Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-513/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra – cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tə yin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli 2-1(103)-2023/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı xx.xx.1966-cı il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində doğulmuş, 07.02.1985-ci ildən əmək fəaliyyətinə başlamış, 2007-ci ilin oktyabr ayınadək fasilələrlə müxtəlif vəzifələrdə çalışmışdır.
2. İddiaçı 19.11.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 24.11.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi “X1” ASC-nin iddiaçıya dair 21.01.2018-ci il tarixli 33/24 nömrəli arayışında 03.03.198901.10.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı və ştamplayıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin arayışda işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda qeyd olunan sahə və vəzifələrə aid olub-olmaması barədə məlumat göstərilməmişdir. Eyni zamanda, iddiaçıya məxsus əmək kitabçasında 07.02.1985-27.10.1988-ci il tarixləri arasındakı dövr ərzində Göyçay rayonu K.Marks adına kolxozda işləməsinə dair aparılmış qeydlər arxiv arayışları ilə təsdiq edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instans iya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 05 noyabr 2013-cü il tarixdən, 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 05.11.2013-cü ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıya 05.11.2013-cü il tarixdən, 47 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (23 sentyabr 1992, № 305) 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 2006-ci ilin 01 yanvar tarixinə qədər iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na əsasən 7 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 15 ildən artıq ümumi əmək stajı toplamışdır. Əmək pensiyasının 47 yaşdan, 05.11.2013-cü il tarixdən təyin olunması və həmin dövrün qanunvericiliyinə uyğun olaraq pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi barədə pensiya təyinatı orqanına birinci dəfə edilmiş müraciətə cavab olaraq ünvanlanmış imtina məktubunda göstərilənləri yerinə yetirə ndən sonra yenidən 30.10.2019-cu il tarixdə həmin orqana müraciət edilmiş, cavab olaraq 11.02.2020-ci il tarixdə 20630265088 saylı, 24.01.2020 il tarixli imtina məktubunu alınmışdır. Qeyd olunan imtina məktubuna əsasən iddiaçının «X1» ASC-də işlədiyi vəzifə NK-nın 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda öz əksini tapmadığından və Göyçay rayonu Karl Marks adına kolxozda işləməyini təsdiq edən arxiv arayışı təqdim olunmadığı üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Hesab edilir ki, pensiya təyinatı orqanının cavab məktubu qeyri qanunidir. Cavab məktubu əsassız olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya görə ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Res publikası Qanununun 05.11.2013-cü il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilib hesablanmalıdır
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması haqda qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstəridiyi məzmunda İdarəyə heç bir müraciət etməmişdir və heç bir cavab almamışdır. Onun imtina cavabı kimi iddia ərizəsində istinad etdiyi İdarənin cavabı digər şəxsin ünvanladığı müraciətə cavabdır.
7. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 05.11.2013-cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 05.11.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-3534/2020 nömrəli qərarına görə (hakim Mehriban Qarayeva) iddianın təmin edilməsi, iddiaçıya 05.11.2013cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 05.11.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qay dada ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq ona təqdim edilmiş arayışda iddiaçının 7 il 6 aydan artıq müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı siyahısına əsasən xüsusi zərərli sahələrdə çalışmasına dair aparılmış qeydiyyatı nəzərə almamış, hansı ki, bu qeydiyyat iddiaçının işlədiyi müvafiq sahənin məhz civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrinə aid olması qənaətinə gəlinməsi üçün kifayətdir, bununla da, formal mülahizələrlə iddiaçının haqlı tələbini təmin etməmişdir. Eyni zamanda, K.Marks adına kolxozda işləməsinə dair iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat a parılmış olduğu halda, cavabdehin həmin qeydlərin əlavə olaraq arxiv arayışları ilə təsdiq edilməsinə dair iddiaçıdan əlavə sənədlər tələb etməsi əmək və sosial təminat qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. a. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci tarixli 21(103)-2023/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Cahangir Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-3534/2020 nömrəli qərarının dəyişdirilməsi, qərarın nəticə hissəsində “Əmək pensiyaları haqqında” Qanunun 05.11.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsini n tələbləri əsasında” sözləri “19.11.2016-cı il tarixindən 19.11.2019-cu il tarixinədək” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissədə təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmənin əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 05.11.2013-cü ildə qüvvədə olan 37.7ci maddəsinin tələbləri əsasında hesablanması ilə bağlı qərarı doğru olmamışdır. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə iddiaçının cavabdehə müraciət etdi yi 19.11.2019-cu il tarixdən əvvəlki üç il nəzərə alınmaqla dəyişdirilməlidir.
13. Məhkəmə qərarı cavabdehə 11.01.2021-ci il tarixində, iddiaçıya 13.01.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh həmin qərardan 18.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci tarixli 2-1(103)2023/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı həmin qərardan 29.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci tarixli 2-1(103)2023/2020 nömrəli qərarının ləğv edilməsini və qərarın qismən dəyişdirilərək nəticə hissədə “19.11.2016-cı il tarixindən 19.11.2019-cu il tarixinədək” sözlərinin “Əmək pensiyaları haqqında” Qanunun 05.11.2013-ci il tarixində qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında” sözləri ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞI MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI ETİRAZIN DƏLİLLƏRİ, a. Kassasiya şikayətlərinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində etirazda və imtina məktubunda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının idarəyə təqdim etdiyi arayışda 17.10.1984-01.10.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “X1” ASC-də avtomat və yarımavtomat vəzifələri qeyd edilsə də, həmin arayışda işlədiyi vəzifələrin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edi lən siyahının elektron texnikası məlumatlarının və radio aparatlarının istehsalı bölməsinin (13a) bəndində civə tətbiq etməklə cihaz və məlumatlar hazırlayan iş sahələrində məşğul olan fəhlələr oması barədə məlumat qeyd edilməmişdir. Həmin məlumat iddiaçının əmək kitabçasında da qeyd edilməmişdir.
17. Cavabdeh orqan buna uyğun olaraq iddiaçının ərizəsində göstərdiyi xüsusatı araşdırmaq məqsədi ilə lazımi sənədləri istəmişdir. İddiaçı cavabdeh orqana müraciət etdiyi zaman arayışları təqdim etməmiş, nəticədə inzibati orqan iddiaçının inzibati orqana vermiş olduğu müraciəti araşdıra bilməmişdir. Lakin məhkəmə qeyd olunan xüsusatları nəzərə almayaraq qanunsuz qərar qəbul etmişdir.
18. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəb ul edilərkən MPM-in 217.2-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə isə qərar qəbul edərkən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına deyil, “Əmək pensiyaları haqqında” Qanuna 01.07.2017-ci ildə edilmiş dəyişikliyə istinad etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri isə 05.11.2013-cü ildə yaranmışdır. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilərək qərarın dəyişdirilməsi və cavabdehin kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və iddiaçının kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
23. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 24. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə görə, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21. 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanla ra yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-IQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-c ü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun I bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında “11300000 - XIII. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı - 1130000a-17531 - a) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” peşəsi qeyd olunmuşdur. 27. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir nö vündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
28. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08.10.2020-ci il tarixli Qərardadında da məhkəmələrə izah olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmi ş şəxslərə münasibətdə də tətbiq edilməlidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
31. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçının 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7 il 6 ay, ümumi iş stajı minimum 15 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
35. İş üzrə cavabdeh də iddiaçının 17.10.1984-01.10.2007-ci il tarixləri arasında işlədiyi vəzifənin güzəştli şərtlə rlə pensiya hüququ verən vəzifələrə aid olduğunu, eyni zamanda həmin dövrün əmək kitabçasında qeyd olunmadığını mübahisələndirir.
36. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçının 01.01.2006cı il tarixədək 1 nömrəli Siyahıda nəzərdə tutulan “11300000 - XIII. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı - 1130000a-17531 - a) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” peşəsində minimum 7 il 6 ay işləməsi və minimum 15 illik ümumi staja malik olması əmək kitabçası və iş yerinin güzəştli arayışları ilə təsdiq olunur.
37. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadı ğı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
38. Hazırkı qərarın 27-29-cu bəndlərində göstərilən normaların məzmundan, eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, iddiaçının 17.10.1984-01.10.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “X1” ASC-də işləməsi əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
39. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının güzəştli şərtlərlə pensiya hüq uqunun mövcudluğu barədə mövqeyi əsaslı olduğundan cavabdehin kassasiya şikayəti təmin edilə bilməz.
40. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 01.07.2017-ci il tarixindən sonra pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etdiyindən hazırkı qərarın 30-cu bəndində qeyd olunan hüquqi mövqe ona da şamil olunmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq Ali Məhkəmənin həmin hüquqi mövqeyi baxımından qərarın dəyişdirilməsi barədə qərar qəbul etmiş və pensiyanın iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsini qərara almışdır.
42. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə də əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
43. Qeyd edilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDI: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli, 21(103)-2023/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.