Məhkəmə qərarları › İş №2-1(102)-518/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-518/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-518/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına qarşı işə dair QƏRARİ Açar sözlər: kolxozdakı iş illərinin sosial sığorta stajına daxil edilməsi, arxiv arayışının mövcudluğu, əmək kitabçasının istisna olunması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “1983-1988, 19911992, 1995-1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-520/2020 saylı, x xxxxxx 2020- ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Qax rayonunun Lələli kəndində anadan olmuşdur.

2. Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləmişdir.

3. Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020ci il tarixli arayışına əsasən iddiaçının 3 uşağı var. Uşaqları 8 yaşınadək özü tərbiyə etmiş və hal-hazırda heç bir büdcə təşkilatında işləmir.

4. İddiaçının övladı X5 xx.xx.1987-ci il tarixdə uşaq serebral iflici diaqnozu ilə doğulmuşdur. xx xxxxxxx 1998-ci ildə həmin diaqnozla ona əlillik müəyyən olunmuş və hal hazırda İ qrup əlildir, kənar şəxsin qulluğuna ehtiyacı olduğu üçün daim iddiaçı ona qulluq göstərir. 5. 643413 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən X2 müddətsiz İ dərəcə əlillik təyin edilmişdir.

6. DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2020-ci il tarixədək övladı uşaq serebral iflici əlil X2 qulluq etmişdir.

7. Qax rayon İcra Hakimiyyəti Zəyəm kənd inzibati ərazi dairəsinin xx.xx.2020ci il tarixli arayışına əsasən Zəyəm kənd sakini İ qrup əlil X5 anası İddiaçı himayəsindədir və anası ona qulluq edir.

8. İddiaçı 56 yaş 06 ay yaş həddi tamam olduğu üçün x xxx 2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə Dövl ət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş x xxxx 2020-ci il tarixli məktubda 1983-1988, 1991-1992, 1995-ci və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda iş stajının əmək kitabçasına qeyd edilməməsi, həmçinin əmək kitabçasının olmaması səbəbindən ona yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Məktubda onun kolxozdakı fəaliyyətinin 07 il 08 ay olduğu, lakin əmək kitabçasının olmadığı üçün məhkəmə qərarı ilə təsdiq olunandan sonra sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünlüyü bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti vətəndaşların sosial sığorta stajına daxil edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı x xxxx 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “1983-1988, 1991-1992, 1995-1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. Belə ki, onun kolxozdakı əmək stajı barədə məlumatlar təqdim etdiyi Qax rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 24/2 nömrəli arayışında qeyd edilmişdir. Uşaqlıqdan əlil olan övladı X3 əlilliyin müəyyən edildiyi xx xxxxxxx 1998-ci il tarixdən əmək pensiyasının təyin olunması üçün müraciət etdiyi x xxx 2020-ci il tarixədək qulluq göstərdiyi 21 il 05 ay müddət kolxozdakı 07 il 08 ay əmək stajı ilə birlikdə “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası almaq hüququ verir.

12. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsi iddiaya qarşı etirazında bildirmişdir ki, əmək pensiyası hüququnun müəyyən olunması zama nı iddiaçının İ qrup ümumi səbəblərdən əlil olan övladı X3 əlilliyinin müəyyən edildiyi xx xxxxxxx 1998-ci ildən əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixə kimi qulluq göstərdiyi 21 il 03 ay müddət “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sosial sığorta stajına daxil edilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Qeyd edilən səbəbdən iddiaçının Qax rayon Dövlət Arxivindən verilən 1983-1988- ci, 1991-1992-ci, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi və qanunvericiliyə uyğun olaraq müəyyən olunan 07 il 08 ay müddət, vətəndaşın sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müraciət etdiyi tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi 61 yaş 06 ay olduğu üçün iddiaçının qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı tarix 56 yaş 06 ay tamam olduğu xx xxxxxx 2020-ci il hesab olunur.

13. Şəki İnzibati Məhkəməsinin (hakim X6, 2-1(116)-1186/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə iddiaçının 1983-1988, 1991-1992, 1995 və 1998-ci illərdə Qax rayonunun Zəyəm kəndinin “Ukrayna” kolxozunda işlədiyi 7 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx.xx.2020-ci il tarixdən on a yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1 və 46.3-cü maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlum atların tələb olunması qadağandır. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

15. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X9 və X1, 2-1(107)-520/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. Dövlət Sosial Müdafiə Fondu pu blik hüquqi şəxsin Qax rayon filialı qərarın surətini xx xxxxxx 2020-ci il tarixdə alıb, cavabdeh xx xxxxxx 2021-ci il tarixdə həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, İndiki halda isə iddiaçının iddia etdiyi iş illərinə dair əmək kitabçasında qeyd mövcud deyildir. Həmçinin iddiaçı 1983-1988, 1991-1992, 1995-ci il və 1998-ci illərdə Qax rayonunun “Ukrayna'’ kolxozunda işlədiyini iddia etməklə yanaşı həmin illərin hansı səbəbə gö rə əmək kitabçasında qeyd edilmədiyini bildirməmişdir. 19. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 23, 21.1-ci maddələrinə əsasən şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümk ün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 201 7-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (-); 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; (-).

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci i l tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

24. SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117ci maddəsinin q) bəndi. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 25. “SSRİ-də və təndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu. 67-ci maddənin birinci hissəsi. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 26. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vax tı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

27. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarında da x xxxxxx 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməs inin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx xxxxxxx 1998-ci ildən müraciət etdiyi x xxx 2020-ci ilə qədər 21 il 5 ay sığorta stajı olduğunu bildirmiş, dövlət arxivinin arayışında qeyd edilən kolxozda işlədiyi qanunvericiliyə uyğun olaraq müəyyən edilən 7 il 8 ay nəzərə alınmadığından pensiya təyin olunmasından imtina etmişdir.

33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunveric iliyə görə iş stajı əmək kitabçası ilə təsdiq edilir, iddiaçının kolxozda işlədiyini təsdiq edən əmək kitabçası mövcud olmamışdır.

34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. İddiaçının İ dərəcəli əlil oğlu onun himayəsində yaşayır. İddiaçının oğlunun sağlamlıq imkanları uşaqlıqdan məhdud olmuş və iddiaçı onu 8 yaşadək tərbiyə etmişdir. Bu dövr də daxil olmaqla iddiaçının 21 il 5 ay sığorta stajına malik olması mübahisə doğurmur. 36. “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə iddiaçının əmək pensiyası hüququ yaranması üçün azı 25 il sığorta stajına malik olmalıdır.

37. Mübahisə iddiaçının 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kəndi “Ukrayna” kolxozunda işlədiyi dövrün onun sığorta stajına aid edilmə si ilə bağlıdır.

38. Cavabdeh xx xxxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının kolxozda işlədiyi 7 il 8 ay müddət qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qərarı ilə təsdiq olunduğu halda ümumilikdə 28 il 11 ay sığorta stajı olacaqdır (səh.22).

39. İddiaçının 1983-1988, 1991-1992 və 1995 və 1998-ci il tarixlərdə Qax rayon Zəyəm kənd “Ukrayna” kolxozunda işləməsi Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 24/2 nömrəli arxiv arayışı ilə təsdiq olunmuşdur.

40. İddiaçının kolxozda işlədiyi dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki iş stajı 7 il 8 ay təşkil edir.

41. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəy yən edilməsi üçün əsasdır.

42. Odur ki, iddiaçının kolxozda işlədiyi müddəti onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur.

43. İddiaçı xx xxxxxx 1963-cü ildə doğulduğundan, cavabdehin də bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8.2-ci maddələrinin tələbinə əsasən xx xxxxxx 2020-ci ildə yaşa görə pensiya hüququ yaranmış olur.

44. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8.2-ci maddələrinin tələbləri- 25 ildən az olmayan sığorta stajı və pensiya yaşı mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbayc an Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

46. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

47. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-520/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar