Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-510/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul təminatının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul təminatının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2967/2021 nömrəli iş üzrə 03.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 mart 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 16.09.1992-ci ildə X1 şəhərində yerləşən N №-li hərbi hissədə (keçmiş N №-li h/h) şəxsi heyətin siyahısına daxil edilməklə, 10.03.1993-cü il tarixdə starşina hərbi rütbəsində manqa komandiri vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
2. İddiaçı ona ödənilməli olan pul təminatı verilməsi üçün dəfələrə cavabdehə ərizə ilə müraciət etmişdir.
3. Sonuncu muraciətinə cavab olaraq Dövlət Sərhəd Xidmətindən bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin 1.9 bəndini nəzərə alaraq Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminat ı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Hərbi qulluqçunun hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir. Qeyd olunan müddətdən 20 ildən artıq vaxt keçdiyi üçün hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı xidmət dövründə verilməli olan pul təminatının (indeksasiya edilməklə) ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müddətdən artıq hərbi xidmətdə olmuş, xidmət dövründə ona ödənilməli olan pul təminatı verilməmiş, dəfələrə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu müraciətinə cavab olaraq Dövlət Sərhəd Xidmətindən bildirilmişdir ki, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımı miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətə ödənilir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 21.09.2021-ci il tarixli, 2-1(112)-9945/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Mehriban Qarayeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı irəli sürdüyü idd ia üzrə iddia müddətini buraxmışdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(112)-9945/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2021-ci il tarixli, 2-1(103)-2967/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(112)-9945/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 03.12.2021-ci il tarixli, 2-1(103)-2967/2021 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 19921993-cü illərdə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmətdə olmuşdur. Xidməti dövründə ona pul təminatı ödənilməmişdir. X2 Xidmətinə müraciət etmiş müxtəlif bir birinə zidd cavablar almışdır. Nəhayət 17.03.2020-ci il tarixdə Azərbaycan Respublıkasının Dövlət Sərhəd Xidməti, Kadrlar Baş idarəsi tərəfindən ona 4/1-53 nömrəli arayış təqdim edilmişdir. Bu arayışı rəhbər tutaq iddiaçı Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinə ərizə ilə müraciət edərək vaxtında xidməti dövründə ödənilməyən pul təminatının ödənilməsini xahiş etmişdir. X3 Xidməti arasında yazılı və telefon əlaqələri 30.03.2020-ci ildən 16.07.2021-ci il tarixə qədər davam etmişdir. Bu dövr Covid-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etmişdir. Yaranmış vəziyyətə görə DSX tərəfindən onun müraciətlərini cavablandırılmasında gecikmələr olmuşdur. 09.08.2021-ci ildə Dövlət Sərhəd Xidmətinin 10/81 nömrəli imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmək hüququ və zərurəti yaranmışdır. 30.09.2021-ci il tarixdə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Məhz 09.08.2021-ci il tarixini hüququnun pozulması ki mi qəbul edir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılm asından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi n əticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
14. İnzibati icraat haqqında Qanun: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
15. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çək inməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Hazırkı qərarın 13-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. İddiaçı məhkəmədən 1992-1993-cü illər üçün almadığı pul təminatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdiyindən, məhkəmələr haqlı olaraq iddianı mümkün saymamışdır.
21. Belə ki, pul kompensasiyasının alınması hüququ iddiaçıda 2011-ci ilə qədər, yəni İPM qanuni qüvvəyə minənə qədər yaranmışdır. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla t əsdiq edilmiş Azərbaycan Respublikası MPM-in 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi.
22. Həmçinin apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “iddiaçı ilə cavabdeh arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan qanununvericilik normasına nəzər salsaq, 10.12.1971-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi tətbiq olunmalıdır. Bəhs olunan Məcəllənin 228-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün isə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilərdi.”
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 03.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. (İPM-nin 35.1-ci maddəsi).
24. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2021-ci il tarixli, 21(103)-2967/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.