Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-512/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun verilməsi barədə inzibati mübahisənin ərazi aidiyyatı). 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının (xx.xx.1982-ci il təvəllüdlü, FİN 10APOAC ) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı Dövlət Universiteti) «diplomun verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2-1(103)3245/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qarayevə (əvvəlki soyadı Məmmədova) X2 Respublikasında Dövlət Aqrar Universitetinə daxil olmuş, sonradan Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülmüşdür. 2007-ci il tarixdə həmin Universiteti bitirmiş, 2009-cu ildə ona diplom verilmişdir.
2. İddiaçı 2012-ci ildə işlə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun adına verilmiş B № 141891 (qeydiyyat nömrəsi 6/0437 onda isə 6/0726) dövlət nümunəli b akalavr diplomu 2009-cu il tarixdə AMİ-nin Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasının məzunu X1 da verilmişdir. Belə olan halda o, yenidən Universitetə müraciət etdikdə bildirilmişdir ki, nömrənin verilməsində yanlışlıq olmuşdur. Səhvin aradan qaldırılması və yeni diplomun verilməsi üçün diplomun əslinin təqdim olunması tələb edilmişdir. Diplomun əslini Universitetə təqdim etməzdən öncə xx.xx.2012-ci il tarixdə iki müxtəlif notariat kontorunda surətlərini təsdiq etdirdikdən sonra 2013-cü ilin yanvar aylarının sonlarına yaxın fakültənin dekanı Tofiq Əlihüseynova təqdim edilmişdir. Həmin vaxtdan bu günə kimi diplomun nə köhnəsini, nə də yenisini ala bilməmişdir. X3 işdən azad edildiyini və onunla bərabər digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıldığın dan xəbər tutmuşdur. Universitetə müraciət etdikdə isə arxiv məlumatlarının aşkar edilmədiyi barədə ona məlumat verilmiş, universitetin rəhbərliyinin cinayət əməllərinə görə həbs edildiklərini, universitetin arxiv sənədlərini də həmin şəxslərin məhv etdiyini bildirmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı cavabdeh «Bakı Dövlət Universiteti» X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologoiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun verilməsi öhdəliyinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının hüquqi varisi olan Bakı Dövlət Universitetinin üzərinə qoyulmas ı barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə əlavə təqdim edərək, diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, həmçinin ərizədə “Bakı Dövlət Universiteti” X8 üçüncü səxs qismində göstərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh “Bakı Dövlət Universiteti” X8 Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əvəz edilmiş, “Bakı Dövlət Universiteti” X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8535/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «Bakı Dövlət Universiteti» X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla diplomun verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddianın aidiyyət qaydalarının müəyyən edilməsi məhz iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan üzrə qiymətləndirilir ki, bunun əsasında hazırki mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılması istisna olunur.
8. İddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (C.A.Yusifov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) 16 noyabr 2022-ci il tarixli, 2-1(103)3245/2022 nömrəli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-8535/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-3245/2022 nömrəli qərardadının ləğv edilməsini və ya işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı Gədəbəy rayonunda qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Ona görə də hazırkı iddiaya İPM-in 8.1.2-ci maddəsinə əsasən, iddiaçının faktiki olduğu yerdə, yəni Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Odur ki, hazırkı iddiaya Gəncə İnzibati Məhkəməsində baxılmalı olması barədə apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəldiyindən həmin qərardad ləğv edilməlidir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərarı bütö vlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
18. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
19. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından inzibati mübahisənin ərazi aidiyyatı ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri sayır.
21. Belə ki, iddiaçının iddia tələbindən göründüyü kimi, Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologoiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun verilməsi öhdəliyinin Azərbaycan Pespublikasının Təhsil Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilm əsini məhkəmədən tələb etmişdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 23.Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yeri n məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
24. Məcəllənin qeyd olunan normasından göründüyü kimi, maraqlı şəxs tərəfindən birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı qaldırılan - mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlər sayılır.
26. İş materiallarında olan, iddiaçıya məxsus AZE ******** №-li, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, iddiaçı Qarayeva (Məmmədova) X4 şəhəri, C.Abdullayev küçəsi, ev 97 ünvanında rəsmi qeydiyyatdadır.
27. Belə olan halda, hazırkı mübahisəyə İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin və qeyd olunan qanunvericiliyin tələbləri baxımından Gədəbəy rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. 28.“Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən, inzibati-iqti sadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir.
29. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
30. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda isə Gədəbəy rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir.
31. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsini n Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8535/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
32. Birinci instansiaya məhkəməsinin qərardadından görünür ki, məhkəmə tərəfindən işin ərazi aidiyyəti müəyən edilərək Gəncə İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(103)-3245/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.