Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-52/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Kəmaləddin Bədəlov, Nigar Rəsulbəyovadan tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pen siyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 21(103)-1645/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 26.12.1975-ci ildən 03.05.1976cı ilə qədər 1 №-li Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 03.07.1978-ci ildən 12.08.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trest ində rəngsaz-ştukaturçu, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin «Sənayetikinti-2» Xüsusiləşdirilmiş Təmir idarəsində ştukaturçu, 01.09.1981-ciildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində çevirici, isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü, 11.01.1990-cı ildən 01.02.1990-cı ilə qədər «Abşeron» sanatoriyasında dülgər, 01.02.1990-cı ildən 01.06.1991-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) 25 №-li MKİS-də dülgər, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 52 yaşının tamam olduğu 07.10.2018-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı 10.12.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 24-cü maddələrinə istinad edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən güzəştli iş ştajı kifayət etmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ba kı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 07.10.2018-ci il tarixdən, 52 yaşdan pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər 1 №-li Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 03.07.1978-ci ildən 12.08.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestində rəngsaz-ştukaturçu, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Tre stinin «Sənayetikinti-2» Xüsusiləşdirilmiş Təmir idarəsində ştukaturçu, 01.09.1981ciildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində çevirici, isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü, 11.01.1990-cı ildən 01.02.1990-cı ilə qədər «Abşeron» sanatoriyasında dülgər, 01.02.1990-cı ildən 01.06.1991-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) 25 №-li MKİS-də dülgər, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər, təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi iş stajı, 12 il 1 ay 07 gün zərərli iş stajını toplamışdır. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni 07.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 10.12.2019-cu il tarixli, **********5 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişd ir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər topladığı zərərli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. O, uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən həmin rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur.01.05.1983-cü ildən 17.11.1989cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – m etal tökücüləri və 1072101a-13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil edir. Lakin, həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adıçəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli, həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Bundan əlavə, hazırki mübahisə predmetinə oxşar məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı hətta özü də iddia ərizəsində güzəştli iş stajının 12 il 6 aya çatmadığını etiraf etmişdir. Yəni, bu işin mübahisələndirilməyən halıdır. İş üzrə yeganə mübahisəli məqam iddiaçının Uzaq Şimaldakı əmək fəaliyyətinin hər ilinin 1 il 6 ay hesab olunub-olunmaması ilə bağlıdır ki, iddiaçının bu mövqeyinin heç bir hüquqi əsası yoxdur.
8. Birinci instansiya məhkəməs inin 11.06.2020-ci il tarixli, 2-1(112)-3559/2020 nömrəli (hakim Şəlalə Həsənova) qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi və təqvim ili olaraq 8 il 1 ay 10 gün güzəştli iş stajı mövcuddur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil etsə də, keçmiş SSRİ Nazirlər Sovetinin 10.0 2.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir.Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
10. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)-1482/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Namiq Cəfərov) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-3559/2020 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsində, həm də əvvəlki dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində sığorta stajı hesablanarkən hansı dövrlərin güzəştli şərtlərlə daxil edildiyi açıq-aydın qeyd olunmuş və həmin normalarda iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi peşənin güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyası təyin olunması üçün əsas olan peşələr sırasına daxil edildiyi nəzərdə tutulmamışdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün xüsusi stajı adı çəkilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun, yəni 10 il tələb olunduğu halda, birinci instansiya məhkəməsi həmin stajın təqvim ili olaraq 8 il 1 ay 10 gün təşkil etməsinə baxmayaraq, iddiaçının uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 N-li Qərarının 3-cü bəndinə əsasən hər 1 ili 1 il 6 aya bərabər tutmaqla onun güzəştli iş stajının 12 il 1 ay 7 gün təşkil etdiyinə istinad etmişdir. Bu zaman məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinə o dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun deyil, SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarının tətbiq olunmasının zər uriliyini əsaslandırmamışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31.03.2021-ci il tarixli, 2-1(102)-415/2021 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(103)1482/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən iddiaçıya işlədiyi müəssisədən arayış təqdim olunması təklif olunmamış, h abelə işin halları hərətərəfli və tam araşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 09.06.2021-ci il tarixli, 2-1(103)-1645/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-3559/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmal ıdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” və ondan öncə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında” Qanunların deyil, SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarının əsas götürülərək iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi hər 1 ilin 1 il 6 aya bərabər tutulması əsassız və qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edər ək, kassasiya şikayətinin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etirazda eyni zamanda pensiya fərqinin iddiaçının pensiya hüququnun yarandığı 2008-ci il tarixdən ödənilməsi xahiş olunur. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilə n işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. M a d d ə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, la kin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 25. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışar sa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Ali, orta ixtis as, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şə xsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
27. SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarı ilə təsdiq edilmiş Uzaq Şimal rayonlarında və Uzaq Şimala bərabər tutulan yerlərdə işləyən şəxslərə güzəştlərin nizama salınması” haqqında SSRİ Ali Sovetinin 10.02.1960-cı il tarixli Fərmanının tətbiqi qaydası»
3. Hazırda imtiyazlardan istifadə edən işçilərə qocalığa və əlilliyə görə pensiya təyin edilərkən, Uzaq Şimal rayonlarında və Uzaq Şimala bərabər tutulan yerlərdə 1 mart 1960cı ildən sonra olan iş müddətinin hər ili bir il yarım hesablansın. 28. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Ma ddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
1. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının t ələblərinə riayət edilməsini, işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsini qeyd edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair məhkəmənin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, kollegiya hesab edir ki, yaranmış pensiya fərqinin iddiaçıya ödənilməsi tarixinin başlanğıcının müəyyən edilməsində və bununla bağlı hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tətbiqində apelyasiya instansiyası məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı iddiaçıya 07.10.2008-ci il tarixdən 14.11.2016-cı il tarixədək olan dövr üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təm in olunmamalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının həmin hissədə ləğvini və qərarın ləğv edildiyi hissədə iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
32. Hazırkı mübahisə iddiaçıya 52 yaşının tamam olduğu 07.10.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
33. Nəzərə almaq lazımdır ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri ödənilmiş olmalıdır. Sığorta hadisəsinin yaranması həmin şərtlərin mövcudluğuna bağlıdır. Yəni hazırkı mübahisəyə münasibətdə iddiaçı ona güzəştli şərtlərlə əmək p ensiyası təyin edilməsi üçün müəyyən olunmuş yaş həddinə, konkret halda 52 yaşına çatmış olmalı, 01.01.2006-cı il tarixə qədər azı 20 il ümumi sığorta stajına malik olmalı, bu müddətin 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısında göstərilən peşələrdə işləmiş olmalıdır (“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin a) bəndi).
34. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
35. Belə ki, məhkəməyə təqdim e dilmiş “Nornikel Kolskaya QMK”-nın iddiaçıya ünvanlandığı sığorta pensiyasının vaxtından əvvəl təyin edilməsi üçün xüsusi əmək şəraitini dəqiqləşdirən 31.12.2020-ci il tarixli, 15653-205 saylı arayışa əsasən, xx.xx.1956cı il təvəllüdlü iddiaçı 01.09.1981-ci ildən (28.08.1981 tarixli 137 saylı əmr) 17.11.1989-cu ilədək (17.11.1989 tarixli 180 nömrəli əmr) “Severonikel” kombinatında, o cümlədən: 01.09.1981-ci il tarixdən 06.10.1981-ci il tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində konvertorçu (əritmə aparatında işləyən), 01.05.1983 tarixindən 31.05.1988 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində metal tökücüsü, 01.06.1988 tarixindən 17.11.1989 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində rəngli metal və xə litələr tökən işçi, SSRİ Nazirlər Sovetinin 22.08.1956 tarixli, 1173 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 5-ci yarımbölməsinin "a" bəndi ilə nəzərdə tutulmuş güzəştli pensiya təminatı hüququ verən işlərdə və əmək şəraitində; 07.10.1981 tarixindən 30.04.1983 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində qaynar işlərdə işləyən, sənaye peçləri üzrə kərpicçi-peç ustası işləmişdir. İddiaçının həmin dövrlər üzrə güzəştli iş stajı təqvim ili ilə 8 il 1 ay 10 gün, keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir.
36. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi dövrdə keçmiş SSRİ-nin tərkibində olan bütün müttəfiq respublikalar keçmiş SSRİ-nin vahid hüquq məkanına daxil idi. SSRİ Nazirlər Soveti keçmiş SSRİ-nin ali dövlət orqanı sayılırdı və onun tərəfindən qəbul edilmiş qərarlar həmin İttifaqın tərkibində olan bütün müttəfiq respublikaların, o cümlədən Azərbaycanın ərazisində tətbiq olunurdu və məcburi hüquqi qüvvəyə malik idi. Bu baxımdan iddiaçının güzəştli iş stajının hesablanması zamanı iddiaçının işlədiyi dövrdə qüvvədə olan vahid qanunvecilik sisteminin tərkib hissəsi kimi SSRİ Nazirlər Sovetinin qeyd olunan qərarlarına istinad etməkdə və həmin normaları tətbiq etməkdə məhkəmə haqlı sayılmalıdır.
37. Bundan əlavə, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanılmış və həmin Saziş Azərbaycan Respublikasının 03.04.200 1-ci il tarixli Qanunu ilə təsdiq olunmuşdur. Sözügedən Sazişin 6.2-ci maddəsinə əsasən, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli, həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının normalarına görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin tərkib hissəsi sayılır və Azərbaycan Respublikası ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Bu baxımdan həmin Sazişin və SSRİ dövründə Rusiya Federasiyasının ərazisində işləmiş iddiaçının iş stajının, o cümlədən güzəştli iş stajının hesablanması qaydalarını müəyyən edən normaların hazırkı mübahisəyə münasibətdə tətbiqi is tisna oluna bilməz. Bu qərarın 23-cü bəndində istinad olunan normaya görə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
38. Apelyasiya məhkəməsi yaranmış pensiya fərqinin iddiaçıya ödənilməsi tarixinin müəyyən edilməsi ilə bağlı nəzərə almalı idi ki, yuxarıda istinad olunan normanın tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödən ilir.
39. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası belə hesab etmişdir ki, bu kateqoriyadan olan şəxslər əvvəlki normalar əsasında yaranmış hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlardan yararlanaraq yeni qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə, özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər.
40. Konstitusiya Məhkəməsinin Plenumu 23.09.2021-ci il tarixli Qərarında bununla bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası həmin nəticəyə gələrkən bəzi hallarda müddətin şəxsin iradəsindən asılı olmadan ötürülməsinin mümkünlüyünü nəzərə almamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü sə bəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
41. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq, iddiaçının həmin maddənin qüvvəyə minməsindən əvvəl əmək pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciəti və müraciət tarixi ilə bağlı hallar işə baxan məhkəmələr tərəfindən araşdırılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk dəfə 14 noyabr 2019-cı il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Bu baxımdan yuxarı da istinad olunan normaya görə yaranmış pensiya fərqi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün iddiaçıya ödənilməlidir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının özünün də etirazında istinad etdiyi hallar, yəni vergi orqanında işləməsi, daha yüksək məbləğdə pensiya təyinatı ilə bağlı onun gözləntiləri və sair hallar iddiaçı tərəfindən 2017-ci ilin 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət edilməməsinin onun səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması kimi qiymətləndirilə, onun inzibati orqana ilk dəfə müraciət tarixi ilə əlaqədar reallığı dəyişdirə və bunun üçün üzrlü səbəb sayıla bilməz. Belə ki, iddiaçı şüurlu olaraq, daha əlverişli pensiya təyin olunmasına nail olmaq üçün bilərəkdən gözləmiş, gözləntilərinin doğrulmayacağı reallığını qəbul etdikdən sonra cavabdehə müraciət etmişdir.
43. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
44. Bununla belə, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının yaranmış pensiya fərqinin iddiaçıya ödənilməsi tarixinin müəyyən edilməsi hissəsində kassasiya şikayəti əsaslı olduğundan, həmin qərar iddiaçıya 07 oktyabr 2008-ci il tarixdən 14 noyabr 2016-cı il tarixədək olan dövr üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv olunmalı və iddia həmin hissədə rədd edilməli, şikayət qalan hissədə təmin olunmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 21(103)-1645/2021 nömrəli qərarı “İddiaçı 07 oktyabr 2008-ci il tarixdən 14 noyabr 2016-cı il tarixədək olan dövr üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilir. Həmin hissədə iddia təmin edilmir. Kassasiya şikayəti qalan hissədə təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2021-ci il tarixli, 21(103)-1645/2021 nö mrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.