Məhkəmə qərarları › İş №2-1(102)-513/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-513/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-513/2020 18.02.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD (Kassasiya şikayətinin mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Azər Soltanhəmid oğlu Hüseynov, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan İddiaçı İddiaçı Cavabdeh1nə qarşı kompensasiya verilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdim: İddiaçı İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edrək, iddiaçının qonşusu tərəfindən onun mənzilinə su axıdılması nəticəsində zərər vurulduğu üçün cavabdeh İcra Hakimiyyətindən müvafiq kompensasi yanın tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərardadı ilə (hakim E.Əliyev; iş No 2-1(81)-1079/2019) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abıyeva; iş № 2-1(103)2253/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi vəkil tərəfindən tərtib olunmamış və vəkilin orderi kassasiy a şikayətinə əlavə edilməmişdir. Məhkəmə kollegiyasının iddiaçıya ünvanladığı 28.12.2019-cu il tarixli bildirişdə ona izah olunmuşdur ki, iddiaçının prosessual qanunla təmin edilmiş dinlənilmə hüququ mövcuddur ki, iddiaçı, məhkəmə qərardadından verdiyi kassasiya şikayətinə vəkilin orderini əlavə etmədiyindən, məhkəmə kollegiyasında əvvəlcə, həmin kassasiya şikayətinin mümkünlüyü araşdırılacaqdır, və bu məqsədlə təyin olunmuş məhkəmə iclasında iddiaçı vəkil tərəfindən imzalanmış kassasiya şikayətinin nüsxəsini və ona əlavə edilmiş vəkilin orderini təqdim etməlidir. Lakin iddiaçı hər hansı məlumat vermədən təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Belə olan halda iddiaçının kassasiya şikayət icraata qəbul edilməməli (şikayətin qəbulundan imtina edilməli), bu şikayət üzrə kassasiya mümkün s ayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair islər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinə müvafiq olaraq kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Azərbay can Respublikası İPM-nin 96.2-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə müvafiq olaraq kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli qərardadından verdiyi kassasiya mümkün sayılmamalı; kassasiya şikayətinin qəbul olunmasından imtin a edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96, 98 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldım: İddiaçı İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar