Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-52/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyası alan müharibə əlillərinə və müharibə iştirakçısı olan əlillərə əlavənin verilməsi, ƏPQ-nu 19.1.7-ci maddəsinin tətbiq edilmədiyi hallar). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “təqaüdün və əlavələrin yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyadisiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra mətndə iddiaçı) xxxx ildə Xocalı şəhərində anadan olmuşdur, hazırda orada qeydiyyatdadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının 24 saylı qərarında iddiaçının hərbi travması: hər iki aşağı ətraflarda donvurmdan sonrakı vəziyyət. Sol qalça-bur, sağ bud, dizaltı seqmentin stenozu. Aşağı ətrafların İİ dərəcəli xroniki işemiyası. Sol bazunun yumşaq toxumalarında orta 3/1-də 2 mm, 2 ədəd yad cisim (qəlpə) Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçıya Xəzər rayon Əmək Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2014-cü il tarixdə xxxx əlillik vəsiqəsi verilmiş, xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2ci maddəsinə əsasən, İİ qrup əlillərə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan he sablanması nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq yaranmış fərdin ödənilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş müddətdə cavab almadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təqaüdünün yenidən hesablanmasının təmin edilməməsi və ödənməməsi üzrə mübahisəli hərəkətlərin qanunsuz sayılmasını, onun təqaüdünün yenidən hesablanmasını, habelə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən təqaüdünə əlavələrin hesablanması və ödənilməsini, gələcəkdə həmin əlavənin aylıq ödənişinin davam etdirilməsini, ona vurulan zərərin birdəfəlik və tam kompensasiya ödənişi üzrə ödənilməsini, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin və MM-nin 21.1, 1097.1, 1100 və 1115-ci maddələrinin tələblərinə əsasən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı Plenum Qərarına əsasən və ədalətlilik prinsipini rəhbər tutaraq, o cümlədən pensiya ödənişlərinin tam həcmdə ödənməməsinə görə keçirdiyi mənəvi sarsıntı və məyusluğa, fiziki cəhətdən yorğun və xəstə 2-ci qrup müharibə əlilinə münasibətdə qanunsuz hərəkətlərə görə mənəvi zərərin ödənilməsi üçün xeyrinə 1000 manat dəyərində hesabladığı zərərin ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlü uğrunda Qarabağ müharibəsində iştirak edib. Döyüş əməliyyatlarında ciddi yaralanıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tibbi-sosial ekspert komissiyasının rəyinə, o cümlədən “Əmək pensiyaları haqqında” (bundan sonra - ƏPQ) Qanunun 11.2.1-ci maddəsinə əsasən (ömürlük) 2-ci qrup Qarabağ əlili statusunu alıb. Əlillik üzrə təqaüdü cavabdehdən alır. Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq qanunsuz və əsassız olaraq onu təqaüdə edilən əlavəni almaq hüququndan məhrum etmişdir. Əvvəllər bu artım “Hərbi qulluqçuların pensiya təminatı barədə” Qanununun 15-ci maddəsinə, daha sonra isə “Əmək pensiyası haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsaslanaraq iddiaçıya aid edilməlidir. “Əmək pensiyası haqq ında” Qanunun 19-cu maddəsinin (24.04.18-ci il tarixli 1078 saylı redaksiyada) məzmunundan görünür ki, əlillik qrupundan asılı olaraq müvafiq əlavələr əmək pensiyalarına hesablanmalıdır. Bundan əlavə, həmin aktın 26.2-ci maddəsində nəzərdə tutulur ki, xx.xx.2017-ci il tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı hazırkı Qanunun 19-cu maddəsinə əsasən bu əlavə əmək pensiyalarının sığorta hissəsinə dəyişik şəkildə əlavə edilir. Azərbaycan Respublikası qanunvericiliyinin bu tələblərinə cavabdeh nədənsə əhəmiyyət vermir. Öz mübahisəli hərəkətləri ilə cavabdeh xx.xx.2002-ci il tarixli 404 saylı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi barədə” Konstitusiya Qanununun tələblərini pozur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 2-1(81)-1150/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərardadı ilə (hakim: Ş.Ə.Süleymanova) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1150/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istər hazırda qüvvədə olan, istərsə də iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanuna əsasən əlilliyə görə əlavənin verilməsi yalnız yaşa görə pensiyaya çıxan hərbçilər üçün nəzərdə tutulmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1635/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1150/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1635/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavələr hesablanır. Lakin məhkəmələr qeyd edilən normanı düzgün tətbiq etməmişlər. Daha sonra qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Odur ki, ƏPQ-nun 19.1.7-ci maddəsinə əsasən pensiya əlavəsi iddiaçıya şamil edilməlidir. Bundan əlavə apelyasiya instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat vermədən onun iştirakı olmadan işə baxaraq qərar qə bul etmişdir. Halbuki AR İPM-in 62.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddə si). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hes ab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: (...) 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: (...) 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunundan göründüyü kimi, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: müharibə əlilidir, lakin ona pensiya yaşa görə təyin edilmişdir; müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. İddiaçıya isə əmək pensiyası onun müharibədə iştirakı ilə bağlı əlilliyə görə təyin edilmişdir. Həmin kateqoriyadan olan şəxs lərə isə güzəştlər (əmək pensiyasına əlavələr), iddiaçıya pensiyanın təyin edildiyi vaxtda qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 20-ci maddəsinin (a) bəndində və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 20-ci maddəsinin (a) bəndinə əsasən, hərbi qulluqçulara əlilliyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir: a) İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... “Əmək pensiyaları haqqınd a” Qanunun 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanun i və əsaslıdır. Bundan əlavə şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermədən iddiaçının iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-in 62.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd edilən dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin bu arqumentinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarından da görünür ki, işin xx xxxxxx 2019-cu il tarixə saat 11:20-yə təyin edilməsi barədə məhkəmə bildirişinin surəti xx xxxx 2019-cu il tarixdə iddiaçıya göndərilmiş, həmçinin xx xxxx 2019cu il tarixdə saat 11:31-də iddiaçının ***-***-**-** telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və həmin məlumat mesajın statusu haqqında qeydə görə iddiaçıya çatmışdır. (səh 110-111) Bundan əlavə qeyd etmək lazımdır ki, ***-***-**-** telefon nömrəsini iddiaçı iddia ərizəsində şəxsən göstərmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə məhkəmə lərin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1635/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-52/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-52/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver