Məhkəmə qərarları › İş №2-1(102)-512/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-512/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-512/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; 2011-ci ildən əvvəlki münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə (üçüncü şəxslər X24, Vəkil5, X16 Birliyi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2023 nömrəli, 26 sentyabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 295 nömrəli «Əlavə torpaq sahəsinin ayrılması haqqında» Sərəncamına əsasən Azərbaycan Respublikası X8 22.06.04-cü il tarixli, 073 saylı, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun xx.xx.2004-cü il tarixli, 19-8/57/13-88 saylı və “Azəriqaznəql” İB-nin xx.xx.2004-cü il tarixli, ƏA-21-1323/3 saylı razılıq məktublarını nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.03.99-cu il tarixli, 213 saylı sərəncamı ilə Azərbaycan Respublikası X12 fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinə əlavə Nizami rayonu, 2433-cü məhəllədə 0,66 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi Nizami rayon Bələdiyyəsinin eht iyat fondu torpaqlarına aid edilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/5793-11 saylı məktubundan görünür ki, Azərbaycan Əfqanıstan Veteranları X13 xx.xx.2005-ci il tarixli qərarına əsasən qanuni təmsilçi X6 və bu fakt xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Əfqanıstan Veteranları X10 1.3-cü bəndində, Birliyin xx.xx.1992-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası X8 hüquqi varisi olduğu qeyd edilmişdir.

3. X8 xx.xx.2005-ci il tarixli, 7 saylı protokolundan çıxarışın surətindən görünür ki, X8 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fə rdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır.

4. X8 02 saylı, xx.xx.2005-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 073 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən və Azərbaycan Respublikası X8 02 saylı protokoluna əsasən Nizami rayonu, 2433-cü məhəllədə fərdi ev tikintisi üçün 6 sot torpaq sahəsi verilmişdir.

5. X14 tərəfindən xx.xx.2005-ci il tarixdə Nizami rayon Bələdiyyəsinə göndərilmiş məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 295 nömrəli Sərəncamına əsasən bir neçə şəxsə, o cümlədən X21 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m (sahə №4) torpaq sahəsinin onların mülkiyyətinə verilməsinin rəsmiləşdirilməsi xahiş ed ilmişdir.

6. Bakı şəhər Nizami Bələdiyyəsinin 09 saylı ümumi iclasının xx.xx.2005-ci il tarixli protokolu ilə Nizami rayon 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1. 7. 30 saylı Dövlət notariat kontorunda X24 ilə Vəkil5 arasında bağlanmış xx.xx.2005-ci il tarixli nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0,05 ha torpaq sahəsi Vəkil5 satılmışdır. Vəkil5 həmin torpaq sahəsi ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-27508H seriyalı (kod ********) şəhadətnamə verilmişdir.

8. Azərbaycan Res publikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən sözügedən torpaq sahəsi Vəkil5 adına dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

9. X16 Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş X16 X23 xx.xx.2007-ci il tarixli 4 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 6 nəfər Əfqanıstan müharibəsi veteranı, o cümlədən Vəliyev X17 üzv qəbul olunmuşlar. X16 X23 xx.xx.2016-cı il tarixli 01 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən isə görünür ki, 42 nəfər, o cümlədən Vəliyev X15 üzvlüyündən azad edilmişlər.

10. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlan mış xx.xx.2021-ci il tarixli 02/204 saylı məktubun mətnindən müəyyən olunur ki, Nizami bələdiyyəsi tərəfindən X16 Birliyinin məktubuna əsasən bələdiyyənin 30 avqust 2005-ci il tarixli 9 saylı qərarı ilə X21 Bakı şəhəri, Nizami rayonu 2433-cü məhəllədə yerləşən 0.05 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi X16 Birliyinin üzvlərinə ayrılması üçün Nizami bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Nizami bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi satılmamışdır, iddiada qeyd olunan torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün İddiaçı kim tərəfindən verilməsi barədə bələdiyyə məlumatlı deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, 2433 -cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsinin X2 dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 30 avqust 2005-ci il tarixli 09 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-1981-ci illərdə Əfqanıstan müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və 2-ci dərəcə Əfqanıstan müharibəsi əlilidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin tikintisi haqqında 295 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası X8 üzvlərinə Nizami rayon, 2433-cü məhəllədə 0.66 ha torpaq sahəsində 1-2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, 0.66 ha torpaq sahəsinin Nizami rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı hazırlanmışdır. X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən X8 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi ona Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında xx.xx.2004-cü il tarixli, 295 №-li Sərəncamı və X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 6 sot torpaq sahəsi hal-hazırda onun sahibliyində və istifadəsindədir. O, torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoydurmuşdur, digər qonşulara məxs us torpaq sahələri ilə təcrid olunmuş formadadır. 2019-cu ilin iyul ayının 18-də o, öz torpaq sahəsinə gedib baxarkən, darvazasının söküldüyünü, yerinə başqa darvaza qoyulduğunu görmüş və bu barədə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə müraciət etmişdir. 25-ci Polis Bölməsinin əməkdaşları torpağa gəlmiş və darvazanın sökülüb başqa darvaza qoyulduğunun şahidi olmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, iddia üzrə 3-cü şəxs Vəkil5 ona məxsus torpaq sahəsinin giriş darvazasını sökərək özü ora başqa darvaza qoyub və torpaq sahəsinə sahiblik etmişdir. Sənəd kimi də torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli şəhadətnaməsini göstərmişdir. O, həmin şəhadətnaməni araşdırarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair iddia üzrə 3-cü şəxs X21 Dövlət Torpaq v ə Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli, JN-25844H, KOD 00900003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami Bələdiyyəsinin 30 avqust 2005ci il tarixli, 09 saylı qərarı ilə Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.05 hektar torpaq sahəsi X1. Beləliklə, Bakı şəhəri Nizami Bələdiyyəsi qanunsuz olaraq onun istifadəsində olan Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0.06 hektar torpaq sahəsini X3 və onun mülkiyyət hüquqlarını pozmuşdur.

13. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamına əsasən Əfqanıstan Veteranları Cəmiyyətinin 075 saylı, xx.xx.2005-ci il tarixli mə ktubu əsasında X8 üzvlərinə Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün Nizami bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 09 saylı protokolu ilə Nizami rayonu, 2433-cü məhəllədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin təqdim etdiyi eskizə uyğun olaraq 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X19 mülkiyyətinə mövcud qanunvericiliyin tələblərinə uyğun satılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-45/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı ilə (T.Məlikov) iddia rədd edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçıya X14 tərəfindən torpaq sahəsi ayrılması barədə protokolun mövcudluğu ona Eldar Sarıyevə torpaq sahəsi ayrılması barədə Nizami bələdiyyəsinin qərarını ləğv etmək üçün əsas vermir. Belə ki, iddiaçıya torpaq s ahəsi ayrılması barədə ƏVİ-nin protokolu torpaqayırma sənədi sayılmır və həmin protokol qüvvədə olan əmlak qanunvericiliyinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün hüquqmüəyyənedici sənəd deyildir. Başqa sözlə, məhkəmə mübahisəli torpaq sahəsinə iddiaçının “qanuni gözləntisi” olmadığı qənaətindədir. Digər tərəfdən, məhkəmə, hazırkı halda mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi üçün əsas görmür. Belə ki, Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli protokolundan göründüyü kimi, X21 500 kv.m sahəsi olan 4 nömrəli torpaq sahəsi əsassız olaraq deyil, X8 Nizami bələdiyyəsinə göndərilmiş məktubuna istinad edilərək BŞİH-in 295 saylı Sərəncamının icrası ilə əlaqədar ayrılmışdır.

16. Məhkəmə həmçinin iddiaçının məhkəmə iclasında bildirdiy i dəlilini əsassız hesab edərək vurğulayır ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmündə Eldar Sarıyevə torpaq sahəsi ayrılmasına dair X8 xx.xx.2005-ci il tarixli məktubunun və Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının saxtalığı ilə hər hansı məsələ göstərilməmişdir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əfqanıstan müharibəsi veteranı və əlilidir və X8 üzvü olmuş və mübahisəli torpaq sahəsinin də daxil olduğu 0.66 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin tikintisi haqqında 295 nömrəli xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası X8 üzvlər inə ayrılmışdır.

22. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı hazırlanmışdır. X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokolundan çıxarışa əsasən X8 üzvü, 2-ci qrup Əfqanıstan müharibəsi əlili kimi mənə Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Fərdi yaşayış evlərinin tikintisi haqqında xx.xx.2004-cü il tarixli, 295 №-li Sərəncamı və X8 xx.xx.2005-ci il tarixli 7 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 6 sot torpaq sahəsi hazırkı mübahisə başlanan günə qədər istifadəsində olmuşdur. O, torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoydurmuş, digər qonşulara məxsus torpaq sahələri ilə təcrid olunmuş formadadır. 2019-cu ilin iyul ayının 18-də öz torpaq sahəsinə gedib baxarkən, darvazasının söküldüyünü, yerinə başqa darvaza qoyulduğunu görmüş və bu barədə Daxili İşlər Nazirliyinin 102 telefon xidmətinə müraciət etmişdir.

23. Yəni iş üzrə üçüncü şəxs, hərbi xidmətdə olmayan, nə Əfqanistan veteranı, nə də ki Qarabağ müharibəsi veteranı olmayan X24, hazırki mülkiyyətçi X20bu günə qədər mübahisəli torpaq sahəsinə sahiblik etməmişlər.

24. O, hətta sahibliyinə verilmiş 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. 1 saylı Ərazi İdarəsi ərizəni təmin etməkdən imtina etdiyi üçün Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırkı mübahisəyə baxı ldığı üçün 1 saylı ərazi idarəsinə qarşı qaldırdığı iddia üzrə inzibati işin icraatı daynadırılmışdır. Yəni onun 0.06 ha torpaq sahəsinə dair qanuni gözlənti hüququ vardır. 25. xx.xx.2005-ci il tarixində özünü X11 sədri kimi təqdim etmiş Məhəmməd Vəliyev hal-hazırda da ƏfqanistanVeteranları İttifaqının hüquqi varisi olan Azərbaycan Əfqanstan Veteranları İctimai Birliyinin sədridirvə o, Nizami bələdiyyəsinə göndərdiyi Eldar Sarıyevə torpaq sahəsi ayrılmasına Nizami bələdiyyəsinə göndərdiyi xx.xx.2005- ci il tarixli məktubun və onun əsasında qəbul edilmiş Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının ləğv olunmasında maraqlı deyil. Nizami bələdiyyəsi isə X9 üzvüləri olan Əfqanistan veteranlarına pulsuz ayrılmış torpaq sahəsinin pulla satıması barədə qərarının ləğv olunmasında heç maraqlı deyil.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmündə Eldar Sarıyevə torpaq sahəsi ayrılmasına dair X8 xx.xx.2005-ci il tarixli məktubunun və Nizami bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının saxtalığı ilə hər hansı məsələ göstərilməsə də Məhəmməd Vəliyevin qanunsuz olaraq, özünü vəzifəli şəxs kimi təqdim edərək, digər Əfqanistan müharibəsi veteranı olmayan şəxslərə torpaq ayrılması barədə Nizami bələdiyyəsinə və Suraxanı bələdiyyəsinə saxta məktublar göndərməsi və bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-364/2018 saylı hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmələr i şin bu hallarına da düzgün qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Prosessual Məcəlləsi: Maddə 2 9

6. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərə findən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə

297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəx sin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə

298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

29. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb ed ilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddianın mümkünlüyü ilə bağlı normal arın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

33. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibə tdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.

34. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilm işdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

36. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

37. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia tələbində ləğv edilməsi tələb edilən Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən, 0,05 hektar torpaq sahəsinin X2 dair Bakı şəhər Nizami Bələdiyyəsinin protokolu (qərarı) 31 avqust 2005-ci il tarixində verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Nizami Rayon Bələdiyyəsinin qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.

38. Kollegiya qeyd edir ki, Nizami Rayon Bələdiyyəsinin qərarı inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən qərar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

39. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

40. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi m əhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).

42. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedə n iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).

43. Məlum olduğu kimi, iddiaçı Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0,05 hektar torpaq sahəsinin X2 dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 31 avqust 2005-ci il tarixli, 09 saylı protokolunu (qərar) mübahisələndirir ki, yuxarıda göstərilən prosessual hüquq normalarından göründüyü kimi (MPM-in 296, 298-ci və İPM-in 38.1-ci maddələri) iddiaçı məhkəməyə iddia ilə xx.xx.2019-cu il tarixdə, yəni mübahisə predmeti olan qərar qəbul edildikdən 14 il sonra müraciət etməklə bütün prosessual müddətləri ötürmüşdür.

44. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyətin 3 (üç) nö vü müəyyən edilmişdir: dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri.

45. Bununla əlaqədar olaraq vurğulanmalıdır ki, ictimai təşkilat olan Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqının ümumiyyətlə torpaq sahəsinin ayrılması hüququ və səlahiyyətləri yoxdur.

46. Bu xüsusi olaraq işin İ cildinin 8-ci səhifəsində olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Əlavə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamından bariz şəkildə görünür.

47. Belə ki, həmin sərəncamda X12 yaşayış evlərinin tikintisi üçün Nizami rayonu, 2433-cü məhəllədə 0,66 hektar torpaq sahəsinin ayrılması ilə yanaşı, həmin 0,66 hektar torpaq sahəsi Nizami Rayon Bələdiyyəsinin ehtiyat fondu torpaqlarına aid edilmişdir (sərəncamın 1.1-ci bəndi).

48. Başqa sözlə, sözügedən torpaq s ahəsi Nizami Rayon Bələdiyyəsinin mülkiyyətinə verilmiş və adıçəkilən torpaq sahəsinin sonrakı taleyinin həll edilməsi, məhz 0,66 hektar torpaq sahəsinin mülkiyyətçisi olan Nizami Rayon Bələdiyyəsinin sərəncamındadır.

49. Bu fakt həm də, Azərbaycan X16 Birliyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 10 yanvar 2020-ci il tarixli, 2 saylı məktubu ilə də təsdiq olunur (işin İ cildi, səh. 100, 101).

50. Belə ki, həmin məktubda yazılmışdır ki, “Azərbaycan X16 Birliyi (X14) qanunvericiliyə uyğun olaraq torpaq verilməsi barədə sərəncam vermək, kiməsə torpaq sahəsi ayırmaq hüququna malik deyildir.”

51. Eyni zamanda sözügedən məktubda daha sonra göstərilmişdir ki, “Sizin 21(82)-3482/2019 saylı iş üzrə, 20 dekabr 2019-cu il tarixli qərardadda göstərdiyiniz X8 7 saylı 22 aprel 2005- ci il tarixli protokolunda İİ qrup Əfqanıstan müharibəsi əlili İddiaçı adı olsaydı digər 17 nəfər kimi onun müraciətinə baxılması üçün Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə müraciət olunardı. Biz belə qənaətə gəlirik ki, məhkəməyə təqdim olunan həmin protokol saxtadır, kimlər tərəfindənsə tərtib olunub.”

52. Bununla yanaşı iddiaçı kassasiya şikayətində qeyd edir ki, X24 hərbi xidmətdə olmayan, nə Əfqanıstan veteranı, nə də ki, Qarabağ müharibəsi veteranı deyildir.

53. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir, belə ki, işin İ cildinin 47-ci səhifəsində olan X8 Nizami Rayon Bələdiyyəsinə ünvanladığı 26 may 2005-ci il tarixli məktubunda X4 veteranı kimi göstərilməklə, ona sözügedən ünvanda fərdi yaşayış evi tikmək üçün 500 kv.m. sahənin (№4) onun mülkiyyətinə verilməsi xahiş olunmuşdur.

54. İşin İ cildinin 51-ci səhifəsində olan Nizami Bələdiyyəsinin siyahısında X19 adı da mövcuddur.

55. Beləliklə X4 Veteranları İttifaqının üzvü olması işin təkzib olunmaz faktıdır.

56. Eyni zamanda işin İ cildinin 23-cü səhifəsindən görünür ki, X7 mülkiyyətə verilməsinə dair 7N-25844H KOD00900003 saylı, 06 dekabr 2005-ci il tarixli şəhadətnaməyə əsasən, Bakı şəhəri, Nizami rayonu, 2433-cü məhəllədə yerləşən 0,05 hektar torpaq sahəsinin mülkiyyətçisidir.

57. Bundan başqa, işin İ cildinin 21-22-ci səhifələrində olan “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ №0059168) əsasında E.Sarıyev həmin torpaq sahəsinin notariat qaydasında xx.xx.2005-ci il tarixdə Vəkil5 satmış, Vəkil5 sözügedən torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə şəhadətnamə almış (işin İ cildinin 16-c ı səhifəsi) xx.xx.2019-cu il tarixdə isə ona həmin torpaq sahəsinə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir (işin İ cildinin 75-ci səhifəsi).

58. Beləliklə, bütün yuxarıda göstərilənlərdən göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaqda həm də hər hansı subyektiv hüququ da yoxdur.

59. Azərbaycan Respublikasının İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin i crası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

60. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının hazırkı iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2663/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının hazırkı iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar