Məhkəmə qərarları › İş №2-1(102)-520/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-520/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-520/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” tələbinə dair inzibati iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2172/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyasının X4 şəhər Məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmündən görünür ki, X1 Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 13 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 2014-cü ildən hesablanmışdır.

2. Həmin hökmdən müəyyən olunur ki, Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə X1 Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən o da görünür ki, Moskva şəhəri Zuzinks rayon Məhkəməsinin 24.12.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

3. X11 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli 22.06.2016-cı il tarix, cəzanın sonu isə 21.09.2027-ci il tarixi müəyyən edilmişdir.

4. İddiaçı övladının cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəyə gətirilməsi ilə bağlı cavabdeh inzibati orq ana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17/4-2048 saylı 06.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 ekstradisiyası ilə bağlı etdiyi müraciətə cavabdehin imtinasının qanunsuz, Konstitusiyaya zidd və etibarsız hesab edilm əsi və Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı X3 müvafiq dövlətlərarası müqaviləyə əsasən cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməsi ilə nəticələnəsi hüquqi addımların atılmasının cavabdehdən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 1978-ci il təvəllüdlü oğlu X1 Federasiyasında məhkum olunaraq Tula vilayəti, Donskoy şəhərinin 1 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. O, oğlunun cəzasını Azərbaycan Respublikasında çəkməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan buna heç bir əsas gətirmədən tələbin təmin olunmasından imtina etmişdir. X2 Federasiyasının X4iy şəhər məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məc əlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qəsdən adam öldürmə) məhkum edilərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Tula vilayət məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2015-ci il tarixli apellyasiya qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tula vilayət məhkəməsinin hakimi Y.A.Saxarovanın 17 avqust 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Rusiya Federasiyasının Ali Məhkəməsinin hakimi N.Q.Lavrovanın 14 oktyabr 2015-ci il tarixli qərarı ilə də kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Hazırda Rusiya Federasiyasının Ali Məhkəməsinin sədrinə kassasiya şikayəti verilmişdir və baxılmanın nəticəsi gözlənilir. Tamerlan h aqsız olaraq 13 il azadlıqdan məhrum edilmişdir. Onun hüquqları uğrunda mübarizə aparılır. Rusiyaya gedib-gəlmək çox çətin və xərc tələb edən işdir. Telefon əlaqəsi məhduddur. Pandemiya da gediş gəlişi çətinləşdirib. Tamerlanın Azərbaycana ekstradisiya olunmasına heç bir obyektiv səbəb və ya hüquqi əngəl yoxdur.

7. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 22.01.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, subay, ali təhsilli məhkum X5 əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 181.3.2, 228.4, 234.1-ci maddələri ilə (quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) məhkum olunmuş, xəstəliyi ilə əlaqədar ümumi tipli psixiatrik stasionar məcburi müalicə təyin edilmişdir. Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkmişdir. Cəza çəkərkən digər cinayət işi üzrə Moskva şəhəri Zyuzin rayon Məhkəməsinin 24.12.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilm iş cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkmişdir. Məhkum T.X3 6 saylı islah müəssisəsində cəza çəkdiyi zaman 27.08.2014-cü il tarixdə onunla eyni dəstədə cəza çəkən məhkum S.Açadovskiy ilə baş vermiş gərginlik nəticəsində ucu itilənmiş xörək qaşığı ilə sonuncunun döş qəfəsinə iki zərbə vuraraq qətlə yetirmişdir. Bu cinayət əməlinə görə X4 şəhər Məhkəməsinin 23.03.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli 2014-cü ildən hesablanmış, cəzasını çəkmək üçün X11 şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsinə göndərilmişdir. Don şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsində cəza çəkdiyi zaman vəzifə borclarını yerinə yetirən müəssisə əm əkdaşlarının qanuni tələblərinə tabe olmamış, onları ələ salaraq təhqir etdiyinə görə X11 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə RF-nın Cinayət Məcəlləsinin 319-cu maddəsin əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli 22.06.2016-cı ildən, sonu isə 21.09.2027-ci ildən hesablanmışdır. Məhkum T.X3 barəsində tərtib olunmuş xasiyyətnamədə onu müəssisənin daxili rejim qaydalarını qərəzli pozduğuna görə 30 dəfə intizam məsuliyyətinə (8 dəfə töhmət verilmiş, 15 dəfə cərimə təcridxanasına və 7 dəfə kamera tipli otağa keçirilmişdir) cəlb edilməsi, yol verdiyi pozuntulara görə müəssisə əməkdaşları tərəfindən onunla 468 dəfə tərbiyəv i söhbətlər aparılması, hətta ciddi saxlanma şəraitinə keçirilməsi göstərilmişdir. Məhkum özünü cəzanın çəkilmə qaydalarını qərəzli pozan, islah yoluna qədəm qoymayan şəxs kimi tanıtmışdır. Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən X3 cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəyə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”na uyğun olaraq icraat başlanılmışdır: beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər toplanılmış, müvafiq sorğular göndərilmiş, Qaydalarda qeyd olunmuş qurumların X3 Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müraciətlər edilmişdir. X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin diskresion səlahiyyətlərinə aiddir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26.05.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, işin f aktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2172/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Nəsib Tağızadə və İlham Kərimli) apellyasiya şikayəti tə min edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4758/2021 saylı 26.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2172/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İV hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının hər zaman m aneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Məhkəmə isə bunu nəzərə almayıb. 15. “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddə ilə müəyyən edilən Konstitusiyanın ən ali qüvvəyə malik normativ hüquqi akt olması nəzərə alınmayıb. Həmçinin, həmin Qanunun 2.3 - 2.8-ci maddələrinin tələbləri pozulmuşdur. Maddələrdə normativ aktların hüquqi qüvvələrinə görə üstünlük təşkil etmələri göstərilib və müəyyən edilib ki, alt normativ akt üstün normativ hüquqi aktla ziddiyyət təşkil edə bilməz. Lakin məhkəmə buna əməl etməyib. Eyni zamanda, həmin Qanunun 10-cu maddəsinin tələbləri pozulmuşdur. Maddə yarana biləcək kolliziyaların həlli qaydalarını müəyyən edir. 10.1 maddədə göstərilir ki, normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Məhkəmə buna əməl etməyib. 16. “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Məhkəmə ali qanuna zidd olan normativ sənədə üstünlük verməklə bu tələbi pozmuşdur. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz Məhkəmə bu tələbi pozmaqla vətəndaşın konstitusion hüququnu pozmuşdur. Həmin Qanunun 16.2-ci maddəsinin tələblərinə görə hüquq normasının tətbiqi inzibati orqan ın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən iddiaçının bu məzmunda xahişi nəzərə alınmamışdır.

17. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.2,14.1, 74-cü maddələri, Mülki Prosessual Məcəllənin 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normalara görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın q əbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsı baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

18. Məhkəmə isə iddiaçının vəsatətini təmin etməmiş, vəsatətlə imtina verməyə əsas olmuş toplanmış rəylərin istənilərək öyrənilməsi xahişi buna əsas olmadan təmin edilməmişdir. Cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyi halda məhkəmə buna qiymət vermə yib. Məhkəmə diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmasını yoxladığını göstərməyib, əsaslandırmayıb, aşağı qüvvəyə malik olan normanın tədbiqini mümkün sayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası Maddə

2. Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Maddə

3. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köç ürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Maddə

5. Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X9 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edibetməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. 21. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası Maddə

4. Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Maddə

5. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələb inin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” Bənd 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. Bənd 1.2. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs lərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. Bənd 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xid mətə təqdim olunur. Bənd 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. Bənd 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbay can Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. Bənd 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Bənd 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Bənd 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. Bənd 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. Bənd 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. Bənd 3.9. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Bənd 3.10. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Bənd 3.11. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. Bənd 3.12. Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir. Bənd 4.1. Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. Bənd 4.2. İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir.

23. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının iz ahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndir mə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plen umunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (-) 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

28. Belə ki, işin hallarından məlum olduğu kimi iddiaçı məhkəməyə müraciət edərək oğlu X3 ekstradisiyası ilə bağlı etdiyi müraciətə cavabdehin imtinasının qanunsuz, Konstitusiyaya zidd və etibarsız hesab edilməsi və Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı X3 müvafiq dövlətlərarası müqaviləyə əsasən cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməsi ilə nəticələnəsi hüquqi addımların atılmasının cavabdehdən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Ali Məhkəmə Kollegiyası isə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iddianın mümkünlük şərtləri tam, hərtərəfli qiymətləndirilməmişdir.

30. Belə ki, hazırkı qərarın 22-ci bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilik azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat qaydalarını müəyyən etmişdir. Həmin Qaydalara görə xarici ölkədə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı edilmiş müraciət əsasında Penitensiar Xidmətdə inzibati icraat başlanır.

31. Penitensiar xidmət Ədliyyə Nazirliyin Beynəlxalq əməkdaşlıq İdarəsi vasitəsilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə b ağlı sorğu göndərir, sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. Penitensiar xidmət sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün müvafiq qurumlara göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin sə lahiyyətli orqanlarına məlumat verilir. Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir.

32. Göründüyü kimi, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı ardıcıllıqla bir sıra hüquqi hərəkətlərin edilməsi təmin olunmalıdır. İddiaçı, iddia tələbinin dəqiqlə şdirilməsi barədə ərizəsində oğlunun Azərbaycan Respublikasına verilməsi ilə nəticələnəsi hüquqi addımların atılmasının cavabdehdən tələb edilməsini xahiş etsə də, konkret olaraq hansı addımların atılmasını, yuxarıda istinad olunan Qaydalarda göstərilmiş hansı hərəkətin edilməsini istədiyini göstərməmişdir.

33. Belə ki, sözügedən hərəkətlərin bir qismi inzibati aktın qəbul edilməsi qaydasında, digərləri inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan faktiki xarakterli hərəkətlər kimi həyata keçirilməlidir. Belə ki, Penitensiar Xidmətin şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu və ya imtina barədə rəyi inzibati akt üçün tələb olunan meyarlara, o cümlədən “hüquqi nəticə” yaratmaq xüsusiyyətinə malikdir.

34. Cavabdeh inzibati orqanın məhkumun gətirilməsi ilə bağlı müraciətin nəticəsi barədə qəbul etdiyi rəy müsbət olduğu təqdirdə sorğu verən dövlət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı ilkin mərhələdə üzərinə düşən öhdəliyi bilavasitə yekunlaşdırmış olur, yəni məhz həmin rəydən sonra zəmanət məktubu tərtib edilərək hökmü çıxaran ölkəyə göndərilir, yalnız bundan sonrakı mərhələdə sorğu edilən ölkə məhkumun verilməsi ilə bağlı müvafiq tədbirlər görərək müvafiq nəticəyə gəlməlidir. Xidmətin rəyi mənfi olduğu təqdirdə isə şəxsin ölkə ərazisinə gətirilməsi üçün tələb olunan sonrakı zəruri hərəkətlərin edilməsinə yol verilmir. Başqa sözlə, müvafiq rəy hakimiyyət tədbiri olmaqla şəxs haqqında hüquqi nəticə yaradan inzibati akt statusundadır.

35. Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs lərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat aparılarkən cavabdeh inzibati orqan tərəfindən Qaydaların 3.1-3.3, 3.7, 4.1, 4.2-ci bəndlərində göstərilən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər də edilir. Beləliklə, cavabdeh tərəfindən şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy qəbul edilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı olduğu üçün məcburetmə haqqında iddialara, Qaydaların 3.1-3.3-cü bəndlərində göstərilən hərəkətlərin edilməsi barədə tələbi isə öhdəliyin icrası haqqında iddialara aiddir.

36. İddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan isə iddiaçının xahişinin konkret olaraq nədən – hansı hüquqi addımın atılmasından ibarət olması müəyyən olunmur. Bu hal haz ırkı iddia tələbinin İPM-in 2.2-ci maddəsində göstərilən iddia növlərindən hər hansı birinə aid edilməsini mümkünsüz edir. Göründüyü kimi, hazırkı iddia tələbinin qeyri-müəyyən, aydın olmayan məzmunda tərtib edilməsi ona mahiyyəti üzrə baxılmasını mümkünsüz edir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi aydın olmasa da, apellyasiya instansiyası məhkəməsi iddianın bu mümkünlük şərtini düzgün qiymətləndirməyərək iddiaya mahiyyəti üzrə qiymət vermiş, bununla da İPM-in 12.1, 35.1-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İddianın yuxarıda sadalanan mümkünlük şərtləri ödənmədiyindən iddia tələbi mümkün sayılmamalıdır.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2172/2021 nömrəli, 24.11.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar