Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-512/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2017-ci il tarixdən sonra təyin edilmiş əmək pensiyasının əvvəlki illər üzrə ödənilməsi; mübahisənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03 nömrəli qərardadındakı hüquqi mövqeyə uyğun həlli) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki illər üzrə pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli, 2-1(103)-1541/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2017-ci il 28 dekabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və əvvəlki üç il üçün hesablanaraq ödənilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2003-cü il 16 iyun tarixdən 2016cı il 01 fevral tarixədək olan müddətə ödənilməli olan 12 il 10 ayın əmək pensiyasının ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 09 dekabr tarixli, **********0 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 2017-ci il 15 dekabr tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq İdarə tərəfindən 2017-ci il 28 dekabr tarixində yaşa görə pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu alma q hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin hesablanması üç il müddət üçün nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddəti üçün hesablanmış 12647,02 manat pensiya məbləği 2018-ci ilin yanvar və fevral aylarında hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona ödənilməmiş əvvəlki illər üçün, yəni 2003-cü il 1 6 iyun tarixdən 2016-cı il 01 fevral tarixədək olan müddətə ödənilməli olan 12 il 10 ayın pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 2006-cı il 01 yanvar tarixindən 2016-cı il 01 dekabr tarixədək olan müddətdə ödənilməli olan pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci il 28 sentyabr tarixdən 2003-cü il 16 iyun tarixə qədər daxil işlər orqanlarında xidmət etmiş və hal-hazırda təqaüddə olan polis mayorudur. Daxil işlər orqanlarında xidmət müddəti təqvim hesablaması ilə 16 il 9 ay 06 gün, imtiyazlı hesablama ilə 22 il 4 ay 17 gün təşkil edir. 2003-cü il 16 iyun tarixdən ona pensiya verilməli olduğu halda və həmin ildən pensiya hesablanacağına baxmayaraq, cavabdeh ona axırıncı 3 ili yəni 2016-cı il 01 fevral tarixdən 2018-ci il 01 mart tarixə qədər müddətdə olan pensiyasını ayda 359 manat 07 qəpik olmaqla vermiş, 2018-ci il 01 fevral tarixdə isə ömürlük 034388 nömrəli pensiya vəsiqəsi verilmişdir. Dəfələrlə cavabdehə ərizələr yazmağına baxmayaraq, əvvəlki illər üçün, yəni 2003-cü il 16 iyun tarixdən 2016-cı il 01 fevral tarixədək olan müddətdəki 12 il 10 ayın pensiyasını ala bilməmişdir. Cavabdeh isə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin 02736048N-20 19 saylı 1219cu il 22 iyul tarixli imtina məktubunda isə bildirilir ki, pensiya təyinatı üçün tərtib edilmiş Məlumat vərəqi AR DİN Maliyyə-Plan İdarəsinin 027-7636-1217 saylı 2017-ci il 15 dekabr tarixli məktubu ilə cavabdehə göndərilmiş, ehtiyata buraxılmış il 2003-cü il 16 iyun göstərilmişdir. İmtina ərizəsində əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən 2007-ci il 01 yanvar tarixindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları cavabdeh həyata keçirir və həmin orqana müraciət etməyini məsləhət görmüşlər. Sonuncu dəfə cavabdehin yazılı müraciətinə isə 2019-cu il 09 dekabr tarixli **********0 saylı cavab məktubu ilə imtina verilmişdir. Cavabdehin e tirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidə n hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
8. İddiaçının ərizəsində iddia etdiyi, 2003-cü il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. İddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Daxili İşlər Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək 2017-ci il 21 dekabr tarixdə İdarə yə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla 2015-ci il 01 yanvar tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 iyun tarixli, 2-1(112)-981/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2007-ci il 01 yanvar tarixdən 2015-ci il 01 yanvar tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2003-cü ildən yarandığından, cavabdeh tərəfindən ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il 01 iyul tarixdən qüvvədə olan redaksiyasının tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə xx xxxxxx 2007-ci ildən qoyulması həm də onunla şərtlənir ki, « Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərinə əsasən xx xxxxxx 2007-ci il tarixdən hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. 11.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya ins tansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli, 2-1(103)-1541/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissdə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 2020-ci il 08 oktyabr tarixli, 3/2020 nömrəli qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlk i ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Beləliklə, 2017-ci il 01 iyul tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həm in tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin keçmiş müddət üçün alınmamış əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqana həmin tarixdən sonra müraciət etmiş, odur ki, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya məbləğinin hesablanıb ödənilməsi qərara alınmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İ CRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mübahisə ilə bağlı iddiaçının pensiya hüququ yarandığı tarixdə qüvvədə olmuş qanun norması tətbiq edilməlidir. Qeyd edilməlidir ki, iddiaçı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməmişdən əvvəl dəfələrlə cavabdeh təşkilata şifahi müraciət etmişdir. Belə ki, iddiaçı cavabdeh təşkilatda bu məsələ ilə bağlı qəbulda olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası 149-cı maddəsinin 7-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının konstitusiya qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin pensiyanı düzgün təyin edilməməsi və ödənilməməsi cavabdehin təqsiri üzündən baş verməsi işin mübahisəsiz halıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin t əmin olunmasını xahiş etdi.
18. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 20. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir...
21. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesa b edilmişdir.
23. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olma maqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.
26. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx xxxxxxx 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslə rə münasibətdə də tətbiq edilməlidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
28. İddiaçı 2006-cı il 1 yanvar tarixdən 2016-cı il 1 dekabr tarixədək olan dövr üçün pens iyanın ödənilməsini tələb etsə də, o, pensiya təyini üçün ilk dəfə 2017-ci il 28 dekabr tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddənin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixdən sonra müraciət etdiyindən, cavabdeh 2017-ci il 28 dekabr tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin etmiş və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablayaraq ödəmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli, 21(103)-1541/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qəti dir. Sədrlik edən: Hakimlər: İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov