Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-518/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi; distant təhsil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Təhsildə X1rşı “Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən adına verilmiş 2021-64540 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati i ş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)360/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Anadolu Universiteti tərəfindən iddiaçının adına verilmiş 2021-64540 №-li bakalavr diplomuna əsasən, iddiaçı həmin Universitetin iqtisadiyyat fakültəsinin 4 il müddətli Beynəlxalq Münasibətlər bölməsindəki təhsilini xx.xx.2021-ci il tarixdə müvəffəqiyyətlə tamamlamışdır.
2. İddiaçı, Anadolu Universiteti tərəfindən ona verilmiş 2021-64540 №-li bakalavr diplomunun tanınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. İmtinanın əsas dəlili ondan ibarətdir ki, ərizəçinin təhsilalma for ması üzrə təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma forması müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 24 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən adına verilmiş 2021-64540 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətl ərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları ilə əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikasının qoşulduğu 1997-ci ilin aprel 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” konvensiyanın tələblərinə ziddir. Belə ki, konvensiyaya əsasən təhsil alma forması deyil, təhsilin nəticəsi yoxlanılmalıdır.
5. Cavabdeh iddia tələbinə etirazını “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsil alma formaları arasında “açıq öyrətim” təhsilalma formasının müəyyən edilməməsi ilə əsaslandırmış, məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-12607/2021 nömrəli qərardadı ilə i nzibat iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-948/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilərək cavabdehin üzərinə Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən iddiaçıya verilmiş 2021-64540 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standart larının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qey d olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2022 nömr əli, 17 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(116)-948/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Məhkəmə qərarında Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Re spublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”-in 12-ci maddəsinə istinad edilsə də, iddiaçının aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunun cavabdeh tərəfindən düzgün yoxlanılmasını müəyyən etməmiş və nəticədə qanunvericiliyin tələblərinə zidd qərar qəbul edilmişdir.
14. Məhkəmə “Təhsil haqqında” Qanunun 1.0.9-cu və 13.1.3-cü maddəsinə istinad edərək “açıq təhsil” təhsilalma formasının xüsusiyyətlərini araşdırmadan belə formada alınan təhsilin normativ müddətini, habelə qiyabi təhsillə uyğun olan cəhətlərini nəzərdən keçirməmiş, qərarın 8-ci səhifəsində birbaşa “distant" təhsilalma formasının mövcudluğuna əsaslanaraq sözügedən təhsilalma formasının “distant” təhsilalma formasına aid olmasını təkzib olunmaz hal kimi dəy ərləndirmişdir. Halbuki, yalnız XXİ əsrdə tətbiq olunmağa başlayan “açıq təhsil" təhsilalma forması imtahanların əyani keçirilməsini nəzərdə tutur və qiyabi təhsillə bir çox oxşarlıqlara malikdir. Eləcə də, iddiaçının təhsil aldığı Anadolu Universitetinin rəsmi saytında imtahanlar (sınavlar) bölməsində yerləşdirdiyi məlumat əsasında da imtahanların əyani şəkildə keçirilməsi qeyd olunur. Qeyd olunan təhsil formasında imtahanlar müxtəlif növlərə bölünərək yalnız tədris ilin sonunda deyil, tədris ilinin universitet tərəfindən müəyyən edilmiş vaxtlarda keçirilir. Lakin məhkəmə iddiaçının bu imtahanlarda iştirak edib-etmədiyini ətraflı araşdırmadan onun tədris yükünü tam yerinə yetirməsi qənaətinə gəlmişdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilməsi təsbit edilsə də, qərar sözügedən müddəanın tələbləri nəzərə alınmadan qəbul edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Qanun Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının aldığı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin əsas və təkrarlanan dəlillərinə qiymə t verərək aşağıdakıları qeyd edir. 24. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
25. Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz.
26. Açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsilin adıdır (https://auzef.istanbul.edu.tr/tr/content/tanimlar-kosullar/acik-ogretim-nedir%3F ).
27. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil va sitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir (https://www.anadolu.edu.tr/akademik/aosakademik/2/acikogretim-fakultesi/genel-bilgi).
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq nəzərə alır ki, distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması oxşar cəhətlərə malik olmaqla eyni təhsilalma imkanlarını və bu formaların tətbiqinin məqsədlərini təmin edir (1. https://auzef.istanbul.edu.tr/tr/content/tanimlar-kosullar/uzaktan-ogretim-nedir%3F; 2) https://auzef.istanbul.edu.tr/tr/content/tanimlar-kosullar/acik-ogretim-nedir%3F)
29. Digər tərəfdən, Anadolu Universiteti də təsdiq edir ki, Açıq Təhsil Sisteminin (Açıköğretim Sistemi) tətbiqinə 1982-1983-cü tədris ilində İqtisadiyyat və Biznesin İdarə edilməsi sahələrində iki distant (məsafədən) təhsil proqramı ilə başlamış, bundan sonra da xidmət sahələrini davam lı olaraq genişləndirmişdir (https://www.anadolu.edu.tr/akademik/aos-akademik/2/acikogretim-fakultesi/genel-bilgi).
30. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbinə “Təhsil haqqında” Qanunun 13.1, 13.1.3-cü maddələri (distant /məsafədən/ təhsilalma forması) tətbiq edilməlidir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, cavabdehin imtina qərarında və şikayətdə istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)- 360/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.