Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-517/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli, 2-1(107)-380/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala Rayon Məhkəməsinin 2018-ci il 15 fevral tarixli, 2(033)-323/2018 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1979-1981-ci illərdə X7 Birliyi və X11 işləməsi, Zaqatala rayon Dövl ət Arxivi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 413 və 413A saylı arayışın İddiaçı məxsus olması və həmin illərin sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir.
2. Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-747/2018 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1977- 1979-cu illərdə Zaqatala rayonun "Jdanov" adına kolxozunda işləməsi faktı müəyyən edilmişdir.
3. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon İnkubator quşçuluq stansiyasının 2003-2005-ci illərin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir (əsas: inkubator quşçuluq stansiyasının arxiv sənədləri Fond:86, siyahı:2), Zaqatala rayon Muxax kənd “Jdanov” kolxozunda 1977-ci ildə qadınlar üçün minimum adam günü 160, 1978-1979-cu il lərdə 180 minimum adam günü təyin edilmişdir (əsas: Zaqatala rayon Muxax kənd “Jdanov” adına kolxozun kolxozçulara əmək haqqının hesablanmasının staj kitabları, fond:34, siyahı:2)
4. Zaqatala rayon X8 Hissəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il tarixdə Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən Sərdar MMC-də (əvvəlki adı-X5 stansiyası) yanğın hadisəsi baş vermişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 47RA/2/B42/909/2023 nömrəli arayışının surətinə əsasən 1977-1979-cu illərdə və xx.xx.1980-ci il tarix indən xx.xx.1981-ci il tarixinədək "Jdanov" adına kolxozda işlədiyi dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək 20 il 2 ay 28 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 6 ay 10 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları’nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kita bçasının doldurulma qaydalarına (işdən çıxma qeydində düzəlişlər edildiyindən) riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 2 il 3 ay 17 gün mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1977-1979-cu il tarixdən Zaqatala rayonu “Jdanov” adına kolxozda kolxozçu, 27 may 1980-ci ildən 12 sentyabr 1981-ci il tarixədək X12 Birliyi və X11 fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1984-cü il tarixədək Zaqatala 2 nömrəli orta məktəbində xadimə, xx.xx.1985-ci ildən xx.xx.2001-ci il tarixədək Zaqatala tikiş fabrikində fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Baş məşğulluq idarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2005ci il tarixədək X5 stansiyasında fəhlə işlədiyi illəri faktiki müddəti nəzərə alınmaqla hüququnun yarandığı yaşa görə əmək pensiyası təyin edilməsi, cavabdehə müraciət etdiyi tarixdən xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, o, 1977-1979-cu il tarixədək Zaqatala "Jdanov" adına kolxozda kolxozçu, 27 may 1980-ci ildən 12 sentyabr 1981-ci il tarixədək X7 Birliyi və Zaqatala rayon çay fabrikində fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Zaqatala şəhəri 2 №li orta məktəbdə xadimə, xx.xx.1985-ci ildən xx.xx.2001-ci il tarixədək Zaqatala tikiş fabrikində fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bal məşğulluq idarəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X5 stansiyasında fəhlə işləmişdir. O cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin imtina edilmişdir. Cavabdehin etirazı:
8. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iş materiallarına əsasən İ ddiaçı cavabdeh Mərkəzi filiala müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən İddiaçı ümumi iş stajının 25 ildən az 23 il 6 ay 10 gün olduğu, həmçinin pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı imtina məktubu ilə bildirilmişdir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilən zaman onun əmək kitabçasının surətində xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X1 dövrlərin doldurulma qaydasının pozulduğu (işdən azad olma qeydində düzəliş olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümükün olmamışdır. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.11ci maddəsinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 2024-cü il 28 mart tarixli, 21(116)-847/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının azı 25 il sığorta stajının olması ilə bağlı tələbə münasibətdə isə məhk əmə qeyd edir ki, cavabdeh orqan iddiaçının 1977-1979, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1984, xx.xx.1985-xx.xx.2001, xx.xx.2003xx.xx.2003-cü illəri əhatə edən sosial sığorta stajını mübahisələndirmir. İddiaçının xx.xx.2003-xx.xx.2005-ci illərdə X5 stansiyasında işlədiyi müddətlə bağlı əmək kitabçasında icra edilmiş qeydlərə müdaxilə edildiyindən (əmək kitabçasında həmin qeydlərin icra edildiyi vərəq deşilmişdir) həmin əmək kitabçası sözügedən illərə münasibətdə mötəbər sübut qismində qəbul edilə bilməz.
11. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2011-ci il tarixdə X5 stansiyasında yanğın hadisəsi baş verdiyindən artıq iddiaçının işdən azad olunma tarixinin yoxlanılması da, mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan xx.xx.2003xx.xx.2005-ci illərin iddiaçı nın ümumi sosial sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş iddiaçının ümumi sosial sığorta stajı 24 il 6 ay 10 günə bərabər olduğundan və həmin müddət yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 ildən az olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məlikov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Həsənov) 2024-cü il 26 sentyabr tarixli, 21(107)-380/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 28 mart tarixli, 2-1(116)-847/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur. Belə ki, cavabdeh iddiaya etirazın dəlili kimi iddiaçının xx.xx.2003-xx.xx.2005-ci illərdə X5 stansiyasında işlədiyi müddətlə bağlı əmək kitabçasında icra edilmiş qeydlərə müdaxilə edildiyini göstərmişdir. Cavabdehin həmin dəlili ilə razılşmayan kollegiya qeyd edir ki, əmək kitabçasında müdaxilə edilən qeydlərin hər birinin altındakı sətrdə eyni xətlə, eyni şəxs tərəfindən 22.Xİ.2005 qeydləri aparılmışdır. Kollegiya hesab edir ki, əmək kitabçasında qeydlərə müdaxilə iddiaçı tərəfindən edilməmiş, bu hal iddiaçının ziyanına şərh edilə bilməz və qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır
15. Cavabdehin apellyasiya şikayətinə etirazda qeyd etdiyi dəlili isə Zaqatala rayonu “Jdanov” adına kolxozda 1975-ci il ərzində iddiaçı barəsində 210 işlənmiş adam günü, 288,79 manat əməkhaqqı hesablanmasına dair qeydi yyat aparılmamasından ibarət olmuşdur. Həmin dəlil ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, 19751976-cı illərdə Zaqatala rayonu “Jdanov” adına kolxozda Bubuşova-İddiaçı əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1975-ci il ərzində 210 işlənmiş adamgünü və 1976-cı il ərzində 212 işlənmiş adamgünü.
16. Qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pe nsiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri
18. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2003 -xx.xx.2005-ci illərdə X5 stansiyasında işlədiyi müddətlə bağlı əmək kitabçasında icra edilmiş qeydlərə müdaxilə edildiyindən (əmək kitabçasında həmin qeydlərin icra edildiyi vərəq deşilmişdir), həmçinin xx.xx.2011-ci il tarixdə Sərdar MMC-də (əvvəlki adı -X5 stansiyası) baş verən yanğında bütün arxiv sənədləri yandığına görə İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.2003-xx.xx.2005-ci illərdə X5 stansiyasında işlədiyinə dair məlumatların həqiqiliyini təsdiq etmək mümkün olmadığından, həmin illərin sığorta stajına hesablanmasını mümkün hesab etməmiş və iddiaçının sığorta stajının yetəri qədər olmaması əsası ilə iddia tələbini rədd etmişdir. Bundan sonra iddiaçı Babayeva X4 rayonu "Jdanov" adına kolxozda 1975-1976-cı illərdə də işlədiyini iddia edən arayış əldə etmiş, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində 1975-1976-cı illərdə də işləməsinə dair xx.xx.2024-cü il tarixli arayışı məhkəməyə təqdim etdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin arayışın vaxtında təqdim edilməməsi səbəbilə qəbul edilmədiyini bildirmişdir. Halbuki məhkəmə iclası xx.xx.2024-cü il tarixdə keçirilərək yekun məhkəmə aktı qəbul edilmişdir. İşə apellyasiya icraatında olarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən İddiaçı 1975-1976-cı illərdə Zaqatala rayonu "Jdanov" adına kolxozda işləməsi faktını Zaqatala rayon Dövlət Arxivində araşdıraraq xx.xx.2024-cü il tarixli yoxlama aktını tərtib etmişdir. Aktda Zaqatala rayon Dövlət Arxivində saxlanılan Zaqatala rayonu Muxax kənd "Jdanov" adına kolxozuna aid olan kolxozçunun əmək stajı və qazancının uçotu kitabında İddiaçı 1975-1976-cı illərdə həmin kolxozda işləməsinə dair heç bir qeydin tapılmadığı bildirilmişdir. " Jdanov" adına kolxoza aid şəxsi hesab kitablarında isə İddiaçı adına rast gəlinməmiş, X10 (ata adı tam qeyd edilməmişdir) aşkar edilmişdir.
19. Sözügedən aktda 1975-ci ilə aid şəxsi hesab kitablarında X3 1975-ci ildə "Jdanov" adına kolxozda ümumilikdə 41 adam günü işlədiyi və buna uyğun olaraq 45.84 manat əməkhaqqı aldığı, lakin həmin şəxsi hesabda hər hansı tarix göstərilməməklə il ərzində iddiaçı barəsində 210 işləmiş adam günü, 288.79 manat isə əməkhaqqı hesablanması barədə qeydiyyat aparılmışdır. 1976-cı ilə aid şəxsi hesab kitablarında Xaccey Bubuşovanın 1976-cı ildə "Jdanov" adına kolxozda ümumilikdə 109 adam günü işlədiyi və buna uyğun olaraq 454.05 manat əməkhaqqı aldığı, lakin həmin şəxsi hesabda hər hansı tarix göstərilməməklə il ərzində iddiaçı barəsində 212 işləmiş adam günü ba rədə qeydiyyat aparılmışdır.
20. Həmçinin Zaqatala rayon Dövlət Arxivində İddiaçı 1985-2001-ci illərdə Zaqatala Tikiş fabrikində işlədiyi dövrün əməkhaqqı cədvəlləri aşkar edilmişdir. Həmin cədvəldən görünür ki, İddiaçı 1985, 1997, 1999, 2000 və 2001-ci illərdə ümumiyyətlə əməkhaqqı almamışdır. Digər illərdə isə qismən almışdır. Sözügedən cədvəldən məlum olur ki, İddiaçı həmin illərin (1985-2001) cəmi 105 ayı üzrə əməkhaqqı almışdır ki, bu da 8 il 9 ay iş stajı deməkdir. Lakin apellyasiya məhkəməsi həmin dövrləri 16 il iş stajı kimi nəzərə almışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu: Maddə 7. 63 yaşına çatmış ki şilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formas ından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənə də əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadı qda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 25 İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
33. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
34. Cavabdeh iddiaçının ümumi iş stajının 25 ildən az 23 il 6 ay olduğunu qəbul edir. Mübahisəli müddət iddiaçının əmək kitabçasında qeyd o lunmuş xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X5 Stansiyasında işlədiyi illəri əhatə edir.
35. Cavabdeh qeyd edir ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilən zaman onun əmək kitabçasının surətində xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X1 dövrlərin doldurulma qaydasının pozulduğu (işdən azad olma qeydində düzəliş olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümükün olmamışdır.
36. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmək kitabçasında müdaxilə edilən qeydlərin hər birinin altındakı sətrdə eyni xətlə, eyni şəxs tərəfindən 22.Xİ.2005 qeydləri aparılmışdır. Əmək kitabçasında qeydlərə müdaxilə iddiaçı tərəfindən edilməmiş, bu hal iddiaçının ziyanına şərh edilə bilməz və qeydlərin həqiqiliyinin şübhə altına salınması na səbəb olmamalıdır.
37. Cavabdeh həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən İddiaçı 1975-1976-cı illərdə Zaqatala rayonu "Jdanov" adına kolxozda işləməsi faktını Zaqatala rayon Dövlət Arxivində araşdıraraq xx.xx.2024-cü il tarixli yoxlama aktını tərtib etmişdir. Aktda Zaqatala rayon Dövlət Arxivində saxlanılan Zaqatala rayonu Muxax kənd "Jdanov" adına kolxozuna aid olan kolxozçunun əmək stajı və qazancının uçotu kitabında İddiaçı 1975-1976-cı illərdə həmin kolxozda işləməsinə dair heç bir qeydin tapılmadığı bildirilmişdir. "Jdanov" adına kolxoza aid şəxsi hesab kitablarında isə İddiaçı adına rast gəlinməmiş, X10 (ata adı ta m qeyd edilməmişdir) aşkar edilmişdir. Sözügedən aktda 1975-ci ilə aid şəxsi hesab kitablarında X6 1975-ci ildə "Jdanov" adına kolxozda ümumilikdə 41 adam günü işlədiyi və buna uyğun olaraq 45.84 manat əməkhaqqı aldığı, lakin həmin şəxsi hesabda hər hansı tarix göstərilməməklə il ərzində iddiaçı barəsində 210 işləmiş adam günü, 288.79 manat isə əməkhaqqı hesablanması barədə qeydiyyat aparılmışdır. 1976-cı ilə aid şəxsi hesab kitablarında Xaccey Bubuşovanın 1976-cı ildə "Jdanov" adına kolxozda ümumilikdə 109 adam günü işlədiyi və buna uyğun olaraq 454.05 manat əməkhaqqı aldığı, lakin həmin şəxsi hesabda hər hansı tarix göstərilməməklə il ərzində iddiaçı barəsində 212 işləmiş adam günü barədə qeydiyyat aparılmışdır.
38. Kassatorun qeyd edilən dəlilinə münasibətdə Kollegiya ilk növbədə qeyd e dir ki, iddiaçının Zaqatala rayonu "Jdanov" adına kolxozda işlədiyi 1975-1976-cı illər nəzərə alınmasa belə iddiaçının 25 illik stajı tamam olmuşdur.
39. Həmçinin iş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivi müdürinin Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış 2024-cü il 15 avqust tarixli məktubda qeyd edilmişdir ki, şəxsi hesablarda 1975-ci ildə qeyd olunmuş 41 adam günü, 45.84 manat əmək haqqı, 1976-cı ildə kolxozçulara tütün normasına və sairə sahələrdən tabel və naryadlar üzrə, aylar üzrə hesablanmış adam günü və əmək haqqı olduğundan şəxsi hesab kitablarında aylar üzrə qeyd olunur. Şəxsi hesab kitablarında görünən son rəqəm isə, hər bir kolxozçunun ilin sonunda təhvil verdiyi quru tütün məhsulu üçün hesablanmış adam günü və əmək haqqı olduğu üçün, hər bir kolxozçuya məxsus şəx si hesab kitablarının yekununda qeydiyyatı aparılır. İlin sonunda vətəndaşa məxsus şəxsi hesab kitabında 1975-ci ildə quru tütün məhsulu üçün hesablanmış 242.95 manat əmək haqqı daxil olmaqla 288.79 manat əmək haqqının və 210 adam gününün, 1976-cı ildə vətəndaşa məxsus şəxsi hesab kitabında vətəndaşın təhvil verdiyi quru tütün məhsulu üçün hesablanmış 313.48 manat əmək haqqı daxil olmaqla 454.05 manat əmək haqqı və 212 adam gününün qeydiyyatı aparılmışdır. Vətəndaşa verilən arxiv arayışları həmin əmək haqqı və adam gününə əsaslanaraq verilmişdir. Nümunə olaraq həmin kitabdan bir neçə başda kolxozçuya aid olan şəxsi hesabın təsdiq edilmiş surətləri Sizə göndərilir. Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş yoxlama aktı Dövlət Arxivində tərtib edilməmişdir. Aktın tərtib olunma sından onun xəbəri yoxdur və heç bir imtinadan söhbət gedə bilməz. Aktı imzalayan və Arxiv müdirinin imtinası barədə qeydiyyatı aparan Sosial Müdafiə Fondunun işçisi Bahaddin Məmmədov son bir il ərzində rayon Dövlət Arxivində heç olmamış və heç bir üzləşmədə iştirak etməmişdir. Sosial Müdafiə Fondu tərəfindən üzləşmə aparıldıqdan sonra tərtib edilmiş bütün yoxlama aktlarının surətləri rayon Dövlət Arxivində saxlanılır. Babayeva - X3 iş stajı və əmək haqqı barədə yoxlama aktı yuxarıda qeyd olunduğu kimi rayon Dövlət Arxivində tərtib edilmədiyindən həmin aktın surəti rayon Dövlət Arxivində saxlanılmır.
40. Kassasiya şikayətində eyni zamanda qeyd edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivində İddiaçı 1985-2001-ci illərdə Zaqatala Tikiş fabrikində işlədiyi dövrün əməkhaqqı cədvəlləri aşkar edi lmişdir. Həmin cədvəldən görünür ki, İddiaçı 1985, 1997, 1999, 2000 və 2001-ci illərdə ümumiyyətlə əməkhaqqı almamışdır. Digər illərdə isə qismən almışdır. Sözügedən cədvəldən məlum olur ki, İddiaçı həmin illərin (1985-2001) cəmi 105 ayı üzrə əməkhaqqı almışdır ki, bu da 8 il 9 ay iş stajı deməkdir. Lakin apellyasiya məhkəməsi həmin dövrləri 16 il iş stajı kimi nəzərə almışdır.
41. Kollegiya qeyd edir ki, məhz elə cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, 1985-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1986-cı ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1988-ci ilin yanvar, fevral, mart, aprel, may aylarına, 1997,1999, 2000, 2001-ci illərə aid əmək haqqı cədvəlləri araşdırmaya təqdim edilmədiyindən (Zaqatala Rayon Dövlət Ar xivində saxlanılmadığına görə), İddiaçı əmək haqqı alması barədə məlumatların araşdırılması mümkün olmadı.
42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.
43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən və mübahisələndirilən sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığort a stajı yaranmış olur.
44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli, 2-1(107)-380/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.