Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-517/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; tunel fəhləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2158/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xxxx tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçıya məxsus İT-İ saylı ******* saylı 17 sentyabr 1982-ci il tarixli əmək kitabçasına əsasən o, 1981-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir və hal-hazıradək əmək fəaliyyətini davam etdirir.
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 11 sentyabr 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh 22 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imt ina etmişdir.
4. Cavabdeh hesab etmişdir ki, iddiaçının 2 noyabr 1999-cu ildən 1 fevral 2014cü ilədək Bakı Metropolitenində işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı ildən 15 fevral 2018-ci ilədək işlədiyi yol baxıcısı və texnik vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (1 il 3 ay) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası onun pensiya hüququnu pozmuşdur. Belə ki, onun 20 ildən çox ümumi, 10 ildən çox isə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə sığorta stajı olmuşdur. Cavabdeh onun tələb edilən güzəştli iş stajının olmamasına istinad etsə də, onun işlədiyi tuneldə yalnız gecə işində fəhlə peşəsi Nazirlər Kabinetinin 23 yanvar 200 7-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.5 Metropolitenlər bölməsində birinci sətirdə nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə pensiya hüququ verən tuneldə yalnız gecə işində fəhlə işlərində cəmi 11 il 10 ay 15 gün staja malikdir. Cavabdeh isə heç bir əsas olmadan həmin peşənin istinad olunan Siyahıda olmadığını bildirmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2850/2021 nömrəli 30 aprel 2021-ci il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilərək İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğ inin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 52 yaşı tamam olduğu 2015-ci ilin yanvar ayınadək onun 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Həmin iş dövrünün 10 ildən artıq hissəsini isə o, yalnız gecə işində tunel fəhləsi peşəsində işləmişdir ki, həmin vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndi).
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya i nstansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2158/2021 nömrəli qərarına əsasən (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2-1(112)2850/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hüquqi mövqeyini sorğu əsasında əldə etdiyi "xxxx" QSC-nin 21 oktyabr 2021-ci il tarixli arayışına istinadla əsaslandırmışdır. Arayışda qeyd edilmişdir ki, iddiaçı 16 may 2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək Bakı Metropolitenində Tunel qurğuları xidmətinin dövri təmir sahəsində çalışdığı tunel fəhlə si (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək üzlük işləri sahəsində 3-cü dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək 3 saylı tunel qurğuları distansiyasında tunel fəhləsi (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti) peşələrin iş şəraiti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.5 “Metropolitenlər” (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olun an peşələrin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2158/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, qanunu səhv təfsir etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan məzmununa əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hü ququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.5 “Metropolitenlər” bölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsi qeyd edilmişdir.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan məzmununa uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün onun həmin tarixədək 52 yaşı, 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı olmalıdır.
23. İşin hallarından məlumdur ki, iddiaçının 52 yaşı xx xxxxxx 1963-cü il tarixdə tamam olmuşdur. İddiaçının ümumi iş stajının olmasını cavabdeh mübahisələndirmir.
24. Cavabdeh hesab edir ki, iddiaçının 2 noyabr 1999-cu ildən 1 fevral 2014-cü ilədək Bakı Metropolitenində işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı ildən 15 fevral 2018-ci ilədək işlədiyi yol baxıcısı və texnik vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır.
25. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qey d etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icr a etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Bakı metropolitenində işlədiyi vəzifələrin güzəştli iş stajı hesab olunub-olunmaması ilə bağlı sorğu vermiş, sorğuya cavab olaraq "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş 21 oktyabr 2021-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçının 16 may 2003-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək Bakı Metropolitenində Tunel qurğuları xidmətinin dövri təmir sahəsində çalışdığı tunel fəhləsi (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək üzlük işləri sahəsində çalışdığı 3-cü dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti), 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək 3 saylı tunel qurğuları distansiyasında çalışdığı tunel fəhləsi (tuneldə yalnız gecə işi, 20% xüsusi zərərli əmək şəraiti) peşələrinin iş şəraiti və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.5 “Metropolitenlər” (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan peşələrin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir.
27. Beləliklə, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi öz təsdiqini tapdığından kassasiya şikayətinin dəlilləri əsassızdır.
28. Apellyas iya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2158/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.