Məhkəmə qərarları › İş №2-1(102)-517/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-517/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-517/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin publik hüquqi şəxsin Qax rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiya təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şə xsin Qax rayon filialına qarşı vəfat etmiş əri X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.05.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2020-ci il tarixli 2-1(107)509/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1958-ci il təvəllüdlüdür, Qax rayonunda yaşayır. Onun əri X2 vəfat etmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 17.08.2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X1 22.08.1978-ci il tarixdən 02.01.1979-cu il tarixədək Qax rayonunun S.Vurğun adına Fındıqçılıq sovxozunda və 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndinin Nizami adına kolxozunda işlədiyi illər vəfat etmiş ailə başçısının sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmək qeyrimümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 30 iyun tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “vəfat etmiş əri X1 22.08.1978-ci ildən 02.01.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1 991-ci illərdə Qax rayonun “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il - cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.05.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qazandığı əmək stajına görə “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququ olmadığına görə, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinin 61 yaş 06 ay tamam olduğu 01.05.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə tərəfindən ünvanına göndərilmiş məktubda mərhum həyat yoldaşı X1 22.08.1978-ci il tarixdən 02.01.1979-cu il tarixədək Qax rayonun S.Vurğun adına Fındıqçılıq sovxozunda və 1989-1991-ci illərdə Qax rayonun Qaxingiloy kəndinin Nizami adına kolxozda işlədiyi illər vəfat etmiş ailə başçısının sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Şöbə tərəfindən ona göndərilmiş məktubda ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum həyat yoldaşının Qanunun 17.1-ci və 12.1-ci maddələrinə əsasən 7 il sosial sığorta stajına malik olmasının tələb olunduğu və onun əmək stajının 04 il 08 ay 12 gün 01.09.1 972-ci ildən 13.05.1977-ci ilədək texnikumda təhsil aldığı və hərbi xidmətdə olduğu müddət, 05 ay 10 gün 22.08.1978-ci ildən 02.01.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda və 2 il 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi Nizami adına kolxozda işlədiyi illər məhkəmə qərarı il təsdiq olunarsa, 07 il 01 ay hesablana biləcəyi bildirilmişdir.

6. İddiaçı 21.09.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək “vəfat etmiş əri X1 22.08.1978-ci ildən 02.01.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.05.2 020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı yazılı etiraz verməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(116)-1151/2020 nömrəli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə iddiaçının vəfat etmiş əri X1 22.08.1978-ci ildən 02.01.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü işlədiyi 5 ay 10 gün, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işlədiyi 2 il, cəmi 2 il 5 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 01.05.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 22.08.1978-ci ildən 02.01.1979-cu ilədək Qax rayonunun S.Vurğun adına sovxozunda sürücü, 1989-1991-ci illərdə Qax rayonunun Qaxingiloy kəndi “Nizami” kolxozunda kolxozçu işləmişdir. Qeyd olunan hal Qax rayon Dövlət Arxivinin 07.05.2020-ci il tarixli 65/1 saylı arxiv arayışı, Qax rayon Dövlət Arxivinin 19.05.2020-ci il tarixli 82/1 saylı arxiv çıxarışı və Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 20.07.2020-ci il tarixli aktları öz təsdiqini tapır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarı n ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2020-ci il tarixli 2-1(107)-509/2020 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və İ.Şükürov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tаrixli, 2-1(116)-1151/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətində göstərilir ki, iddiaçının mərhum ərinin mübahisələndirilməyən stajı ilə kolxoz və sovxozda işləmiş olduğu müddəti toplandıqda tələb olunan 7 il staj ödənilmir, onun ümumilikdə 06 il 8 ay 29 gün staj yaranır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsin i mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0.15 Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiya sının bir növündən digərinə keçiddir. Maddə

5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 5.3 Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sı ğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə

14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və i şləmirsə. Maddə

17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə

35. Əmək pensiyası üzrə payın ayrılması Maddə 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci və 17.1-ci maddələri təşkil edir. Həmin normaların təhlilindən görünür ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvad pensiya yaşına çatmışdırsa, onun arzusu ilə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır. Lakin bu kateqoriya şəxslərə pensiya təyin olunması üçün ölmüş ailə başçısının stajının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün is ə, 4 ay sığorta stajı olduqda təyin edilir.

23. İşə baxmış məhkəmələr də işin hallarını bu normalar əsasında tədqiq edərək müəyyən etmişlər ki, iddiaçının mərhum əri 23.05.1955-ci ildə doğulmuş, 08.05.1992-ci ildə ölmüşdür. Ölən zaman onun 36 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 7 il stajının olması kifayət edir (36 -15=21, 21*4/12=7 il). İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun 01.05.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur.

24. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Arxivinin 07.05.2020-ci il tarixli 65/1 saylı Arxiv arayışına əsasən X2 19891991-ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləmişdir. Qax rayon Dövlət Arxivinin 19.05.2020-ci il tarixli 82/1 saylı arxiv çıxarışında X1 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda işlədiyi göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 20.07.2020-ci il tarixli aktlarında X1 1978-1979-cu il tarixlərdə Qax rayonu S.Vurğun adına fındıqçılıq sovxozunda, 1989-1991ci il tarixlərdə Qax rayonu Qaxingiloy kənd Nizami adına kolxozda işləməsi faktının öz təsdiqini tapması göstərilmişdir.

25. Məhkəmələr həmin məlumat mənbələrini sosial sığorta stajının müəyyən edilməsi üçün mötəbər əsas hesab etmiş və bu müddətləri haqlı olaraq ailə başçısının sosial sığorta stajı kimi qəbul etmişdir.

26. Çünki iddiaçının kolxozda işlədiyi müddətdə, yəni 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşlar ın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya i ş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artellə ri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

30. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.

31. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sad alanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.

32. Oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

33. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

34. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

35. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayətləri təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2020-ci il tarixli 21(107)-509/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar