Məhkəmə qərarları › İş №2-1(102)-514/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-514/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-514/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2006-cı il tarixdən müharibə veteranı vəsiqəsinin verildiyi tarixədək ödənilməmiş müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-490/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2007-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmiş və ona müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir. 2. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edi lmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2006-cı il tarixindən xx.xx.2015ci il tarixinədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat Prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Sözügedən müavinət ləğv edildiyi və eyni zamanda xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmək pensiyası aldığına görə iddiaçıya qeyd etdiyi dövrlər üzrə müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “xx.xx.20 06-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi” barədə iddiaya dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Müdafiə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Polisdə işlədiyinə görə xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək müddətdə ona müvafiq müavinət ödənilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazları:

8. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya müvafiq vəsiqə xx.xx.2007-ci il tarixdə verildiyinə görə həmin tarixdən sonra tətbiq edilmiş norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nət icə:

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15.04. 2019-cu il tarixli Fərmanına istinadla qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. 11. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edil dikdə həyata keçirilir.

12. Hazırkı iş üzrə iddiaçı müvafiq vəsiqəni xx.xx.2007-ci il tarixdə aldığından “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin tələbləri iddiaçıya şamil oluna bilməz. Belə ki, xx.xx.2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi verilmişdir.

13. Əvvəlki redaksiyada isə həmin maddənin tələbi “aylıq müavinətlər m üraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi təsbit edilmişdir.

14. Beləliklə, aylıq müavinətin “müraciət edilməzdən əvvəlki üç il üçün” ödənilməsi xx.xx.2007-ci il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi həmin tarixdən sonra verildiyindən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki dövr üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırkı mübahisəyə tətbiq edilə bilməz.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Gəncə Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-490/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Şikayətin dəlillərinə görə, ''Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tar ixdən qüvvədə olmuş “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müavinət təyin edilmişdir. Buna görə də iddiaçının tələbi üzrə həmin Qanunun 9.1-ci maddəsinin tələbləri tətbiq edilərək iddia təmin edilməlidir. Həmin maddənin mətnində qeyd edilir ki, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Bu normanın məzmunundan da aydın olur ki, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin e dilir. İddiaçının veteranlıq statusu xx.xx.2007-ci il tarixdə verilmiş və həmin tarixdən də ona müavinət təyin edilmişdir və buna görə də onun həmin qanunun tələbinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək müddətə müavinəti almaq hüququ yaranmışdır. Müəyyənlik prinsipinə əsasən qeyd edilən norma işin hallarına münasibətdə düzgün şərh edilməmişdir. Məhkəmələr isə əsassız olaraq xx.xx.2007-ci il tarixdə ''Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilməklə indiki redaksiyasında verildiyini qeyd etməklə iddia tələbini təmin etməmişdir. Hansı ki, qanun vətəndaş olaraq iddiaçıya münasibətdə onun vəziyyətini yaxşılaşdırdığı üçün qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə geriyə tətbiq edilməklə iddiaçının iddiası təmin edi lməlidir.

20. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi pozulmuşdur. Məhkəmə bu normanın tələblərinə əsasən iddiaçıya işlə bağlı yardım göstərməlidir. İddiaçıya isə heç bir yardım göstərilməmiş və əksinə əsaslı iddia təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Qanun: Maddə

2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə

3. Müharibə veteran ları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir....” Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər....” Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 27. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinin tələbindən göründüyü kimi, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

28. İşdən göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi xx.xx.2007-ci il tarixdə verilmiş, həmin tarixdən də ona müavinət təyin edilərək ödənilmişdir. 29. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qüvvədə olan redaksiyasına görə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən təyin edilir.

30. Bel əliklə, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin xx.xx.2007-ci il tarixdə verildiyi, həmin tarixdən də ona müavinət təyin edilərək ödənildiyi nəzərə alındıqda, cavabdehin imtinası “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinin və “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qüvvədə olan redaksiyasına uyğun olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: " məzmunda müddəa iddiaçının hüququ artıq həmin normanın xx.xx.2007-ci il tarixdə qüvvədə olan redaksiyasına uyğun həyata keçirildikdən sonra əlavə edildiyindən həmin müddəa iddiaçıya münasibətdə tətbiq oluna bilməz.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-490/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar