Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-518/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməməsi və dövlət qulluğu pensiyasının təyin edilməsindən imtina. Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Tofiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2212/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, əmək fəaliyyətinə 1 sentyabr 1977-ci il tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama Mərkəzində başlamışdır. 9 noy abr 1981-ci il tarixdən 11 dekabr 1986-ci il tarixədək Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor bürosunda, (1986-cı ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi Azərbaycan SSR Tikinti Nazirliyinə çevrilmişdir), 11 dekabr 1986-cı il tarixdən 22 avqust 1990-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor Bürosunda, 3 sentyabr 1990-ci il tarixdən Azərbaycan SSR Tikinti Nazirliyinin Mexanikləşdirmə və Tikintinin Təşkili şöbəsində, 1 iyun 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki tərəqqi və məlumat şöbəsində, 14 iyul 1993-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Elmi-texniki tərəqqi, informasiya və xarici əlaqəl ər şöbəsində, 1 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 21 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci ilədək Beynəlxalq əlaqələr və informasiya şöbəsində çalışmışdır. İddiaçıya 21 noyabr 2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsin ə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Dövlət qulluğunda iş stajı 15 ildən az olduğundan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, ərizəyə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fonduna sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, 1977-1979-cu və 1981-1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetində "həm Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi, həm də Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyi mövcud olmuşdur. Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin 18 yanvar 1989-cu il tarixli 25 nömrəli Qərarı ilə təsdiqlənmiş baş sxeminin 1 nömrəli əlavəsinə əsasən, qeyd olunan nazirliyin əsaslaşdırılmış Layihə Konstruktor bürosu və X1 təsərrüfat hesablı (özünü maliyyələşdirən) olmuşdur. Bu səbəbdən də həmin qurumlarda iddiaçının çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işs izlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müv afiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71 və 149 maddələrini, «Dövlət qulluğu haqqında» AR Qanununun müvafiq müddəalarını nəzərə almadan, onun vətəndaş kimi konstitusion hüquqlarını pozur. O (iddiaçı), Azərbaycan Respublikasının vətəndaşı kimi 2018-ci ildən 391 manat məbləğində pensiya alır, lakin sosial sığorta stajının müddətlərinin hamısı dövlət qulluğuna aiddir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1350/2021 nömrəli (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı 19 77-1995-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin, Azərbaycan SSR Tikinti Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin aparatında işləmədiyindən, onun həmin təşkilatlardakı tutduğu vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bilməz. İddiaçının 2009-2018-ci illərdə tutduğu vəzifələr dövlət qulluğu vəzifəsi sayılsa belə, müddət 15 ildən az olduğundan, dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyinatı qanuna ziddir.
8. İddiaçı öldüyü üçün onun hüquq varisi X2 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2212/2021 nömrəli (hakimlə r: M.Tağızadə- sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1350/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1990-1995-ci (4 il, 8 ay, 26 gün) illərdə Azərbaycan SSR Tikinti Nazirliyində və 2009-2018-ci illərdə (9 il, 7 ay, 20 gün) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda inzibati vəzifə kimi nəzərdə tutulduğundan bu il lər iddiaçının dövlət qulluğu stajına daxil edilsə belə 15 ildən az olduğundan onadövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilməz.
11. İddiaçının hüquq varisi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərini iddia ərizəsindəki əsaslar təşkil edir. Bundan başqa, kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının vəsiqəsinə Azərbaycan SSR Sənaye Tikinti nazirinin imzası və Nazirliyin möhürü vurulub (Vəsiqə №2385). Eyni zananda, məhkəmə SSR Nazirlər Kabinetinin Qərarlarını düzgün tətbiq etməyib. Belə ki, məhkəmə rus dilində olan:" Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin Əsasnaməs inin" 6-cı bəndini ümumiyyətlə oxumayıb. Belə ki, həmin bənd bir mənalı olaraq Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin sisteminə nə daxildir, yəni Nazirliyin strukturunu tam olaraq açıqlayır. Həmin qərar hazırkı vaxtadək ləğv olunmayıb.
13. Həmçinin şikayətdə qeyd edilir ki, iddiaçının həmin Nazirlikdə işləməsi barədə əmək kitabçasındakı 5-ci qeyd onun dövlət qulluğunda çalışmasını təsdir edir. (Əmr №420, xx.xx.1986-ci il Az.SSR Ali Sovetinin 2,12.1986 il tarixli 560~Xİ №-li Fərmanı ilə bağlı Az.SSR Tikinti Sənavə Nazirliyi Az.SSR Tikinti Nazirliyinə çevrilmişdir).Eyni zamanda məhkəmə nazirlik tərəfindən vurulan möhürə fikir verməyib, belə ki, həmin dövrlərə aid olan möhürlər həmin Nazirliklər tərəfindən vurulub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları il ə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə
9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə döv lət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyaina əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya mümkündür.Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şi kayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı əmək fəaliyyətinə 1 sentyabr 1977-ci il tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama Mərkəzində başlamışdır. 9 noyabr 1981-ci il tarixdən 11 dekabr 1986-ci il tarixədək Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor bürosunda, (1986-cı ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi Azərbaycan SSR Tikinti Nazirliyinə çevrilmişdir), 11 dekabr 1986-cı il tarixdən 22 avqust 1990-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor Bürosunda, 3 sentyabr 1990-ci il tarixdən Azərbaycan SSR Tikinti Nazirliyinin Mexanikləşdirmə və Tikintini n Təşkili şöbəsində, 1 iyun 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki tərəqqi və məlumat şöbəsində, 14 iyul 1993cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Elmitexniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsində, 1 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 21 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci ilə Beynəlxalq əlaqələr və informasiya şöbəsində çalışmışdır və iddiaçıya 2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. 23.Bundan başqa, işin hallarından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1995-ci il və xx.xx.2009-xx.xx.2018-ci il tarixədək olan iş stajının (qulluq stajına görə əmək pensiya sına əlavələr təyin edilməklə) dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsini və dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələbini irəli sürmüşdür. 24.İddiacının xx.xx.2009-xx.xx.2018-ci il tarixədək olan iş stajının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməklə) dövlət qulluğunda olması işin mübahisəsiz halıdır. 1990-1995-ci illər illərdə işlədiyi vəzifələrin dövlət qulluqçusu kimi nəzərə alınması cavabdeh tərəfindən mübahisələndirilmir. 25.Cavabdehin imtinasının əsası odur ki, iddiaçı Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin aparatında işləmədiyindən, onun İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda və Məlumat-hesablama mərkəzində tutduğu vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bilməz. 26.İş materiall arına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı Tofiq oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Sizin 1977-1981-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama mərkəzində, 1981-1986-cı illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda, 1986-1990-cı illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunda, 1990-1992-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin mexanikləşdirmə və tikintinin təşkili şöbəsində, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki tərəqqi və məlumat şöbəsində, 1993-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəs inin Elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsində, 2009-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsində və Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsində müxtəlif vəzifələrdə işlədiyiniz müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsinə dair müraciətinizə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Qeyd edilən məsələyə rəy verilməsi məqsədilə 1977-1986-cı illər üzrə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin hüquqi statusunu və strukturunu, həmin Nazirliyin Məlumathesablama mərkəzinin və İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunun hüquqi statusunu, 1986-1992-cı illər üzrə Azərbaycan SSR Tikinti Nazirliyinin hü quqi statusunu və strukturunu, həmin Nazirliyin İxtisaslaşdırılmış Layihə-konstruktor bürosunun hüquqi statusunu, 1992-1993- cü illər üzrə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin və 1993-1995-ci illər üzrə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin təqdim edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmiş, lakin adıçəkilən nazirlik və komitələrin əsasnamələri Mərkəzə təqdim edilsə də, həmin nazirlik və komitələrin strukturları ilə bağlı sənədlər təqdim edilmədiyindən qeyd edilən dövrlər üzrə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, 1977-1981-ci illərdə işlə diyiniz Məlumat-hesablama mərkəzi Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin, 1981-1990-cı illərdə işlədiyiniz İxtisaslaşdırılmış Layihə-konstruktor bürosu Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin və Azərbaycan SSR Tikinti Nazirliyinin, 1990-1992-ci illərdə işlədiyiniz Mexanikləşdirmə və tikintinin təşkili şöbəsi Azərbaycan SSR Tikinti Nazirliyinin, 19921993-cü illərdə işlədiyiniz elmi-texniki tərəqqi və məlumat şöbəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin və 1993-1995-ci illərdə işlədiyiniz elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin aparatlarında mövcud olmuşsa, Sizin həmin nazirlik və komitələrdə işlədiyiniz müddət dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilər. 27.Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin cavabından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi dövrlər o vaxt dövlət qulluğu hesab oluna bilər ki, həmin dövrdə müvafiq vəzifədə işlədiyi şöbələr, mərkəzlər və ya bürolar nazirlik və komitələrin aparatında mövcud olsun. 28.İdiaçının işlədiyi qeyd edilən vəzifələrin nazirlik və komitələrin aparatında mövcud olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
29. Əksinə, iş materiallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetində həm Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi, həm də Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyi mövcud olmuşdur. 30.Azərbaycan SSR Nazirlər Sovetinin 18 yanvar 1989-cu il tarixli 25 nömrəli Qərarının 1 nömrəli əlavəsinə görə, Məlumat-hesablama mərkəzi və İxtisasla şdırılmış Layihə-konstruktor bürosu Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin aparatında deyil, onun tabeliyində olan təsərrüfat hesablı və özünü maliyyələşdirən müəssisələr olmuşdur. 31.Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Sovetinin tabeliyində olan digər nazirliklərdə də anoloji funksiyaları həyata kecirən “mərkəz” və “bürolar”ın da təsərrüfat hesablı olması qənaətinə gəlməyə əsas verir. 32.Belə olan halda, iddiaçının Azərbaycan SSR Tikinti Nazirliyinin Məlumathesablama mərkəzi və İxtisaslaşdırılmış Layihə-konstruktor bürosundakı mübahisələndirdiyi əmək stajı dövlət qulluğu kimi qəbul edilə bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iddiaçının 1990-1995-ci (4 il, 8 ay, 26 gün) illərdə Azərbaycan SSR Tikinti Nazirliyində və 2009 2018-ci illərdə (9 il, 7 ay, 20 gün) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda inzibati vəzifə kimi nəzərdə tutulduğundan bu illər iddiaçının dövlət qulluğu stajına daxil edilsə də, lakin 15 ildən az olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilməz.
34. Beləliklə məhkəmə tərkibi hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün lazım olan 15 il stajı toplamamışdır.
35. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə tərkibi apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının hüquq varisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-2212/2021 saylı iş üzrə 22 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.