Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-516/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işlədiyi illə rin onun əmək stajı kimi qəbul edilməklə hüququ yarandığı vaxtdan, yəni 25.11.2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2135/2021 nömrəli iş üzrə 24.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 mart 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. 1969-cu ilin sentyabr ayından 1970-ci ilin iyul ayına qədər Bakı 2 saylı Texniki Peşə məktəbində təhsil almışdır. 19701971-ci illərdə Salyan rayon 28 nömrəli Səyyar Mexaniklə şdirilmiş dəstədə fəhlə işləmişdir. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. 25 avqust 1975-ci ildən 26 avqust 1992-ci ilə qədər Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında şaxtada bərkidici vəzifəsində işləmişdir. O, 25 noyabr 2010-cu ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası alır. 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubda ümumi iş stajı 20 ildən az təşkil etdiyi üçün ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 saylı Səyyar Mexani kləşdirilmiş dəstədə fəhlə işlədiyi illərin onun əmək stajı kimi qəbul edilməklə hüququ yarandığı vaxtdan, yəni 25.11.2003-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 noyabr 2010-cu ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiy alar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda və bu müddətin azı 10 ilini ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən onun 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubda ümumi iş stajı 20 ildən az təşkil etdiyi üçün ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi, cavabdeh orqan onun peşə təhsili aldığı müddəti və Salyan rayon 28 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işlədiyi müddəti iş stajı kimi qəbul etməmişdir. Halbuki peşə təhsili almağı ona təqdim edilmiş Attestatla, Salyan rayon 28 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işləməyi isə arxiv arayışı ilə təsdiq edilir.
4. Birinci instansiya məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-2252/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərid Mədətli) iddia tələbinin qism ən təmin edilməsi, İddiaçı Bakı 2 saylı Texniki Peşə məktəbində oxuduğu illərin və Salyan rayon 28 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işlədiyi illərin əmək stajı kimi qəbul edilməklə, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan, yəni 25.11.2003-cü il tarixdən təyin edilməsinin, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmi ş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na istinad etmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-2252/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-2135/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xumar Mərdanova) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış dır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24.11.2021-ci il tarixli, 2-1(103)-2135/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqa nı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda "Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratm adan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. Qeyd olunanlar nəzərə alınaraq, güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 12. "Vətə ndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 13. "a” bəndi. Əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-d ək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”. İ bölməsindəki 10100000 ) 1010100a - yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərini əsassız və qanunsuz hesab edir.
20. Belə ki, iş materiallarına əsasən iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il təvəllüdlüdür.
21. Eyni zamanda işdə olan iddiaçıya məxsus atestat və h ərbi biletin surətindən aydın olur ki, o, 01.09.1969-cu il tarixdən 1970-ci ilədək (10 ay 17 gün) Azərbaycan SSR Bakı şəhər 2 saylı Texniki Peşə məktəbində çilingər-avtomobil təmirçisi sənəti üzrə təhsil almış, 23 may 1973-cü il tarixdən 29 mart 1975-ci ilədək (2 il 11 gün) hərbi xidmətdə olmuşdur.
22. Həmçinin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.08.1975-ci il tarixdə yer altında tam iş günü 14 saylı şaxtaya 2-ci dərəcəli yeraltı mədən fəhləsi kimi işə qəbul edilmiş, 29.11.1977-ci il tarixdə yer altında tam iş günü 15 saylı şaxtaya 3-cü dərəcəli dayaq vuran fəhləsi keçirilmiş, 28.09.1979-cu il tarixdə 4-cü dərəcəli dayaq vuran fəhlə dərəcəsi verilmiş, 30.08.1980-ci ildə 6-cı dərəcəli dayaq vuran fəhlə dərəcəsi verilmiş, 26.08.1981ci ildə yer altında tam iş günü 15 saylı şaxtaya 6-ci dərəcəli qazmaçı keçirilmiş, 26.08.1992-ci ildə RSFSR ƏHQM-nin 31-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir.
23. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, 25.08.1975-ci ildən 26.08.1992-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın İ Bölməsindəki 10100000 ) 1010100a - yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr peşəsinə uyğundur.
24. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaç ının ümumi iş stajı təhsil müddəti, hərbi xidmət dövrü, arxiv arayışına əsasən 1970-ci ildən 1971-ci il tarixədək işlədiyi dövr və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 20 ildən, xüsusi iş stajı isə 10 ildən artıqdır. Buda hazırkı qərarın 13-cü bəndində göstərilən normanın təlblərinə uyğun gəlir.
25. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının yalnız təhsil müddətinin ümumi iş stajına daxil edilməsi məsələsinə narazılığını bildirmiş, yəni xüsusi iş stajı ilə bağlı məsələni mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etdiyini nəzərə alaraq hesab edir ki, bu növdə pensiyaya çıxmaq üçün qanunla tələb olunan bütün şərtlərin ödənilib-ödənilməd iyi yoxlanılmalıdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən bu yöndə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının xüsusi stajı 01.01.2006-cı il tarixədək 10 ildən çoxdur. Belə ki, işdə olan Rusiya Federasiyası Karaçayeva-Çerkesk Respublikasının “Rostoprom” X1 Assosiasiyası tərəfindən verilmiş 15 saylı 05 yanvar 2012-ci il tarixli və 16 saylı 15.01.2012-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həqiqətən də 25.08.1975-ci il tarixdən 26 avqust 1992-ci il tarixinə kimi Karaçayevsk şaxta İdarəsində tam iş həftəsi üzrə tam iş günü daimi mədən fəhləsi işləmiş və onun işlədiyi peşə ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
26. Bununla yanaşı qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olu nması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.
27. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur.
28. Bütün yuxarıda göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 24.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2021-ci il tarixli, 2-1(103)-213 5/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.