Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-510/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi; əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyan ın bərpa edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2272/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 25 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdehin 18 fevral 2021-ci il tarixli **********1 saylı qərarı ilə iddiaçıya 25 oktyabr 2013-cı il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya dayandırılmışdır. Dayandırmanın səbəbi kimi DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktubu göstərilmişdir.
3. Cavabdehin 07 sentyabr 2021-ci i l tarixli ********** saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarı ilə, iddiaçıdan xx.xx.2013xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 15621,16 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində tələbkar cavabdehin hesabına ödənilməsi qərara alınmışdır.
4. Cavabdeh “pensiya ödənişinin dayandırılması haqqında” məktubla iddiaçıya bildirmişdir ki, ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasında və "xxxx" QSC-nin ona dair 27 may 2004-cü il tarixli S-830 nömrəli arayışında xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “AZAL" aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı işlədiyi tə yyarə bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda qeyd olunan mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə aid olmadığı halda ona xx.xx.2013-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bundan başqa ona dair sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 20 ildən az (15 il 10 ay 18 gün) təşkil edir. Eyni zamanda 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ə mək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi hazırki vaxta 14.874,52 manat təşkil edir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15621,16 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala ta pşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 saylı və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli 2********** saylı Qərarlarının ləğv edilməsi və ona təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 47 yaşı tamam olan tarixdə DSMF-nin Nizami rayon şöbəsinə müraciət edə rək ona təyyarə bələdçisi vəzifəsində topladığı staj əsasında 47 yaşdan güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin şöbə tərəfindən ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək aylıq ödənişlər edilməyə başlanmışdır. Pensiya təyinatı zamanı keçmiş SSRİ dövründə topladığı ümumi və güzəştli iş stajı (yəni hüquqi münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş qaydalara əsasən) əsas götürülmüşdür. Lakin cavabdeh onun əmək pensiyasının ödənilməsini dayandırmış, buna səbəbin nə olduğunu bildirməmiş və indiyədək ona ödənilmiş pensiya məbləğinin geri ödənilməsi barədə qərar çıxarmışdır. O, cavabdehə müraciət edərək, təyyarə bələdçisi vəzifəsinin güzəştli pensiya hüququ verməsi səbəbilə 28 oktyabr 2016-cı ildən, 50 yaşından, 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş „Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən, təyyarə bələdçisi vəzifəsində topladığı iş stajına görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən təyin edilməsini xahiş etmişdir. Cavabdeh öz cavab məktubunda ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılmasının qanunvericiliyə zidd olmasını bildirmiş, eyni zamanda ona 52 yaşının tamam olduğu tarixdə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi üçün həmin yaşda belə pensiya təyinatının mümkün olmadığını bildirmişdir. Yəni ona 50 yaşdan pensiya təyinatına ümumən münasibət bildirməmişdir. Əlavə olaraq, cavabdeh indiyə qədər ona ödənilmiş pensiya məbləğinin cavabdehə ge ri ödənilməsi barədə qərar çıxarmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-3019/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 №-li və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli 2********** №li qərarları ləğv edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 №-li Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri). İddiaçının “Azal” aviasiya şirkətində işlədiyi təyyarə bələdçisi peşəsinin yuxarıda qeyd olunan hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinə (digər uçuş mütəxəssisləri) aid olub-o lmamasına dair məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş cavab məktubunda təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorlarının güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları qeyd olunmuşdur.
9. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman idd iaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2272/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixl i, 2-1(112)-3019/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya DSMF-nin Nizami rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuş, həmin qərar ləğv olunmamış, qüvvədədir. Cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiya təyinatı ilə bağlı araşdırma aparılarkən və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının əsassız olduğu aşkar olunaraq iddiaçı barəsində əlverişsiz “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 saylı və xx.xx.2021-ci il tarixli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haq qında” 2********** saylı qərarlar qəbul olunarkən, inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət olunmamışdır. Cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya ödənilən əmək pensiyasının dayandırılaraq ödənilmiş əmək pensiyasının geri qaytarılmasının konkret halda tələb olunması, ümumiyyətlə, əsassızdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” məktubun məzmununa uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayə tinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məluma t verməyə borcludur.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. 22. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvəd ə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
23. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
24. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orq an müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
25. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünü r ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2272/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.