Məhkəmə qərarları › İş №2-1(102)-52/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-52/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-52/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkilinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli 2-1(103)-883/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2019-cu il 30 may tarixli məktubu ilə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxx 2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkə məsindəki icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir və N nömrəli hərbi hissəyə təhkim olunmuşdur. Əvvəllər ona verilmiş müharibə veteranı vəsiqəsinin müddəti bitdiyi üçün yenisinin alınması ilə bağlı müraciətini Müdafiə Nazirliyi qanunsuz olaraq təmin etməmişdir. Belə ki, onun xidməti sənədlərlə tam təsdiq olunur. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 04 dekabr tarixli 2-1(82)2637/2019 nömrəli qərarı və həmin qərardakı yanlışlığın düzəldilməsinə dair 2020-ci il 07 fevral tarixli qərardadı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “ müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

5. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına iştirakı təsdiqini tapdığından, müharibə veteranı statusu alınmasına yol verilməyən (Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, habelə onun döyüş əməliyyatlarında iştirakını təkzib edən hallara dair məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, arxiv sənədlərində onun xidməti barədə məlumatın olmaması iddiaçının «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblə rinə əsasən müharibə veteranı sayılmasına mane ola bilməz.

6. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının xidmət keçməsi hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlərlə təsdiq olunmur. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci 09 sentyabr il tarixli 2-1(103)-883/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 04 dekabr t arixli 2-1(82)-2637/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia tələbi rədd edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli tarixli Qərarına dəyişikliklər edilməsinə dair“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 422 nömrəli Qərarına əsasən Əsasnamənin birinci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər“ sözlərindən sonra “(hərbi xidmət keçmələrinə sübüt edən hərbi hissələrin ni zami həssə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)“sözləri əlavə edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxx 2019-cu il tarixli arxiv arayışında isə göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır.

9. İddiaçı kasasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kasasiya şikayətinin dəlilləri

10. İddiaçının kasasiya şikayətinin dəlillərinə görə, o, həqiqətən də Qarabağ müharibəsi dövründə iştirak etmiş və işdə bu barədə yetərincə sən ədlər mövcuddur. Belə ki, onun barəsində verilmiş əvvəlki sənədlər, eyni zamanda hərbi biletində olan qeydlər, buna qədər dövrdə verilən veteranlıq vəsiqəsi, şahidlər, müharibə dövründə olan fotoşəkillər bunu bir daha təsdiq edir. İş üzrə arxivdə sənədin olmaması və ya əldə edilə bilməməsi, və ya onun itirilməsi, qəsdən verilməməsi ortada olan reallıq faktını qəti olaraq inkar edə bilməz.

11. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət k eçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir.

12. İş materiallarında olan yetərincə sübut var ki, onun müharibə veteranı olması faktını təqzibedilməz əsaslarla sübut edir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə onun N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak üçün hərbi hissənin tərkibinə daxil edildiyi göstərilmişdir. O, Buzluq yüksəkliyi, Yuxarı Ağcakənd, Gülüstan və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx xxxx 1992-ci il tarixli N saylı hərbi hissənin N nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur. Bundan başqa, daha əvvəl iddiaçıya veteran vəsiqəsi verilmişdir və onun müharibədə iştirakı həmçinin şəkillər və şahid ifadələri ilə də təsdiq olunur. b) Kasasiya şikayətinə qarşı etirazı n dəlilləri

13. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı və vəkili kasasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. «Veteranlar haqqında» Qanun: Maddə

3. Azərbaycan Respubli kasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar“əlilliyi müəyyən edilmiş“şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının“ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət“yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş“(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin“42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya“barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətində n azad edilmiş şəxslərə şamil edilmir Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Q ubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər“(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuzi ya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar“(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda“10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikay ətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kasasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kasasiya şikayətlərinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteran ı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.

23. Hazırki işin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, iddiaçının ehtiyata qanuni əsaslarla buraxılması təsdiq olunmur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sad alanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni və tərxis olunmanı təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi hərbi bilet özüözlüyündə yetərli deyildir, onunla yanaşı həm də hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmalıdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayışda isə iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat olmadığı göstərilmişdir.

24. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli 21(103)-883/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar