Məhkəmə qərarları › İş №2-1(102)-519/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-519/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-519/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çoxuşaqlı anaya təyin olunmuş əmək pensiyası ödənişinin bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının qarşı “pensiya ödənişinin bərpa olunması öhdəl iyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 oktyabr tarixli, 2-1(107)-406/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə şifahi müraciət edərək ona kolxozda işlədiyi 1980, 1982, 1983, 1984, 1985-1998-ci illərin sığorta stajına daxil edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 05 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, göstərilən illər əmək kitabçasında olmadığına görə sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Eyni zamanda, iddiaçının kolxozda 17 il stajı olmasına baxmayaraq, minimum ad am gün normalarını yerinə yetirmədiyinə görə ümumi stajı 6 il 7 ay təşkil etmişdir. Bu da iddiaçının yaşa görə əmək pensiyası hüququ vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 22 avqust tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1980, 1982-1984-cü illərdə “M.Sabir” adına kolxozda, 1985-1998-ci illərdə “M.Əzizbəyov” adına kolxozda işlədiyi illəri faktiki müddət üzrə, uşaq doğduğu 1987,1989,1990 1991 və 1994-cü illəri üzrlü səbəbdən olduğuna görə minimum adam gün normalarını tam nəzərə almaqla sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin 2019-cu il 01 iyul tarixli qərarının ləğv edilməsi və 2019-cu il 01 iyul tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1961-ci il 21 may tarixdə doğulmuş, 1980,1982-1984-cü illərdə “M.Ə,Sabir” adına, 1985-1998-ci illərdə “Əzizbəyov” adına kolxozda işləmişdir. Onun 17 il ümumi stajı vardır. O, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə ona 55 yaşından ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1961-ci il 21 may təvəllüdlü iddiaçının 2016-cı il 21 may tarixdən 55 yaşı tamam olmuş, 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə gör ə yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Lakin həmin tarixə cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il sığorta stajı tələb olunur. Onun şöbəyə təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmi 6 il 4 ay sığorta stajına malikdir. Balakən Rayon Məhkəməsinin 2017-ci il 16 avqust tarixli, 2(019)-1512/2017 nömrəli qətnaməsinə əsasən onun sığorta stajı tam 10 il nəzərə alınaraq əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən 1987, 1989, 1990, 1991 və 1994-cü illərdə uşaq doğduğu illəri tam il olmaqla nəzərə alınmışdır. Bu səbəbdən onun pensiyası 2019-cu il 01 iyul tarixdən dayandırılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 avqust tarixli, 2-1(116)-112/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2019-cu il 01 iyul tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 2019-cu il 01 iyul tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş sta jı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçı 1987-1989, 1990, 1991 və 1994-cü illərdə müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəbdən, yəni 5 uşaq doğub onları tərbiyə etdiyi üçün yerinə yetirə bilmədiyi üçün həmin müddət tam olaraq nəzərə alınmalıdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış h üquq” konsepsiyası tətbiq edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 oktyabr tarixli, 2-1(107)-406/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti nin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Balakən rayon Dövlət Arxivinin 2018-ci il 01 avqust tarixli, 385 nömrəli arxiv arayışında qeyd olunan xüsusatlara nəzər yetirdikdə məlum olmuşdur ki, iddiaçının işlədiyi illər ərzində minimum əmək haqqı normasını tamamlamamışdır. Balakən rayonu ərazisində yerləşən kolxozlarda müvafiq dövrdə minimum əmək iştirakı norması qadınlar üçün 180 gün müəyyən edilmişdir. Həmin dövr üçün kolxozçuların əmək stajının kolxozda il ərzində tələb olunan iş günləri və faktiki iş günləri ilə müəyyən olunduğundan, iddiaçı əmək fəaliyyəti dövründə illik minimum iş günü normasını yerinə yetirmədiyindən həmin illər əmək stajı kimi nəzərə alına bilməz. Bu səbə bdən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsassızdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. İddiaçı işə onun iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsinə etiraz etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

67. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına g örə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; 17. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinin tələbindən göründüyü kimi, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

23. İşin materialları ilə təsdiq olunur ki, iddiaçı beş uşaq doğub onları səkki z yaşınadək tərbiyə etmişdir.

24. İddiaçının 1961-ci il 21 may tarixdə doğulduğu nəzərə alındıqda, onun yaşa görə əmək pensiyası hüququ 55 yaşının tamam olduğu 2016-cı il 21 may tarixdə yaranmış olur. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin yuxarıda istinad edilən normalarının tələbləri, iddiaçının 1987, 1989, 1990, 1991 və 1994-cü illərdə uşaq doğduğu və onların hər birinə 3 yaşına çatanadək qulluq etdiyi nəzərə alındıqda (üst-üstə 6 ildən çox olmayaraq), iddiaçının uşaq doğduğu illər və əlavə olaraq 1988, 1992, 1993-cü illərdə uşaqlara qulluq dövrü üzrlü səbəb hesab edilməklə, 1987-1994-cü illər (cəmi 8 il) tam iş illəri kimi qəbul edilməlidir.

26. İddiaçının 1980, 1982-1986, 1995, 1996, 1998-ci illərdə işləmiş olduğu faktiki iş saatları (7437saat/8saat=929 əmək günü/180 minimum əmək günü=5,16) da nəzərə alındıqda, onun “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş 10 ildən artıq sosial sığorta stajı vardır.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 01 oktyabr tarixli, 2-1(107)-406/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar