Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-515/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sosial sığorta ödənişlərinin fərdi hesabda qeyd edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala) qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “2011, 2012 və 2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1586,25 manat məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2116/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ödənilmiş məcburi dövlət sosial sığ orta haqlarının şəxsi vərəqəsinə ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 29 iyun 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sığortaedən İddiaçı (VÖEN: **********) tərəfindən təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə 'hesabat”larda (Forma B1) 2014 (0730 fəaliyyət kodu üzrə) və 2015-ci (0700 fəaliyyət kodu üzrə) illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilməmişdir. Belə ki, “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən tərəfindən 2014 və 2015-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların” (Forma B3) təqdim edilməsi üçün müvafiq f unksionallıq verilmiş və düzəlişləri etmək üçün “X2” (e-gov.az) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 3 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2011-ci ilin 6 ayı, 2012, 2013, 2014 və 2015-ci illər üzrə (6023,30 manat) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi vərəqəsinə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyət göstərdiyi müddətdə Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olmağına baxmayaraq, DSMF-nin Xaçmaz rayon şöbəsinin işçilərinin tələbi ilə özünə və işçilərinə görə hesablanmış məcburi dövlət sosial sığorta haqlarını həmin şöbənin hesabına köçürmüşdür. 2011-2015-ci illərdə özünə və işçilərinə görə DSMF-nin Xaçmaz rayon şöbəsinin hesabına 6023.30 manat məbləğində vəsait köçürməyinə baxmayaraq, hesabına 1 manat da olsa pul oturmamışdır. Ancaq həmin dövr ərzində DSMF-nin Binəqədi rayon şöbəsinin hesabına köçürdüyü 1453 manat tam olaraq onun şəxsi vərəqəsində əks olunub. 2016-cı ildə onun şəxsi vərəqəsində 6023,30 manat əks olunmamışdır. xx.xx.2016-cı il tarixində DSMF-nin Xaçmaz rayon şöbəs inə ərizə ilə müraciət etmiş, Xaçmaz şöbəsindən şifahi olaraq ona bildirdilər ki, bu vəziyyət tək onda deyil, Nazirlik bunu bilir və yaxın vaxtlarda həllini tapacaq. Axırda onlar bildirdilər ki, texniki səbəbdən komputerlərin bütün proqramları pozulub, səlahiyyətlər onlardan alınıb, heç bir köməklik edə bilməyəcəklər. Dəfələrlə cavabdehə müraciət etmiş, xx.xx.2019-cu ildə 6-cı dəfə müraciət etməyinə baxmayaraq, ona heç bir cavab verilməmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət etmiş, həmin müraciətindən sonra cavabdehin işçiləri ondan 6023,30 manatın fondun bank hesabına köçürməsini təsdiq edən qəbzlərin surətlərini tələb etdilər. Həmin qəbzlərin surətlərini cavabdehin işçilərinə təqdim etmiş, 6023,30 manat ın cavabdehin bank hesabına köçürməyi təsdiqlənmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubunda bildiriblər ki, "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaedənin şəxsi vərəqəsində qeyd olunmamışdır". xx.xx.2020-ci il tarixində DSMF-nin direktor müavini Mətin Əsgər cənabının adına 2011-ci ilin 2,3,4, 2012-2013-2014-cü illərin 1,2,3,4-cü rüblərinin və 2015-ci ilin 1,2,3-cü rüblərinin hesabatlarını və bank qəbzlərinin surətlərini göndərmişdir. Şablon şəkilli cavabında onlar iddiaçıya Dövlət Vergi Xidmətinə müraciət etməyini tövsiyə ediblər. Cavabdehin verdiyi cavablardan bələ görünür ki, 4, 5 il ərzində mütəmadi olaraq hər ay məcbur i dövlət sosial sığorta haqlarını ödədiyi halda 18 rübün hesabatlarını verməmişdir. Bələ olan halda 18 rübün hesabatlarını vermədiyinə görə nə xəbərdarlıq, nə də ki, bir dəfə də olsun maliyyə sanksiyası tətbiq olunmamışdır. 2014-cü ilin 4-cü rübünün oktyabr ayında 181,50 manat, dekabr ayında 181,5 manat DSMF-nin Binəqədi şöbəsinə köçürdüyü pul onun hesabında oturub, həmin rübün noyabr ayında Xaçmaz şöbəsinə köçürdüyü 181,50 manat yox, 2015-ci ilin 1-ci rübün fevral ayında Binəqədi şöbəsinə köçürdüyü 182,00 manat hesabında oturub, yanvar və mart aylarında Xaçmaz şöbəsinə köçürdüyü 365,00 manat yox, 2015-ci ilin 3-cü rübündə də həmin hal baş vermişdir. Dəfələrlə DSMF-yə müraciət olunsa da, müraciətin təmin olunmasından imtina edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2012, 2013, 2014 və 2015-ci illər üzrə iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi hesabına bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2011, 2012, 2015-ci ilin 6 ayı üzrə 1586,25 manat məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi hesabına bərpa olunması üçün qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(112)-186/2023 saylı qərarı ilə (hakim X1) iddia qismən təmin edilmiş, İddiaçı şəxsi vərəqəsinə 2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1088,50 manat məcburi dövlət sosial sığorta haqlarının bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qala n hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı sığortaçı kimi iddiaçının (sığortaolunan) Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinin hesabına 2015-ci ildə ödədiyi cəmi 1088,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını müvafiq fərdi hesabında qeydə almamışdır. İddiaçının ödədiyi vəsaitlərin şəxsi hesabına bərpa olunmasını tələb etdiyi 2011, 2013, 2014-cü illərə aid dövrlər üzrə ödənişlər artıq cavabdeh tərəfindən fərdi hesab vərəqəsində bərpa olunaraq fərdi hesabda göstərilmişdir. Qeyd olunan bu hallar işə əlavə edilmiş sənədlərlə, 2011-2015-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqlarına dair qəbzlər, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar ilə təsdiq olunmaqla yanaşı, cavabdeh tərəfindən də etiraf olunmuşdur. Eyni zamanda məhkəmənin sorğusu əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən təqdim olunmuş məlumata əsasən İddiaçı tərəfindən DSMF-nin Xaçmaz rayon şöbəsinə 2011-2015-ci illərdə vəsaitlər ödənilmiş, 2015-ci il üçün 1088,50 manat təşkil etmişdir.
13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2116/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 fevral 2023 -cü il tarixli, 2-1(112)-186/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydaların 7-ci maddəsinə, eləcə də “Sosial sığorta haqqında” Qanunun 9,10-cu maddələrinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızd ır.
18. Belə ki, iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliğı Agentliyinin 17 fevral 2021-ci il tarixli DA01/02-03-176 nömrəli məktubuna əsasən 20112015-ci illərdə ləğv edilmiş Fondun Xaçmaz rayon şöbəsinə təyinatında “muzdlu işləyənlərin əmək haqlarından sosial ayırmalar” qeyd edərək 6023,30 manat ödəniş etməsinə baxmayaraq, həmin dövrdə DSMF orqanına hesabat verməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Sığortaedən tərəfindən qanunvericiliklə zəruri hesab edilən məlumatların təqdim edilmədiyi müvafiq illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün h esab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; Maddə
2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə
8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə
9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparma məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsin i aparmaq; Maddə
10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər:... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə
11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundam ental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarını n tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 28. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin e tmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçı kimi cavabdehin məsuliyyət sferasına aiddir.
29. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquq və vəzifələr yerinə yeti rilməmiş və nəticədə iddiaçının sosial sığorta hüququ pozulmuşdur.
31. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı sığortaçı kimi iddiaçının (sığortaolunan) Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinin hesabına 2015-ci ildə ödədiyi cəmi 1088,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını müvafiq fərdi hesabında qeydə almamışdır. İddiaçının ödədiyi vəsaitlərin şəxsi hesabına bərpa olunmasını tələb etdiyi 2011, 2013, 2014-cü illərə aid dövrlər üzrə ödənişlər artıq cavabdeh tərəfindən fərdi hesab vərəqəsində bərpa olunaraq fərdi hesabda göstərilmişdir. Qeyd olunan bu hallar işə əlavə edilmiş sənədlərlə, 2011-2015-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqlarına dair qəbzlər, məcburi dövlət sosial sığorta haqqı üzrə sı ğortaolunanlar haqqında məlumatlar ilə təsdiq olunmaqla yanaşı, cavabdeh tərəfindən də etiraf olunmuşdur.
32. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusu əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən təqdim olunmuş məlumata əsasən İddiaçı tərəfindən DSMF-nin Xaçmaz rayon şöbəsinə 2011-2015-ci illərdə vəsaitlər ödənilmiş, 2015-ci il üçün 1088,50 manat təşkil etmişdir.
33. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2116/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.