Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-511/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, əmək kitabçasının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-900/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1 (118)-826/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024cü il tarixli, 2-1(105)-900/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbi xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 47 yaşı xx.xx.2009-cu il tarixdə tamamlanmışdır. İddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının 16 il 3 gün ümumi iş stajına və qanunla tələb olunan güzəştli iş stajına malik olduğu qəbul edilir. Cavabdeh iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmadığını, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. Cavabdeh həmçinin sosial sığorta haqqının yalnız 5 ay üzrə ödənilməsi halına istinad edərək iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək “Mərdan” firmasında işlədiyi dövrü mübahisələndirmişdir.
5. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə pensiya hüququnun yaranması əsasları qanunvericilik normasının tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının iddia tələbinin qanuni əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qa nunun 13-cü maddəsinin “a” bəndi çıxış edir. Həmin normalara əsasən, iddiaçıya 1 saylı Siyahı üzrə 47 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-ci ilə qədər 15 ildən az olmayan ümumi iş stajı və azı 7 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Cavabdeh isə iddiaçının müraciətini “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri baxımından dəyərləndirmiş, bununla da onun hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. İddiaçının pensiya hüququnun yaranması üçün qanunla tələb olan ümumi və güzəştli iş stajına malik olması halı iş materialları əsasında öz təsdiqini tapdığından, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin qeyd edilən qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur.
6. Bundan əlavə, iddiaçının cavabdehin mübahisələndirdiyi dövrdə işləməsinə dair (işə qəbul, işdən azad olunma) qeydlər onun əmək kitabçasında öz əksini tapmışdır. İndiki halda iddiaçıya münasibətdə pensiya hüququnun yaranması əsası kimi xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik norması çıxış etmişdir. Həmin qanunvericiliyin tələbinə əsasən işçinin iş stajını müəyyən edən yeganə sənəd qismində məhz əmək kitabçası çıxış edirdi, habelə iş stajının məhz məcburi dövlət sosial sığor ta haqqının ödənilməsi əsasında müəyyən edilməsinə dair məcburi şərt nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçının həmin dövrdə işlədiyi müəssisə tərəfindən xx.xx.2006cı ildən sonrakı tarix üzrə sosial sığorta haqqının müəyyən dövr üzrə ödənilməsi halı özlüyündə dolayısı ilə iddiaçının həmin müəssisədə işləməsi halını təsdiq edir. İndiki halda isə cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi şübhə altına alınmamış, habelə ona dair heç bir dəlilə istinad edilməmişdir. Belə olan halda, cavabdeh iddiaçıya münasibətdə xx.xx.2004-xx.xx.2006-cı illərə aid dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır.
7. Həmçinin iddiaçının cavabdehə müraciət etdiyi tarix xx.xx.2022-ci il olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin (Əmək pensiya ları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tələbi nəzərə alınmaqla, pensiya ödənişlərinin xx.xx.2019-cu il tarixdən ödənilməsinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir.
8. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yax ud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddə lərinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarla rda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması öz təsdiqini tapdığı təqdirdə, onun həmin normalara müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(102)-341/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2114/2023 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-347/2024 nömrəli qərarları).
13. Həmçinin vahid məhkəmə təcrübəsinə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixədək bu və ya digər müəssis ədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləş dirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-900/2024 nömrəli qərarından cavabdeh tərəf indən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.