Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-511/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Rahib Nəbizadə- sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2394/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur.10.10.1980-ci il tarixdən 05.05.1981-ci il tarixədək Zod ekspedisiyasının Tikinti sexində İİ dərəcəli fəhlə işləmiş, 06.05.1981 - 07.05.1983-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək Zod ATS “Armtsvetmetstroy” tresti “ГРЕ” obyektində ikinci dərəcəli fəhlə, 03.08.1983-cü il tarixdən 30.08.1984-cü il tarixədək Zod Ekspedisiyası Tikinti S exinə İİ dərəcəli fəhlə işləmiş, 21.08.1984 - 24.07.1989-cu illərdə Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbəsində təhsil almış, 21.08.1989-cu il tarixdən Yeni-Bakı neftayırma zavodu 5 saylı texnoloji sexin Г-43107М qurğusuna 5-ci dərəcəli texnoloji qurğular operatoru, 16.11.2006-cı il tarixdən 6-cı dərəcəli texnoloji qurğular operatoru, işləmiş 17.03.2010-cu il tarixdən hal-hazıradək 7-ci dərəcəli texnoloji qurğular operatoru vəzifəsində işləyir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni 02.05.2020-ci il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin ed ilməsindən imtina olunduğunu bildirmiş və imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “B” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 17 gün) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 57 yaşı tamam olduğu 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx. xx.1963-cü ildə Ermənistan SSR Vardenis rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 10.10.1980-ci ildə başlamışdır. 1984-cü ildə Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursun daxil olmuş və 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. Bunu təsdiq edən arxiv arayışı və diplom mövcuddur. Bundan sonra 30.12.1992-ci il tarixdən 08.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 25.09.1993-cü il tarixdən 01.07.1994-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün Beyləqan rayon döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31.08.1995-ci il tarixli müvafiq əmri ilə 08.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Bunu təsdiq edən əmrlərin surətləri, eyni zamanda arxiv arayışı mövcuddur. 21.08.1989-cu il tarixdən hal-hazırki vaxtadək Heydər Əliyev adına X1 güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan 30.04.2002-ci il tarixinədək katalitik krekinq üzrə 5 № li texnoloji sexin, istehsalatın Q-43107M qurğusunda, 55 №li texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində, növbə rəisi vəzifəsində işləmişdir. 01.05.2002-ci il tarixdən hal-hazırkı vaxtadək katalitik krekinq üzrə 5 №li texnoloji sexin texnoloji qurğuların operatoru peşəsində işləyir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 21 avqust 2020-ci il tarixədək 30 il 11 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmiş şəxs kimi 02.05.2020-ci il tarixdə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. O əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. Lakin o, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, onun ümumi əmək stajı 25 ildən də artıq müddət təşkil edir. Cavabdehin əməkdaşları 24 il 9 ay 17 gün müddətini hansı qaydada hesablaması barədə məlumatı olmasa da, adi riyazi hesablama qaydasında hesablandıqda belə onun ümumi əmək stajı 25 ildən artıq müddət təşkil edir. Belə ki, o, 10.10.1980-ci ildən 05.05.1981-ci il tarixədək (6 ay 25 gün) Ermənistan SSR-də işləmişdir. 06 may 1981-ci il tarixdən 07 may 1983-cü il tarixədək (1 il 01 gün) Azərbaycan Respublikası Silah lı Qüvvələrində hərbi xidmətdə olmuş, 03.06.1983-cü il tarixdən 29.07.1983-cü il tarixədək (01 ay 26 gün), 03.08.1983-cü il tarixindən 30.08.1984-cü il tarixədək (1 il 27 gün), 21.08.1984-cü il tarixdən 24.07.1989cu il tarixədək Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft və qazın kimyəvi emalı texnologiyası” ixtisası üzrə əyani şöbəsində təhsil almışdır. 21.08.1989-cu il tarixdən də hal-hazırkı vaxtadək 16 il 4 ay 10 gün olmaqla Heydər Əliyev adına X1 işləyir. Əmək fəaliyyətinə başladığı 10.10.1980-ci il tarixdən 57 yaşı tamam olanadək ümumi əmək stajı 25 il 1 ay 01 gün təşkil edir.
6. Birinci instansiya məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-1(112)-3437/2021 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddia tələbi təmin ed ilmiş, iddiaçıya 57 yaşdan, yəni 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh 01.01.2006-cı il tarixədək olan dövr üzrə iddiaçının ümumi iş stajının hesablanması zamanı əmək kitabçası üzrə işlədiyi və həqiqi hərbi xidmət keçdiyi dövrləri tam olaraq nəzərə almışdır və həmin dövrlərin hesablanması ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Həmin dövrlər üzrə ümumi iş stajı 20 il 1 ay 29 gün təşkil edir. Hazırki iş üzrə ümumi iş stajının hesablanması zamanı tərəflər arasında ali təhsil müddətinin hesablanması ilə bağlı mübahisə yaranmışdır. Belə ki, hazırki halda cavabdeh iddiaçının ali təhsil aldığı müddəti ümumi iş stajına hesablasa da, lakin həmin dövrün düzgün hesablanmaması il ə bağlı tərəflər arasında fikir ayrılığı yaranmışdır.Bununla bağlı aparılan araşdırma nəticəsində iddiaçının tələbinin əsaslı olduğu müəyyən edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)-1896/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov ) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(103)1896/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əsasən iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu dövr 20 il 1 ay 29 gün təşkil edir.Eyni zamanda iş materiallarına əsasən onun ali təhsil aldığı müddət 21 avqust 1984-cü il tarixdən 24 iyul 1989-cu il tarixdək olan dövrü əhatə edir, həmin dövr 4 il 10 ay 24 gün təşkil edir. Beləliklə, iddiaçının iş, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq olduğundan, cavabdeh inzibati orqanın imtinasının əsassız olması bir daha öz təsdiqini tapır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kasasiya şikayətinin dəlilləri 12. eynidir. Cavabdehin kas sasiya şikayətinin dəlilləri, imtina məktubunun dəlilləri ilə Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq o lunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqd a və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqq ında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinet i tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrə li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (A zərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdır ılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
17. İddiaçı 2 may 1962-ci ildə doğulmuş, 2 may 2019-cu ildə 57 yaşı tamam olmuşdur. Əmək şəraiti zərərli və ağır olan sahədə texnoloji qurğuların operatoru peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərt lərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
18. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər ümumi stajı 24 il 9 ay 17 gün təşkil etdiyindən, o 25 il ümumi staja malik olmadığından, 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
19. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
20. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
21. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, 10.10.1980-ci il tarixdən 05.05.1981-ci il tarixədək (6 ay 25 gün) Zod ekspedisiyasının Tikinti sexinə İİ dərəcəli fəhlə, 03.08.1983-cü il tarixdən 30.08.1984-cü il tarixədək (1 il 27 gün) Zod Ekspedisiyası Tikinti Sexinə İİ dərəcəli fəhlə, 21.08.1989-cu il tarixdən Yeni-Bakı neftayırma zavodu 5 saylı texnoloji sexin Г-43107М qurğusuna 5-ci dərəcəli texnoloji qurğular operatoru, 16.11.2006-cı il tarixdən 6-cı dərəcəli texnoloji qurğular operatoru işləmişdir (21.08.1989-31.12.2005-16 il 7 ay 21 gün).
22. Əmək kitabçasında olan məlum atlara əsasən 1 yanvar 2006-cı il tarixədək iş stajı 16 il 7 ay 21 gün təşkil edir.
23. İddiaçı 6 may 1981-ci il tarixdən 7 may 1983-cü il tarixədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş (2 il 1 gün), 1984-cü il tarixdə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1989-cu ildə Neft və qazın kimyəvi emalı texnologiyası ixtisası üzrə tam kursu bitirmiş, Dövlət imtahan komissiyasının 28 iyun 1989-cu il tarixli qərarı ilə ona kimyaçı-texnoloq mühəndisi ixtisası verilmiş, (4 il 9 ay 28 gün), 30 dekabr 1992-ci il tarixdən 8 sentyabr 1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir (2 il 8 ay 8 gün). 24. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11, 23.2-ci maddələri, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təmi natı haqqında” Qanunun 69-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hərbi xidmət dövrü və əyani ali təhsil dövrü ümumi iş stajına daxil edilir.
25. İddiaçının əmək fəaliyyəti, əyani ali təhsil və hərbi xidmət dövrü (6 ay 25 gün +1 il 27 gün+16 il 7 ay 21 gün+2 il 1 gün+4 il 10 ay 21 gün+2 il 8 ay 8 gün) cəmi 27 il 9 ay 23 gün təşkil edir. 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildə n çox olmuşdur. Odur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi stajının 24 il 9 ay 17 gün olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır. 26. 23 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışdan görünür ki, iddiaçı 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir.
27. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahısında şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində nəzərdə tutulmuşdur. 10.06.2003-cü il tarixdən hal-hazıradək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər K abinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının 2-ci siyahısında şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində nəzərdə tutulmuşdur. Müraciət əsasında iddiaçıya eyni məzmunlu 9 aprel 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışın təqdim edilməsi bildirilmiş və həmin eyni məzmunlu arayış məhkəməyə təqdim edilmişdir.
28. İddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 21.08.1989-cu il tarixdən 10.06.2003-cü il tarixədək 5 saylı sexdə istehsalat, Q43 107 M texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi, 10.06.2003-cü il tari xdən 01.01.2006-cı il tarixədək 5 saylı sexdə 55 saylı texnoloji qurğu, texnoloji qurğuların operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlı (kod ********) Xİİ bölməsinin Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (kod ********) 3-cü yarımbölməsində 2130301a-16081 kodlu texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur.
29. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələr üzrə iş stajı 12 il 06 aydan artıq olmaqla, iş stajı onun əmək kitabçasında və iş yerindən təqdim edilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır.
30. İddiaçının işlədiyi peş ənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
31. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2394/2021 saylı, 25 oktyabr 2 021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.