Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-520/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya ödənişinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı X1, vəkili X5 və cavabdehin vəkili Nümayəndə iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı “Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(107)407/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1971-ci ildə Balakən rayonunda doğulmuşdur və həmin rayonda yaşayır.
2. İddiaçı xx.xx.2006-cı ildə Balakən rayon Mərkəzi Xəstəxanasının nəzdindəki X4 Xəst əliklər şöbəsinə tibb bacısı vəzifəsinə təyin edilmişdir. Uşaq Xəstəxanası ixtisar olunduğu üçün Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx xxxxxx 2010-cu il tarixli 01/K nömrəli əmrinə əsasən Mərkəzi xəstəxananın uşaq şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. Hal-hazırda da həmin şöbənin tibb bacısı vəzifəsində işləyir. İddiaçıya xx.xx.2016-cı il tarixdə iknci qrup əlillik təyin edilmiş və xx.xx.2017-ci ildə əlilliyə görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən iddiaçının sosial sığorta stajının 10 il 10 ay olduğu müəyyən edilmişdir. İnzibati orqan xx.xx.2019-cu il tarixli qərarla, iddiaçının sosial sığorta stajının “Forma 4” arayışında 10 il 10 ay göstərlməsinə baxmayaraq pensiya alt sistemində (PAS) görünmədiyi üçün bu məsələnin araşdırılmasını əsas tutaraq, i ddiaçıya pensiya ödənilməsini dayandırmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş pensyasının odənilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, ona xx.xx.2017-ci il tarixdən 10 il 10 ay sığorta stajına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2019-cu ildən müəyyən olunmuşdur ki, “Forma-4” əlavədə göstərilən 10 il 10 ay PAS-da tam qeydə alınmamışdır. Bu səbədən ona əlilliyə görə pensiya ödənişi qanunauyğun olmamış və dayandırılmışdır. Əgər tələb olunan sığorta stajı PAS-da qeydiyyata alınarsa, pensiyanın ödənişi davam etdirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 01 avqust tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1971-ci ildə doğulmuş, onun əlilliyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı ildə 44 yaşı olmuş, lakin pensiya təyin olunduğu xx xxxx 2017-cı il tarixdə 46 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 10 il 4 ay sosial sığorta stajı tələb olunmuşdur (46 il - 15 il = 31 x 4ay / 12 = 10 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli əmək kita bçasına və körpə uşaqlara qulluq etdiyi 6 ilə əsasən isə onun həmin tarixə tələb olunan 10 il 4 aydan artıq sosial sığorta stajı var.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-95/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə xx.xx.2019-cu il tarixdən iddiaçı X1 pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindək i icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(107)-407/2020 nömrəli qərarı ilə (hakimlər M.Huseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) Şəki İnzibati Məhkəməsinin 2-1(116)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı xx.xx.2017-ci ildə 46 yaşına çatdığından əlilliyə görə əmək pensiyası təyin olunması üçün 10 il 4 ay sığorta stajı tələb olunur. Lakin iddiaçının pensiya alt sistemində faktiki olaraq 9 il 3 ay sığorta stajı müəyyən edilmişdir. Qeyd olunanlar iddiaçının pensiya ödənişinin dayandırılması üçün əsasdır. b. Kasasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
15. İddiaçı və vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək q abiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhd ud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (xx.xx.2017-ci il tarixədək olan redaksiyada).
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin q ərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. B elə ki, inzibati orqanın iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərarın qanuniliyi, “Əmək pensiyaları haqqında” qanunun 37.8-ci maddəsinin işığında təhlil olunmalıdır. Həmin normada göstərilir ki, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: əmək pensiyaçısı vəfat etdikdə (37.8.1); əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda (37.8.2); bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda (37.8.3). İnzibati orqanın mübahisələndirilən qərarından görünür ki, həmin qərarın əsasını Qanunun 37.8.3-cü maddəsi təşkil etmişdir. Həmin normada göstərilən “Qanunla müəyyən edilən əmək pensiyasına... veri lməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda” ifadəsi, ilk növbədə iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün qanunla nəzərdə tutulmuş şərtlərin müəyyən olunmasını tələb edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçıya ikinci qrup əlillik xx.xx.2016-cı il tarixli müayinə aktına əsasən təyin edilmişdir. Ona görə də iddiaçıya əlilliyə görə pensiya təyin edilməsinin mümkünlüyünə də həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 12.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün iki şərt:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması mövcud olmalıdır. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu etiraz dəlilinin əsassız olduğunu müəyyən etmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur və əlillik təyin edilən vaxt 44 yaşı olmuşdur. Bu halda ona əlilliyə görə pensya təyin edilməsi üçün 9 il 8 ay (44 – 15 = 29 x 4 = 116 / 12 = 9,6) sosial sığorta stajı tələb olunur. İş m ateriallarından olan Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 1058 nömrəli arayışından görünür ki, X2 xx.xx.2006-cı il tarixdə X6 xəstəliklər şöbəsinin tibb bacısı vəzifəsinə təyin edilib. Uşaq Xəstəxanası ixtisar olunduğu uçun xx.xx.2010-cu il tarixdə 01/K nömrəli əmrə əsasən Balakən MRX-nın Usaq şöbəsinin tibb bacısı vəzifəsinə keçirilib. Hazırda həmin işdə işləyir.
29. Bu halda iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək əmək kitabçası üzrə sosial sığorta stajı 10 il 8 gün təşkil edir. İddiaçının bu dövrdə olan stajının PAS-a daxil edilməməsinin səbəbi inzibati orqan tərəfindən müəyyən olunmamışdır. İnzibati orqan iş materiallarının 56-cı vərəqində olan arayışında göstərmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək sosial sığorta haqla rını ödəmədiyi dövrlər 2012-ci ilin may, iyul-dekabr aylarıdır. Göründüyü kimi iddiaçının 2012-ci ildə sığorta haqlarının ödənilmədiyi may, iyul-dekabr ayları (7 ay) çıxılsa belə, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan 9 il 8 ay sığorta stajı mövcuddur. Bu hal onu deməyə əsas verir ki, inzibati orqanın iddiaçıya ödənilən pensiyanın verilməsinin dayandırarkən istinad etdiyi hal, pensiya ödənişinin dayandırılması üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası xatırladır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı in zibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır). Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması barədə qərarın ləğv olunması barədə apelyasiya instansiyasının gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxmış məhkəmələr cavabdehin üzərinə iddiaçıya əlilliyə görə pensiya ödənişinin davam etdirilməsi barədə öhdəlik qoyarkən də haqlı olmuşdur. Çünki «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(107)-407/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.