Məhkəmə qərarları › İş №2-1(102)-518/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-518/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-518/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinə hüququn qeydə alınması, məlumatlandırma icraatı qaydasına əməl edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(104)-682/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 ilə İddiaçı 19 dekabr 2007-ci il tarixdə 45 nömrəli akt qeydilə birgə nikaha daxil olmuşlar. X8 ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi əsasında X1 rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsini almışdır. 2. xx.xx.2013-cü il tarixli, *** ******* qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır.

3. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(076)190/2022 saylı qətnaməsi ilə X8 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kənd icra nümayəndəliyində bağlamış, 45 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə anadan olmuş Səma, xx.xx.2010-cu ildə anadan olmuş Sadiq və xx.xx.2014-cü ildə anadan olmuş Məhəmməd adlı uşaqların cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir.

4. Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində inşa edilmiş 381.20 kv.m. fərdi yaşayış evi üzərində üçüncü şəxs X2 (iddiaçının keçmiş qaynatasının) mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək X2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh 31 avqust 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır, keçmiş əri Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X8 ilə 19 dekabr 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. X8 ilə birgə nikah müddətində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində alqı-satqı yolu ilə 0.12 ha həyətyanı torpaq sahəsi əldə etmiş, həmin torpaq sahəsində birgə nikah müddətində iki mərtə bəli fərdi yaşayış evi tikmiş, 2014-cü ildə həmin evə köçmüşlər. Ona və uşaqlarına aid bütün əmlaklar hazırda həmin evdədir. Gəncə Apellyasiya Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə qətnaməsindən sonra cavabdeh mübahisənin və torpağın, evin 1 /4 hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildiyi halda onun birgə nikah müddətində əldə etmiş olduğu həyətyanı torpaq sahəsinin üzərində, yerləşən fərdi yaşayış evinə görə iş üzrə 3-cü şəxs, keçmiş qayınatası X2 adına mülkiyyət hüququna dair müvafiq çıxarış tərtib etmişdir. Həmin çıxarışda həyətyanı torpaq sahəsini keçmiş əri Anar Bayraməliyevin adına qeydə alsa da, həmin torpağın üzərində yerləşən və onların birgə nikah müddətində inşa etmiş olduqları fərdi yaşayış evini keçmiş qayınatasının adına qeydə almaqda haqlı olmamışdır. O, c avabdeh orqana çıxarışın ləğvi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(114)- 4699/2023 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

10. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

11. Gəncə İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2- 1(114)-862/2024 nömrəli qərarı ilə (hakim X17) iddia təmin edilmiş, ünvan 1 ünvanına dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs X2 oğlu ( iddiaçının keçmiş əri) notarial qaydada 13 sentyabr 2022-ci il tarixində ərizə təqdim edərək ona məxsus olan Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində X2 tikinti işləri aparmasına etiraz etmədiyini bildirmişdir. Bu ərizə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd hesab edilmir və həmin ərizə üçüncü şəxs X2 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq etmir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinin tələblərinə riayət edilməmişdir.

13. Üçüncü şəxs apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2-1(114)-862/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-682/2024 nömrəli iş üzrə 03 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X18) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2- 1(114)-862/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində Konstitusiyanın 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

18. Qeyd edilir ki, işə baxan məhkəmələr üçüncü şəxsin dövlət tərəfindən tanınan və q orunan hüququnu nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu zaman iş üzrə ətraflı araşdırma aparılmamış, işin hallarına formal yanaşılmışdır. Bundan əlavə məhkəmə üçüncü şəxsin prosesdə iştirakını təmin etməmiş, bununla da o, öz mülkiyyətindən məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, bin alar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;...

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə ba ğlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı s ahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci mad dəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X11 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X11 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurum undan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

62. Məhkəmə bildirişləri 62.1. Məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda b ilər. 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edil mişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddianın mümkünlük məsələsi-subyektiv hüquqa münasibətdə

29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkə mələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).

30. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının subyektiv hüququnun mövcudluğu iş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə öz təsdiqini tapır.

32. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2184/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı ilə X8 birgə nikahda olduqları dövrdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X4 mülkiyyətinə verilmişdir. İddiaçı həmin Çıxarış əsasında X4 mülkiyyətində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə əldə etdiklərini və üzərində şəxsi vəsaitləri hesabına fərdi yaşayış evi inşa etdirdiklərini göstərərək, həmin torpaq sahəsində və üzərində yerləşən fərdi yaşayış evində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh X8 tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə (Şəmkir Rayon Məhkəməsinə) müraciət etmiş və irəli sürülən iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini təmin edərək bildirimişdir ki, torpaq sahəsinin birgə nikah dövründə əldə olunması və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi öz təsdiqini tapmış və mülki işə bu xüsusatı təsdiq edən 13 yanvar 2022-ci il tarixli nikah haqqında arayış və 07 mart 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əlavə olunmuşdur. Bununla da həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması öz təsdiqini tapmışdır.

33. Kollegiya hesab etmişdir ki, belə olan halda iddiaçının mübahisəli torpaq sahəsi və həmin torpaq üzərində tikilmiş fərdi yaşayış evinin hissəsinə də mülkiyyət hüququ yaranmış sayılmalıdır. Həmin qətnamə ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-617/2022 saylı mülki iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsaslı olduğundan təmin edilmiş, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən, cavabdeh X4 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törətməmək vəzifəsi cavabdeh X4 üzərinə qoyulması qət edilmişdir.

34. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-250/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamə dəy işdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilən evin birgə nikah dövründə inşa edildiyi və iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşadığı cavabdeh tərəfindən təkzib olunmadığından, ər arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasının əksini sübutetmə yükü MPM-in 77.1-ci maddəsi anlamında cavabdehin üzərinə düşür. Lakin sonuncu bununla bağlı işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər sübut təqdim etməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası öz mövqeyi ilə həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə tərəflərin birgə nikah dövründə qaz anılmış əmlak kimi qiymət vermişdir. Belə olan halda iddiaçının hazırkı iddia tələbi ilə əlaqədar subyektiv hüququ mövcuddur. İddianın mahiyyəti üzrə

36. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, eləcə də Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına istinad etməklə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

37. Əvvəla, mübahisə predmeti olan fərdi tikili ilə bağlı ölçülər onu deməyə əsas verir ki, bu tikili məlumatlandırma icraatı qaydasında aparılan tikili növüdür.

38. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlü yü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

39. Məhkəmə kollegiyası normada əks edilmiş halları hazırkı işlə əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

40. Normada qeyd edilir ki, məlumatl andırma icraatı qaydasında tikinti işləri torpaq sahəsinin mülkiyyətçisi, icarədarı və ya torpaqdan qanuni əsaslarla istifadə edən şəxs tərəfindən aparıla bilər. Eyni yanaşma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də təsbit edilmişdir.

41. Hazırkı iş üzrə torpaq sahəsi üzərində üçüncü şəxsə məxsus hər hansı hüququn qeydə alınması faktı müəyyən edilməmişdir. Həmin torpaq sahəsinin qeydə alınmış mülkiyyətçisi X8 olsa da, torpaq birgə nikah dövründə alındığından paylı mülkiyyət hüququ əsasında İddiaçı da məxsusdur. Bu hal qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qərarları ilə də təsdiq edilir.

42. Buna baxmayaraq X8 üçüncü şəxs X5 Şəmkir rayonu, A.Seyfəli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yalnız sadəcə tikinti işlərinin aparılmasına razılı q vermiş, məlumatlandırma icraatı qaydasında İddiaçı razılığı olmamışdır.

43. Eyni zamanda X4 notarial qaydada verdiyi ərizədə tikinti işlərinin aparılmasına razılıq verildiyi göstərilsə də, üçüncü şəxs tikinti işləri aparmaq əvəzinə fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququnu öz adına rəsmiləşdirmişdir.

44. Bundan əlavə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində qeyd edilmişdir ki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə t orpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir.

45. Normanın mənasına görə məlumatlandırma icraatı qaydasında tikinti işləri aparılmağa başlamazdan əvvəl sifarişçi tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir.

46. Hazırki iş üzrə tikinti işləri aparılmağa başlamazdan əvvəl sifarişçinin tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi iş materialları ilə təsdiq edilmir.

47. Şəmkir rayon İcra Hakimiyyəti aparatı tərəfindən birinci instansiya məhkəməsi göndərilmiş 14 fevral 2024-cü il tarixli məktubda son 5 il müddətində Şəmkir rayon İcra Hakimiyyətinə X7 tərəfindən Aşağı Seyfəli kəndində yerləşən sahəsi 382 kv.m, hündürlüyü 6,2 m etr, mərtəbəliliyi 2 olan yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma icraatı qaydasında ərizə daxil olmadığı bildirilmişdir (cild 1, iş vər 155).

48. İş materiallarında üçüncü şəxs tərəfindən Şəmkir İcra Hakimiyyətinə göndərdiyi ərizə (tarixsiz) mövcuddur. Ərizənin mətni aşağıdakı kimidir: “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirirəm ki, mülkiyyətimdə (istifadəmdə) olan 0,12 ha Şəmkir rayon Aşağı Seyfəli ünvanında yerləşən sahəsi 382 m2, hündürlüyü 6.2 m, mərtəbəliyi 2 olan fərdi yaşayış (bağ) evini inşa etmişəm. Xahiş edirəm nəzərə alasınız”.

49. Üçüncü şəxs ərizədə Şəmkir rayon Aşağı Seyfəli ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətində olduğunu göstərmişdir ki, bu halın özü belə həqiqəti əks etdirmir. Yuxarıda da qeyd edildiyi kimi üzərində tikinti aparılmış torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış mülkiyyət, icarə və ya istifadə hüququ mövcud deyildir. Prosessual baxımdan kassasiya şikayətinin təhlili

50. Üçüncü şəxs bildirir ki, məhkəmə üçüncü şəxsin prosesdə iştirakını təmin etməmiş, bununla da o, öz mülkiyyətindən məhrum olmuşdur.

51. Üçüncü şəxsin məhkəmə prosesində iştirakının təmin edilməməsi ilə bağlı kassasiya şikayətində qeyd edilmiş dəlillə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin hüquqlarını kifayət qədər təmin etmiş, məhkəmə prosesləri barədə onu vaxtında məlumatlandırmış, üçüncü şəxs birinci instansiya məhkəməsində işə baxılarkən qanuna ona verilmiş hüquqdan istifadə e dərək məhkəmə proseslərində iştirak etsə də, apellyasiya instansiya məhkəməsində olan proseslərin heç birində iştirak etməmişdir.

52. Bundan əlavə qeyd etmək lazımdır ki, üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişlərində İPM-in 62.3-cü maddəsinin tələbi əks edilmişdir. Həmin maddəyə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.

53. Üçüncü şəxs şifahi məhkəmə baxışında iştirak etmədiyi təqdirdə işə baxılacağı barədə əvvəlcədən məlumatlı olmuşdur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan iddia tələbinin rədd edilməsi barədə üçüncü ş əxsin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(104)-682/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar