Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-519/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: OT8E6EX) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2579/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 130203 saylı diplomun surətinə əsasən, iddiaçı xx.xx.1977 – xx.xx.1980-ci illərdə 67 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır.
2. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş Г seriyalı 605060 saylı diplomun surətinə əsasən, iddiaçı xx.xx.1983 – xx.xx.1984-cü ilə rdə Bakı şəhəri 79 nömrəli orta texniki məktəbində təhsil almışdır. 3. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1980 xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 4. ИТ-İ seriyalı, ******* nömrəli xx.xx.1983-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən iddiaçı: - xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Bakı şəhəri 67 nömrəli texniki peşə məktəbində təhsil almış; - xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuş; - xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Kolxoz və Sovxoz Tikinti İdarəsi “İxtisaslaşdırılmış tikinti və yol işlərinin mexanikləşdirmə Tresti”nin Mərkəzləşdirilmiş Avtomatlaşmalar İdarəsində çilingər; - xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 79 nömrəli şəhər orta texniki məktəbində təhsil almış; - xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Azərbaycan Elmlər X1 təcrübə zavodu, xüsusi konstruktor bürosu, “Kristall” zavodunda qaz-elektrik qaynaqçısı; - xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək “Azərbquraşdırmaxüsusitikinti” Trestinin Bakı Quraşdırma İdarəsində qaz qaynaqçısı; - xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək həmin idarədə çilingər santexnik; - xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək həmin idarədə qaz qaynaqçısı; - xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək 1 nömrəli Bakı Quraşdırma İdarəsində çilingərsantexnik; - xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Azərittifaq” İctimai təsərrüfat təşkilatının Ayaqqabı sahəsində başmaqçı köməkçisi; - xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Nərimanov rayonu Mənzil-Tikinti İdarəsinin nəzdində TP TTİ-də çilingər; - xx.xx.1993-cü ildən xx.xx.1995 -ci ilədək “Araz” müstəqil kiçik müəssisəsində ambardar; - xx.xx.1996-cı ildən xx.xx.2014-cü ilədək Bakı Metropoliteni QSC-nin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi) peşəsində işləmişdir.
5. Azərbaycan Milli Elmlər X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 029-08/352 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən 13 iyun 1984-cü il tarixdən 02 oktyabr 1985-ci il tarixədək indiki Azərbaycan Milli Elmlər X1 nəzdində "Kristall" xüsusi Konstruktor bürosunda daimi olaraq tam iş günü ərzində elektrik-qaz qaynaqçı vəzifəsində xüsusilə zərərli şəraitdə işləmişdir. İddiaçının daimi olaraq tam iş günü ərzində yerinə yetirdiiyi qaynaqçı işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş siyahının Xİ bölməsinin 1110200a-14854 və 1110300a - 14854 bəndlərinə tam uyğundur və ona güzəştli pensiya hüququ verir.
6. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, A/318 saylı məktubda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən xx.xx.1996-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə işi 40%, zərərli əmək şəraiti ilə 24%). xx.xx.2014cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətinin 2 saylı Tunel qurğuları distansiyasının İİİ sahəsində tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi 40%, zərərli əmək şəraiti ilə 24%). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olu nmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər bəndinə uyğun olaraq, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 23 il 10 ay 02 gün (iyirmi üç il on ay iki gün) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.
7. Sığortaolunan haqqında məlumata əsasən, iddiaçının yanvar 2006-cı il tarixindən mart 2022-ci il tarixinədək cəmi gəliri 120143,26 manat, cəmi hesablanmış 30035,84 manat, cəmi ödənilmiş 29883,47 manat, pensiya kapitalı 3976 0,78 manat təşkil edir.
8. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.
9. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə onun xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 1 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması, 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona güzəştli şərtlərlə 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən pensiya təyin olunması və xx.xx.2019-cu il tarixdən hazırkı vaxta kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin sonuncunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin müvafiq qərardadı ilə icraata qəbul edilmişdir.
12. İddiaçı iddia ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək cavabdehin imtinasının əsassız olduğunu qeyd etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Cavabdeh mahiyyətcə imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən iddia ərizəsinə qarşı yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.x x.2019-cu il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənlməsi öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 57 yaşına çatması (xx.xx.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 57 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır (təqdim olunmuş ç ıxarışa əsasən iddiaçının faktiki malik olduğu pensiya kapitalı 39760,78 manat təşkil edir).
16. İşin mübahisəli halı ilə bağlı məhkəmə qeyd etmişdir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 21.5. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr; ümumi peşələr adlanan XXXİİİ fəsil 23200000-11620 kodu altında “Qaz qaynaqçıları” və 23200000—19906 kodu altında “Elektrik qaynaqçısı” nəzərdə tutulmuşdur.
18. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı 02 mart 2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına (həmçinin qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına) malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən yaşa görə güzəştli şərtlərlə əmık pensiyası təyin olunmalıdır.
19. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2579/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
22. Apellyasiy a instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından, iş yerlərindən təqdim olunmuş arayışlardan və hərbi biletdən onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajının, 12 il 6 aydan artıq güzəştli pensiya hüququ verən xüsusi stajının mövcud olduğu müəyyən olunur. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi tunel fəhləsi peşəsinin iş şəraitinin və funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5. Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində nəzərdə tu tulmuş drenajçılar peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyi onun işlədiyi "xxxx" QSC tərəfindən təqdim olunmuş arayışla və xx.xx.2022-ci il tarixli məktubla təsdiq olunur.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-c u il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 27. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşlar ın pensiya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublik ası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
28. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin
36. Bununla belə, məhkəmə kollegiyası kassasiy a şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmç inin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
38. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
39. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 36-37-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 40. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslər ə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
41. Bu qərarın 26-27-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
42. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
43. Cavabdehin kassasiya şikayətinin "xxxx" QSC tərəfindən təqdim olunmuş arayışda iddiaçının işlədiyi peşənin Siyahıdakı konkret vəzifəyə uyğunlaşdırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayış iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunm uşdur. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtina məktubunda və kassasiya şikayətində istinad etdiyi həmin məlumatların iş yerindən arayışda nəzərdə tutulmaması, cavabdehi iddiaçının işlədiyi peşənin müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunu bu qərarın 36-37-ci bəndlərində istinad olunan qaydalara uyğun olaraq müəyyən etmək, eləcə də bunu müəyyən etmək üçün lazımi tədbirləri görmək (aidiyyəti quruma sorğu göndərmək) vəzifəsindən azad etmir və şəxsə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas sayıla bilməz.
44. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hü ququnun pozulmasına səbəb olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2579/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.