Məhkəmə qərarları › İş №2-1(102)-517/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-517/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-517/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın mümkün sayılmaması, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05 sentyabr 202 3-cü il tarixli, 2-1(103)-2257/2023 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyab r 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsini cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 2-1(112)-1528/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 2-1(112)-1528/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə 45 günə görə ödənilməyən pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1528/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.P.Oruczadə) 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2257/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)-1528/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 2008-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının ödənilmədiyini elə işlədiyi dövrdə, yəni 2008-ci il tarixdə bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 14 il əvvəl (iddia ərizəsilə xx.x x.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir) həyata keçirdiyi hərəkətin (hərəkətsizliyin) qanunsuz sayılmasını tələb edir. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 2008-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (gün) əvəzinə pul kompensasiyasının ödənilmədiyini elə həmin dövrdə bilmişdir. İddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım gös tərilməsini və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir.

8. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 sentyabr tarixli, 2-(103)-2257/2023 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Eyni zamanda, iddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. 10.İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəni onunla əsaslandırılmışdır ki, səhhətində yaranan problemlərlə bağlı olaraq, həmçinin vəkil ilə təmsil olunmaq üçün maddi imkanı olmadığından heç bir tədbir görmək iqtidarında olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 23.2. Hüquqi müdafiə va sitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallar da, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansi yası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

14. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə i sə qərardadı müvafiq poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə vəkillə müqavilə bağlamış, 26 oktyabr 2023-cü il tarixdə vəkil iş materialları ilə tanış olmuş, ilkin olaraq kassasiya şikayəti 30 oktyabr 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş, daha sonra 02 noyabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni və kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 aydan çox müddət keçdikdən sonra, yəni qanunla müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. 1

5. Kollegiya qeyd edir ki, iddiaçı ilkin olaraq kassasiya şikayəti verdiyi zaman artıq şikayət vermə müddətini ötürmüşdür.

16. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin v ə ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

17. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, prosessual müddətin ötürülməsinə səbəb vəkil ilə təmsil olunmaq üçün maddi imkanı olmadığından heç bir tədbir görmək iqtidarında olmaması, həmçinin xəstəliyi, səhhətində müəyyən problemlərinin olmasıdır.

18. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 13 dekabr 202 3-cü il tarixli bildirişdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2257/2023 saylı qərardadından iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verildiyi bildirilmiş, vəsatətə dair etiraz və mülahizələrin 26 yanvar 2024-cü il tarixədək təqdim olunması xahiş olunmuşdur.

19. Lakin, hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən məhkəməyə kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair, o cümlədən iddiaçının ərizəsində istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən b uraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2257/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılma

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar