən 01.10.2003-cü ilədək barja direktoru, 01.10.2003-cü ildən 23.08.2006-cı ilədək sahə rəisi işləmişdir. İddiaçının işlədiyi usta, iş icraçısı və sahə rəisi vəzifələri “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nöm rəli siyahısı”nın X fəslində öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı vardır. Buna görə də, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 52 yaşdan təyin edilməlidir. Cavabdeh inzibati orqan iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudlu ğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək iddia t ələbini qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 16.04.2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi cavabdehə həvalə edilməli, cavabdehin kassa siya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.9-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2262/18 saylı 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 16.04.2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illər orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə həvalə edilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar