Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-511/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnəqarşı iş üzrə QƏRAR (açar sözlər: hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qərarın icra edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli, 2-1(103)-2803/2019 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı və X4 cavabdeh X7 qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilmədiyini, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı və X5 apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin x xxxxxx 2013-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edildiyini, X3 20.000 ABŞ dollarına ekvivalent Azərbaycan manatı alınaraq İddiaçı və X8 verilməsinin qət edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4715/14 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ilə qarşı tərəfin apellyasiya şikayəti təmin edilmədiyini, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanıldığını, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2014 saylı, x xxxxxx 2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu X6 tələbkarlar İddiaçı və X8 20.000 ABŞ dollar ekvivalent Azərbaycan manatı ödəməli olduğunu, lakin borclunun qərəzli şəkildə məhkəmə qərarını uzun illər ki, icra etməkdən boyun qaçırdığını, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2014 saylı, xx xx xxxx 2015-ci il tarixli icra vərəqəsinə və bir sıra müraciətlərə, o cümlədən Ə.Əliyev barədə cinayət işinin olmasına baxmayaraq, məhkəmə qərarının icra olunmadığını, X6 borcunun hissə-hissə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyini, lakin məhkəmənin ərizəni təmin etmədiyini, borclu öz borcunu tam həcmdə birdəfəlik ödəməli olduğunu, bu işin icrasının dayandırılmadığını, təxirə salınmadığını bildirərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)3392/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır(hakim – R.M.Daşdəmirov). Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2803/2019 saylı qərardadı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) İddiaçı şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, borclu X9 borcunun hissə-hissə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun ərizəsini təmin etməmiş, iddiaçı icra orqanının hərəkətindən (hərəkətsizliyindən) şikayət etmiş, iddiaçı dəfələrlə aidiyyəti qurumlara, Ədliyyə Nazirliyinin İcra baş idarəsinə şifahi və yazılı müraciətlər etsə də, müraciətlərinə cavab verilməmiş, qərarların icra edilməsi ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir və əgər məhkəmə qərarı icra olunmursa, bu iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozur, eyni zamanda ümumilikdə bütün məhkəmə sistemini şübhə altına qoyur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmir və onun icra edilməməsində təqsirli orqan Cavabdehdir, əgər iddiaçı qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icr ası ilə bağlı, yəni sırf məhkəmə qətnaməsinin icrası ilə bağlı müraciətlər edərdisə, o halda iddiaçı mülki qaydada qətnaməni çıxarmış məhkəməyə müraciət edə bilərdi, lakin hazırki vəziyyətdə iddiaçı icra orqanının hərəkətindən (hərəkətsizliyindən) şikayət verir, bu cür şikayətlərə isə inzibati icraat qaydasında baxılmalıdır. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tu tulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2803/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı ve rilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə X1 20,000 ABŞ dollarına ekvivalent Azərbaycan manatı alınaraq, İddiaçı Hidayət qızına və X8 verilməsi qərara alınmış, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi qəbul edilmiş və icra olunması üçün Cavabdehnə göndərilmiş, Cavabdehnə icra edilməsi üçün göndərilmiş icra sənədini vermiş məhkəməyə, yəni Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilməsi imkanı nəzərdə tutulsa da, iddiaçı hazırki tələblə əlaqədar 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə müraciət etdiyindən, bu tələblə bağlı işə baxılması İnzibati-İqtisadi Məhkəmənin səlahiyyətlərinə aid olmadığından, iddia mümkün sayıla bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmas ına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İnzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Mübahisənin subyektiv tərkibi dedikdə ilk növbədə iddia olunan tələbdə cavabdeh tərəfindən edilən hərəkət iddiaçının qanunla qorunan hüquqlarına və azadlığına toxunmalıdır və iddiaçı tərəfindən sübut edilməldir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, cavabdeh tərəfindən inzibati a ktın qəbul edilməsindən və üzərinə düşən öhdəliyin icrasından imtina nəticəsində və yaxud hüquq və azadlıqlarına müdaxilə nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında" Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müə yyən edilmişdir. Məsələn, “İcra haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ” x xxxxxxxx 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul elmiş məhkəmə icra sənədini borclul arın sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir ”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə qərarı icraya yönəldildikdən sonra icra sənədini qəbul etmək, onun icrasına başlamaq və müəyyən olunmuş müddət ərzində icra hərəkətlərini həyata keçirmək və icranı təmin etmək (habelə icraya düzgün nəzarət etmək) icra orqanının qanunla müəyyən edilən vəzifələridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcələdə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia əri zəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında bax ılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3); Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyət i üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır (15.4). Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddi a yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfındən mümkün sayılması üçün vacib şərtlər-tərəfin səlahiyyətli məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırki iddianın Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, həmin iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyy ən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2803/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2803/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-511/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-511/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver