Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-511/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 nömrəli qərarın surətindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş 2020-ci il üzrə əlavə dəyər vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 259.716,84 manat qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə vergi və ya sığorta haqqı 276.372,46 manat müəyyən edilmiş və kameral yoxlama nəticəsində iddiaçıya 16.655,62 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********002000, 20200501 nömrəli qərar ləğv olunmuşdur.
2. Cavabdeh tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2021-ci il tarixli, **********521200 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən təqdim olunmuş yanvar 2019-cu il üzrə əlavə dəyər vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 30209,87 manat qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqı 22.134.65 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində iddiaçıya 52.344,52 manat vergi borcu (vergi borcu və ya sığo rta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********827000, 20200316 nömrəli qərar ləğv olunmuşdur.
3. Qərarda bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə aşağıdakı məlumatlar qeyd olunmuşdur: “Sair: Təqdim edilmiş bəyannamənin "301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin "Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat azdır”.
4. Cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 avqust 2021-ci il tarixli, **********899800 nömrəli qərarının surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim olunmuş yanvar 2 020-ci il üzrə əlavə dəyər vergisi bəyannaməsində hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 260.159,02 manat qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqı 265.087.29 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində iddiaçıya 4.928.27 manat əlavə vergi borcu (və ya sığorta haqqı) hesablanmışdır. Bu qərara əsasən əvvəlki **********748000, 20200911 nömrəli qərar ləğv olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 10 aprel 2019-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli və xx.xx.2021-ci il ta rixli, **********899800 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərara əsasən kameral vergi yoxlaması nəticəsində yanvar 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassızdır. Bu səbəbdən həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəfindən xx.xx.2020-ci il tarixində yanvar 2020-ci il hesabat dövrü üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********297500 saylı məktub göndərilmiş və kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş, müvafiq sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin təqdim edilməsinə baxmayaraq, əvəzləşdirmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar (e-VHF) nəzərə alınmamış və əvəzləşdirmələr aparılmamışdır. Vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın "Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edi lməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 105665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yarandığı göstərilmişdir. Halbuki təqdim olunmuş bəyannamə üzrə bütün məlumatlar sənədlərə əsaslanır və zəruri sənədlər də vergi orqanına təqdim edilmişdir. xx.xx.2020-ci il tarixində cavabdehə məktubla müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onun tərəfindən 2020-ci ilin yanvar ayı üçün ƏDV vergi bəyannaməsi təqdim edilmişdir. Sistemdə xəta mövcud olduğundan vergi bəyannaməsi üzrə hesa blanmalı olan vergi məbləği artıq yaranmışdır. Həmin gün dəqiqləşmiş vergi bəyannaməsini göndərmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə ƏDV vergi bəyannaməsinə dəqiqləşmə verilmişdir. Buna baxmayaraq, 66.894,82 manat məbləğ təsdiqlənməmiş azalmada qalmışdır. Bununla əlaqədar vergi orqanına müraciət olunmuşdur. Ona cavab olaraq vergi qanunvericiliyinə əsasən 30 gün müddətində təsdiqlənməmiş azalmanın azaldılacağının nəzərdə tutulduğu bildirilmişdir. Lakin bu günə qədər təsdiqlənməmiş məbləğ hələ də onun şəxsi hesab vərəqəsində mövcuddur. xx.xx.2020-ci ildə **********002000 nömrəli kameral hesablama barədə qərara əsasən 5.378,08 manat vergi məbləği hesablanmışdır. Sonra tərəflərindən xx.xx.2020-ci il tarixində dəqiqləşmiş bəyannamə vergi orqanına təqdim edilmişdir. Lakin yenə də verg i orqanı təqdim edilmiş sənədləri nəzərə almamış və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı qərar çıxarmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur: Vergi ödəyicisinin təqdim etdiyi bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 105.665,45 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamədə əldə edilmiş elekt ron qaimə-fakturalar (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********924100 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahatı, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 16655,62 manat əla və vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********748000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə əlavə dəyər vergisinə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar 1535402,57 manat, müvafiq olaraq əlavə dəyər vergisi 276372,46 manat, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ 105665,45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019,78 manat bəyan edilmişdir. Qeyd olunan bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması nəticəsinə iddiaçı tərəfindən bəyan edilmiş Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əs asən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş 105665.45 manat, müvafiq olaraq əvəzləşdirilən əlavə dəyər vergisi məbləği 19019.78 manat məbləğ öz təsdiqini tapmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya həmin məbləğlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi barədə müraciət edilsə də, onun tərəfindən əvəzləşdirməyə əsas verən təsdiqedici hər hansı sənəd cavabdeh orqana təqdim edilməmişdir. Həmçinin iddia ərizəsi cavabdeh orqana daxil olduğu vaxtdan vergi ödəyicisinin bank hesablarına sorğular göndərilmiş, ancaq banklar tərəfindən vergi ödəyicisinin bank məlumatları barədə çıxarışlar vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qoşmaların siyahısına diqqət yetirdikdə məlum olur ki, iddiaçı mübahisələndirdiyi qərarın qanunsuz və əsassız olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İşin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən qeyd olunan məbləği əvəzləşdirməyə əsas olan sənədlər mütləq məhkəməyə təqdim edilməlidir. Əvəzləşdirməyə əsas verən təsdiqedici sənədlər təqdim edilmədiyi təqdirdə, iddianın araşdırılması və mübahisələndirilən qərarın qanunsuz hesab edilməsi mümkün deyildir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Daha sonra cavabdeh tərəfindən iddia tələbinə dair məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********52 700 saylı yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********748000 saylı qərarın ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin yanvar ayı və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannamələrində elektron qaimə-faktura lar (e-VHF) üzrə əvvəlki ödənişlərlə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmi ş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyy ən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludu r.
8. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 nömrəli qərarı (hakim X2) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarlar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli qərarları maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci i l tarixli, 2-1(112)-395/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, iddiaçı tərəfindən təqdim edilən ƏDV bəyannaməsində əksini tapmış dövriyyədən hesablanan ƏDV məbləği ilə əvəzləşdirilən ƏDV məbləğinin hansı səbəbdən düzgün bəyan edilməməsini və mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Şikayətdə əlavə olaraq qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaiməfakturalar (e-VHF) 2019-2020-ci illərin yanvar ayında təkrar olaraq əvəzləşdirilmişdir. İddiaçıya 2019-cu ilin yanvar ayı və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi üzrə əlavə vergilərin hesablanmasının 2 əsası olmuşdur və bunlarla bağlı məhkəməyə ətraflı məlumat və sübutlar təqdim edilmişdir.
15. Belə ki, əlavə hesablamanın birinci əsası cavabdeh tərəfindən aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin yanvar ayı üzrə tə qdim edilmiş bəyannamədə əks olunan dövriyyənin məbləğinin (ƏDV daxil 306.985,40 manat) xx.xx.2018-ci il tarixində rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498.249,57 manat) məbləğdən 191.264,17 manat az göstərilməsi olmuşdur. Bunun nəticəsində iddiaçı 2019-cu ilin yanvar ayı üzrə 29175,89 manat (191.264,17x18/118) ƏDV məbləğini büdcədən yayındırmışdır.
16. Hesablamanın 2-ci əsası isə 2019-cu ilin yanvar ayı və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e- VHF) üzrə əvvəlki ödənişlərlə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olmasının müəyyən edilməsi ilə bağlıdır və bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, vergi ödəyicisi eyni ƏDV m əbləğini müxtəlif aylarda təkrarən əvəzləşməyə təqdim etdiyi üçün kənarlaşmalar yaranmış və haqlı olaraq vergi orqanı tərəfindən həmin əvəzləşmələr nəzərə alınmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzi fəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbə yi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixd ən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.6. Kameral ve rgi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.... Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı v əsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
26. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli qərarla 2019-cu ilin yanvar ayı üzrə 52344,52 manat məbləğində ƏDV, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarla 202 0-ci ilin yanvar ayı üzrə 4928,27 manat məbləğində ƏDV hesablanmışdır. Həmin qərarları qəbul edərkən cavabdeh iddiaçının elektron vergi hesab-fakturalarla əldə etdiyi mala (işə, xidmətə) görə ödədiyi ƏDV məbləğini hesablama aparılan dövrlərdə təkrar əvəzləşdirdiyinə əsaslanmışdır. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. Cavabdeh iddiaçı tərəfindən 2019-cu və 2020-ci illərin yanvar ayı üzrə əvəzləşdirməyə təqdim edilmiş e-VHF-lar barədə məlumatları əks etdirən cədvəli vaxtında məhkəməyə təqdim etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə aparılan hesablamaların əsaslarına dair təsdiqedici sənədləri cavabdehdən tələb etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh kassasiya şikayətinə əlav ə etdiyi təsdiqedici sənədləri vaxtında məhkəməyə təqdim etməsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün həmin sənədlərin araşdırılması zəruridir. Belə ki, qeyd olunan cədvəl üzrə məlumatların həqiqiliyi tərəflərin təqdim edəcəyi digər sənədlər əsasında (iddiaçının bəyannamə məlumatları, əldə etdiyi e-VHF-lar, ödəniş sənədləri) yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Bundan başqa, cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV məbləği hesablanarkən 2018-ci ilin 22-24 dekabr tarixlərində keçirilən xronometraj metodu ilə müşahidənin nəticələrinə istinad olunmuş və iddiaçının yanvar ayı üzrə təqdim etdiyi ƏDV dövriyyəsi ilə xronometraj qaydasında müəyyən olunan orta günlük satış dövriyyəsi arasındakı fərqə vergi hesablanmışdır. Məhkəmə kollegiyası bildirir ki, eynilə təkr ar əvəzləşdirilməsi qeyd olunan e-VHF-lar barədə məlumat kimi, xronometraj metodu ilə müşahidə aparılmasına dair təsdiqedici sənədlər də kassasiya şikayətinə əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Obyektiv araşdırma prinsipinin tələbləri baxımından nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi hesablamanın əsasını təşkil edən həmin sənədləri cavabdehdən vaxtında tələb etməmiş və araşdırmamışdır. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı təqdim olunan xronometraj metodu ilə müşahidəyə dair sənədlər araşdırılmalı, həmin tədbirin iddiaçının fəaliyyətinə uyğun müddətdə və vergi hesablanmasına əsas ola biləcək ağlabatan müddət ərzində aparılıbaparılmadığı, iddiaçının fəaliyyətinin digər vaxtlara nəzərən aktivləşdiyi dövrə təsadüf edibetmədiyi (bayram, qeyri-iş günləri, digər mövsümi xarakterli adətlər və sairə), tədbir 2018ci ilin dekabr ayına təsadüf etdiyi üçün 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2019-cu ilin əvvəlinə iddiaçının mal qalığının, eləcə də iddiaçının fəaliyyətinin 2019-cu ilin yanvar ayında aktiv olub-olmaması müəyyən edilməli və məcmu şəklində qiymətləndirilməli, yalnız bundan sonra qərar qəbul edilməlidir.
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
30. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
31. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2371/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.