Məhkəmə qərarları › İş №2-1(102)-518/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-518/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-518/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4nın qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X4nın qanuni nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qızı X4nın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-605/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlardan görünür ki, X6 Xəstəxanasının 3480003AAB56 nömrəli göndərişi əsasında xx.xx.2019-cu ildə ilkin qiymətləndirmə aparılmış və göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2019-cu ildə X6 Xəstəxanasının 3480003AACDX nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xəstəliyin 2012-ci ildən başlanmasına baxmayaraq 2019-cu ildə müayinə və müalicə alması haqqında məlumat qeyd olunmadığından yenidən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır.

2. Alt sistemdən TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli qiymətləndirmə ilə X4na sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən əlavə müalicəyə ehtiyacın olması, son illərdə heç bir stasionar müalicə almaması səbəbindən imtina edilmiş, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülmüşdür.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubdan gör ünür ki, Röyalə Nəbiyevanın sağlamlıq imkanlarının məhdudluğu X6 Xəstəxanasının 3480003AAB56 nömrəli göndərişi əsasında xx.xx.2019-cu ildə ilkin qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə xx.xx.2019-cu ildə X6 Xəstəxanasının 3480003AACDX nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xəstəliyin 2012-ci ildən başlanmasına baxmayaraq 2019-cu ildə müayinə və müalicə alması haqqında məlumat qeyd olunmadığından yenidən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. R.Nəbiyevanın sonuncu dəfə sağlamlıq imkanlarının məhdudluğu X2 0232003AARDD nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və stasionar müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacın olması qərarı qəbul edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T474/2022 saylı rəyindən görünür ki, R.İddiaçıanın iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0232003AARDD nömrəli göndərişdə qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. O, həmin xəstəlikdən əziyyət çəksə də, hazırda əlilliyin təyini üçün Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən yeni forma 088 nömrə rəsmiləşdirilməlidir ki, xx.xx.2022-ci il tari xli Nazirlər Kabinetinin 187 saylı qərarına əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin təyininə baxılması müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 21 saylı rəyindən görünür ki, R.İddiaçıanın iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0232003AARDD nömrəli göndərişdə qeyd edilən diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfi ndən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndində əsasən hazırlanmış və əlilliyin qiymətləndirilmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İ nzibati Məhkəməsinə müraciət edərək, qızı X4nın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsindən imtina olunması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2012-ci il tarixdə doğulmuş X4nın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 20 dekabr 2021-ci il tarixli, 21(112)12792/2021 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına xx.xx.2022-ci tarixdə daxil olmuşdur.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildə X4 adlı övladı anadan olmuşdur. Qızı anadangəlmə xəstə doğulmuş, müalicə olunsa da heç bir köməyi olmamışdır. Uşağa əlilli k dərəcəsinin alınması məqsədi ilə müraciət olunmuş, lakin cavabdeh orqan əlavə müalicəyə ehtiyacın olması bəhanəsi ilə müraciətdən imtina etmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı məhəməyə müraciət edərək cavabdeh orqanın imtinasını əsassız hesab edilməsini və azyaşlı qızı Röyalə Nəbiyevanın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki X4nın sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması səbəbi onun əlavə müalicəyə ehtiyacının olması, yəni son illərdə heç bir stasionar müalicə almaması, ixtisaslaşdırılmış müalicəni davan etdirmək məsləhət görülməsi olmuşdur.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim E.T.Axundov) xx.xx.2023-cü il tarixli, 21(114)-34/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, 01 oktyabr 2012-ci tarixdə anadan olmuş X4nın 22 mart 2021-ci il tarixdən sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. 11.Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, X4 “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları =” F70-F79 - Əqli gerilik =” F71 - Orta dərəcəli əqli gerilik, Diaqnozun mətni: F71.0 Davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., -Orta dərəcəli əqli gerilik. Baş beynin xəstəliyi nəticəsində yaranan ciddi davranış pozğunluqları. Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intellektin ləngiməsi. Nitq pozğunluğu. Enurez. Ağırlaşma R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, -Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intellektin ləngiməsi. Ağırlaşma Е07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, -Baş beynin xəstəliyi nəticəsində yaranan ciddi davranış pozğunluqları. Yanaşı xəstəliklər R47.8 Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, -Nitq pozğunluğu. Yanaşı xəstəliklər F98.0 Qeyri-üzvi mənşəli enurez Enurez xəstliklərdən əziyyət çəkir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanun suz olmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-605/2023 nömrəli qərarı ilə (hakimlər: A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-34/2023 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4nın 22 mart 2021-ci il tarixdən sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.3-cü və 3.1.7-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (F70-F79,F80F80.9,F84-F84.9,F98.4-F98.9), (F98) üst-üstə düşür.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassas iya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqla qeyd etmişdir ki, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Nəticə etibarilə aydın olur ki, cavabdeh orqan tərəfindən hər hansı bir hüquq normasının pozulmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Digər tərəfdən, məhkəmənin işin faktiki hallarını şərhi də qüsurlu və qəbul edilməzdir. Məhkəmə səlahiyyətləri daxilində olmadan tibbi əsaslandırma apararaq iddia təmini ilə bağlı qərar qəbul etmişdir. Beləliklə, həm birinci instansiyası məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi təqdim edilən dəlillərlə bağlı hərtərəfli, obyektiv və şəffaf araşdırma aparmamış, cavab tərəfindən məhkəməyə bildirilən bu kimi halları diqqətə almamış və əhəmiyyət verməmiş, yekunda iş üzrə düzgün hüquqi nəticəyə gəlməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əli lliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdud luğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əl illiyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial eksper tiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ay rı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 19. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya pot ensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd

3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.7. eşitmə, görmə, nitq, d ayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9);

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir 21. “Tibbi-Sosial Ekspert Komissiyala rı haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət ed ilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərində n irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları nı da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İşdə olan sənədlərdən görünür ki, X4 xx.xx.2012-ci ildə doğulmuş, cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli göndərişlərdə R.İddiaçıaya “F71 - Orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Cavabdeh R.İddiaçıanın əlavə müalicəyə ehtiyacın olması, son illərdə heç bir stasionar müalicə almamasını bildirib sağlamlıq imkanının məhdudluğunu müəyyən etməkdən imtina etmişdir.

32. Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0232003AARDD nömrəli göndərişdə “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları =” F70-F79 - Əqli gerilik =” F71 - Orta dərəcəli əqli gerilik, Diaqnozun mətni: F71.0 Davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., -Orta dərəcəli əqli gerilik. Baş beynin xəstəliyi nəticəsində yaranan ciddi davranış pozğunluqları. Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intellektin ləngiməsi. Nitq pozğunluğu. Enurez. Ağırlaşma R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, -Qavrama və dərketmə funksiyasının pozulması. Yaddaş və intellektin ləngiməsi. Ağırlaşma Е07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, -Baş beynin xəstəliyi nəticəsində yaranan ciddi davranış pozğunluq ları. Yanaşı xəstəliklər R47.8 Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, -Nitq pozğunluğu. Yanaşı xəstəliklər F98.0 Qeyri-üzvi mənşəli enurez Enurez xəstəliyindən əziyyət çəkdiyi göstərilmişdir.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T474/2022 saylı və xx.xx.2023-cü il tarixli, 21 saylı rəylərindən görünür ki, R.İddiaçıanın iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bərdə rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0232003AARDD nömrəli göndərişdə qeyd edilən diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.

34. Ekspertiza tədqiqatı ilə də tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozun mövcudluğu iddiaçının əyani müayinəsi zamanı da öz təsdiqini tapmışdır.

35. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.7-ci bəndində uşaqların sağlamlıq imkanları məhdudluğunun meyarı kimi eşitmə, görmə, nitq, dayaqhərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9) səbəb olan hal kimi nəzərdə tutulmuşdur. 36. 3.1.7-ci bənddə F70-F79 koduna, göndəriş və diaqnozda da bu kodlara daxil olan F70-F79, F71 koduna istinad edilmişdir.

37. Göründüyü kimi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.7-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (F70-F79,F80- F80.9,F84-F84.9,F98.4F98.9) üst-üstə düşür.

38. Səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin funksional pozğunluğu, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, həmçinin xəstəliyə görə ambulator müraciətlər və həkim müayinələri ətraflı təsvir edilmiş, nəticədə xəstənin “F71 - Davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur.

39. Göründüyü kimi cavabdehin X4nın sağlamlıq imkanın ın məhdudluğunun müəyyən edilməsindən imtina ilə bağlı hərəkətləri əsassız olmuşdur.

40. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

41. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilm əsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin o byektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

44. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

45. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə X4na sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

46. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar