Məhkəmə qərarları › İş №2-1(102)-511/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-511/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-511/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Daşınmaz Əmlakın Dövlə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) və üçüncü şəxs “Üçüncü şəxs” QSC-yə (bundan sonra – üçüncü şəxs) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 29.10.2020-ci il tarixli 21(103)-1776/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1” bağçılıq yoldaşlıq üzvlərinin siyahısına əsasən iddiaçıya verilmiş Zirədə yerləşən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildən 2007-ci ilədək “Üçüncü şəxs” QSC-nin həkim-sanitar xidmətində çalışmışdır. Həmin xə stəxanadan onlara Zirədə yerləşən torpaq sahələri verilmişdir. Bütün işçilər evin sənədləşməsi ilə bağlı müəyyən xərclər çəkmişlər. Lakin bu gün həmin torpaq sahəsi ona verilməmişdir. Aqibəti barədə heç bir məlumatı yoxdur. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən “X1” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında onun adı göstərilmişdir. Torpaq sahəsi verilən üzvlərin siyahısında onun adı qeyd olunmuşdur. Lakin o, heç bir yolla bağ sahəsinin ayrılmasına dair sənədi ala bilmir. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmiş, təəssüf ki, müsbət cavab almamışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2020 saylı 08.07.2020-ci il tarixli qərardadı ilə “Üçüncü şəxs” QSC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(112)-5224/2020 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yalnız “sənədlərin təqdim edilməsi” ilə bağlı 27.02.2020-ci il tarixində cavabdehə müraciət etmiş və bununla bağlı cavabdeh qovluqda olan mövcud siyahı ümumi bağçılıq yoldaşlığı üzvlərinə aid olduğundan sənədlərin surətlərinin verilməsinin mümkün olmadığını bildirərək iddiaçının müraciətindən imtina etmişdir. Halbuki, “hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi” ilə bağlı iddiaçı ilkin olaraq cavabdehə müraciət etməmişdir.

6. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci tarixli 21(103)-17756/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər –Afaq Nuriyeva və Anar Tanrıverdiyev) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(112)-5224/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı 27.11.2020-ci il tarixində kassasiya şikayəti verərək həmin İddiaçı 27.11.2020-ci il tarixində ərizə ilə müraciət edərək dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(103)-1776/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı 07.01.2021-ci il tarixində vəkillə təmin edilm işdir.

10. İddiaçı 13.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci tarixli 2-1(103)-17756/2020 nömrəli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə kollegiyası isə iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbini araşdırmadan İPM-in 62.3 -cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini əsaslı saymışdır. Bununla da məhkəmə tərəfindən İPM-in 62-ci maddəsinin tələbləri pozulmuşdur.

12. Belə ki, qanunvericiliyin tələbinə görə tərəflər məhkəmə iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Lakin məhkəmə bildirişi iddiaçıya vaxtında təqdim edilmədiyi üçün məhkəmə tərəfindən sözügedən maddədən irəli gələn hallar tətbiq edilməmişdən öncə məhkəmə bildirişi tərəflərə çatıb-çatmaması hallarını araşdırmalı idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaç ı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsin dən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yo xlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolelgiyasının 22.12.2020ci il tarixli, 2-1(102)-2253/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, “34. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəf indən yoxlanılmalıdır.

35. Bundan başqa, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbindən də görünür ki, iddiaçı, onun arzuladığı inzibati aktın qəbulundan cavabdeh imtina etdiyi hallarda məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət edə bilər.

36. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır”. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, hazırkı qərarın 17-ci bəndlərində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hall ardan biri də qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır.

23. Məhkəmələr də qeyd olunan hüquqi mövqeyə uyğun olaraq araşdırma aparmış və müəyyən etmişdir ki, hazırkı iddia tələbi üzrə cavabdehin imtinası barədə hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddianın əsasını təşkil edən məsələ - torpaq sahəsinin onun adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etməmiş, belə bir müraciəti olmadığı üçün cavabdeh də ona imtina cavabı verməmişdir.

24. İstər İPM-in 35.1-ci maddəsinin tələbinə, istərsə də oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə (bax: hazır kı qərarın 18-ci bəndi) əsasən qeyd edilməlidir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

25. İddiaçı kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclası 22.10.2020-ci il tarixinə təyin edilmiş və bu barədə iddiaçıya bildiriş göndərilmiş, iddiaçı ərizə təqdim edərək məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə iclası 29.10.2020-ci il tarixinə təxirə sa lınaraq tərəflərə bununla bağlı bildiriş göndərilmişdir (iş v.52-59).

26. Göründüyü kimi, iş materialları ilə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi sübut olunur və iddiaçı, məhkəməyə bunun əksini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.

27. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz.

28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2020-ci tarixli 21(103)-1776/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar