Məhkəmə qərarları › İş №2-1(102)-513/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-513/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-513/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əlillik dərəcəsinin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-87/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. TSEK müayinələri çıxarışlarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə (xx.xx.1994-cü il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixinədək bir il olmaqla üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. 2. xx.xx.2014-cü il tarixdən bir il müddətinə olmaqla ikinci də rəcə əlillik təyin edilmiş, daha sonra bir müddətinə yenidən xx.xx.2016-cı il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının müraciətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Sağ diz oynağının güllə yaralanmasından sonra artrozu sağ incik siniri zədələnməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.12” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 03 46003AAQ9G saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu sağ diz oynağınin bkontrurakturasi sağ incik sinirinin travmatik neyropatiyasi sağ pəncənin sallanmasi sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı ağrı sindromu yeriş funksiyası pozulması. Digər ikincili artroz. Baldır sümüklərinin, aş ıq-baldır oynağı da daxil olmaqla sınığı,.Sümük sınığının pis bitişməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

5. T231/2023 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən vətəndaş İddiaçı “Şəmkir rayon mərkəzi xəstəxanası”nda xx.xx.2021-ci il tarixdə müayinə zamanı “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respubl ikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 6. 23 dekabr 2022-ci il tarixli, 1042 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: vətəndaş İddiaçı “Şəmkir rayon mərkəzi xəstəxanası”nda xx.xx.2021-ci il tarixdə müayinə zamanı “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-d üzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazır lanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması, ona əmək qabiliyyətinin 80 faiz itirilməsinin müəy yən edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən 06 avqust 1992-ci il tarixdə ağır güllə yarası almışdır. Güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda xx.xx.1992-ci il tarixdə sağ diz nahiyyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. 1992-ci ilin may ayından hal-hazıra qədər həm 2-ci, həm də 3-cü dərəcəli Qarabağ müharibəsi əlili kimi ona qrup təyin edilmişdir. 1992-cü ildə hər iki ayağından yaralanmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi v erilməsindən imtina olunmuşdur. İmtina qərarını ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, verilmiş diaqnoz əlillik dərəcəsi təyin etmir. Hesab edir ki, cavabdehin verdiyi imtina əsassız və qanunsuzdur, ona görə də imtina əsassız sayılmalı və cavabdehin üzərinə əlillik dərəcəsi verilməsi vəzifəsi qoyulması və əmək qabiliyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən müayinə olunarkən aşağıdakı diaqnoz qoyulmuşdur: Sol yanaqda çapıq, posttravmatik güllə yarasından sonra üst mərkəzi dişlər nahiyyəsində sol tərəfə alvocolyar çıxıntı qüsuru, ikincili hissəvi adentiya ortopedik müalicədən sonrakı vəziyyət, samotik mənşəli asteno- nevrotik hal. Eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs X1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda ona aşağıdakı diaqnoz qoyulmuşdur: W32, S82, M84.0, M 19.2, M 24,5, M 21.3, G 57, R 52.0, R 26.8. Həmin kodlar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün əsasdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ilə (hakim E.T.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara a lınmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək vəziyyətinin ədalətli qiymətləndirilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(104)-87/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əl illiyin təyin edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-87/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: R.Z.Mamedov, hakimlər: A.V.İsgəndərova və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 2021-ci ilin noyabr ayından müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan imtinasında hər hansı bir əsas qeyd etməmiş və imtinanın səbəblərini göstərməmişdir. Göründüyü kimi imtina əsassız və qanunamüvafiq olmamışdır. Bundan başqa iddiaçının "Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklər'nin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-b aldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi" diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9 və 2.2.12-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edi lməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-87/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün bu diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmiş və bu cür tib bi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Məhkəmə xüsusi tibbi bilik tələb olunan sahə üzrə özü birbaşa qiymətləndirmə apararaq xəstəliklə bağlı məlumatlara əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə daha bir kobud maddi hüquq normasının pozuntusuna yol verərək şəxsə müddətsiz əlillik təyin etmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, şəxs barəsində sadəcə bir dəfə 5 illik təyin edilmişdir. Lakin, “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığınd a ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Məhkəmə həmçinin apellyasiya şikayətinin hədlərindən kənara çıxaraq şəxsin iddia tələbini dəyişməsi barədə apellyasiya məhkəməsində icraat zamanı verdiyi ərizəni qəbul edərək ciddi prosessual pozuntuya yol vermişdir. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməm işdir. Digər tərəfdən, məhkəmənin işin faktiki hallarını şərhi də qüsurlu və qəbul edilməzdir. Məhkəmə səlahiyyətləri daxilində olmadan tibbi əsaslandırma apararaq iddia təmini ilə bağlı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi təqdim edilən dəlillərlə bağlı hərtərəfli, obyektiv və şəffaf araşdırma aparmamış, cavab tərəfindən məhkəməyə bildirilən bu kimi halları diqqətə almamış və əhəmiyyət verməmiş, yekunda iş üzrə düzgün hüquqi nəticəyə gəlməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirərək, ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb ed ə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən başlayaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə olmaqla xx.xx.2014-cü il tarixinədək üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2014 -cü il tarixdə bir il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra bir il müddətinə yenidən xx.xx.2016-cı il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixli beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. xx.xx.2021-ci il tarixdə isə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi nəticəsinə gəlsə də, bunu qərarında əsaslandırmamışdır.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

27. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisə ilə bağlı halların və faktların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə c avab verən həcmdə araşdırılma aparılmamışdır.

28. Belə ki, TSEK-ə sonuncu xx.xx.2021-ci il tarixli göndəriş zamanı əsas diaqnoz – XBT 10 W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, Ağırlaşmaları: M19.2 “Digər ikincili artroz”, S82 “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”, M24.5 “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının İİİ dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, M84.0 “ Sümük sınığının pis bitişməsi”, M21.3 “Əlin və ya pəncənin sallanması (qazanılma), yanaşı xəstəliklər R52.0 “ Kəskin ağrı”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, G57 “Aşağı ətrafın mononevropatiyaları” qeyd edilmişdir. 29. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qəra rı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi halları göstərilmişdir.

30. Həmçinin, həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

31. Qeyd etmək lazımdır ki, işdə olan materiallardan iddiaçıya fasiləsiz olaraq 10 il ikinci dərəcə əlillik təyin edilməsi müəyyən edilmir.

32. Bundan başqa, sonuncu göndərişdə əksini tapan diaqnozların da (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) Əsasnamənin 2.4- cü bəndində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi hallarına aid olmadığı görünür.

33. Əksinə, göndərişdə qeyd edilmiş yanaşı xəstəliklər (M24.5 kodlu “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının İİİ dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları na dair” Əsasnamənin 2.5-ci və 2.5.6-cı bəndlərinə (“hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6)) əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.

34. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi təqdim edərkən əsaslandırılmasında ona qoyulan diaqnoz üzrə W32, S82, M84.0, M 19.2, M 24,5, M 21.3, G 57, R 52.0, R 26.8 kodlarının müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün əsas olduğunu qeyd etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin mümkün olub-olmaması müəyyən edilməli, işin halları müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas vermədikdə isə iddiaçının hüquqi marağına uyğun iddi a tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.

36. Belə ki, qanunvericiliyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

37. Eyni zamanda məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini nəzərdə tutan bu Qərarın 18-ci bəndində istinad olunan normaya əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdı rılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan v ə onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-87/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində kassasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-87/2023 nö mrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar