Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-515/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi maraq (iş № 2-1(102)-515/22) 26.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx; bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra mətndəcavabdeh) qarşı “diplom nümunəli sənəd hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2-1(103)-2471/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-ci ildə Azərbaycan Psixoloji Pedaqoji (Defektoloji) X5 daxil olmuş, ibtidai sinif müəllimi defektoloq ixtisası üzrə kolleci bitirmiş, xx.xx.1994-cü il tarixli diploma əsasən ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi – defektoloq ixtisası verilmişdir.
2. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Böyük Əmili kənd orta məktəbində sinif müəlliməsi, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kənd “Nemət” kəndli (fermer) təsərrüfatında kassir-xəzinədar, xx.xx.2009-cu ildən hal-hazıradək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəllim vəzifəsində işləyir.
3. İddiaçı 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və xx.xx.2000-ci il tarixdə həmin kollecin ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmiş, xx.xx.2000-ci il tarixli diplomla ona ibtidai sinif müəllimi ixtisası verilmişdir.
4. İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamış, bununla bağlı cavabdehə ünvanladığı müraciətlərə isə sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə verilmiş cavablarla bildirilmişdir ki, iddiaçının diplomu dövlət nümunəli sənəd deyildir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli ol an şəxslərin iştirak etməsinə icazə verilir. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 12 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X12 tərəfindən 1994-cü il ta rixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 1994-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Psixoloji-Pedoqoji (Defektoloji) X8 bitirmişdir. Həmin diplom əsasında ixtisası üzrə ibtidai sinif müəllimi kimi xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixinə kimi Qəbələ rayonu Böyük Əmili kənd orta məktəbində işləmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Gəncə şəhəri X7 Xidməti Kollecini bitirmişdir. Həmin diplom əsasında da hal-hazırda xx.xx.2009-cu il tarixdən Qəbələ rayon Böyük Əmili kənd tam orta məktəbindən ixtisası üzrə ibtidai sinif müəllimi işləyir. Təhsil Nazirliyi tərəfi ndən keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə əsassız olaraq buraxılmamışdır.
7. Cavabdehin iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Psixoloji Pedoqoji (Defektoloji) X9 tərəfindən ona verilmiş ibtidai sinif müəlliməsi ixtısası üzrə diplom dövlət nümunəli sənəd olmadığından, iddia tələbi əsassızdır.
8. Azərbaycan Respublikası Dövlət X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət X13nda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X7 Xidməti Kolleci arxiv fondunun 1997-1999-cu illər üzrə kadr əmrləri yoxlanıldı. İddiaçı aid heç bir əmr aşkar olunmadı. Həmçinin bildirilmişdir ki, Məişət Xidməti Kollecinin 2000-ci il üzrə əmrlər kitabı filia la təhvil verilməmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Gəncə Məişət Xidməti Kollecinə təhsili fəaliyyəti (dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri) üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır.
10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X19 Komissiyasının arxiv sənədlər i Azərbaycan Respublikası Dövlət Arxivinə və Qəbələ rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir.
11. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) Kolleci mövcud deyil.
12. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) X4 adı mövcud deyildir.
13. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.20 21-ci il tarixli məktubda qeyd edilmişdir ki,, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 487 nömrəli qərarına əsasən Gəncə Məişət Xidməti Kolleci qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanına əsasən Gəncə şəhəri X7 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı yaradılmışdır. Eyni zamanda bildirilmişdir ki, Gəncə şəhəri X7 Xidməti Kollecinin arxiv sənədləri Təhsil Nazirliyinə təhvil verilməmişdir. Məktubda qeyd olunan şəxs İddiaçı həmin Kollec tərəfindən təqdim olunmuş diplomun surətini Nazirliyə təqdim etdiyi təqdirdə həmin sənədin dövlət nümunəli olub- olmaması məsələsinə baxılacaqdır.
14. Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, arxiv məlumatlarında Azərbaycan Respublikası Pedaqoji X8n Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya alıb-almaması barədə məlumat aşkar edilməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin (hakim X11, 2-1(112)- 2101/2021 saylı iş) 9 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı Azərbaycan Psixoloji Pedaqoji (Defektoloji) X1vericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınaraq fəaliyyət göstərməsi, həmçinin iddiaçının Gəncə şəhəri X7 Xidməti Kollecinə qanuni əsaslarla daxil olması və bitirməsi barədə hər hansı sənədin mövcud olması məhkəmə araşdırılması zama nı müəyyən edilməmişdir. İddiaçının orta ixtisas müəssisəsi kimi təhsil aldığı Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X9 yuxarıda qeyd olunan tələblərə uyğun şəkildə qeydiyyata alınması, iddiaçının Gəncə şəhəri X7 Xidməti Kollecində isə təhsil alması barədə müvafiq sənədlərin olması müəyyən edilmədiyindən iddiaçıya verilmiş diplom blanklarının dövlət nümunəli təhsil sənədinin olmaması barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə əsassız olmamışdır.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: X2 -məruzəçi, X18 oğlu və X6, 2-1(103)-2373/2021 saylı iş) 24 noyabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi, və yaxud işin təkrar baxılması üçün apellyasiya instanisya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Birinci instansiya məhkəməsi rəsmi və qeyri-rəsmi müraciətlər olmadan bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə qərardadlar qəbul etmişdir. İddia tələbi illə bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu göndərilmişdir. Cavabdeh tərəfindən sorğuya cavab verilməmişdir. Sorğuya cavab verilmədiyi halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən bu məsələyə qiymət verilməmişdir. Bundan əlavə, məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X4 direktoru vəzifəsində işləmiş X3 məhkəməyə çağırılması xahiş edilsə də, vəsatət əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “İnzibati icraat haqqında” qanun: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikay a əsaslanan inam; Maddə
13. Etimad hüququnun qorunması prinsipi 3.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüq uqunun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də i şin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin ma teriallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
28. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: Azərbaycan Psixoloji-Pedaqoji (Defektoloji) X9 tərəfindən ona verilmiş 0037 nömrəli diplomun və Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən verilmiş 097780 nömrəli diplomun nümunəvi sənəd hesab edilməsi.
29. İşin hallarından (cavabdehə müraciətindən, iddia tələbinin dəlillərindən və s.) hazırkı iş üzrə iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdəki hüquqi marağının onun müəllimlərin bilik v ə bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmaması, yəni təhsil haqqında sənədlərdən irəli gələn hüquqların realizəsi ilə bağlı olması müəyyən olunur.
30. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun, yəni çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmadığı qənaətindədir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 1995-ci ildən məktəbdə müəllimlik fəaliyyəti ilə məşğuldur, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamış və əsas kimi diplomunun dövlət nümunəli sənəd olmaması göstərilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi əslində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlməli, həmin iddia tələbinin məhkəmə tərəfindən qiymətləndirilməsi çərçivəsində isə onun təhsil haqqında sənədlərinin hazırkı halda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmasına yol verib-vermədiyi araşdırılmalı idi.
31. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. İddia qaldırmış şəxs özünün məqsədinə başqa predmetli iddia qaldırmaqla daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, bu halda məhkəmə tərəfindən ona İPM-in 13-cü maddəsinə uyğun olaraq iddia tələbini dəqiqləşdirməkdə yardım edilməlidir.
32. Lakin işə baxan aşağı instansiya məhkəmələri öz xidməti vəzifələrinə uyğun olaraq iddiaçıya onun hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməmişlər.
33. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iddiaçının diaqnostik imtahana buraxılmaması ilə bağlı cavabdehin imtina dəlillərinə qiymət verərkən, məhkəmələr işin hallarını ətraflı araşdırmalı, iddiaçının Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisəsində (məktəbdə) uzun illərdir diplom üzrə aldığı ixtisasa uyğun işləməsini, həmin müddət ərzində ona hər hansı etiraz edilməməsini və ya irad bildirilməməsini, iddiaçının uzunmüddətli əmək müqaviləsi münasibətlərində olmasını, bunlardan irəli gələn iddiaçının qanuni (legitim) gözləntisinin (yəni, müəllimlik fəaliyyətinin qanuni ol ması, təhsil haqqında olan sənədlərinin ona verdiyi hüquqlardan istifadə etməsi ilə bağlı gözləntisinin) yaranmasını, başqa sözlə, inzibati orqanın hərəkətlərinə olan etimad hüququnu (“İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci və 13-cü maddələri) və təhsil haqqında sənədlərin mötəbər olmasına dair onda yaranmış inamı nəzərə almalı, o cümlədən, iddiaçının Gəncə şəhəri X7 Xidməti Kolleci tərəfindən verilmiş diplomun təqdim edilməməsi ilə bağlı cavabdehin dəlillərini hərtərəfli araşdırmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2471/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.