Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-510/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərinin icra edilməsi; ekspert rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və X1 ibarət tərkibdə, İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3214/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarı ilə 2019-cu ilin mənfəət vergisi üzrə 1.209.386,88 manat əlavə vergi məbləği hesablamışdır.
2. Qərar onunla əsaslandırılmışdır ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43 687 402.97 manat məbləğin gəlirdən çıxılan xərclərin 2 809 739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. 2019-cu il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən mənfəət vergisinə cəlb olunmalı gəlirin 58 203 514,45 manat məbləğində müəyyən edilməsinə baxmayaraq 2019-cu il Mənfəət vergisi bəyannaməsində gəlirlərin 55 519 980.19 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.2-ci sətrindəki 384 679,63 manat məbləği, əvvəlki ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.2-ci sətrinin hesab at dövrünün sonuna sütunundakı 1.012.422,62 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından) yaranan 50 621,13 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Əvvəlki illərin normadan artıq müvafiq təmir xərcləri üzrə 81 226, 27 manat nəzərə alınmışdır. Mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.3-cü sətrindəki 456.683,84 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin hesabat dövrünün sonuna sütunundakı 992 456.20 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından) yaranan 49,622.81 manat məbləğdən böyük olduğu na görə kənarlaşma aşkar edilmişdir. Əvvəlki illərin normadan artıq müvafiq təmir xərcləri üzrə 6 232,44 manat nəzərə alınmışdır.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır.
4. Qərar onunla əsaslandırılmışdır ki, kassa metodu ilə təqdim edilən 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (63.599.312,64 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakt uraların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətirlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.680.851 manat məbləği arasında 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli və xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarla vergi hesablanarkən vergi orqanı tərəfindən xərclərin bir hissəsinin vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığının müəyyən olunduğu qeyd olunsa da, iddiaçı tərəfindən elektron qaimə faktura və yük gömrük bəyannamələrinə əsasən formalaşmış bütün xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərilsə də, cavab alına bilməmişdir. Bu “əsası”nı tapmayan xərclərə görə isə vergi orqanı tam əsassız və qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır.
7. Cavabdeh in zibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinin xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə alınmalı olduğu halda mal material kimi xərcə aid edilmiş məbləğlərdən, həmçinin sosial xarakterli xərclər gəlirdən çıxılan xərclərə aid edilmiş məbləğlərdən ibarət olmuşdur. Halbuki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə uyğun olaraq əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bundan başqa Məcəllənin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxil ində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə digər işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmçinin təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydaları” ilə tənzimlənir. Adıçəkilən Qaydaların müddəalarına əsasən təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir. Əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar ke yfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş ƏDV daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri və məsrəflər isə cari təmir məsrəflərinə aid edilir. Vergitutma məqsədləri üçün təmir məsrəflərinin cari təmir məsrəfləri və əsaslı təmir məsrəfləri olma sından asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilən xərclər Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan hissələr (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də, həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir. Belə ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinin müddəalarına əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği nəqliyyat vasitələrinin əvvəlki ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin, kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Göründüyü kimi Vergi Məcəlləsində əsas vəsaitlər üzrə çəkilən xərclər təmir xərcləri kimi nəzərə alınmalı və onlar birbaşa mal material xərci kimi nəzərə alınmamalıdır. Lakin vergi ödəyicisi bu tip xərcləri birbaşa xərclərə aid etməklə Vergi Məcəlləsinin göstərilən normalarının tələblərini pozmuşdur
8. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 nömrəli ekspert rəyində bi ldirilmişdir ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergisi bəyannamələrində əks olunmuş bütün xərclər elektron qaimə-fakturalar, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış “ bank köçürmələri və. s ilə öz təsdiqini tapmışdır. Həmçinin, təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur.
9. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, cavabdehin “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli və xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarları ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə ekspert rəyini, bank hesabdan çıxarışları, ƏDV depozit hesabatını, aralıq serfitikatının və ilkin mühasibat sənədlərində əks olunan məlumatlara birgə qiymət verdikdə müəyyən edir ki, 2019-2020ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlamasının aparılmasının nəticəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği ilə bağlı qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaimə-faktura və yükgömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amortizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi, Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçinin Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır.
11. Bundan başqa, Filialın 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektron qaimə-fakturaları, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış bank köçürmələri, həmçinin ekspert rəyində öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesab sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması da müəyyən olunur.
12. Əlavə olaraq, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Lakin, cavabdeh inzibati orqanın qərarları, 30 günl ük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Halbuki, iş materiallarından da göründüyü kimi 2019-cu il üzrə mənfəət vergisinə dair bəyannamə xx.xx.2020-ci il tarixində təqdim edilmiş, texniki xarakterli düzəlişlər məqsədi ilə həmin dövriyyə və xərclər saxlanılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi isə xx.xx.2021-ci il tarixində təqdim olunmuşdur. Lakin, cavabdeh inzibati orqan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə kameral yoxlama üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında məktublar ilə müraciət etmiş və son olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı 30 günlük müddət başa çatdıqdan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı xx.xx.2021-ci il tarixli qərarı qəbul etmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1( 103)-1004/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdehin xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır.
18. Hesablanmanın əsası kimi qeyd edilmişdir ki, gəlirdən çıxılan xərclərin 6.918.461,64 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1524/2022 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(103)1004/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə-mühasibatlıq ekspe rtizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi). Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-c ü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində iki nci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(102)-1116/2023 nömrəli qərarı (hakimlər Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 21(103)-1187/2023 nömrəli qərarı qismən – 2020-ci ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********910000 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)1187/2023 nömrə li qərarı 2019-cu ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası işi təkrar baxışa göndərilməsini hüquqi cəhətdən belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli qərar vergi orqanı tərəfindən ləğv edilmiş və dövr üzrə yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Lakin sonuncu qərar qəbul edildikdən sonra işə iki məhkəmə instansiyasında baxılmasına baxmayaraq, apellyasiya və kassasiya şikayətlərində cavabdeh tərəfindən yeni xx.xx.2022 -ci il tarixli qərarın qəbul edilməsi barədə məhkəməyə məlumat verilməmişdir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar cavabdehin özü tərəfindən ləğv edildiyindən və işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə prosesi zamanı bu barədə məlumatı olmadığından iş üzrə yenidən məhkəmə araşdırması aparılmalıdır. 2020-ci ilin mənfəət vergisi bəyannaməsi ilə bağlı həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi mövcuddur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlara əsasən hesablanmış vergilərin eyni məbləğ olub-olmaması və mənfəət vergisi bəyannaməsində əksini tapmış və elektron qaimə ilə rəsmiləşdiril məli olan xərclərin həcminin və digər halların yoxlanılması üçün yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir.
26. Bundan əlavə, məhkəmə kollegiyası ekspert rəyi ilə əlaqədar qeyd etmişdir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert r əyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi ekspert rəyi ilə bağlı dəlillər üzrə qeyd edir ki, cavabdeh ekspert rəyinin əsassız olmasına əsaslansa da, rəyin əsassızlığı ilə əlaqədar hər hansı sübutu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir.
27. Əlavə olaraq, məhkəmə kollegiyası vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin təmir xərci kimi təsnifləşdirilərək məhdudlaşdırılmış həddən artıq olan hissəsinin xərc kimi tanınmaması ilə əlaqədar qeyd etmişdir ki, nəqliyyat vasitələrinin istismarı zamanı mütəmadi olaraq dəyişdirilməsi zəruri olan təkər, sürtgü yağı, yağ filtri, hava filtri, akkumulyator batareyaları və s. bu kimi zəruri xərclər həmin nəqliyyat vasitələrinin təmir xərci kimi yox, istismar xərci kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərc olaraq nəzərə alınmalıdır. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3214/2023 nömrəli qərarı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)1116/2023 saylı qərarında nəzərdə tutulan mövqe nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarın ləğv edilməsi” hissəsində ləğv edilmiş və iş üzrə 2020-ci ilin mənfəət vergisinə münasibətdə yeni qərar qəbul edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********805100 saylı qərar ləğv edilmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********910000 nömrəli və xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarlar üzrə vergi orqanı tərəfindən tərtib edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunmuşdur ki, hər iki bəyannamənin gəlir və xərc hissəsindəki məbləğlər tamamilə eynilik təşkil edir, eyni zamanda hesablanmış 1 168 245.29 manat vergi məbləği və kameral hesablama barədə qərara əsasən iddia olunan (təsdiqini tapmayan xərc məbləği) 6 918 461.64 manat xərc məbləği tamamilə eynilik təşkil edir. İş materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarla hesablanmış vergi məbləğinə münasibət bildirilərək əsassız olduğu təsdiq edilmişdir. Bu səbəbdən də iş materiallarının yenidən ekspertizaya göndərilməsinə zərurət yoxdur.
30. Bəyannamələrin təhlili zamanı müəyyən olunur ki, vergi orqanı tərəfindən xammal və materialların dəyəri, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, Amortizasiya ayırmaları, Təmir xərcləri, Nəqliyyat xərcləri və sığorta xərcləri qəbul edilməmiş və ya azaldılmışdır.
31. Təqdim olunmuş sənədlərə əsasən isə müəyyən olunur ki, filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaimə-faktura və yük-gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amortizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi, Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçini n Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır.
32. İddiaçı tərəfindən vergi orqanına çoxsaylı müraciətlər edilərək qəbul edilməyən xərclərin tərkibi barədə məlumat istənilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya ətraflı cavab verilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixli **********174500 saylı məktubla bildirilmişdir ki, “Müraciət məktubuna əlavə edilmiş cədvəl məlumatlarında 2020-ci il ərzində Filial tərəfindən ölkəyə idxal edilmiş malların çeşidi üzrə siyahı təqdim edilməmiş, elektron qaimə-faktura ilə alınmış və əsasən də nəqliyyat vasitələrinin ehtiyat hissələrinin təmir xərci kimi deyil, mal-material xərci kimi gəlirdən çıxıldığı müəyyən edilmişdir”. Göründüyü kimi vergi orqanı tərəfindən yalnız ehtiyat hissələrinin xammal və materia lların tərkibinə daxil edilməsi irad kimi bildirilmişdir. İddiaçı tərəfindən ehtiyat hissələrinin tərkibinə isə yalnız gündəlik istifadə olunan təkər, yağ, yağ və hava filtri, akkumulyator xərclərinin daxil edilməsi müəyyən olunmuşdur.
33. Qeyd edilən məsələyə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)1116/2023 saylı qərarında münasibət bildirilmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki: “Eyni zamanda məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş və vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin təmir xərci kimi təsnifləşdirilərək məhdudlaşdırılmış həddən artıq olan hissəsinin xərc kimi tanınmaması ilə bağlı hissəsi ilə razılaşmayaraq qeyd edir ki, nəqliyyat vasitələrinin istismarı zamanı mütəmadi olaraq dəyişdirilməsi zəruri olan təkər, s ürtgü yağı, yağ filtri, hava filtri, akkumulyator batareyaları və s. bu kimi zəruri xərclər həmin nəqliyyat vasitələrinin təmir xərci kimi yox, istismar xərci kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərc olaraq nəzərə alınmalıdır”.
34. Həmçinin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyinə əsasən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə filialın təqdim etdiyi gəlir və xərc məbləğləri təsdiq edilmişdir. Cavabdeh isə qəbul edilməyən xərclərin səbəbi barədə məhkəmədə tutarlı əsas gətirə bilməmişdir.
35. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndi rilən xx.xx.2022-ci il tarixli **********805100 saylı qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh kassasiya şikayətində işin hallarını, iddia tələbinə etirazdakı və əvvəlki məhkəmə mübahisələrinin gedişində bildirdiyi dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, Ali Məhkəmə tərəfindən iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilərkən dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlara əsasən hesablanmış vergilərin eyni məbləğ olub-olmaması və mənfəət vergisi bəyannaməsində əksini tapmış və elektron qaimə ilə rəsmiləşdirilməli olan xərclərin həcminin və digər halların yoxlanılması üçün yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olmasının bildirilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən hər hansı bir ekspertiza təyin edilmədən və hər hansı araşdırma aparmadan vergi orqanının apellyasiya şikayətini təmin etməmişdir. Bundan başqa, məhkəmə əvvəlki ekspert rəyini mötəbər sübut hesab etməklə 2020-ci il üzrə filial tərəfindən təqdim edilmiş gəlir və xərclərin düzgün olması qənaətinə gəlmişdir.
37. Nəzərə alınmalıdır ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal-material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Ə vvəla həm 2019-cu ildə, həm də 2020-ci ildə bəyannamənin 228.2 və 228.3-cü sətirləri üzrə təmir xərclərinin eyni olması ağlabatan deyildir. Bu da qeyd edilməlidir ki, kameral vergi yoxlaması ilə aparılmış hesablamalar vergi ödəyicisinin təqdim etdiyi mühasibatlıq sənədləri əsasında həyata keçirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müb ahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məh kəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, kollegiya işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmalarını və mübahisələndirilən qərarın qanuniliyi ilə bağlı aparılmış qiymətləndirmələri yetərli hesab edərək onları təkrarlamağa lüzum görmür.
44. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etm əyi zəruri sayır.
45. İlk növbədə qeyd edilməlidir ki, kassasiya icraatının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı təşkil edir.
46. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmış və qərar onunla əsaslandırılmışdır ki, kassa metodu ilə təqdim edilən 2020-ci il mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər m üəyyən edilmişdir. Qeyd edilən qərar məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə icraatı zamanı iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə əsasında aparılan kameral yoxlama nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır.
47. İddiaçıya mübahisələndirilən qərarla əlavə vergi məbləğlərinin hesablanmasının əsasını iddiaçı tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirilən xərclərdən 6.918.461,64 manat məbləğ hissəsinin vergi orqanının uçot baza məlumatları ilə öz təsdiqini tapmaması təşkil edir.
48. Qeyd edilməlidir ki, vergi orqanının hesablamalarının qanun iliyinin yoxlanılması məqsədi ilə ekspertiza keçirilmiş və ekspertin rəyində qeyd edilmişdir ki, 2020-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində əks olunmuş bütün xərclər elektron qaimə-fakturalar, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış “ bank köçürmələri və. s ilə öz təsdiqini tapmışdır. Həmçinin təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur.
49. Kassator kassasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirmiş və eyni zamanda, apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar ekspertiza ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1116/2023 nömrəli qərarındakı göstərişlərin icra edilmədiyini qeyd etmişdir.
50. Təkrar ekspertiza ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********910000 nömrəli və xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarlar ilə hesablanmış 1 168 245.29 manat vergi məbləği və kameral hesablama barədə qərara əsasən iddia olunan (təsdiqini tapmayan xərc məbləği) 6 918 461.64 manat xərc məbləği tamamilə eynilik təşkil edir. İş materiallarında mövcud olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyinə əsasən xx.xx.202 1-ci il tarixli **********910000 saylı qərarla hesablanmış vergi məbləğinə münasibət bildirilərək əsassız olduğu təsdiq edilmişdir. Bu səbəbdən də iş materiallarının yenidən ekspertizaya göndərilməsinə zərurət yaranmamışdır. Odur ki, kassatorun “apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar ekspertiza ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)1116/2023 nömrəli qərarındakı göstərişlərin icra edilmədiyinə” dair dəlilləri əsassızdır.
51. Ekspert rəyinin mötəbərliliyi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı ilkin olaraq iddia ərizəsində iki inzibati aktı - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli və xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qəra rlar mübahisələndirmişdir. Hər iki qərar üzrə verilmiş ekspert rəyi həm aşağı instansiya məhkəmələri tərəfindən mötəbər hesab edilməklə iddia tələbinin təmin edilməsinə dair qəbul edilmiş və qərarın əsasını təşkil etmiş, həm də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarın ləğvinə dair apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşan kassasiya instansiyası məhkəməsi (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1116/2023 nömrəli qərarda) həmin ekspert rəyinin mötəbər olması nəticəsinə istinad etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1116/2023 nömrəli qərarında işin xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərara münasibətdə təkrar b axışa göndərilməsinin yeganə əsası da iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli qərarın vergi orqanı tərəfindən ləğv edilməsi və dövr üzrə yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilməsi olmuşdur.
52. Yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarla əvvəlki xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərar həm hesablanan vergi məbləğinə münasibətdə, həm də hesablamanın əsasına görə tamamilə eynilik təşkil edir.
53. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1116/2023 nömrəli qərarında mötəbər hesab edildiyindən, eyni ekspert rəyi əsasında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarla hesablanan məbləğlər əsassız hesab olunduğu halda, rəyin mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara münasibətdə mötəbər hesab edilməməli olmasına dair dəlillər əsassızdır.
54. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3214/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.