Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-513/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-513/22) Açar sözlər: 58 yaşdan yaşa görə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)2772/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (AZE********, FİN:OYRBKA91,) Ağdam şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Əmək kitabçasının təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, idd iaçı 5.6.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixə qədər 8 saylı trestin 8 saylı SMD-də fəhlə işləmiş, 23.8.1977-ci il tarixdən 20.7.1980-ci il tarixə qədər Əli Bayramov adına BİTB-də dərzi, 12.7.1993-cü il tarixdən 2.4.1997-ci il tarixə qədər "xxxx" Dövlət Şirkətinin 8 saylı Trestinin 84 saylı İTİ-də 2 dərəcəli fəhlə işləmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, onun ümumi iş stajı 7 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (7 il 9 ay) sığorta k apitalı 5.745,08 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 24 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2012-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi, müraciətindən əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi barədə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbi ni onunla əsaslandırmışdır ki, o, 1976-1980, 1993-1997-ci illərdə müxtəlif təşkilatlarda işləmiş, 2 uşaq anasıdır, xx.xx.1982-ci il və xx.xx.1985-ci il tarixlərində övladları dünyaya gəlmişdir. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun iş stajına daxil edilir. Bu maddəyə əsasən, uşaqlarına görə 31.5.1982-ci il tarixdən 26.1.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün işləmədiyi və 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilməlidir. İddiaçının 31.5.1982-ci il və 26.1.1985-ci il tarixlərdə uşaqları doğulduğundan və həmin tarixdən etib arən körpə uşaqlarına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. 5 il 7 ay 3 yaşadək uşaqlara qulluq müddəti nəzərə alınmaqla onun cəmi 13 il 4 ay sığorta stajı yaranır ki, bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)- 7826/2021 saylı iş) 25 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cəmi 7 il 10 ay 14 gün sığorta stajı mövcuddur. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdə, yəni 58 yaş 6 ayı tamam olduğu vaxt qüvvədə olan normalara əsasən ona pensiya təyin edilməsi üçün 12 il sığorta stajı olmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azər baycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndi isə iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmadığından, uşaqlara qulluq etdiyi dövr onun sığorta stajına daxil edilə bilməz.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: X3 – sədrlik edən məruzəçi, X1 və X7, 21(103)-2772 /2021 saylı iş) 30 noyabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın t əmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin 84 saylı ixtisaslaşdırılmış Tikinti idarəsinə İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1995-i il tarixdə 8 №-li trestin 84 saylı İTİ ləğv edilmiş və Bakı Baş Tikinti İdarəsinin Sənaye Tikinti İdarəsi təşkil olunmuşdur. xx.xx.1997ci il tarixdə isə 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsi müstəqil fəaliyyətə başlamış və dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə bu faktları nəzərə almamışdır. Məhkəmə ancaq 84 saylı İxtisaslaşdırılmış Tikinti idarəsinin fəaliyyətini araşdırmış, lakin həmin idarənin xx.xx.1997-ci il tarixədək Az ərbaycan Sənaye Tikinti Dövlət Komitəsinin 8 №-li trestinin və Bakı Baş Tikinti İdarəsinin Sənaye Tikinti İdarəsinin tərkibində olmasını nəzərə almamışdır. İddiaçı faktiki olaraq həmin illərdə işləmiş və əmək haqqı almışdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçı xx.xx.1993 - xx.xx.1997-ci illərdə işləməyi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Hazırkı iş üzrə mübahisəli məsələ onun 1993-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də həmin dövrlərdə işləməyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçının əmək p ensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün tam əsaslandırılmış bir səbəb müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir
11. Bundan əlavə, xx.xx.1982 və xx.xx.1985-ci il tarixlərdə iddiaçının uşaqları doğulmuşdur. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq onun İş stajına daxil edilir. Bu maddəyə əsasən Polad və Günay adlı uşaqlarına görə xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan 5 il 7 ay 25 gün sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə istinadən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətində n asılı olmayaraq ümumi iş stajına daxil edilir. e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;
14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qə bul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə tər kibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
18. İddiaçının hazırkı iddia tələbi ilə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 19. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyası) iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün 12 il sosial sığorta stajı lazımdır.
20. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 12 il sosial sığorta stajının tamam olması üçün onun uşaqlarına qulluq etdiyi dövr də sosial sığorta stajına daxil edilməlidir.
21. İddia tələbini rə dd edən və onun nəticəsi və eyni zamanda mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
22. Kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müvafiq normaları ilə əlaqəli şəkildə təhlil edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə tərkibi qeyd edir ki, 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət iş stajına daxil edilir. Lakin iddiaçının uşaqlarının doğulduğu və daha sonra onlara 3 yaşına çatana k imi qulluq etdiyi dövrdə “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu qüvvədə olmuş və həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddətin iş stajına daxil edilməsi məsələsi nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda da sözügedən müddəa nəzərdə tutulmamışdır.
29. Məhkəmə tərkibi qeyd edir ki, “qazanılmış hüquq” prinsipi də hazırkı işə tətbiq edilə bilməz. Belə ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Əgər iddiaçının “Vətəndaşların pensiya təminatı haqq ında” Qanunun qüvvədə olduğu 1992 - 2006-cı illər ərzində pensiya hüququ yaransaydı və yaxud iddiaçının uşaqlarının doğulduğu vaxt qanunvericilikdə oxşar müddəa nəzərdə tutulsaydı, bu zaman ona münasibətdə həmin müddət sosial sığorta stajına daxil edilə bilərdi. Beləliklə, iddiaçı 1956-1992-ci illər ərzində qüvvədə olan “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunu ilə uşağa qulluq etdiyi dövrün iş stajına daxil edilməsi hüququnu qazanmamışdır. Belə olan halda, 1992-2006-cı illər ərzində qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun mübahisələndirilən məsələyə tətbiq edilə bilməz.
30. Beləliklə, iddiaçının iş stajının 12 ildən az olduğu müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan azı 12 il sığorta stajına malik olm ası ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilməmişdir.
31. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2772/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.