Məhkəmə qərarları › İş №2-1(102)-517/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-517/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-517/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; ümidsiz borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlə t Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-107/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 07 iyun 1996-cı il tarixdə D1219 №li şəhadətnamə ilə qeydə alınmış Suraxanı rayon MKTB-nin Əsasnaməsindən görünür ki, Suraxanı MKTB Bakı şəhər İcra hakimiyyəti başçısının 9 fevral 1996-cı il tarixli 200 saylı sərəncamına və Suraxanı rayon İcra hakimiyyəti başçısının 22 aprel 1996-cı il tarixli 406 saylı sərəncamına müvafiq olaraq yaradılmışdır və ö z fəaliyyəti üzrə rayon İcra hakimiyyəti başçısına və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinə tabedir (bənd 1). MKTB onun tabeliyində olan mənzil-kommunal obyektlərinə, təmir-tikinti idarələrinə, sahələrinə və digər təşkilat və müəssisələrə rəhbərlik edir və rayon təsərrüfatına məxsus olan ərazidə yerləşən əhaliyə və digər hüquqi şəxslərə (müəssisələrə, təşkilatlara, idarələr və s.) mənzil kommunal xidməti göstərir və eləcə də rayon İcra hakimiyyəti Başçısının və Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinin əmr və sərəncamını həyata keçirir (bənd 2)

2. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB ********** VÖEN-lə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydə alı nmışdır.

3. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütamadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilmişdir.

4. İddiaçı Suraxanı rayon MKTB müddəti keçmiş (ümidsiz) vergi borclarının silinməsi ilə bağlı rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (bundan sonra mətndə Suraxanı rayon MKTB) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəssisəyə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını etmişdir.

6. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayon MKTB-nin şəxsi hesab vərəqəsinə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon MKTB xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçərək D-1219 saylı şəhadətnamə almışdır. Birlik vergi ödəyicisi kimi xx.xx.2004- cü ildə tarixdə qeydiyyatda duraraq ********** saylı VÖEN almışdır. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliklərində yaranmış vergiləri tam və zamanında ödəyərək fəaliyyət göstərmişdir və onların dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütamadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilsə də, həmin borcun yaranma mənbəyi onlara məlum deyil. Bank hesablarına borcla bağlı sərəncamlar qoyulduğunu öyrəndikdən sonra, borcla bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən bununla bağlı heç bir cavab (açıqlama) verilməmişdir. MKTB tərəfindən son illərdə ödənilmiş vergilər cavabdeh inzibati orqan tərəfindən əvvəlki illərin vergi borclarına və onlara hesablanmış fa izlərə silinmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 93-cü maddəsinin tələblərinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə bu Məcəllədə müəyyən ediımiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə həmin borc ümidsiz borc hesab edilir. Hazırki iş üzrə iddia tələbinin əsaslı olması üçün Vergi Məcəlləsində iki şərt müəyyən edilib: - birincisi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilmə müddətinin bitməsi; - ikincisi Vergi Məcəlləsində müəyyən olunmuş əsaslar üzrə vergi öhdəliklərinin qüvvədən düşməsi. Hazırki iş üzrə iddiaçı belə hesab edir ki, mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcuna münasibətdə Vergi Məcəlləsinin 93-cü maddəsi ilə müəyyən edilmiş şərtlərdən biri, yəni vergi öhdəliyinin həmin Məcəllə ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsi şərti ödənilmişdir. İddiaçının bildirdiyi kimi vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerinə yetirilməsi müddətinin bitməsini aydınlaşdırmaq məqsədi ilə Məcəllədə həmin müddətlərin necə müəyyən edildiyinə nəzər salınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəaları əsas götürülməlidir. Belə ki, Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarını n hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məcəllənin tələbindən göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun Məcəllənin 93-cü maddəsinin tələblərinə cavab verməsi üçün ilk öncə 85-ci maddənin şərtləri ödənməlidir. Yəni iddiaçının mübahisələndirdiyi 1.219.060,86 manat vergi borcundan hesabat dövrü qurtardıqdan sonra 5 ildən artıq müddət ötməlidir. Hazırki iş üzrə mübahisələndirilən 1.219.060,86 manat vergi borcu isə Vergi Məcəlləsinin yuxarıda sadalanan heç bir tələb ödənmədiyindən ümidsiz hesab edilərək silinə bilməz. Qeyd olunanların daha aydın olması üçün iddiaçının şəxsi hesab vərəqəsi sadə təhlil edilməlidir. Belə ki, iddiaçının iddia tələbini dəqiqləşdirdiyi xx.xx. 2019-cu il tarixə şəxsi hesab vərəqəsində olan göstəricilərə görə xx.xx.2006-xx.xx.2019-cu illəri əhatə edən dövrdə ümumi hesablanmış vergi məbləğinin 4.548.165,94 manat olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən qeyd olunan dövrdə hesablanmış 4.548.165,94 manat məbləğdən 2.253.900,33 manat ödəniş aydın olur. İddiaçının şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixədək son beş il üzrə göstəricilərinə nəzər yetirdikdə iddiaçının hesablanmış vergi məbləğinin 1.620.256,78 manat olduğu görünür. Aydın olduğu kimi xx.xx.2019-cu il tarixdək son beş il üzrə hesablanmış 1.620.256,78 manat vergi məbləğinin tərkibində olan və iddiaçı tərəfindən mübahisələndirilən 1.219.060,86 manat müddəti ötmüş ümidsiz borc hesab edilməməlidir. Qeyd olunan dövrdə şəxsi hesab vərəqəsindən iddiaçı t ərəfndən 1.411.199,77 manat ödəniş edildiyi aydın olur. Bu halda Vergi Məcəlləsində vergilər üzrə yaranmış borcların ödənilməsi ardıcıllığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə ödənilir.

9. Məhkəmə icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 28962 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicisi Suraxanı rayon MKTBnin xx.xx.2019-cu il tarixə (ekspertiza təyini haqqında qərarda göstərilən tarixə yəni) vergi borcu 1.266.174,52 manat olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsin də bütün illər üzrə borc öz əksini tapmışdır. 2014-2018-ci illər üzrə isə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə borcu 779.988,37 mant təşkil etmiş, həmin dövr ərzində ödəmə 1.436.250,67 manat məbləğində olmuşdur. Göstərilən 1.436.250,67 manat məbləği 2014-2018-ci illər üzrə vergi ödəyicisi Suraxanı rayon MKTBnin həmin illərə görə dövlət büdcəsinə hesabladığı vergilərin ödənilməsinə yönəldilmişdir.

10. Məhkəmə icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3562 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 272 və s.) məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə olan vergi borcu 1.227.400,98 manat məbləğində olmuşdur. Həmçinin, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. İş materiallarında olan şəxsi hesab hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-xx.xx.2019 dövrü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büd cəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Göstərildiyi kimi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. Dövlət büdcəsinə vergilərin ödənilməsi və silinməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88, 85.4, 93-cü maddələri ilə tənzimlənir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.2-ci maddəsinin tələblərindən göründüyü kimi, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı ilə (hakim-N.Abıyev) i ddia tələbi qismən təmin edilərək, iddiaçı Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsindən 1.142.987 (bir milyon bir yüz qırx iki min doqquz yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyindən 400 (dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alı nmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından, o cümlədən ekspertiza rəylərindən müəyyən olunmuşdur ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır.

13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək,birinci instansiya məhkməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etm işdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-107/2022 nömrəli qərarı (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-122/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə eynidir. Bundan başqa əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə mübahisələndirilən vergi borcu Vergi Məcəlləsinin heç bir tələbini ödəmədiyindən ümidsiz hesab edilərək silinə bilməz. Qeyd olunanların daha aydın olması üçün iddiaçının şəxsi hesab vərəqəsi sadə riyazi məntiqlə təhlil edilməlidir. Belə ki, iddiaçının iddia tələbini dəqiqləşdirdiyi xx.xx.2019- cu il tarixə şəxsi hesab vərəqəsində olan göstəricilərə görə xx.xx.2006-xx.xx.2019-cu illəri əhatə edən dövrdə ümumi hesablanmış vergi məbləğinin 4.548.165,94 manat olduğu müəyyən edilmişdir. Həmçinin şəxsi hesab vəqəsindən qeyd olunan dövrdə hesablanmış 4.548.165,94 manat məbləğdən 2.253.900,33 manat ödəniş olduğu aydın olur. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkə məyə təqdim edildiyi xx.xx.2019-cu il tarixə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsinə əsasən 1.223.244,64 manat borcu mövcud olmuşdur və bu borcun tərkibi aşağıdakı kimi olmuşdur, qeyd edilən tarixə olan borc məbləği xx.xx.2015-ci il tarixdə bəyannamə əsasında (MÖMV 2015/11) tarixdən etibarən yaranmışdır: 968.383,68 manat əsas vergi; 9.489,32 manat maliyyə sanksiyası; 245.371,64 manat faiz məbləği.

18. Müəssisənin həmin tarixə mövcud olan şəxsi hesab vərəqəsinin təhlil zamanı onu da müəyyən etmək mümkündür ki, iddia ərizəsinin dəqiqləşdirilməsi tarixinə olan müəssisənin 1.223.244,64 manat məbləğində borcunun tərkibini təşkil edən ayrı-ayrı hesablamaların xronoloji ardıcıllıqla siyahısını çıxarmaq, habelə həmin hesablamaların nə vaxt yarandığını, VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini, həmçinin ödənilməmiş, borca çevrilmiş hər bir öhdəliyin yarandığı tarixdən 5 illik tələbetmə müddətinin keçib-keçmədiyini və vergi orqanı tərəfindən silinibsilinmədiyini bilmək olur.

19. İlk öncə qeyd edilməlidir ki, ekspert hətta xx.xx.2014-cü il tarixə olan borc məbləğini də düzgün müəyyən edə bilməmişdir. İddiaçının şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixədək son beş il üzrə göstəricilərinə nəzər yetirdikdə, iddiaçının xx.xx.2014-cü il tarixinə 1.151.971,41 manat borcunun (o cümlədən, 796.456,17 manat əsas vergi, 30.120,0 manat maliyyə sanksiyası və 325.395,24 manat faiz borcu) olduğu görünür. Həmin tarixdən sonra 5 il ərzində əsasən vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr nəticəsində o lmaqla 1.600.408,71 manat əlavə vergi məbləği hesablanmış, 1.377.225,17 manat ödəniş edilmişdir.

20. Nəticədə, vergi ödəyicisinin məhkəməyə müraciət etdiyi dəqiqləşdirilmiş iddia ərizəsinin tarixinə yuxarıda tərkibi göstərildiyi kimi 1.223.244,64 manat borcu mövcud olmuşdur. Həmin borcun tərkibini təşkil edən hesablamaların (siyahı əlavə olunur) yaranma tarixinə nəzər saldıqda aydın görmək olur ki, İddiaçı tərəfindən mübahisələndirilən 1.219.060,86 manat müddəti ötmüş ümidsiz borc hesab edilməməlidir.

21. Qeyd olunan dövrdə şəxsi hesab vərəqəsindən iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə ödənilmişdir.

22. Bildiririk ki, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illər ərzində ödənilmiş məbləğlər cari deyil, yaranma tarixi ardıcıllığına əsasən hesablanmış borcların ödənilməsinə sərf edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

23. Məhkəmənin mötəbər hesab etdiyi ekspert rəyindən göründüyü kimi Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixə vergi borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 1.355.264,73 manat vəsait ödənilmişdir. Qeyd edilən ödənişlərin xx.xx.201 4cü il tarixə olan borclara deyil, dövr üzrə hesablamalara aid edilməsi isə Vergi Məcəlləsinin 88- ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən edilmiş ödənişlər yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergin məbləğlərinin (borcların) ödənilməsinə sərf edilir. Başqa sözlə desək, 2014-2019-cu illər üzrə edilmiş ödənişlər iddiaçının 2014-cü il və ondan əvvəlki tarixlərə borcları olduğu təqdirdə həmin borcların ödənilməsinə sərf edilmişdir. Belə olan halda iddiaçının 5 illik tələb etmə müddəti keçmiş hər hansı bir borcu qalmamışdır. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən etmişdir, bu səbəbdən də iddiaçı tərəfindən mütəmadi olaraq ödəni lmiş məbləğiər müəssisənin dövlət büdcəsinə olan borclarına yaranma ardıcıllığı ilə aid olmalıdır.

24. Göründüyü kimi, ekspert düzgün nəticəyə gəlməmiş, qüvvədə olan vergi qanunvericiliyinə əsasən ümidsiz borc anlayışının müəyyən edilməsi qaydasını, o cümlədən şəxsi hesab vərəqəsi üzrə təhlil aparılmasını bilmədən, hesablamaların xronoloji ardıcıllığını, həyata keçirilmiş ödənişlərin hansı borclara şamil edilməsini müəyyən etmədən rəy tərtib etmişdir. Nəticədə məhkəmə tərəfindən həmin rəy yanlış olaraq mötəbər sübut kimi dəyərləndirilmişdir.

25. Bundan əlavə, rəy tərtib edilərkən ekspert tərəfindən rəydə qeyd edildiyi kimi ümidsiz borcun müəyyən edilməsi məqsədilə xx.xx.2014-xx.xx.2019-cu illər aralığında həyata keçirilmiş ödənişlərin təyinatları göstərilməklə müəssisənin həmin dövr üzrə h esabladığı cari vergilərin təyinatı üzrə yönəldilməsi barədə özündən yaratdığı “metod” faktiki olaraq Vergi Məcəlləsinin müddəalarında təsbit edilməmiş və qanunvericiliyin müddəalarına ziddir.

26. Aşağı instansiya məhkəmələri də bu təfərrüatı nəzərə almamış, “mötəbər" hesab etdiyi rəyin qanunuyğunluğunu nəzərdən qaçırmışdır.

27. Ümidsiz borcun müəyyən edilməsi qaydası vergi qanunvericiliyində aşkar şəkildə təsbit edilməsinə, habelə vergi ödəyicisinin hesabladığı və ödəməli olduğu öhdəliklərin şəxsi hesab vərəqədə aks edilməsinə baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən heç bir zərurət olmamasına baxmayaraq iş üzrə 3 (üç) dəfə ekspertiza təyin edilmiş və işin hallarına uyğun olmayan ekspert rəyləri mötəbər sübut hesab edərək işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmiş dir. b. kassasiya şikayətinə etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə

88. Vergilər üzrə borcların ödənilməsi qayd ası 88.1. Vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Maddə

93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.

30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın tə min edilmiş hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən baxılması üçün göndərilməlidir.

34. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsidir.

35. İşə baxan aşağı instansiya məhkəmələri 1.142.987,14 manat məbləğində vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməli olması qənaətinə gəlmişlər və bu mövqeni məhkəmə icraatı zamanı əldə edilmiş ekspert rəyləri ilə əsaslandırmışlar (xx.xx.2021 və xx.xx.2022-ci il tarixli).

36. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

37. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinə bilməsi şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə verginin, faizlərin və m aliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

38. Başqa sözlə, Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.

39. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərin in şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır.VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir.Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı).

40. Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etməh hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir.

41. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; -müraciət tarixindən 5 il əvvələ olan bor cun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; -ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği.

42. İlkin müraciətlə bağlı qeyd edilməlidir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən iddiaçı borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, imtinadan sonra müvafiq iddia ilə məhkəməyə müraciət etmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1.219.060.86 manat borcun silinməsini xahiş etmişdir.

43. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslılığının (5 illik tələb etmə müddəti keçmiş borcların məbləğinin) müəyyən edilməsi barədə ekspertiza təyin edilmiş, ekspert rəyi nin nəticə hissəsinə əsasən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə olan vergi borcu 1.227.400,98 manat məbləğində olmuş, xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-xx.xx.2019 dövrü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Göstərildiyi kimi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olm uşdur.

44. Qeyd edilən ekspert rəyinin nəticəsi mötəbər hesab edilməklə qərar qəbul edilsə də, məhkəmə nəzərə almamışdır ki, ekspert rəyindəki mövqe vergi qanunvericiliyinin müddəalarına ziddir.

45. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi xx.xx.2019-cu il tarixdə verilmiş, ekspert isə xx.xx.2019-cu il tarixə olan borcun məbləğini müəyyənləşdirmişdir. Digər tərəfdən, iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edildiyi xx.xx.2019-cu il tarixə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsinə əsasən 1.223.244,64 manat borcu mövcud olmuşdur.

46. Bundan əlavə, ekspert rəyində ona istinad etmişdir ki, Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixə vergi borcu 1.142.987, 14 manat təşkil etmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 1.355.264,73 manat vəsait ödənilmişdir. Halbuki ödənişlərin xx.xx.2014-cü il tarixə olan borclara deyil, dövr üzrə hesablamalara aid edilməsi isə Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən edilmiş ödənişlər yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergin məbləğlərinin (borcların) ödənilməsinə sərf edilir. Başqa sözlə, 2014-2019-cu illər üzrə edilmiş ödənişlər iddiaçının 2014-cü il və ondan əvvəlki tarixlərə borcları olduğu təqdirdə həmin borcların ödənilməsinə sərf edilməlidir. Qanunvericilik dövlət büdcəsinə yaranmış borcların ödənilməsi zamanı daha əvvəl yaranmış borc məbləğlərinin ödənilmə ardıcıllığında üstünlüyünü birbaşa olaraq müəyyən e tmişdir, bu səbəbdən də iddiaçı tərəfindən mütəmadi olaraq ödənilmiş məbləğlər müəssisənin dövlət büdcəsinə olan borclarına Vergi Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş yaranma ardıcıllığı ilə aid olmalıdır.

47. Göründüyü kimi, ekspert düzgün nəticəyə gəlməmiş, qüvvədə olan vergi qanunvericiliyinə əsasən ümidsiz borc anlayışının müəyyən edilməsi qaydasını, o cümlədən şəxsi hesab vərəqəsi üzrə təhlil aparılmasını bilmədən, hesablamaların xronoloji ardıcıllığını, həyata keçirilmiş ödənişlərin hansı borclara şamil edilməsini müəyyən etmədən rəy tərtib etmiş, həmin rəy isə əsassız olaraq mötəbər sübut kimi qiymətləndirilmişdir.

48. Qeyd edilənlərə əsasən işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələbi pozulmaqla qərar qəbul edilmişdir.

49. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2014-cü il tarixə mövcud olan şəxsi hesab vərəqəsini təhlil etməklə müəssisənin borcunun tərkibini müəyyən etməli, həmin tarixdən növbəti 5 il ərzində aparılan ödənişlərin VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini, həmçinin ödənilməmiş, borca çevrilmiş hər bir öhdəliyin yarandığı tarixdən 5 illik tələbetmə müddətinin keçib-keçmədiyini və vergi orqanı tərəfindən silinibsilinmədiyini araşdırmaqla və dəqiq məbləği müəyyən etməklə iş üzrə qərar qəbul etməlidir.

50. Cavabdeh şikayətində iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə əlavə araşdırmanın aparılmasına zərurət yarandığından həmin hissədə şikayət əsaslı sayıla bilməz.

51. Yuxarıda göstərilənl ərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-107/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar