Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-52/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1833/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına və НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə Bakı Baş tikinti idarəsinin 11 saylı “Xüsusimədəntikinti” trestinin 10 saylı İxtisaslaşdırılmış tikinti idarəsində işləmiş, xx.xx.1980-ci il tarixdə Bakı Dəniz Bal ıq Limanına yük sahəsinin dokeri-mexanizatoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə üçüncü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Bakı Dəniz Balıq Limanı Avtonəqliyyat xidmət limanına sürücü vəzifəsinə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə vəzifəsindən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Ayaqqabı və məmulatların istehsalı üzrə İstehsalat birliyi nəzdində “Çarıq Kooperativi” kiçik müəssisəsinə ayaqqabı ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.1994-cü ildə vəzifəsindən azad edilmişdir. xx.xx.1995-ci ildə "xxxx" bazarına ("xxxx" ASC) fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir.
2. Əmlak Məsələləri Dövlət Xidmətinin **********56 saylı, 22 fe vral 2022-ci il tarixli məktubu ilə keçmiş Dövlət Əmlak Komitəsinin "xxxx" ASC-nin yaradılması barədə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 404 nömrəli, 02 mart 1998-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, ləğv edilmiş Ticarət Nazirliyinin tabeliyində olmuş Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin ünvan 1 ünvanında yerləşən 2 saylı Bazasının əsasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh 27 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ nömrəli, ******* sa ylı əmək kitabçasına və НЗ nömrəli, ******* nömrəli hərbi biletinin surətinə əsasən, xx.xx.2006-ci il tarixinə sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli,4/490 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 23 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixində tərtib edilmiş əmək kitabçasına və H3 ******* nömrəli hərbi biletə əsasən onun 25 ildən çox əmək fəaliyyəti vardır. Lakin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanan 7 iyun 2021-ci il tarixli, **********3 saylı məktubda onun yalnız 16 il 10 ay sığorta stajı göstərilmişdir. Filial tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/940 nömrəli məktubunda "xxxx" ASC-nin arxiv sənədlərinin Dövlət Arxiv İdarəsinə təhvil verilməd iyi qeyd olunmuşdur. "xxxx" ASC-nin arxiv sənədlərinin təhvil verilməməsi onun hüquqlarını məhdudlaşdıra bilməz.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına və ******* nömrəli hərbi biletə müvafiq olaraq onun ümumilikdə sosial sığorta stajı 27 il 11 ay 11 gündür. İşin mübahisələndirilən halı İddiaçı xx.xx.1995 - xx.xx.2005-ci illər ərzində "xxxx" ASC-də işlədiyi dövrlə bağlıdır. AR Milli Arxiv İdarəsinin 16 may 2021-ci il tarixli, 4/940 nömrəli məktubunda "xxxx" ASC-nin sənədlərinin mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyinə görə İddiaçı "xxxx" ASC-də xx.xx.1995-xx.xx.2005-ci illər ərzində işləməsi barədə hər ha nsı məlumatın tapılmadığı qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrini idarəetmə Mərkəzinin 16 avqust 2021-ci il tarixli, **********29 nömrəli məktubunda "xxxx" ASC-nin arxiv sənədləri olmadığından İddiaçı əmək fəaliyyəti barədə məlumat verilməsinin mümkün olmaması qeyd edilmişdir. Arxivdə İddiaçı işə daxilolma və işdən azad edilmə əmrləri, həmçinin əmək haqqı cədvəlləri aşkar edilmədiyindən, iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə ganunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28.800 manat pensiya kapitalına ma lik olmadığından iddia tələbi təmin edilməməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-2058/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münas ibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm amasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)-1833/2022 nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X7) Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şika yətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 18. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qə rarı: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də ra zılaşır.
26. Kassasiya şikayətinin iddiaçının "xxxx" bazarında işlədiyi dövrə aid əmək kitabçasında aparılmış qeydlərin təsdiqini tapmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrlə bağlı iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə, apelyasiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada ( iddiaçının işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə) aparılmış və həmin müəssisə (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qey diyyatından keçmişdir. Digər tərəfdən, bununla bağlı həm də nəzərə almaq lazımdır ki, müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi, qeyd olunan səbəbdən qarşılıqlı yoxlamanın baş tutmaması iddiaçının məsuliyyət sferasına aid edilə, onun təqsirli davranışına bağlı olan və bunun üzərindən şəxsin pensiya hüququnun təmin olunmasından imtinaya əsas olan hal kimi qiymətləndirilə bilməz.
27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mötəbərliyi təkzib olunmayan əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alındıqda, onun tələb olunan 25 il sosial sığorta stajını topladığı və bu baxımdan yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bu qərarın 16-cı bəndində istinad olunan normaya görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 65 yaşının tamam olduğu 01 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
30. Nəticə etibarı ilə, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(103)-1833/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.