Məhkəmə qərarları › İş №2-1(102)-514/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-514/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-514/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1961-ci il; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ə razi İdarəsinə qarşı “X4 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(107)-296/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamından çıxarışdan görünür ki, müvafiq sərəncamın 2-ci bəndində qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur 2. xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas olaraq – Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 №-li sərəncamı qeyd edilmiş, torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı göstərilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək Mingəçevir şəhərində yerləşən 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsini xahiş etmiş cavabdeh 24 avqust 2021-ci i l tarixli, **********99 nömrəli imtina məktubu ilə bildirmişdir ki, ərizəyə əlavə edilmiş ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, A-220545 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istif adəsində olan torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsini təsdiq edən sənəd Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 293 nömrəli sərəncamıdır. Həmin torpaq sahəsinin başqa şəxsin adına olması və ya qeyd edilən torpaq sahəsinə verilən plan-ölçü sənədinin qanunsuz olması cavabdeh orqan tərəfində iddia edilmir. Bundan əlavə torpaq sahəsinin onun qanuni istifadəmə verilməsi faktını təsdiq edən sənəd Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 293 nömrəli sərəncamıdır, həmin sənəd mübahisələndirilməmiş və ləğv edilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-616/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, 2004-cü ilə münasibətdə yerli icra hakimiyyəti orqanları həyətyanı torpaq sahələrinin ayrılmasında səlahiyyətli olmamışdırlar və qeyd edilən sərəncamda iddiaçıya fərdi qaydada torpaq sahəsinin ayrılması göstərilməmişdir. Yəni iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam həmin torpağa dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)-296/2022 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(116)-616/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin üzərinə X4 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyi qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazidə yaşayan sakinlərə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı əsasında verilmiş torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üz rə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda müəyyənləşdirilmiş fiziki şəxslərin etimadının qorunması naminə olan inzibati orqanların inzibati praktikasına uyğun olaraq iş üzrə iddiaçının tələbi təmin edilməlidir. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq həmin ərazidə yerləşən torpaq sahələrindən bir neçəsi xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına iddiaçının etimadı qanunla qorunmalıdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası qərarda həmin maddəyə istinad etsə də, göstərməmişdir ki, iddiaçının hüququ hansı akt əsasında yaranmışdır. Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı qəbul edilmiş, lakin mövcud olan xəritə materiallarına əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalıdır, bələdiyyə mülkiyyətində yerləşir. Bununla bağlı bələdiyyənin heç bir qərarı və alqı-satqı aktı (müqaviləsi) olmamışdır, üstəlik iş üzrə Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və istinad etdiyi plan-ölçü sənədi ilə ona ayrılmamışdır.

15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, 17 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı qəbul edilənədək A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 699.34 kv.m torpaq sahəsinin iddiaçın ın qanuni istifadəsində olması barədə ərazi idarəsində məlumat aşkar edilməmişdir. Bundan əlavə, mütəxəssis rəyinə əsasən iddiaçının adına tərtib edilmiş A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalıdır, bələdiyyə mülkiyyətində yerləşir.

16. Apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad etsə də, onun normalarının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə 1999 nömrə ilə uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ni təqdim etsə də, qanunvericiliyinin tələblərinə əsasən sözügedən torpaq sahəsin in verilməsi barədə müqavilə bağlamamış və onu müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirməmişdir, buna görə də torpaq sahəsi üzərində iddiaçının hüquqları yarana bilməzdi.

17. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1, 13.2, 13.3, 13.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası qərarda göstərmişdir ki, artıq bu qəbil işlərdə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin ərazidə yerləşən torpaq sahələri Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən torpaq sahəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısı olmasa belə cavabdeh orqan tərəfindən mülkiyyət hüququ əsasında digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. JN-3531A n ö m r ə l i torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə X2 və JN-2076A nömrəlitorpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 0,05 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)-296/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.

1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2009-cu il ta rixli X4 1999-cu nömrə ilə uçota salmış A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 699,34 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Daha sonra iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə 699.34 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya verilmiş, bununla bağlı A N 220545 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanmışdır. İddiaçı 699.34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq, çıxarışın verilməsi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir.

26. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçının adına tərtib edilmiş A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalı dır, bələdiyyə mülkiyyətində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.

27. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən “NECAS” yeni kadastr sistemindən çıxarışa əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə iddiaçıya verilmiş həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 699.34 kv.m-dir. Həmin torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir.

28. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məktuba əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq s ahəsi elektron xəritə baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid, faktiki sahəsi 751 kv.m (mütəxəssis rəyində həmin torpaq sahəsinin yerləşdiyi döngə nöqtə koordinatları qeyd olunmuşdur), kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsidir. Eyni zamanda iddiaçının adına ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, A-220545 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinə dair koordinatları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin sənəddə göstərilən torpaq sahəsinin ərazi idarəsinə adları məlum olmayan şəxslərin istifadəsində olan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrinin üzərinə düşməsi müəyyən olunur.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə dair işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırılmamışdır ki, bu da İPM-nin 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması anlamına gəlir.

30. Belə ki, iş üzrə faktiki olaraq həlledici sənəd olan (iş səh. 6) Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” barədə xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamından olan çıxarışda deyilir ki, “aparatın memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsininn qanuniliyini təsdiq edən sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin mütəxəssisləri ilə birlikdə araşdırılmasını təmin etsin”.

31. Daha sonra həmin sərəncamda yazılmışdır ki, “Azərbaycan Respublikası Döv lət Totpaq və xəritəçəkmə komitəsindən xahiş alınsın ki, qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsini təmin etsin”.

32. Lakin qeyd edilməlidir ki, sözügedən sərəncama qədər mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiq edən heç bir sənəd (qərar, sərəncam, müqavilə) iş materiallarında mövcud deyildir.

33. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, NECAS yeni kadastr sistemindən çıxarışda iddiaçıya verilmiş 699.34 kv.m torpaq sahəsinin həyətyanı torpaq sahəsi olduğu qeyd edilməsinə baxmayaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində isə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla əkin u qodiyalı olması göstərilmişdir. Bu da A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş torpaq sahəsinin koordinatları barədə məlumatlarının səhv tərtib edildiyini deməyə əsas verir.

34. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarında yazılmışdır ki, “Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2022-ci il tarixdə tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Mingəçevir şəhərində yerləşən 699.34 kv.m. torpaq sahəsi hər tərəfdən hasarlanmışdır və içində yarımtikili vardır, həmin torpaq sahəsinə su borusu çəkilmiş və su sayğacı quraşdırılmışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektron xəritə baza məlumatlarına əsasən iddiaçının adına qeyd edilmiş torpaq sahəsi adları məlum olmayan başqa şəxslərin istifadəsindədir”.

35. Bundan başqa apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “işdə olan mübahisələndirilən torpaq sahəsinə aid olan sənədlərlə cavabdeh tərəfindən təqdim edilmiş vətəndaşlara verilmiş torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar müqayisə edildikdə müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi 699.34 kv.m torpaq sahəsinin ətrafında yerləşən qonşulara məxsus olan torpaq sahələrinin bir neçəsinə, JN-3531A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tar ixli 293 nömrəli qərarı ilə X2 və JN-2076A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 0,05 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Onu da,qeyd etmək lazımdır ki, cavabdeh orqan tərəfindən kollegiyaya təqdim olunan sənədlərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən torpaq sahəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısı mövcud deyildir”.

36. Burada məhkəmə kollegiyası qeyd edir ki, yerli baxış zamanı apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçının adına qeyd edilmiş torpaq sahəsinin adları məlum olmayan başqa şəxslərin istifadəsində olduğu müəyyən olunduğundan, həmin şəxslər müəyyən edilməli və onların işə cəlb edilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməli idi, lakin bu olunmamışdır.

37. Digər tərəfdən apellyasiya məhkəməsinin qənaətinə görə, görə əgər xx.xx.2009cu il tarixdə iddiaçının adına, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 nömrəli sərəncamına istinadən 699,34 kv.m torpaq sahəsi ilə bağlı Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” adlı sənəddə koordinatları göstərilən torpaq sahəsi iddiaçının istifadəsində deyilsə, o zaman iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kimə məxsus olmasınən müəyyən edilməsi, həmin torpaq sahəsinin hansı qanuni əsasa görə və nə vaxtdan iddiaçıya verilməsinin qərara alınması müəyyən edilməlidir.

38. Belə olan halda ekspertizanın keçirilməsini n zəruriliyi də apellyasiya məhkəməsində müzakirə olunmalıdır.

39. Bununla yanaşı, apellyasiya məhkəməsinin qənaətinə görə əgər rəsmi məlumat bazasına əsasən iddiaçıda olan torpaq sahəsi başqa yerdə yerləşirsə, bu zaman onun harada və kimdə olması müəyyən edilməlidir.

40. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən yəni öz qərarında “Cavabdehin üzərinə X4 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyi qoyulsun” yaz arkən, faktiki olaraq torpaq sahəsinin koordinatlarını dəyişdirir.

41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü”nü tərtib edən mütəxəssislər müəyyən edilərək, məhkəməyə dəvət edilməli və həmin koordinatları nəyə əsasən çəkdikləri məsələsi ilə bağlı dindirilməlidir.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-296/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cava bdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(107)-296/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar