Məhkəmə qərarları › İş №2-1(102)-516/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-516/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-516/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 053567 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, daha son ra pensiya məbləği həmin orqanının müvafiq sərəncamları ilə artırılmışdır.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarı ilə iddiaçıdan xx.xx.2014 xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 479227,93 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin 10 gün müddətində geri ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 25 yanvar 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 479227,93 manat pul vəsaitinin geri qaytarılmasının tələb edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və xx.xx.2021-ci ildən güzəştli şərtlərlə 52 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddianın “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin” məzmunda qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1975-xx.xx.1977-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra xx.xx.1977-ci ildən yenidən əmək fəaliyyətini hazırkı vaxtadək davam etdirmişdir. Əmək fəaliyyətinin mühüm hissəsi 1 saylı güzəştli siyahıya aid edildiyinə görə, 52 yaşının tamam olduğu vaxtda aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə ərizə ilə müraciət edərək tələb olunan bütün sənədləri təqdim etmişdir. Müəyyən müddət araşdırma aparıldıqdan sonra ona 52 yaşdan güzəştli şərtlərlərlə pensiya təyin edilərək xx.xx.2021-ci il tarixədək ödənilmiş, sonradan isə əmək pensiyası azaldılmışdır. Bununla bağlı 2021-ci ilin iyun ayında cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ilə ərizəsi təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, yalnız xx.xx.1977- xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər K abinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır, X1 rayon şöbəsi tərəfindən ona 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (1 iyul 2017-ci iləd ək qüvvədə olmuş redaksiyasına uyğun) əsasən 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından, ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılığı razılığının verilməsi xahiş olunmuşdur. 2009-cu ildə pensiya təyinatı aparılandan 12 ildən artıq müddət keçəndən sonra təkrarən pensiyanın düşübdüşməməsinin yoxlanılması qanunsuz və əsassız olmuş, idd iaçı tərəfindən pensiya təyinatı ilə bağlı hər-hansı qanunsuz və ya saxta sənəd təqdim edilməsi müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın həmin hesablamanı aparmağa səlahiyyət verdiyi əməkdaşları tərəfindən aparılmışdır ki, bu zaman iddaçının həmin hesablamanın aparılmasında hər-hansı formada təqsiri mövcud olmamışdır. İddiaçı istəsəydi belə, hesablamanın hansı qaydada aparılmasına müdaxilə edə bilməzdi.

6. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala miqrasiya olunmuş bütün pensiya işlərinin mərkəzi filialda davamlı araşdırılması prosesi çərçivəsində iddiaçıya məxsus pensiya işinə və ona əlavə edilmiş sənədlərə baxılarkən məlum olmuşdur ki, 12 mart 1974-cü il tarixində açılmış əmək kitabçasının surətində iddiaçın ın: xx.xx.1973xx.xx.1974-cü il tarixləri arasındakı dövr ərzində “Uşaq oyuncaqları fabrik”ində fəhlə; xx.xx.1977-xx.xx.1977-ci tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində tökücü şagirdi; xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri (1 №-li siyahı üzrə təsnifat kodu: 1110100a-13395); xx.xx.1982xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyahı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1982 - xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Tula metalkonstruksiya zavodu”nda yarımavtomat maşınların elektrik qaynaqçısı (2 №-li siyah ı üzrə təsnifat kodu: 23200000-19905); xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Başdənizpoladkonstruksiya” Mexaniki emalatxanasında yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yarımavtomat maşınların sazlayıcısı; xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis; xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq; xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində usta (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000b-23419); xx.xx.1987 - xx.xx.1992- ci il tarixləri arasındakı dövr ərzində mexaniki yığma sexində çilingər; xx.xx.1992 - xx.xx.1992ci il tarixləri arasındakı dövr ərzində böyük usta; xx.xx.1992 - xx.xx.1997-ci il tarix ləri arasındakı dövr ərzində sahə rəisi; xx.xx.1997 - xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “MakŞelf birgə müəssisəsində quraşdırıcıçilingər; xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Bakı dərin özüllər zavodu”nda yığıcı-çilingər; xx.xx.1999 xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Azfen” Birgə müəssisəsində quraşdırıcı (2 №-li siyahı üzrə təsnifat kodu: 2290000a14612); xx.xx.2004-cü il tarixindən pensiya təyin olunan tarixədək AMEC Services LTD-də metal-konstruksiyaları üzrə quraşdırıcı (2№-li siyahı üzrə təsnifat kodu: 2290000a-14612) vəzifələrində çalışdığı əks olunmuşdur. Göründüyü kimi, iddiaçının yalnız xx.xx.1977 - xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 4 il 7 ay 19 gün təşkil etməklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 10 il güzəştli iş stajından azdır. X1 rayon şöbəsi tərəfindən iddiaçıya 52 yaşdan qanunvericiliyin tələblərinə uyğun olmayaraq xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də iddiaçıya xx.xx.2009 xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 518957,56 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaş ının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin edilmiş, həmçinin xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş vəsait 479227, 93 manat təşkil etmişdir. Həmin qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi iddiaçıdan xahiş olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia qismən təmin edilmiş, cavabdehin “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 02 fevral 2022-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci ildən məhkəmə aktı icra olunan vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə iş materiallarını araşdıraraq qeyd etmişdir ki, hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin e dilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

9. İddiaçıya pensiya təyin edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ləğv olunmadığı halda, cavabdeh tərəfindən heç bir inzibati akt qəbul etmədən qanunsuz olaraq iddiaçıya pensiya ödənişinin ödə nilməsini dayandırmışdır. İddiaçıya yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5600/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanunun: - 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edil məsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya d üzgün tətbiq edil67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol veril mir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. - 67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.məməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 17. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3c ü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandı rılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hall arına görə, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 053567 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.

26. Sonradan cavabdeh tərəfindən keçirilmiş müvafiq araşdırma ilə iddiaçının xx.xx.1977 - xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik mühərrikləri sexində müvafiq olaraq 2-ci, 3-cü və 4-cü dərəcəli təzyiq altında tökmək üçün maşın tökücüləri vəzifəsində işlədiyi dövrün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısında göstərilən peşə və vəzifələrə aid olmadığı müəyyən edilmişdir. Bununla da, cavabdeh Fondun Nizami rayon şöbəsinin iddiaçıya 52 yaşdan yəni xx.xx.2009-cu il tarixin dən güzəştli şərtlərlə əmək pensiyasının təyin etdiyini qanunvericiliyin tələblərinə uyğun hesab etməmiş, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixində yarandığından ona xx.xx.2021-ci il tarixində 1115,26 manat məbləğində əmək pensiyası təyin etmişdir. Həmçinin xx.xx.2014 - xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 39729,63 manat pensiya məbləği müəyyən olunmuşdur. İddiaçıya artıq ödənilmiş 518957,56 manatdan ona ödənilməli olan 39729,63 manat pensiya məbləği çıxılmış, qalıq artıq ödənilmiş vəsait 479227, 93 manat təşkil etmişdir. Həmin qalıq artıq ödənilmiş 479227,93 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması qərara alınmışdır.

27. Məhkəmə kollegiyası qeyd edi r ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Bundan başqa, qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

28. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

29. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları ha qqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı iddia tələbi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş dir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2958/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar