Məhkəmə qərarları › İş №2-1(102)-510/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-510/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-510/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2020-ci il tarixli, 2-1(103)-1446/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya 26.06.2000-ci il tarixində ikinci qrup əlillik təyin edilmişdir.

2. Ağdam Rayon Məhkəməsinin xxx nömrəli iş üzrə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş 04.06.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, onun 1992-ci ilin fevral ayının sonundan 19.04.1993-cü il tarixə qədər Milli Ordu sıralarında N saylı hərbi hissədə hərbi xidmət keçməsi və 22.02.1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmişdir.

3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06.07.2018-ci il tarixli 1164 nömrəli qərarında iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 22.02.1993-cü ildə aldığı yaralanmanın nəticəsi-diaqnoz: “Sağ bel nahiyəsinin dəlib keçən qəlpə yarası. 12-ci qabırğanın sınığı. Laparasentezdən sonrakı vəziyyət”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmuşdur.

4. Bundan sonra iddiaçıya 24.10.2019-cu il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş, cavabdehin Sosial müavinətin təyinatı üzrə 18.11.2019-cu il tarixli 1056 nömrəli qərarı ilə iddiaçıya 2-ci qrup əlilli yə görə 24.10.2019-cu il tarixdən məbləği 230 manat olmaqla aylıq müavinət təyin edilmişdir.

5. İddiaçı cavabdeh orqana müraciət edərək ona 24.10.2019-cu il tarixindən verilən Prezident təqaüdünün 01.09.2008-ci ildən ödənilməmiş məbləğinin hesablanaraq ödənilməsini xahiş etmiş, cavabdeh 24.01.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqaüd almaq hüququ yaranması tarixi TSEK-in təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu göstərən 24.10.2019-cu il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 24.10.2019-cu ildən verilən Prezident təqaüdünün 01.09.2008-ci ildən, yəni Prezident təqaüdünün təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 24.10.2019-cu ildən Azərbaycan Respublikasının ərazi bütövüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik almış, həmin tarixdən də müharibə əlili kimi Prezident təqaüdü alır. Cavabdeh orqana 2008-ci ildən ödənilməmiş təqaüdün hesablanaraq ödənilməsi məqsədilə müraciət etsə də, cavabdeh əsassız olaraq müraciəti təmin etməkdən imtina etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli 2-1(112)-3321/2020 nömrəli qərarı ilə (hakim Nəriman Abıyev) iddianın qismən təmin e dilməsi, iddiaçıya 06.07.2018-ci il tarixindən 24.10.2019-cu il tarixinədək “Müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” alması 06.07.2018-ci il tarixindən müəyyən edilsə də, ona Prezident təqaüdü 24.10.2019-cu il tarixindən təyin edildiyindən, iddia 06.07.2018-ci il tarixindən 24.10.2019-cu il tarixinədək olan müddət üçün Prezident təqaüdünün ödənilməsi hissəsində əsaslı hesab edilə bilər.

11. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin olunan hissədə qismən ləğv edilib, iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2020-ci il tarixli, 21(103)-1446/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Xəyalə Cəmilova və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli 2-1(112)-3321/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı cavabdehə 11.12.2020-ci il tarixində təqdim edilmişdir.

15. Cavabdeh 11.01.2021-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının aldığı xəsarətin səbəb əlaqəsi ilkin olaraq Hərbi Həkim komissiyası tərəfindən müəyyən edilmiş, daha sonra TSEK-in qərarıyla müəyyən edilərək, yekunda TSEK tərəfindən iddiaçıya 5 il müddətinə 2-ci dərəcəli əlillik müəyyən edilmişdir. Burada qeyd etmək lazımdır ki, Hərbi Həkim Komissiyasının 06.07.2018-ci il tarixli qərarında sadəcə olaraq xəsarətin səbəb əlaqəsi təsdiq edilir. Başqa sözlə, iddiaçının 06.07.2018-ci il tarixindən 24.10.2019-cu il tarixinədək əlillik statusu olmamışdır və buna görə iddiaçıya həmin müddətlər üçün Prezident təqaüdü hesablanıb ödənilə bilməz. Əlillik stat usu, əlillik dərəcələri yalnız TSEK tərəfindən verilir. Bu səbəblə də məhkəmələrin bu işlə bağlı gəldiyi nəticə qismən əsassız olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasında n olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0.2. Əlilliyi olan şəxs - mü xtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir 4.26. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

23. Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 823 nömrəli Fərmanının 1-ci bəndi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmiş: 1.1. I dərəcə əlilliyi olan şəxslərə - 250 manat; 1.2. II dərəcə əlilliyi olan şəxslərə - 230 manat; 1.3. III dərəcə əlilliyi olan şəxslərə - 210 manat. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən tə qaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir; 2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri - daha yüksəyi verilir. Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzib ati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, 2000-ci ildən ümumi əsaslarla əlil sayılan iddiaçı “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almasına hüquq verən hazırkı əlilliyinə səbəb olan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xəstəli 06.07.2018-ci il tarixdə müəyyən edilmişdir.

29. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyə səbəb olan xəstəliyi Hərbi Həkim Komissiyasının 06.07.2018-c i il tarixli qərarında öz əksini tapdığından sözügedən təqaüd də həmin vaxtdan hesablanmalıdır.

30. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual normaların tələblərinə riayət etmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən fak tiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2020-ci il tarixli, 21(103)-1446/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar