Məhkəmə qərarları › İş №2-1(102)-513/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-513/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-513/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyət hüququnun qeydiyyata alınması, işin hallarının hərtərəfli araşdırılmaması; hüquqi yardım) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X13) "çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-340/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya aid iş materiallarında olan sənədlər:

1. Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarında qeyd edirlir: “Əhmədov Nadirin kəsilən və kolxoz fonduna birləşən 0.06 ha torpaq sahəsi Seyidova Elenaya ölçülsün” (X18 Filialının xx.xx.202 1-ci il tarixli arayışı).

2. Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında 1081-ci sırada X9 0.06 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir(Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışı).

3. Qax rayonu Şota Rustaveli adına kolxozun həmin qərarı ilə ayrılmış 0.06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək, iddiaçı X11 verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir.

4. Torpağın mülkiyyətə verilməsinə dair JN-721A nömrəli şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyas ının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. X5 və üçüncü şəxsə aid iş materiallarında olan sənədlər:

5. Digər tərəfdən, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X3 öhdəsində kolxozun qaytanlanmış kitabında 0.07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0.05 ha torpaq sahəsinin də əlavə olaraq X5 verilərək 0.12 ha-ya çatdırılmasının qərara alındığı qeyd edilmişdir.

6. Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli Aktında qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X3 öhdəsində kolxozun qaytanlanmış kitabında 0.07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0.05 ha torpaq sahəsinin də əlavə olaraq X5 verilərək 0.12 ha-ya çatdırılması qərara alınmışdır. 7. 2004-cü ilin iyul ayında tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, X4 adına texniki pasport verilmişdir (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.12 ha göstərilmişdir). 8. “Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X3, X6, X12, X7 və X10 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilmişdir.

9. Qax rayonu Qax İngiloy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmi ş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Qax rayonunun Qax İngiloy kənd İƏD-si üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 192 saylı şəxsi hesabında X3 adına 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.

10. Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə (114.7 kv.m.) X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

11. X8 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax rayonu Notariat Ofisi tərəfindən X6 adına xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir.

12. Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X6 mülkiyyət hüququ (vərəsəlik qaydasında) xx.xx.2021-c i ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranma əsası

13. İddiaçı cavabdehə müraciət edərək, X1 adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.

14. İddiaçının ərizəsi məhkəməyə müraciət edənədək cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verərək, X1 adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşı tərəfin saxta sənədlər əsas ında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməsinə imkan verilməmişdir. Halbuki, sözügedən torpaq sahəsi uzun müddət onun istifadəsində olmuşdur.

17. Məhkəmə icraatının gedişində cavabdeh tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçıya tövsiyə edilmişdir ki, X1 adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

18. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, X3 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021- ci ildə Qax rayon Notariat ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi X6 adına qeydiyyata alınmışdır. Həmçinin məktubda bildirilir ki, çıxarışın ləğv edilməsi cavabdehin səlahiyyətinə aid deyildir.

19. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torpaq sahəsi mərhum Nümayəndə2 adına qeydiyyata alınmış çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür.

20. Şəki İnzibati Məhkəməsinin (hakim V.Qasımov) 23 avqust 2022-ci il tarixli, 21(116)-676/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayo nu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X11 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və koordinatları aşağıda göstərilmiş 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmuş, Döngə Məsafə Döngə nöqtələri (metrlə) X Y nöqtələrinin nömrəsi 664098,4 4589009, 1 1-2 15,2 6 33 2 664102,8 4589023, 2-3 5,5 664105,9 4589028, 3 3-4 34,5 664139,3 38 4589036, 4 5 4-5 11,0 664143,4 74 4589026, 5 8 5-1 48,2 8 təmin edilməmişdir. 49 iddia qalan hissədə Birinci instansiya məhkəməsinin əsaslandırması:

21. İddiaçı 0.06 ha həyətyanı torpa q sahəsi Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə verilmişdir. Bu barədə məlumat Respublika X18 filialında mövcuddur. X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatla bağlı cavabdehdən tələb edilərək alınmış sənədlərlə isə müəyyən edildi ki, 2019-cu ildə həmin qeydiyyatın aparılması üçün cavabdehə təqdim olunmuş sənədlər arasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış da vardır.

22. İddiaçı öz iddia ərizəsində həmin sənədin saxta olmasını bildirdiyinə görə məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas prot okolunun X5 torpaq sahəsi verilməsi barədə hissəsi və torpaq sahəsinin X5 verilməsi barədə xx.xx.1995-ci il tarixli akt tələb edilmişdir. Lakin Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxivdə mühafizə olunan Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X5 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmadı (Əsas fond № 41, siyahı 1, saxlama vahidi 113, iş 1995-1997-ci il), xx.xx.1995-ci il tarixli akt isə Şota Rustaveli adına kolxozun sənədlərində yoxdur. Bundan sonra məhkəmə tərəfindən Qax rayon Dövlət Arxivinə təkrar sorğu edilərək, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunun təsdiqlənmiş surəti alınıb işə əlavə olunmuşdur.

23. X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X5 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X2 qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi faktiki olaraq 0.0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

24. Birinci ins tansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs ayrılıqda apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

25. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) 2-1(107)-340/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdi r ki, İddiaçı Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X5 verilmiş 0.12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır.

27. İddiaçı kassasiya ş ikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayətində iddiaçı işin hallaına istinadən qeyd etmişdir ki, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas qərarında X5 torpaq sahəsi verilməsi barədə qeyd yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı X2 qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi faktiki olaraq 0.0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torp aq sahəsi X1 adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilənlərə baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddia tələbini rədd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyə ti orqanı tərəfindən müəyyən edilən sənədlər. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altınd a olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

12. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə

14. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlı ş iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

37. Belə ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbi X1 adına verilmiş çıxarışın ləğvi olmuş, daha sonra isə xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsinə dəyişdirilmişdir.

38. İlk növbədə iddia tələbinin məzmunu ilə bağlı aşağıdakılar qeyd edilməlidir.

39. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Qeydiyyatın ləğvinə dair işlərdə isə iddia tələblərinin hüquq i təbiətini müəyyənləşdirərkən mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

40. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat, onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

41. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə, iddiaçı əvvəlcə, özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarş ı iddia qaldırmaqla, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə, reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

42. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyat a keçirilib-keçirilmədiyinə qiymət verilməlidir.

43. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, bir şəxs digər şəxsin adına aparılmış qeydin onun hüquqlarını pozması halından çıxış edirsə, o halda aşağıdakı məzmunda iddialarla məhkəməyə müraciət edə bilər: - Birinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu iddia edirsə, bu halda qeydin əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməlidir; - ikinci halda, şəxs digər şəxsin adına aparılmış qeydin ehtiva etdiyi daşınmaz əmlakın ona məxsus olmadığını, lakin cavabdeh orqan tərəfindən qeydin aparılması zamanı şəxsin hüquqlarının pozuntusu halından çıxış edirsə, bu zaman mübahisənin predmetini həmin qeydin düzgün icra olunmadığı təşkil etməlidir.

44. Hazırkı hald a, cavabdehin arxivində saxlanılan sənədlərə əsasən belə qənaətə gəlmək olur ki, mərhum Nümayəndə2 adına aparılmış qeydin əsasında Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli Aktı və 2004-cü ilin iyul ayında tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu dayanır (iş v. 49-69).

45. İddiaçı iddia ərizəsində Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın və Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli Aktının mötəbər olmadığına istinadən, Nümayəndə2 adına aparılmış qeydi mübahisələndirir.

46. Göründüyü kimi, iddiaçının hüquqi marağı qeyri-müəyyəndir.

47. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əgər qeydin əsasında hüquqmüəyyənedici sənədlər varsa, bu halda, həmin sənədlər müvafiq icraatda müstəqil mübahisələndirilməlidir. Əgər, iddiaçı qeydin əsasında duran hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini mübahisələndirmədən, qeydin aparılmasının düzgün icra edilməməsini iddia edirsə, onda həmin qeydi aparmış inzibati orqanın faktiki xarakterli hərəkətini mübahisələndirməlidir. Başqa sözlə, iddiaçının Nümayəndə2 adına aparılmış qeydin mübahisələndirilməsinin əsasında duran dəlili dəqiqləşdirilməlidir. Yəni, müəyyən edilməlidr ki, iddiaçı Nümayəndə2 0.12 ha torpaq sahəsi verilmədiyini, yaxud torpaq sahəsi verilsə də, bu torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyinə baxmayaraq, inzibati orqan tərəfindən Nümayəndə2 adına qeyd aparıl arkən qanunsuzluğa yol verildiyini mübahisələndirir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi məsələ dəqiq müəyyən edilməli və bu məqsədlə, iddia tələbinin hüquqi marağına uyğun formalaşdırılmasında ona hüquqi yardım edilməlidlir.

48. Bununla yanaşı, iddiaçıya aid sənədlərin (Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı, JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) əsli tələb edilməli və arxivə bununla bağlı müvafiq sorğular verilməli, eləcə də, iddiaçının iddia tələbinin əsasını Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı, yaxud JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təşkil etməsi məsələsi də aydınlaşdırılmalıdır. Belə ki, iddiaçı subyektiv hüququnun əsasında dur an hüquq müəyyənedici sənədi dəqiq müəyyən etməlidir ki, məhkəmə araşdırmasının predmeti və istiqaməti müəyyənləşdirilə bilsin.

49. Digər tərəfdən, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, İddiaçı Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X5 verilmiş 0. 12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır.

50. Qeyd edilməlidir ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarı iş materiallarında yoxdur. Torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsinin aydınlaşdırılması ilə bağlı birinci instansiya məhkəməsində əldə edilmiş və cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi faktiki 0.06 ha torpaq sahəsi mərhum Nümayəndə2 adına qeydiyyata alınmış çıxarışda göstərilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür.

51. İşə baxan apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının nümayəndəsinin izahatı əsasında torpaq sahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlsə də, nəzərə alınmalıdır ki, bu izahat sübut kimi o halda qəbul edilə bilərdi ki, işdəki digər sübutlarla təkzib olunmasın. Hazırkı halda isə, torpaq sahələrinin üst-üstə düşməsi məsələsi mübahisəlidir.

52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iş üzrə qərar qəbul etmişdir.

53. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi, iddia tələbinin dəqiqləşdirilməsində yardım etməli, iddiaçının subyektiv hüququnun əsasını təşkil edən hüquqmüəyyənedici sənədi dəqiqləşdirməli, həmin sənədin mötəbərliliyini yoxlamalı, üçüncü şəxsin sənədləri (mötəbərliliyi şübhədənkənar olan) ilə müqayisədə ilkinliyi nəzərə almaqla müvafiq qərar qəbul etməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(107)-340/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar